Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-934/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyana görə 1000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə mürraciət edərək iş üzrə ona dəymiş maddi ziyana görə 500 manat və mənəvi ziyana görə 500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 160 saylı evin İ9 saylı mənzilində yaşayır. Həmin ünvanda yerləşən 22 saylı mənzil (onun mənzilinin üst qatı) Cavabdeh məxsusdur. Hazırda həmin mənzildə kirayəçilər yaşayır. Onlar tərəfindən onun mənzilinə artıq neçə müddətdir ki, su axıdılır və get-gedə su axını çoxalaraq antisanitariya vəziyyəti yaradır, divarların və tavanın səthində nəm ləkələri və soyulmalar böyüyür, oboy kağızları qoparaq döşəməyə tökülür, bu azmış kimi, suyun daimi sızması nəticəsində tavandan keçən elektrik naqilləri islanaraq izolyasiya qatı korlanır, öz elektrik keçirmə qabiliyyətini itirməklə yanaşı, həm də hamamda və mətbəxdə olan bütün dəmir əşyalara elektrik keçirir, insanın həyatı üçün təhlükəli vəziyyət yaradır. Bu halı aradan qaldırılması ilə bağlı dəfələrlə həmin mənzildə yaşayan sakinlərə öz iradını bildirsə də, heç bir müsbət nəticə əldə etməmiş, əksinə həmin mənzilin sahibi adından onunla əlaqə saxlayan Ruslan adlı şəxs ona bununla bağlı heç bir təmir işlərinin görülməyəcəyi bildirilmişdir. Bununla da hər gün o dəhşətli mənzərəyə baxdıqca mənəvi və psixi sarsıntı keçirir və əsəb sistemi pozulur. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində həm maddi həm də mənəvi ziyan çəkir. Mövcud vəziyyətlə əlaqədar Yasamal rayon 56 saylı MKİS-ə müraciət etmiş, MKİS-nin mühəndisi və sahə nəzarətçiləri tərəfindən mənzilinə baxış keçirilmiş, nəticə olaraq su sızması və mənzilə zərər dəyməsi təsdiq edilərək akt tərtib olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 160 saylı evin 22 saylı mənzil ona məxsusdur. Həmin mənzildə onun yaxın tanışı yaşayır. İddiaçının ərizəsi əsassız və qanunsuzdur. Yəni, dəfələrlə iddiaçı böhtan xarakterli şikayət vermişdir. Bu şikayətlə o mənzilin bağlı olduğu aidiyyatı üzrə mənzil kommunal istismar idarəsinə müraciət etmiş və ona rəsmi akt təqdim edilmişdir. Həmin aktda konkret olaraq göstərilmişdir ki, şikayətçinin müraciəti dəfələrlə araşdırılmış və şikayətçinin 19 saylı mənzilin tavanındakı qabarmalar iddiaçının yaşadığı mənzil sahibinin mənzildə mətbəxin yerinin dəyişməsi nəticəsində, yəni mətbəxdən yataq otağı kimi istifadə etməsi olmuşdur. Yəni, iddiaçının ona qarşı qanunsuz tələbi rədd edilməlidir. Onun tələbi absurddur. Mülki qanunvericiliyin tələblərinə və konstitusiyanın müddəalarına əsaslanaraq bildirir ki, öz hüquqlarından istifadə etməsi nəticəsində ona mənəvi zərər vuran qarşı tərəfin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməlidir. Göstərilən məlumatlar həqiqətə uyğun gəlmir, aydınlaşdırmaq və qeyd olunanlar üçün sübutlar təqdim etmək vacibdir. Qarşı tərəfin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 feval 2022-ci il tarixli 2(004)-934/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3665 nömrəli məktubu ilə Mərkəzin 19 avqust 2022-ci il tarixli 10/3665 saylı ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş səbəb aradan qalxdığından mülki iş üzrə dayandırılmış icraatın təzələnməsi və məhkəmə iclasının 13 sentyabr 2022-ci il tarixə saat 09:15-ə təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən dəymiş ziyana görə evin təmiri üçün pul lazımdır. Evin təmiri üçün həm də mənəvi olaraq əziyyət və stress çəkmişdir. Bununla bağlı mənəvi ziyanın da ödənilməsini tələb edir. Evin təmiri üçün ona dəymiş maddi ziyan 500 manat, həmçinin mənəvi ziyan 500 manat təşkil edir. İddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi və əlava olaraq bildirdi ki, o evi təmir etmiş sonradan mənzilin hazırki istifadəçiləri tərəfindən su dağıdılaraq axıntısı aşağı mənzilə sızmışdır. Mənzilin santexnika təchizatı saz vəziyyətdə olmaqla, bir neçə il əvvəl təmir edilmişdir. Ona görə də alt mərtəbədə yerləşən mənzilə mütəmadi olaraq su axıntısının olması ehtimalını qəbul etmir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ev 160 mənzil 19 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri 56 saylı MKİS-nin əməkdaşları mühəndis N.Məmmədov, sahə nəzarətçisi A.Nəhmədov, S.Şirinova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 160 saylı evin Cavabdeh məxsus 22 saylı mənzilindən həmin ünvanda yerləşən 19 saylı mənzilə su axır və su axması nəticəsində 19 nömrəli mənzilə maddi ziyan dəymişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş 56 saylı MKİS-nin əməkdaşları mühəndis N.Məmmədov, sahə nəzarətçisi A.Nəhmədov, S.Şirinova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Şərifzadə küçəsi 160 saylı evin Cavabdeh məxsus 22 saylı mənzilindən 19 saylı mənzilə 22 saylı mənzildə yaşayanların dediyinə görə döşəməyə su dağıdılması nəticəsində su axmışdır. 19 saylı mənzilin tavanında qabarmalar əmələ gəlmişdir. 19 saylı mənzildə mətbəx yeri dəyişilmişdir və mətbəxdən yataq otağı kimi istifadə edilir. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 avqust 2022-ci il tarixli 10/3665 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, 160 saylı evin 19 saylı mənzilin yaşayış otağı və balkon tikililərinin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin 19 saylı mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xətlərinin gizli şəkildə olduğundan 19 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 160 saylı evin 19 saylı mənzildə konstruktiv dəyişikliklər edildiyi, sənəd üzrə mətbəx tikilisi kimi göstərilən tikilinin təyinatı dəyişdirilərək yaşayış otağı kimi istifadə olunduğu müəyyən edilmişdir. Aparılmış konstruktiv dəyişikliklərin sözügedən mənzilə su sızmasına və vurulmuş zərərlə hər hansı əlaqəsinin olmaması müəyyən edilmişdir. Tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 160 saylı evin 19 saylı mənzildə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 352 manat məbləğində təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarım müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci madiəsmə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqa zidd əməl dedikdə, qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Beləliklə məhkəmə, 19 avqust 2022-ci il tarixli 10/3665 saylı ekspert rəyini, 56 saylı MKİS-nin aktlarını iş üzrə digər sübutlarla birgə tədqiq edib hesab edir ki, ekspert rəyi və aktlar vurulmuş maddi zərər üzrə mötəbər sübut olaraq qəbul edilməlidir. Bununla da iddiaçının maddi zərərin əvəzi olaraq tələb etdiyi 500 manat məbləğin 352 manat hissəsində sübut olunduğundan iddia tələbi bu hissədə qismən təmin olunmalı, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 352 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddia ərizəsinin mənəvi zərər hissəsində tələb olunan 500 manat məbləğ iddiaçı tərəfindən maddi zərərinin olması ilə bağlı hər hansı sübut təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməli cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-nin 118.1-ci maddəsinin tələblərinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məcəllənin 118.2ci maddəsinə görə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini və cavabdehin təqsirli hərəkətlərini nəzərə alaraq hesab edir ki, ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 352 manat və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 382 (üç yüz səksən iki) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 352 (üç yüz əlli iki) manat və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 382 (üç yüz səksən iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-934/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-934/2022
27.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver