Məhkəmə qərarları › İş №2(004)-94/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-94/2022

21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-94/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 Zülfüqar oğlunun vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş prokurorluğunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyriyaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 MMC-nin açıq hərracın keçirilməsinə dair 18 mart 2021-ci il tarixli, 27 nömrəli bildirişində göstərilmişdir ki, Nəsimi Rayon İcra Şöbəsinin 1 mart 2021-ci il tarixli, 3853-62033/2019-5-1 nömrəli sifariş məktubu üzrə pul tələbinə dair Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(093)-7/18 saylı icra vərəqəsi üzrə - İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 16 aprel 2021-ci il tarixində keçiriləcək açıq hərracda satılması qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı və '009584 nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983.8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Məhkum Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin iş № 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündə onun adı qeyd olunmamışdır. Yəni, həmin hökmdən aşkar şəkildə görünür ki, məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda icra vərəqəsində adının qeyd olunmaması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsi yolverilməzdir və tamamilə qanuna ziddir. Belə ki, Cavabdeh2 Zülfıqar oğluna qarşı “əmlak bölgüsü” tələbinə dair iş üzrə cavabdehin qarşılıqlı iddiası və iddianı təmin etmə tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(004)-271/2020 nömrəli qərardadı ilə həmin əmlak üzərinə həbs qoyulmuş, əmlakın özgəninkiləşdirilməsi və onunla bağlı digər hərəkətlərin edilməsi ona və başqa şəxslərə qadağan edilmişdir. İş üzrə Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(004)-2171/2020 nömrəli qətnaməsi ilə, Cavabdeh2 Zülfıqar oğlunun qarşılıqlı iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 hektar torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində Cavabdeh2 Zülfıqar oğlunun 1/2 hissədə payı müəyyən olunmuşdur. Tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7444/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(004)-2171/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmişdir. Belə ki, Cavabdeh3 qarşı pul tələbinə dair icra sənədi üzrə cavabdehin mülkiyyətində olmayan, ona məxsus əmlak üzərinə həbs qoyulub hərrac keçirilə və bununla da pul tələbi ödənilə bilməz. Daha sonra İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-325/2016 sayl, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu. Mətbuat pr., 529-cu məhəllə ünvanında 983.8 kv.m və 1935.8 kv.m. sahələri olan mülklərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. 11 ünvanında yerləşən 983.8 və 1935.8 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Adı gedən hökm 08 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış və Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)- 7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsi verilmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli “icra sənədinin izah olunmasına dair” qərarına əsasən Bakı Hərbi Məhkəməsinin 1(093)- 7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən tərtib edilmiş icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlaklardan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlakları olmadığı halda, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş əmlaklar və pul vəsaitləri hesabına ödənilməsi, bundan sonra isə əmlakların və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır. Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsinə və adı gedən hökmdə göstərilmiş zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş, İddiaçı məxsus ünvan 5 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış binasının hesabına ödənilməsi məqsədilə Nəsimi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3853-62033/2019-5-1 saylı sifarişə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 MMC Hərrac Mərkəzi tərəfindən adı gedən daşınmaz əmlakların satışı ilə bağlı hərrac keçirilmiş və o, həmin hərracda qalib alıcı olmuşdur. Ona "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli, 011 saylı X11 Protokol təqdim edilmişdir. Qanunvericiliyin tələbinə görə isə həmin protokol qalib alıcı olduğu əmlaklara dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Hətta məhkum Cavabdeh3 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-2/2021 saylı, xx.xx.2021-ci tarixli qərarı ilə qismən təmin edilərək onun və qohumlarının adına olan bəzi əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilsə də, ünvan 6 ünvanda 983.8 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935.8 kv.m olan qeyri-yaşayış binasının məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməmişdir. Bununla yanaşı Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci tarixli hökmündə adı gedən daşınmaz əmlaklarla yanaşı ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin də xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin daşınmaz əmlak isə iddiaçının əri Cavabdeh2 Zülfüqar oğluna məxsusdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə həmin daşınmaz əmlak üzərində iddiaçının və onun əri Cavabdeh2 Zülfüqar oğlunun hərəsinə 1/2 hissə pay müəyyən edilmişdir. Eyni hökmdə həm iddiaçının, həm də onun ərinin adına olan daşınmaz əmlakların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması təsadüf ola bilməz və bütün bunlar onu deməyə əsas verir ki, həmin əmlaklar iddiaçının və onun əri Cavabdeh2 Zülfüqar oğlunun adına məhz təqsirləndirilən şəxs Cavabdeh3 Züllüqar oğlu tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına rəsmiləşdirilmişdir. Sual yaranır ki, niyə Cavabdeh3 tərəfindən törədilməsinə istinad olunan əməllərlə başqa şəxslərin, o cümlədən onun başqa qohumlarının deyil, məhz həm iddiaçının və həm də onun ərinin əlaqəsi müəyyən edilmiş və başqa şəxslərin deyil, məhz həm iddiaçıya və həm də onun ərinə məxsus əmlaklar xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır?! Odur ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü qanuni olmaqla Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983.8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxs Cavabdeh3 cinayət əməlləri nəticəsində əldə olunmasının və onun qohumlarının adına rəsmiləşdirilməsinin müəyyən edilməsi və onların xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması əsaslıdır. Digər tərəfdən, adı gedən hökmdə iddiaçının adı və iddiaçının təqsirləndirilən şəxsə birbaşa hansı qohumluq əlaqəsinin olması göstərilməsə də, hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh3 Züllüqar oğlunun və qohumlarının adına olan ünvan 14 ünvanında yerləşən qevri-yaşayış sahəsi, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində yerləşən 1935.8 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh3 isə iddiaçının əri Cavabdeh2 Zülfüqar oğlunun yaxın qohumu olmasını deməyə kifayət qədər əsaslar var. Belə ki, təqsirləndirilən şəxsin və iddiaçının ərinin soyadları (Əliyev) və ata adları (Zülfüqar oğlu) eynidir. Onların yaxın qohum olması aşkardır və böyük ehtimal onlar qardaşdırlar. Eyni zamanda iddiaçı tərəfindən hazırki iddia ilə hökmün qanuni qüvvəsini aldığı xx.xx.2019-cu il tarixdən dərhal deyil, məhz hərracın elan olunduğu xx.xx.2021-ci il tarixdən sonra məhkəməyə müraciət edilmişdir. Bununla yanaşı, Səbail Rayon Məhkəməsinin 5(009)-325/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., 529-cu məhəllə ünvanında yerləşən 983.8 kv.m və 1935.8 kv.m. sahələri olan mülklərin üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində qoyulmuş həbsin götürülməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin əmlakların üzərinə iddianı təmin etmə tədbiri kimi qoyulmuş həbsin götürülməsi və həmin əmlaklara iddiaçının 1/2 hissə payının müəyyən edildiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra olunaraq daşınmaz əmlakın dövlət reyestrindən həmin əmlaklara dair müvafiq çıxarışın alınması istiqamətində iddiaçı tərəfindən bu günədək heç bir addım atılmamışdır. Eyni hökmlə xüsusi müsadirə cinayət- hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmış iddiaçının əri Cavabdeh2 Zülfüqar oğlunun adına olan Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi. 7B ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərracda satılmışdır. Lakin, onun mülkiyyətçisi - iddiaçının əri Cavabdeh2 Zülfüqar oğlu həmin hərracın nəticələrinin etibarsız hesab edilməsi və digər tələblərlə məhkəməyə müraciət etməmişdir. Burdan da o nəticəyə gəlmək olar ki, iddiaçı və onun əri adı gedən əmlakların hökmlə xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması, həmin əmlaklara dair mülkiyyət hüquqularının itirilməsi ilə razılaşmışdır. İddiaçının hazırki və digər iddialarla məhkəməyə müraciət etməsinin məqsədi isə sadəcə qanuni yolla əldə etdiyi əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasına maneçilik törətməkdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, maraqlarına toxunan şəxs kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlak bölgüsü” barədə ilkin, Cavabdeh2 Zülfüqar oğlunun İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4201/22 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2643/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçıdır. Cavabdeh3 iddiaçının həyat yoldaşı Cavabdeh2 Zülfüqar oğlunun qardaşıdır, yəni hüquqlarını müdafiə etdiyi şəxsin qaynıdır. İddia tələbində göstərilən əmlak hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyətindədir. Əmlakın Baş Prokurorluqda aparılan istintaqa, Bakı Hərbi Məhkəməsində məhkəmə istintaqına və onun əsasında çıxarılmış məhkəmə hökmünə heç bir aidiyyəti yoxdur. Lakin qeyri-müəyyən səbəbdən iddiaçının əmlakı müsadirə olunub, açıq hərraca çıxarılıb və X10 tərəfindən alınıb. Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, bu işlə bağlı icraat dayandırılmışdı. O, Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə tanış olub və onun fikrincə, qərarda deyilir ki, şəxs işlə bağlı Ali Məhkəməyə təqdimat verə bilər və eyni zamanda, işə mülki qaydada baxıla bilər. İddia ərizəsində icra sənədinin konkret nömrəsi və tarixi qeyd edilib. İcra sənədində göstərilir ki, Bakı Hərbi Məhkəməsinin 15 mart 2019-cu il tarixli icra vərəqəsi ilə bağlı açıq hərrac keçiriləcək və əmlak satılacaq. Beləliklə, açıq hərrac keçirilib və əmlak satılıb. Eyni zamanda, onlar əmlakla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət ediblər. Orada cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsin həyat yoldaşıdır. Bununla bağlı məhkəmənin qətnaməsi var, belə ki, əmlak bölünmüşdür. Bu barədə qərardad da olmalıdır. Burada əsas məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyidir. Bir çox qərarlarda konkret olaraq göstərilmişdir ki, müsadirə olunan həmin əmlakın cinayət yolu ilə əldə olunması sübuta yetirilməlidir. Hökmdə onun hüquqlarını müdafiə etdiyi şəxsin konkret olaraq adı yoxdur. Eyni zamanda, əmlakın nə zaman, hansı yolla əldə edilməsi də hökmdə qeyd olunmamışdır. İddiaçı tərəf hökmü mübahisələndirmir, lakin nə hökmdə, nə icra vərəqəsində əmlakın hansı yolla əldə edilməsi qeyd olunmamışdır. Ümumiyyətə, heç bir sənəddə əmlakın cinayət yolu ilə əldə olunması sübuta yetirilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında isə qeyd olunur ki, əgər əmlak müsadirə olunursa, onun cinayət yolu ilə əldə olunması sübut olunmalıdır. Cinayət yolu ilə əldə olunmadığına görə hesab edir ki, iddiaları tamamilə əsaslıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Zülfüqar oğlunun vəkili Vəkil izahatında bildirmişdir ki, Cavabdeh2 Zülfüqar oğlu ilə dünən hüquqi yardım haqqında müqavilə bağlamış, mülki işlə tanış deyil, ona görə də işlə tanış olmaq, məqsədilə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş prokurorluğunun nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Eyni zamanda qeyd etmək istəyir ki, məhkəməyə sənəd təqdim olunub ki, tərəflər arasında əmlak bölgüsü ilə bağlı məhkəmə qərar qəbul edib. O, icra şöbəsi ilə əlaqə saxlamışdır ki, onların nümayəndələri də gəlib iştirak etsinlər. Ona görə ki, icra şöbəsi prosesin əvvəlindən işin içindədir. Lakin gəlmədilər. Həsənov Elnurun hakimliyi ilə 2 aprel 2022-ci il tarixli qətnaməni qarşı tərəf sübut kimi təqdim edib. Onlar hesab edirlər ki, əmlak üzərinə qoyulmuş həbs qüvvədə qalmalıdır, icrası ilə bağlı görülən tədbirlər davam etdirilməlidir. Ona görə də iddianın təmin olunmamasını xahiş edirlər. Onlar artıq növbəti dəfədir ki, hazırki prosesdə iştirak edən vəkillərlə rastlaşırlar. Bu vəkillər eyni zamanda Səbail Rayon Məhkəməsində İddiaçı və Cavabdeh2 birgə verdiyi başqa bir ünvanla bağlı iddiada iddiaçı qismində çıxış edirlər. Yəni Cavabdeh2 istəsə idi, iş materialları ilə tanış ola bilərdi, belə bir imkanı var idi. Bu tərəflər eyni ailədirlər. Sadəcə olaraq əmlakı xüsusi müsadirədən yayındırmaq üçün mülki iddia veriblər. Hazırki işdə söhbət barəsində xüsusi müsadirə tətbiq olunmuş əmlakdan gedir. Həmin əmlakın üzərinə cinayət işi üzrə həbs qoyulmuşdur. Həmin cinayət işinin istintaqını aparan Baş Prokurorluqdur. Məhkəmədə ittihamı müdafiə edən istintaq orqanı yenə də Baş Prokurorluqdur. Əmlaka xüsusi müsadirə tətbiq olunmasını təklif edən Baş Prokurorluqdur. Bu gün də məhkəmə qərarının icrası ilə bağlı Baş Prokurorluq həmin məsələlərlə bağlı nəzarət həyata keçirir. X14 10 iyun 2020-ci ildə Baş Prokurorluğun strukturunu təsdiq edilməsi nəticəsində xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılıb. Həmin idarənin əsasnaməsində də əsas vəzifə cinayət yolu ilə əldə edilmiş əmlakların aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması, xüsusi müsadirəsi ilə bağlı müvafiq tədbirləri həyata keçirməkdir. Onlar həmin bu tədbirləri həyata keçirən vaxt bilmişlər ki, belə bir iş üzrə əmlak üzərinə həbs qoyulub, artıq icra da olunub, satılıb. Onlar gözləyirmişlər ki, vəsait daxil olacaq dövlət nəfinə və prezidentin 2006-cı ildə təsdiq etdiyi qaydalara görə istintaq orqanı tərəfindən üzərinə həbs qoyulmuş əmlakın məhkəmə qərarı ilə satışından sonra 25% həmin istintaq orqanının xəzinəsinə daxil olacaq. Yəni onlar Baş Prokurorluq olaraq bütün proseslərdə varlar. Bu məsələ ilə də bağlı mütəmadi olaraq icra şöbəsi ilə əlaqə saxlamışlar. Sonra öyrənmişlər ki, Yasamal Rayon Məhkəməsində belə bir məsələ ilə bağlı iş gedir. Onlar icra şöbəsi ilə əlaqə saxlamışlar, icra şöbəsi onlara məlumat vermişdir, onlar da məhkəmədən xahiş etmişlər ki, onları üçüncü şəxs qismində cəlb etsinlər. İddia ərizəsi ilə bağlı məsələyə gəldikdə isə artıq bir ildən çoxdur ki, bu məsələyə baxılır. İstintaq araşdırması gedib, məhkəmə keçirilib, bütün mərhələlərdə də əmlaklar üzərinə həbsin qanunsuz qoyulması ilə bağlı ərizə verilib. Hər üç məhkəmə də baxıb, kifayət qədər əsaslandırıb və qərar qəbul edib. Konstitusiya Məhkəməsi də deyir ki, əgər şəxsin bundan məlumatı yoxdursa və ya bu məsələ araşdırılmayıbsa, o zaman həmin məsələ ilə bağlı şikayət verilə bilər. Eyni zamanda iddia məhkəmə hökmündə əmlak üzərinə həbsin qoyulmasının səhv olması ilə bağlıdır. Məhkəmə səhv edə bilməz. Əmlakın kimə məxsus olmasından xəbərdardır. Eyni zamanda işdə olan sübutlar əsasında müəyyən olunur ki, əmlak cinayət yolu ilə əldə edilib, ayrı-ayrı şəxslərə külli miqdarda ziyanlar vurulub və xüsusi müsadirə tətbiq edilib. 25 noyabr 2020-ci ildə də Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub, lakin şikayət təmin olunmayıb. Beləliklə, onlar Baş Prokurorluq olaraq iddianın təmin olunmamasını xahiş edirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1- (102)-2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkumlar X12, X16, X4 və X5 müdafiəçisi-vəkil X2 tərəfidən verilmiş kassasiya şikayəti təmin edilməmiş, məhkum Cavabdeh3 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəkı 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 10 ünvanında yerləşən ev; ünvan 11 ünvanında yerləşən ev; ünvan 12 qeyr-yaşayış sahəsi; ünvan 13vin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır. İş materiallarında olan Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)-7/2018 saylı, 16 may 2019-cu il tarixli icra sənədinin izah olunmasına dair qərarına əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmünə əsasən tərtib edilmiş icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlaklar olmadığı halda zərərçəkmiş şəxslərə (o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinə vurulmuş ziyan) müsadirə edilmiş əmlakların və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2171/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 154,5 kv.m olan qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində ilkin iddia üzrə İddiaçı ½ hissədə payının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ½ hissədə payının müəyyən olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı iş üzrə 28 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlak bölgüsü” barədə ilkin, Cavabdeh2 Zülfüqar oğlunun İddiaçı qarşı “əmlak bölgüsü” barədə qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4201/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2643/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təqsirləndirilən şəxslər X6, Cavabdeh3 və X3 qarşı 1000.000 manat məbləğində pulun qaytarılmasına dair mülki iddianın təmin edilməsi, 600000 məbləğində pulun müştərək qaydada, X7, X8 və X1, 400000 manat məbləğində pul, X7 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik xidmətinin hesabına ödənilməli olduğu qeyd olunmuşdur. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan mülklərin xüsusi müsadirə cinayət hüquqi tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən qeyd edilmişdir ki:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir.

3. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun.

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. 11 ünvanında yerləşən 983.8 və 1935.8 m2 sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Qeyd edilən hökm 08 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış və Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsi verilmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2019-cu il tarixli “icra sənədinin izah olunmasına dair” qərarına əsasən Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən tərtib edilmiş icra vərəqələrində adları qeyd olunmuş məhkumların müsadirə edilmiş əmlaklardan başqa ziyanın ödənilməsini təmin edəcək digər əmlakları olmadığı halda, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş əmlaklar və pul vəsaitləri hesabına ödənilməsi, bundan sonra isə əmlakların və pul vəsaitlərinin qalan hissəsinin dövlət nəfinə alınması qərara alınmışdır. Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsinə və adı gedən hökmdə göstərilmiş zərərçəkmiş şəxslərə vurulmuş ziyanın müsadirə edilmiş, İddiaçı məxsus ünvan 15 ünvanda 983,8 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935,8 kv.m olan qeyri-yaşayış sahəsinin hesabına ödənilməsi məqsədilə Nəsimi rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş sifarişə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 MMC Hərrac Mərkəzi tərəfindən adı gedən daşınmaz əmlakların satışı ilə bağlı hərrac keçirilmişdir. Hazırda İddiaçı məhkum Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3. 178.3.1 və digər maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündə məhkum tərəfindən törədilməsinə istinad olunan əməllər ilə heç bir əlaqəsinin olmaması, belə olan halda icra vərəqəsində adının qeyd olunmaması və onunla heç bir əlaqəsi olmayan hökmə istinad edərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müsadirə edilməsinin yolverilməz olduğunu qeyd edərək cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə Cavabdeh3 Zülfiqar oğlunun mülkiyyət aidiyyətinin olmaması, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 11 ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin həbsdən azad olunması və ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 15 mart 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən 983,8 və 1935,8 kv.m sahəsi olan mülklərin xüsusi müsadirə cinayət hüquqi tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-(102)- 2/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, məhkum Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, məhkum Cavabdeh3 və qohumlarının adına olan: Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi «Xalça» firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası (Gəncə şəhəri Nizami rayonu, Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəkı 131,2 kv.m. torpaq sahəsində yerləşən 111, 3 kv.m faydalı sahəsi olan mağaza); Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak; Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi; Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi; Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələri; ünvan 10 ünvanında yerləşən ev; ünvan 11 ünvanında yerləşən ev; ünvan 12 qeyr-yaşayış sahəsi; ünvan 13vin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməsi, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbsin ləğv olunması qərara alınmışdır. Göründüyü kimi, məhkum Cavabdeh3 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-1(102)-2/2021 saylı, xx.xx.2021-ci tarixli qərarı ilə qismən təmin edilərək onun və qohumlarının adına olan qərarda adları çəkilən əmlakların məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilsə də, ünvan 6 ünvanda 983.8 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1935.8 kv.m olan qeyri-yaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilməmişdir. Bununla yanaşı qeyd edilən hökmdə iddiaçının adı və iddiaçının təqsirləndirilən şəxsə birbaşa hansı qohumluq əlaqəsinin olması göstərilməsə də, hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh3 Züllüqar oğlunun və qohumlarının adına olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 11 ünvanında yerləşən 983,8 kv.m. torpaq sahəsi və göstərilən torpaq sahəsi üzərində verləşən 1935.8 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına əldə edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh3 və Cavabdeh2 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar