Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-960/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin Cavabdeh1 vəsaiti hesabına təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-960/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3858 nömrəli məlumatından və ana əlavə edilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, 2(004)-960/2023 nömrəli iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizanın aparılması və rəy verilməsi tədqiq olunan obyektə xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin qapısı bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə yenidən tədqiq olunan evə baxış keçirilməsi üçün gedilmiş, lakin Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ekspertizanın keçirilməsinə və evə baxış keçirilməsinə şərait yaratmamış və ekspertizanın keçirilməsinə mane olmuşdur. Bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, mülki iş xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə qaytarılmışdır. İş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-960/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə ona məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli evin balansa götürülməsi, Nümayəndə3 adına həmin evə dair orderin verilməsi və onunla mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi icra edilmiş, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə3 adına 4 nəfər ailə tərkibində özü, arvadı İddiaçı, oğulları X30 və X31 olmaqla xx.xx.2004-cü il tarixli order verilmişdir. Sonra Bakı şəhəri Tİ və MHQİ-yə təqdim edərək, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli fərdi yaşayış evini Nümayəndə3 adına özəlləşdirmiş və bu barədə ona Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 59,0 kv.m metr, köməkçi sahəsi 71,0 kv.m olan 2 yaşayış otağını X7. Müqavilədə satilan mənzilin sahəsi səhvən “yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı” kimi göstərilmişdir. Sonradan notarius bu barədə müqavilədə düzəliş etmiş və satılan sahənin “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” olması barədə qeyd yazmışdır. Nümayəndə3 evin üçüncü mərtəbəsini bütövlükdə X7. xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə3 xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 9A nömrəli evdən yaşayış sahəsi 38,0 kv.m olan bir otağını X24, yaşayış sahəsi 11,5 kv.m olan bir yaşayış otağı və sahəsi 3,9 kv.m, 4,5 kv.m, 4,8 kv.m olan köməkçi sahələri X4, qalan - yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m olan altı otağı həyat yoldaşı İddiaçı bağışlamışdır. Daha sonra xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X25 Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını X1. X12 və arvadı xəstəliyi ilə bağlı evin pilləkənlərini düşüb-qalxa bilməmişlər. X3 Rübabə Mədət qızı ilə danışaraq otaqlarını dəyişdirmək istəmişdir. Onlar bu barədə razılıq əldə etmişlər. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən X12 Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda 3-cü mərtəbədə yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağını İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişdir. X3 Rübabə Mədət qızına məxsus olan sahəyə köçsə də, İddiaçı X12 ilə dəyişdiyi ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağa köçməmişdir. Həmin otaq boş qalmış və onlar özləri həmin sahənin açarlarını Müseyibə vermişlər ki, oradan müvəqqəti istifadə etsin. Həmin vaxt onların bu sahəyə ehtiyacları olmamışdır. Müseyib onlardan Abbasla dəyişdikləri otaqdan istifadə etməyə icazə verilməsini xahiş etməmişdir. 2016- 2017-ci illərdə onlar 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı təmir etmək istədikdə, Müseyib xx.xx.2010-cu il tarixli çıxarışı göstərərək, həmin sahənin ona məxsus olduğunu bildirmiş və təmirə icazə verməmişdir. Müseyib otaqların arasındakı arakəsmə divarları sökməklə, İddiaçı məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı da öz mənzilinə qatmışdır. Bundan sonra Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili kimi tam mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hesab edir ki, aparılmış bu qeydiyyat düzgün olmamışdır, Rübabəyə məxsus olan sahə də Müseyibin adına qeydiyyata alınmışdır. Çünki, faktiki iki otaqdan ibarət olan mənzilini bir otaq kimi sənədləşdirməklə Rübabənin sahəsini ələ keçirmişdir. Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağın Cavabdeh1 tərəfindən zəbt edilməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli rəyləri ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otaq Cavabdeh1 qanunsuz sahibliyindən geri alınmalı, yaşayış sahəsi Cavabdeh1 vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməli, Cavabdeh1 adına verilmiş xx.xx.2010-cu il tarixli çıxarış və onunla əlaqədar verilmiş texniki pasport ləğv edilməlidir. Cavabdeh1 öz mənzilinə yeni ünvan alarkən və çıxırışı ayırarkən paylı mülkiyyətdə olan digər paylı mülkiyyətçilərin razılığı alınmalı idi. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və İddiaçı digər nümayəndəsi Nümayəndə3 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 111,51 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili kimi tam mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2010-ci il tarixdə çıxarış verilərkən səhvə yol verilmişdir. İddiaçı məxsus olan sahə də X19 adına qeydiyyata alınmışdır. DƏDRX tərəfindən X8 adına verilmiş MH ******* nömrəli xx.xx.2009-cu il tarixlı çıxarış ilə iddiaçı razıdır. Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda 3-cü mərtəbədə yerləşən İddiaçı məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağın Cavabdeh1 tərəfindən zəbt edilməsi məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli rəyləri ilə öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh1 2005-ci ildə 7 nəfər məcburi köçkün yığışaraq Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda öz vəsaitləri hesabına üç mərtəbəli 15 otaqlı ev tikdirmişlər. Onları pulu az olduğuna görə Nümayəndə3 da şərik qoşmuşlar. 3-cü mərtəbə bir zal, iki otaqdan ibarət mansar kimi tikilmişdir. Bina 1 bloklu idi, 1 və 2-ci mərtəbənin hər birində 3 mənzil, 3-cü mərtəbədə 1 zal, 2 otaqdan ibarət 1 mənzil (mansard) olmuşdur. Ev tikiləndən sonra sakinliər hərə öz mənzilində yaşamışdır. Üçüncü mərtəbədə yalnız Müseyb Qarayev yaşamışdır. Sənədləşdirmənin ucuz başa gəlməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə3 adına Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə xx.xx.2004-cü il tarixli order verilmişdir. Ev bütövlükdə Nümayəndə3 adına özəlləşdiriləndən sonra, Nümayəndə3 hər birinin mənzilini öz adına alqı-satqı əsasında keçirməyi öhdəsinə götürmüşdür. Lakin sonradan Nümayəndə3 sözünə əməl etməmiş və onların arasında mübahisə yaranmışdır. Firqət, Abbas və Arif məhkəməyə müraciət edərək mənzillərinin aldarına keçirilməsini Nümayəndə3 tələb etmişlər. Müseyb Qarayev də öz mənzilini Nümayəndə3 məcbur edərək adına sənədləşdirməyə nail olmuş və Bakı şəhəri 19 saylı dövlət notariat kontoruna gedərək xx.xx.2005-ci il tarixdə Nümayəndə3 ilə X25 arasında alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən satıcı Nümayəndə3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yerləşən bir zal, iki otaqdan ibarət olan mənzili alıcı X19 adına keçirmişdir. X25 xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsini Bakı şəhəri Tİ və MHQİ-yə təqdim edərək öz adına xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. X11 Bakı şəhəri Tİ və MHQİ-yə dəvət etmişlər, onda olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsini almışlar. Bir neçə gün sonra geri qaytaranda xx.xx.2005-ci il tarixli alqı-satqı müqavilədə “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmaqla düzəliş edildiyini görmüşdür. Bu barədə öz iradını bildirməklə Bakı şəhəri Tİ və MHQİyə yazılı ərizə vermişdir ki, aparılmış düzəlişlə razı deyildir. Cavabdeh1 yaşadığı Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda yerləşən 3-cü mərtəbə 1 zal, 2 otaq, mətbəx, hamam, tualet tikilisindən ibarət olmuşdur. 3-cü mərtəbədə bundan başqa 40 kv.m ibarət əlavə otaq var idi. Hazırkı mübahisə həmin 40 kv.m-dən ibarət əlavə otaqla bağlı yaranmışdır. Abbas faktiki olaraq evin 2-ci mərtəbəsində Natiqin adına olan ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otaqlı mənzildə yaşamışdır. Natiq Abbasdan 2000 manat əlavə pul alaraq, onu aldatmış və 2-ci mərtəbədəki 1 otağı Abbasın adına keçirdəcəyini bildirmiş, lakin Natiq Abbasa heç bir sənəd verməmişdir. Evin tikintisi zamanı Cavabdeh1 X6 5.000 manat pul aldığına görə məcbur olaraq heç bir pul almadan özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 adı keçirmişdir ki, Nümayəndə3 2-ci mərtəbədə yaşayan X10 mənzilindən çıxarda bilməsin. Daşa sonra Abbas həmin sahəni faktiki yaşadığı 2-ci mərtəbədə yerləşən sahə ilə İddiaçı ilə dəyişdirmişdir. Bundan sonra Nümayəndə3 ona bildirmişdir ki, mənzilin üstündə yerləşən Abbasla Rübabənin dəyişdirdiyi 40 kv.m olan tikilini sökəcəkdir və yerinə şifer vuracaqdır. Çünki, evinin üstündə otaq istəmir. X25 formal olaraq Abbasa satdığı ümumi sahəsi 40 kv.m olan tikilinin Nümayəndə3 və İddiaçı tərəfindən sökülməsinə etiraz etməmişdir. Nümayəndə3 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 40 kv.m olan tikilini sökdürmüş və onun yerinə şifer vurdurmuşdur. Hazırda həmin tikili mövcud deyildir. Abbas əvvəldən 2-ci mərtəbədəki mənzildə yaşayıb və 3-cü mərtəbədə yaşamayıb. Şifer onun evinin divarı ilə birləşmişdir. Həmin dövrdə "Sovetski" sökülməyə başlayanda onların mənzilləri də sökülməli olan evlərin sırasında idi. Bu səbəbdən iddiaçı orada evi olduğunu deyərək, Müseyibə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh X21 qarşı 2017-ci ildə iddia qaldıraraq, X19 Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda 3-cü mərtəbədə ona məxsus otaqdan çıxarılmasını xahiş etmişdir. Sonra iddia ərizəsinin geri qaytarılması barədə ərizə vermişdir, bu səbəbdən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-576/2017 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, eyni mübahisə ilə bağlı daha əvvəl də iddiaçı iddia qaldırmışdır. İddiaçı iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət edərək, eyni predmet və eyni əsaslarla əsassız iddia qaldırıb. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. X25 həmin qətnamədən şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxs X19 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-3000/2018 saylı qətnaməsi, iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Odur ki, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərməklə məlumat versə də, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. X15 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən 3 mərtəbəli tikilinin tikintisi zamanı Musadifin dəvəti ilə taxta işlərini görmüşdür. Mübahisəli otaq evlə üzbəüz duranda sol tərəf düşür. Sonradan 2009-2010-cu ildə həkim, yəni iddiaçının həyat yoldaşı Nümayəndə3 onun briqadasını dəvət etmiş, onlar həmin evin 3-cü mərtəbəsində yerləşən taxta tikilidən olan otağı sökmüşlər, həmin otağın sahəsi təxminən 38 kv metr olardı. Bu otaq taxta pilləkənla 3-cü mərtəbəyə çıxanda sağ tərəfdə yerləşirdi. Orada iki qapı var idi, biri Müseyibin mənzilinə, digəri isə həmin taxta otağa açılırdı. Bu otaqdan Müseyibin mənzilinə giriş yox idi. Sökdükləri taxta otağın materiallarını aşağıya düşürüb evin həyətinə yığmışlar. Gördükəri işə görə həkim, yəni iddiaçının həyat yoldaşı Nümayəndə3 onalar 200-250 manat zəhmət haqqı vermişdir.Otağın söküntüsü 2-3 gün çəkmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi ilə iddiaçılar Nümayəndə3 və X28 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “xüsusi icraat qaydasında vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair” iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli evin və Bakı şəhəri Y.Dağlı küçəsində yerləşən 17 saylı evin yaşayış sahəsi 23,0 kv.m olan 2 otağının balansa götürülərək, müvafiq olaraq Nümayəndə3 və X28 adına həmin evlərə dair orderin verilməsi və onlarla mənzil kirayə müqaviləsinin bağlanması bir vəzifə kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 1182 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2562/2004 nömrəli qətnaməsi icra edilmiş, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli ev Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin balansına götürülmüş və Nümayəndə3 adına 4 nəfər ailə tərkibində özü, arvadı İddiaçı, oğulları X30 və X31 order verilmişdir. Sərəncam əsasında həmin evə dair Nümayəndə3 adına xx.xx.2004-cü il tarixli 037130 nömrəli order verilmişdir. Bakı şəhəri Yasamal rayonu 8-ci keçid yaşayış sahəsi 320,8 kv.m olan 15 otaqlı 9A nömrəli fərdi yaşayış evi Nümayəndə3 adına özəlləşdirilmiş və bu barədə ona Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/-227 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə3 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/206785 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 3-cü mərtəbədə yaşayış sahəsi 101,4 kvadrat metr olan 3 otağı alıcı X21 245.000.000 (AZM) manata satmışdır. Müqaviləyə diyircəkli qələmlə düzəliş edilməklə “yaşayış sahəsi 59,0 kv.m metr olan 2 otağı”, “4 ədəd köməkçi otaq - 71,0 kv.m” qeydi yazılmışdır. Bakı şəhəri 14 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə-2261 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Nümayəndə3 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/8934 nömrəli arayışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid 9A nömrəli evdən yaşayış sahəsi 38,0 kv.m olan bir otağını X24, yaşayış sahəsi 11,5 kv.m olan bir yaşayış otağı və sahəsi 3,9 kv.m, 4,5 kv.m, 4,8 kv.m olan köməkçi sahələri X4, qalan altı otağı həyat yoldaşı İddiaçı bağışlamışdır. Yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m. Müqaviləyə düzəliş edilmiş, əlavə olunmuş “Yaşayış sahəsi 97,8 kv.m köməkçi sahəsi 81,3 kv.m və yaşayış sahəsi 38,0 kv.m” düzəlişinə inanmalı qeydi yazılmışdır. xx.xx.2005-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X25 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/8027 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən özünə məxsus olan 2 otaqdan - köməkçi sahəsi 22,6 kv.m və yaşayış sahəsi 17,4 kv.m olan bir otağını alıcı X9 80.000.000 (AZM) manata satmışdır. Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2009-cu il tarixli 4Ə-2/-366 reyestr nömrəli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/17629 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən özünə məxsus olan ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 17,4 kv.m, köməkçi sahəsi 22,6 kv.m olan 1 otağı - Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 30/11354 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9a ünvanda yerləşən ümumi sahəsi 553,7 kv.m, yaşayış sahəsi 320 kv.m olan 15 otaqlı mənzildən İddiaçı məxsus hissədən ümumi sahəsi 29,8 kv.m, yaşayış sahəsi 21,6 kv.m, köməkçi sahəsi 18,2 kv.m olan 1 otağı ilə dəyişdirmişlər. DƏDRX tərəfindən X21 verilmiş MH ******* nömrəli xx.xx.2008-ci il tarixlı çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X19 1 otağı ümumi sahəsi 112,6 kv.m; və digərlərinin .....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən X23 verilmiş MH 022284 nömrəli xx.xx.2009-cu il tarixlı çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzil paylı mülkiyyət hüququ üzrə X20 1 otaq y/s 28,8 kv.m, k/s-3.2 kv.m; X19 1 otağı ümumi sahəsi 112,6 kv.m; .....adlarına daşınmaz əmlakın dövlət reyestrində 594 nömrəli reyestr kitabının 54594 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən X19 adına verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 21 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-3000/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və onunla əlaqədar verilmiş texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, DƏDRX tərəfindən X21 verilmiş xx.xx.2010-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X25 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-1183/2019 nömrəli qətnaməsi ilə üçüncü şəxs X19 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(102)-1206/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli 2(103)-1183/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-5082/2020 nömrəli qərardadı ilə üçüncü şəxs X19 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3000/2018 saylı 11 sentyabr 2018-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Məhkəmə qeyd etmişdir ki, fiziki şəxs olan iddiaçının tələbindən müəyyən olunur ki, o, Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9 ünvanda yerləşən 3 mərtəbəli evə dair verilmiş MA seriyalı ******* nömrəli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsini tələb edir. Bu isə o deməkdir ki, iddia tələbi cavabdeh kimi mübahisəli fərdi yaşayış evinə dair çıxarışı və texniki pasportu verən orqan kimi DƏDRX-yə yönəldiyindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan olduğundan mübahisəyə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən bu halda iş üzrə icraata xitam verilməlidir. Həmin maddəyə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bundan sonra, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs X21 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən X19 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101-093002 nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-7227/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)-866/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-7227/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Qərarında aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunla digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə, həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Daşınmaz əmlakın alqı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarış daşınmaz əmlakın dövlət reyestrində mülki-hüquqi əqd əsasında, yəni alqı-satqı müqaviləsi əsasında mənzilə dair əvvəl aparılmış qeydiyyata əsaslanmaqla, yeni ünvan alınarkən verildiyindən, hazırkı iddiaya mülki xarakterli iş kimi mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 139.1 və 139.3-cü madəllərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 3723 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Abbas Xalıqverdiyevdən aldığı tikililərin üçüncü mərtəbədə yerləşdiyini, üçüncü mərtəbədə yerləşən bütün tikililərin Nümayəndə2 istifadəsində olduğunu nəzərə alaraq, İddiaçı Abbas Xalıqverdiyevdən aldığı mənzilin tikililərinin Nümayəndə2 istifadəsində olduğu müəyyən edilir. xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə2 Nümayəndə3 aldığı tikililərin üçüncü mərtəbədə yerləşdiyini, faktiki olaraq həmin evin üçüncü mərtəbəsində yerləşən bütün tikililərin Nümayəndə2 istifadəsində olduğunu nəzərə alaraq, Nümayəndə2 Nümayəndə3 aldığı tikililərin faktiki olaraq onun öz istifadəsində olduğu müəyyən edilir. Apellyasiya icraatı zamanı təyin edilmiş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin verdiyi xx.xx.2019-cu il tarixli 12536 saylı ekspert rəyində qeyd olunur ki, yaşayış evinin üçüncü mərtəbəsinin xx.xx.2005-ci il tarixli texniki pasportuna əsasən ilkin vəziyyətdə 8 tikilidən və açıq eyvandan ibarət olduğunu, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nümayəndə3 tərəfindən özünə məxsus 3-cü mərtəbədə yerləşən 2 otağın X5, xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X25 özünə məxsus 3cü mərtəbədə yerləşən 2 otaqdan köməkçi sahəsi 22.6 kv.m, yaşayış sahəsi 17.4 kv.m olan bir otağı X2, xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Abbas Xalıqverdiyev həmin otağı notariat qaydasında İddiaçı (Nümayəndə3) məxsus otaqla dəyişdirdiyini, xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən köməkçi sahəsi 22.6 kv.m, yaşayış sahəsi 17.4 kv.m olan tikililərin yaşayış evinin 3-cü mərtəbəsində yerləşdiyini nəzərə alaraq, İddiaçı sonuncu dəfə otaqların dəyişdirilməsi ilə bağlı bağladığı xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən onun mülkiyyətinə keçmiş otağın hazırda Müseyib Qarayevə xx.xx.2010-cu il tarixdə verilmiş MA ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə olunmuş texniki pasport əsasında mülkiyyətində olan sahənin hüdudları daxilinə düşdüyü və sonuncunun faktiki istifadəsində olduğu müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəsinin 5-ci abzasında qeyd olunur ki, iş materiallarına evə dair Nümayəndə3 adına eyni tarixli 2 ədəd texniki pasport əlavə edilmişdir. Lakin texniki pasportların birində 3-cü mərtəbə üzrə 8 tikili, digərində isə 9 tikili əks olunmuşdur. (iş materialları 104 və 112-ci vərəqələrdə). Həmin texniki pasportların mənzilin texniki göstəriciləri bölməsində ümumi sahəsinin 553.7 kv.m olduğu göstərilmişdir. Hər iki texniki pasportların göstəriciləri hesablamalar aparılaraq müqayisə edilərkən iş materiallarının 112-ci vərəqində olan texniki pasportda əks olunmuş tikililərin ümumi sahəsinin mənzilin texniki göstəriciləri bölməsində qeyd olunan sahəyə uyğun olduğu, 104-cü vərəqdəki texniki pasportda əks olunmuş tikililərin sahəsinin isə ümumi sahədən 40 kv.m artıq göstərildiyi, yəni 104-cü vərəqədəki texniki pasportun 3-cü mərtəbəsi üzrə sahəsi 40 kv.m göstərilən tikilinin sonradan əlavə olunduğu müəyyən edilmişdir. Buna görə də hazırkı tədqiqat zamanı iş materiallarının 112-ci vərəqində olan texniki pasportun məlumatlarına istinad edilmişdir. Rəyin tədqiqat prosesinin təsviri hissəsinin 9-cu abzasında bildirilir ki, evin faktiki vəziyyəti ilə həmin yaşayış evinin ilkin vəziyyətinə dair tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasportun məlumatları müqayisə edilərkən 3-cü mərtəbədə yerləşən tikililər üzrə rekonstruksiya işləri aparılaraq sahəsi 11.0 kv.m, 7.0 kv.m, 4.6 kv.m kimi göstərilən tikililərin daxili divarlarının tamamilə sökülərək götürüldüyü, həmin sahədə bir otaq yaradıldığı, eləcə də digər tikililərdə arakəsmə divarların yerinin dəyişdirildiyi müəyyən olunmuşdur. Hazırkı iş üzrə məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Lakin Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ekspertizanın keçirilməsinə və evə baxış keçirilməsinə şərait yaratmamış və ekspertizanın keçirilməsinə mane olmuşdur. Bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 3723 saylı və xx.xx.2019-cu il tarixli 12536 saylı ekspert rəylərinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə ekspertizasının keçirilməsi və mənzilə baxış keçirilməsi mümkün olmadığına görə, həmin ekspert rəylərini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməsi əsaslarını müəyyən edə bilmir. Bu səbəbdən həmin rəylər iddiaçıya məxsus olan otağın cavabdeh tərəfindən zəbt edilməsi əsası kimi qəbul edilə bilməz. Həmçinin, şahid Nazar Həsənzadə məhkəmə iclasında ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus olan mübahisəli otaq taxta tikilidən ibarət olmuş və idiaçının həyat yoldaşı Nümayəndə3 tapşırığı əsasında onun ustaları tərəfindən sökülmüş və materialları aşağıya yığılmışdır. Buna görə 200-250 manat zəhmət haqqı almışlar. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayonu 8-ci keçiddə istifadədə olan 0,02535 ha torpaq sahəsində yerləşən 9a nömrəli, 3 mərtəbəli binada, 553,7 kv.m ümumi, 320 kv.m yaşayış sahəsindən ibarət 15 otaqlı mənzilin 1 otağı ümumi sahəsi 112,6 kv.m olan hissəsi paylı mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2008-ci il tarixdə, sonra xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, daha sonra isə X25 öz hissəsinə dair ayrıca ünvan almış və daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyata əsaslanmaqla xx.xx.2010-cu il tarixdə X19 mənzilinə yeni ünvan verilmiş, ünvan 21 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X19 adına xx.xx.2010-ci il tarixdə daşınmız əmlakın dövlət reyestrində 1073 nömrəli reyestr kitabının 96935 nömrəli vərəqində qeydiyyata alınmaqla, əvvəlki qeydiyyata əsaslanmaqla, xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Yəni, xx.xx.2010-cu il tarixdə Nümayəndə2 adına çıxarış verilərkən və texniki pasport tərtib edilərkən mənzilin ölçüsündə dəyişiklik edilməmiş, sadəcə olaraq əvvəlki ölçülər əsasında yeni çıxarış verilmişdir. Yəni, reyestrin məzmununda dəyişiklik edilmədən, yeni tarixli çıxarış verilmişdir. xx.xx.2008-ci il tarixli, xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli çıxarışların verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrində əvvəllər aparılmış qeydiyyat yazısı qüvvədə olduğuna və mənzilin ümumi sahəsində dəyişiklik edilmədiyinə görə Nümayəndə2 adına verilmiş xx.xx.2010-cu il tarixli reyestrdən çıxarış və texniki pasport ləğv edilə bilməz. Çünki, reyestrdən çıxarış daşınmaz əmlakın dövlət reyestrdə vətəndaşın əmlakı barədə aparılmış qeydiyyata əsaslanaraq vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd kimi təqdim edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mənzilin çıxarışı və texniki pasportunun ləğv edlilməsi üçün əsaslar olmadığına görə, iddia tələbi digər hissədə də, yəni Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin Cavabdeh1 vəsaiti hesabına təmin edilməsi hissəsində də rədd edilməlidir. Çünki, sənəd üzərində İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 mülkiyyətində olan ünvan 21 kvadrat metr, yaşayış sahəsi 32,62 kv.m, köməkçi sahəsi 78,89 kv.m olan 1 otaqlı 4 nömrəli mənzilin sahəsinə daxil olması sübuta yetirilməmişdir. Göründüyü kimi, Müseyib Qarayevə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilərkən həmin sənədlərdə sonuncunun mülkiyyətində olan tikililərin sahəsi ilə bağlı məlumatların texniki pasporta düzgün daxil edilməməsi ilə bağlı mübahisə yaranmışdır. Deməli, iddiaçının tələbi ondan ibarətdir ki, ona məxsus olan mənzil - bir otaq əsassız və qanunsuz olaraq hüquqları qeydə alan orqan tərəfindən Nümayəndə2 mənzilinə dair verilmiş çıxarış və texniki pasporta daxil edilmişdir. İddiaçının bu tələbi əslində həmin sənədlərin etibarsızlığı ilə bağlıdır. İddiaçı isə sənədlərin ləğvini tələb edir. Əslində bu tələb hüquqları qeydə alan orqana qarşı yönəlmişdir. Çünki qeyd olunan, yəni ləğv olunması tələb olunan sənədləri məhz Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti vermişdir. Həmin orqan Nümayəndə2 məxsus olmayan əraziləri də onun sənədlərinə əlavə edərək sonuncunun adına çıxarış vermişdirsə, bu hal sənədlərin etibarsız hesab olunmasına dəlalət edən haldır. Belə ki, etibarsızlığın hüquqi nəticəsi ondan ibarətdir ki, həmin sənədlər tərtib olunduğu vaxtdan qanunsuz və əsassız olmuşdur. Lakin iddiaçının tələbində göstərilən sənədin ləğv olunması belə anlama gəlir ki, həmin sənəd verilərkən qanunun tələblərinə riayət edilmiş və sonradan ortaya çıxan hallar onun ləğvini şərtləndirir. Hazırkı işdə iddiaçı bildirir ki, ona məxsus olan mənzil-otaq əsassız olaraq Nümayəndə2 verilmiş sənədlərə daxil edilmişdir. Lakin İddiaçı özünə məxsus olan Bakı şəhəri Yasamal rayonu 8-ci keçid ev 9A ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 qanunsuz sahibliyində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 17 kv.metr, köməkçi sahəsi 22,6 kv.metr 1 otağın Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması, yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsinin Cavabdeh1 vəsaiti hesabına təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş MA seriyalı ******* nömrəli xx.xx.2010-cu il tarixli çıxarışın və onunla əlaqədar verilmiş **********59-05101- 093002 nömrəli texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-960/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-960/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver