Məhkəmə qərarları › İş №2(004)-946/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-946/2023

02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-946/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh "X1" MTK-ya qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "X1" MTK-ya qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş 24.260 manat maddi zərərin, eləcə də ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat məbləğində pulun, yüksək keyfiyyətli hüquqi yardımın alınması ilə bağlı ödədiyi 100 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 194 manatın, ümumilikdə 34.554 manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dən tutularaq ona ödənilməsi, eləcə də Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilmiş yaşayış kompleksində 6-cı bina, 25 və 26-cı mərtəbələrdə yerləşən ümumi sahələri 103 kv.m olan 172 və 180 saylı mənzillərə görə aylıq olaraq 77,25 manat məbləğində kommunal haqqı tələb etməsi üzrə cavabdeh "xxxx" MTK-nin vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina 25-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 172 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/018 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmirquraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina 26-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 180 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/019 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, ümumilikdə 18304 (on səkkiz min üç yüz dörd) manat "xxxx" MTK-dan tutularaq iddiaçı X3 ödənilməsinə, həmçinin hazırki müqavilə bağlanan günədək "xxxx" MTK tərəfindən qeyd olunan mənzillərə görə hesablanmış mənzil kommunal haqlarının silinməsi, eləcə də həmin mənzillərə görə mənzil kommunal haqlarının yalnız 2023-cü ilin may ayının 1-dən etibarən hesablanması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK (hazırda "xxxx" MTK) ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, A 1- 06/018 saylı və xx.xx.2014-cü il tarixli, A 1-06/019 saylı müqavilələrə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilmiş yaşayış kompleksində 6-cı bina, 25 və 26-cı mərtəbələrdə yerləşən ümumi sahələri 103 kv.m olan 172 və 180 saylı mənzilləri əldə etmişdir. Mənzillərin alışı ilə bağlı bütün öhdəliklərini yerinə yetirmiş və mənzillərin tam dəyərini ödəmişdir. İstinad olunan müqavilələrə əsasən "xxxx"' MTK tərəfindən mənzillərin ilkin təmir-quraşdırma işləri həyata keçirilməli idi. Bununla əlaqədar MTK ilə aralarında hər bir mənzil üzrə “ilkin təmir-quraşdırma işlərinin icrasına dair” xx.xx.2021-ci il tarixli iki saziş də imzalanmışdır. Lakin edilən tələblərə baxmayaraq cavabdeh Şirkət tərəfindən bu öhdəliyin yerinə yetiriİməyəcəyi bildirilmişdir ki, bu da müqavilə şərtlərinin ciddi şəkildə pozulmasıdır. Eyni zamanda ilkin təmir-quraşdırma işlərinin əvəzinə cavabdeh tərəfindən müəyyən bir pul vəsaitinin ödəniləcəyi bildirilmişdir ki, o bununla razı deyil. "xxxx" MTK-nin rəhbərliyinə müraciətlər edilərək, müqavilələr üzrə nəzərdə tutulan ilkin təmir-quraşdırma işlərinin görülməsinin təmin edilməsini xahiş etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Bundan sonra 06 dekabr 2022-ci il tarixli Pretenziya ilə "xxxx" MTK-nə müraciət edilərək, aralarında bağlanmış Müqavilələrin şərtlərinə riayət edilərək əldə etdiyi Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında inşa edilmiş yaşayış kompleksində 6-cı bina, 25 və 26-cı mərtəbələrdə yerləşən ümumi sahələri 103 kv.m olan 172 və 180 saylı mənzillərin ilkin təmir-quraşdırma işlərinin 3 (üç) gün ərzində başlanılmasının və qısa müddətdə tamamlanmasının təmin edilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağım bildirilmişdir. Cavabdeh şirkət tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə də qeyd olunanlardan da göründüyü kimi cavabdeh təşkilat müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Hazırkı iddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş Mütəxəssis rəyindən də göründüyü kimi Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvamndakı yaşayış kompleksində 6-cı bina 25-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 172 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/018 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün lazımı xərclərin dəyərinin ümumi məbləği 11280 (on bir min iki yüz səksən) manat, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvamndakı yaşayış kompleksində 6-cı bina 26-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 180 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/019 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün lazımı xərclərin dəyərinin ümumi məbləği 11280 (on bir min iki yüz səksən) manat təşkil edir. Belə olan halda cavabdeh tərəfindən öhdəsinə götürdüyü ilkin təmir quraşdırma işlərinin yerinə yetirilməməsi nəticəsində ona dəymiş maddi zərərin məbləğinin 22 560 (iyirmi iki min beş yüz altmış) manat olduğu müəyyən edilir. Bundan başqa cavabdeh MTK tərəfindən tamamilə əsassız olaraq sayğac quraşdırılması üçün ondan hər mənzilə görə 800 manat (2 mənzilə görə 1600 manat), həmçinin sığorta məbləği kimi hər mənzilə görə 50 manat (2 mənzilə görə 100 manat) pul alınmışdır ki, həmin 1700 (bir min yeddi yüz) manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Belə olan halda cavabdeh tərəfindən ona vurulmuş maddi zəzərin məbləği ümumilikdə 24260 (iyirmi dörd min iki yüz altmış) manat (22560+1700=24260) təşkil edir. Cavabdeh MTK tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetiriİməməsi, bunun nəticəsində ona məxsus mənzillərin bütövlükdə təmirinin bugünədək yekunlaşmaması, hüquqlarının müdafiəsi üçün cavabdeh təşkilata etdiyi müraciətlər, hazırda isə məcburən məhkəməyə müraciət etməyi və s. hallar onu alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır, həmçinin onun güclü narahatlıq hissi keçirməyinə səbəb olmuşdur. Odur ki, ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 10000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Odur ki, yüksək keydiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 100 manat məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir. Eləcə də cavabdeh MTK tərəfindən hər hansı bir müvafiq hüquqi əsas (müqavilə və s.) olmadan ondan hər mənzilə görə aylıq olaraq 77,25 manat məbləğində kommunal haqqı tələb edilir ki, bu da tamamilə əsassızdır. Hər mənzilə görə aylıq olaraq 77,25 manat məbləğində kommunal haqqı tələb etməsi üzrə cavabdeh "xxxx" MTK-nın vəzifəli şəxslərinin hərəkətləri də qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh "xxxx" MTK xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X2 maddi ziyanın ödənilməsinə dair mülki iş üzrə iddianı qəbul edir və təmin olunmasına etiraz etmirlər. 30 yanvar 2023-cü il tarixli "xxxx" MTK ilə X4 arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər iddia tələbinin təmin olunmasına dair razılığa gəlmişlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X4 dəqiqləşdirmə ərizəsi ilə müraciət etmiş və cavabdeh "xxxx" MTK isə iddia tələbini qəbul etməsinə dair ərizə təqdim etmişdir. Tərəflər arasında bununla bağlı barışıq sazişi də bağlanmışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən iddia etiraf edildiyindən məhkəmə tərəfindən araşdırılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina 25-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 172 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/018 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmirquraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina 26-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 180 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/019 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, ümumilikdə 18304 (on səkkiz min üç yüz dörd) manat "xxxx" MTK-dan tutularaq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəisnə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6cı bina 25-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 172 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/018 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanındakı yaşayış kompleksində 6-cı bina 26-cı mərtəbədə yerləşən, ümumi sahəsi 103 kv.m olan 2 (iki) otaqdan ibarət 180 saylı mənzildə xx.xx.2014-cü il tarixli Al 06/019 saylı müqaviləyə əlavədə nəzərdə tutulmuş ilkin təmir-quraşdırma işlərinin həyata keçirilməsi üçün 9154 (doqquz min bir yüz əlli dörd) manatın, ümumilikdə 18304 (on səkkiz min üç yüz dörd) manat "xxxx" MTK-dan tutularaq iddiaçı X3 ödənilməlidir. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar