Məhkəmə qərarları › İş №2(004)-95/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-95/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-95/2021 24.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 4 saylı Vəkil Bürosuna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 4 saylı Vəkil Bürosu və maraqlı şəxs Yasamal rayon 60 saylı Mənzil Kommunal İstismar sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 5000 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən «Azərbaycan plovu» kafesini («AİST» karaoke klubu) qeyri-yaşayış sahəsinin damından su axır. Axıntı ilə bağlı “Azərsu”ya dəfələrlə müraciət etmişdir. Həttda oranın rəhbərliyi ilə əlaqə saxlamışdır. Bununla əlaqədar Yasamal Rayon Su İdarəsinədə və başqa aidiyyətı orqanlara müraciət etmişdir. Ona bildirilib ki, üst mərtəbədə yerləşən 4 saylı vəkillər bürosundan su axır. 4 saylı Vəkillər Bürosundan komunal xətlərinin yoxlanılmasını xahiş edilmişdir. Onlar bildirmişlər ki, oradan su axmır. Sonra su idarəsinə müraciət etmişdir. Xüsusi cihazla yoxlama aparıldıqdan sonra 4 saylı vəkil bürosuna bildirilb ki, döşəmənin altından su axır. 4 saylı vəkillə bürosundan yenə də bildirilmişdir ki, bu, onlarlıq deyil, kanalizasiyadandır və iddiaçıya mənzil komunal istismar sahəsinə müraciət etməsi məsləhət görülmüşdür. O, mənzil komunal istismar sahəsinə də müraciət etmiş və oradan da bildirib ki, su 4 saylı vəkil bürosundan axır. Amma onlara bunu sübut edə bilmir. Su axması ilə əlaqədar ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X1 «Azərbaycan plovu» kafesinin mülkiyyətçisi əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininn 29.12.2020-ci il tarixli 10/1231 saylı və 14.07.2021-ci il tarixli 10/1312 saylı ekspert rəylərindən görünür ki, ünvan 2 ünvanda yerləşən “AİST” karaoke klubunun istifadəsində olan tikililərə yuxarı mərtəbədə yerləşən tikililərdən su axdığı müəyyən edilir. Lakin həmin tikililərin su kanalizasiya xətləri gizli şəkildə çəkildiyindən, yəni tikililərin altında qaldığından, “AİST” karaoke klubunun istifadəsində olan tikililərə konkret olaraq hansı tikilidən su axdığını müəyyən etmək mümkün deyildir. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, “AİST” karaoke klubunun istifadəsində olan tikililərə su sızması yuxarı mərtəbədəki tikililərin kanalizasiya və ya su borularında qəza yaranması səbəbindən baş verə bilər. “AİST” karaoke klubunun istifadəsində olan tikililərdə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2053 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə konkret olaraq hansı cavabdehə məxsus əmlakdan su axıdılmasının, yəni su axıdılmasına görə kimin cavabdehlik daşımasını müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı su axıdılması barədə «Azərsu» və Mənzil-Kommunal Təsərrüfat Birliyinə müraciət etdiyini və həmin şəxslər tərəfindən ona məxsus əmlaka cavabdeh 4 saylı Vəkil Bürosuna məxsus sahədən su axıdılmasının müəyyən olunduğunu bildirsə də buna dair hər hansı sənədi – akt, məktub və s. məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar