Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-963/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “avtomobilin təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y ƏN E T D İ: İddiaçı cavabdehlər X5 və Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinə qarşı “avtomobilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “Ford Transit” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh X2 alınaraq ona verilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin cərimə meydançasına yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 17.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək 2000-ci il buraxılışlı, “Ford Transit” markalı (ban nömrəsi WFOLXXGBFLYB15338), **-FN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq İddiaçı verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, “Ford Transit” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı yük maşını iddiaçının rəhmətlik həyat yoldaşı X4 adında qeydiyyatda olmuşdur. Mərhum həyat yoldaşını əvvəlcədən də tanıyan Cavabdeh1 onu inandırmışdı ki, maşın ona aylıq 300 manata icarəyə versin, icarə haqqını da vaxtı-vaxtında ödəsin. Daha sonra, mərhum həyat yoldaşı Cavabdeh1 oğlu X6 vasitəsilə 01.02.2016-cı il tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün notariat orqanında etibarnamə vermişdir ki, hazırki cavabdeh rahatlıqla avtomobili sürə bilsin. O əvvəllər hər ay mütəmadi olaraq aylıq icarə haqqı verirdi. Lakin, 2018-2019-cu illərdə, o, pulu ödəməkdən boyun qaçırmağa, gecikdirməyə başladı, ödəməni tələb etdikdə isə ilk öncə maşının mühərrikinin işləməməsini, daha sonra da fərqli bəhanələr gətirmişdir. Sonuncu dəfə həmin şəxs 2019-cu ilin iyun ayında maşının icarə haqqını ödəmişdir. Lakin, bundan sonra heç bir pul ödənilməmişdir, buna görə də maşını tələb etdikdə, o, maşını geri qaytarmaqdan da boyun qaçırmağa başlamışdır. Qeyd edir ki, cavabdehə verilən etibarnamə 25.05.2019-cu il tarixədək qüvvədə olmuş və hazırda etibarnamənin müddəti bitmişdir. 22.12.2016-cı il tarixdə iddiaçının həyat yoldaşı X7 ağ ciyər ödemi xəstəliyindən vəfat etmişdir. 09.10.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə və ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən 2000-ci il buraxılışlı, ağ rəngli, “Ford Transit” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Hesab edirəm ki, iddiaçının mülkiyyətində olan 2000-ci il buraxılışlı, ağ rəngli, “Ford Transit” markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya verilməli və mülkiyyət hüquqları bərpa edilməlidir. İddiaçının oğlu X6 polisə nəqliyyat vasitəsinin qastarılması barədə müraciət etmiş, lakin Bakı şəhəri, Qaradağ RPİ 10-cu PB-nin təhqiqatçısının 07.10.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə onlara mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X11 polisə müraciət edərkən həmin avtomobil üzərində Cavabdeh1 tərəfindən idarə edilən dövrdə (06 iyun 2016, 17 iyul 2016, 19 aprel 2018) törədilən inzibati xətalarla bağlı cərimələr Zamiq tərəfindən ödənilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, 2016-cı ildə Fərhad adlı bir nəfər ona bildirmişdir ki, “Ford” markalı avtomobili var və həmin avtomobil cərimə meydançasındadır. Həmin avtomobili oradan çıxartdırıb, düzəltdirmiş, sonra Vidadinin oğlu yaxınlaşıb bildirmişdir ki, avtomobil Fərhadın maşını deyil. Ona bildirmişdir ki, min manat depozit qoyaraq aylıq üç yüz manat pul ödəsin. Pulu vaxtı-vaxtında ödəmişdir. Avtomobilin iki dəfə motorunu yığdırmışdır. Avtomobilə ümumi on doqquz min manat pul xərcləmişdir. Sonra avtomobili ustaya vermiş və ustanın həyətində qalmışdır. Sonradan ustanı da, avtomobili də tapa bilməmişdir. Bununla bağlı polisə də şikayət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AC 357659 seriyalı, 11.02.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Ford Transit” yük markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhər qeydiyyat şöbəsi tərəfindən verulmiş AZ-İ 834730 nömrəli, 27.01.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 22.12.2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan ƏN-İİİ 658876 nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətinə əsasən 01.02.2016-cı il tarixdə X7 tərəfindən “Ford Transit” yük markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti 3 il 3 ay 24 gün müddətinə Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan 09.10.2020-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 22.12.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi arvadı İddiaçı və onun miras əmlakdan ½ hissədə payı müəyyən edilmişdir. Miras əmlak 2000-ci il buraxılışlı, “Ford Transit” yük markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan 09.10.2021-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən 22.12.2016-cı ildə vəfat etmiş X1 qalmış arvadı İddiaçı onların birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Ümumi birgə əmlak 2000-ci il buraxılışlı, “Ford Transit” yük markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 3(008)-723/18 saylı, 19.04.2018-ci il tarixli qərarına əsasən Cavabdeh1 “Ford Transit” yük markalı, **-FN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM0nin 327.8-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmiş, 200 manat məbləğində cərimə edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı anasıdır. Maşın atasına məxsusdur. 2016-cı ildə etibarnamə ilə Zamiqə aylıq 300 manat icarə haqqı ödəmək şərti ilə vermişdir. 2016-cı ildə atası rəhmətə gedəndən sonra ödənişləri ona etmişdir. 2019-cu ilin iyun ayında axırıncı ödənişi etmiş, ondan sonrada müxtəlif bəhanələrlə maşını verməmişdir. 2019-cu ilin iyun ayında görüşəndə avtomobillə gəlməmişdir. Hazırki əlaqə nömrəsini bilmir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti olan avtomobil iddiaçının həyat yoldaşı X4 mülkiyyətində olmuş, onun 01.02.2016-cı il tarixdə veridiyi etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilmişdir. Etibarnamənin müddəti 26.05.2019-cu ildə bitmişdir. X7 22.12.2016-cı il tarixdə vəfat etmiş və miras əmlakı olan avtobobilin ½ hissəsinə payı üzərində həyat yoldaşı İddiaçı mülkiyyət hüququ müəyyən edilmiş, beləliklə mübahisə predmeti olan avtomobil tamamilə iddiaçının mülkiyyətinə keçmişdir. Hazırda iddiaçı mülkiyyətində olan əmlakın cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdeh isə iddiaya etiraz edərək avtomobilə xeyli xərc çəkdiyini və hazırda avtomobilin onda olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan avtomobil iddiaçının mülkiyyətindədir, lakin cavabdeh ona verilmiş etibarnamənin müddətinin bitməsinə baxmayaraq avtomobili mülkiyyətçisinə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin olunmalı, 2000-ci il buraxılışlı, “Ford Transit” markalı (ban nömrəsi WFOLXXGBFLYB15338), **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2000-ci il buraxılışlı, “Ford Transit” markalı (ban nömrəsi WFOLXXGBFLYB15338), **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-963/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-963/2021
17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver