Məhkəmə qərarları › İş №2(004)-98/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-98/2022

31.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-98/2022 31.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri X4 qarşı “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikintisi Kooperativinə və Kooperativin sədri X4 qarşı “müqavilə öhdəliklərinin icra olumaması, dayanacağa sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə, onunla ünvan üzrə mənzilə aid bağladıqları müqavilənin “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binanın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna qarşı cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi nəticəsində dəymiş 15000 manat maddi zərərin və 15000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh1 MTK-nın və Cavabdeh1 MTK sədri X3 üzərinə, onunla ünvan üzrə mənzilə aid bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” (bənd 1.7.), üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin qoyulması, ünvan üzrə binaın sahəsində yerləşən dayanacaqda ona məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, onun avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməsi və tanınması, cavabdehlərdən dəymiş maddi zərərin əvəzi kimi 20117 manat və vurulmuş mənəvi zərərin əvəzi kimi 15000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 09.02.2018 tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən, ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilin sahibidir. 29.11.2013-cü ii tarixdə Cavabdeh1 MTK ilə “Mənzil tikintisi haqqında müqavilə” və “Xidmət müqaviləsi” bağlamışdır. Cavabdeh1 MTK-nın ünvan üzrə inşa etdiyi binada və binanın 2-ci girişində tikinti norma və qaydalarının pozulması, çoxsaylı ciddi qüsurlar, natamamlıqlar, yaşayışa narahatlıq və təhlükəli halların təsdiqi bina sakinlərinin kollektiv iddia ərizəsi əsasında Yasamal rayon Məhkəməsinin 03.06.2016 cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin 15.05.2017-ci il tarixli, həmçinin, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı, Yasamal rayon Məhkəməsinin 18.02.2019-cı il tarixli və həmin iddia üzrə Bakı Apelyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnamələrində öz əksini tapmışdır. Cavabdeh 8 il müddətdə davamlı inadkarlıq göstərərək, müqavilə öhdəliklərini və qətnamələrlə üzərinə qoyulmuş vəzifələri icra etməkdən davamlı yayınır, binada mövcud problemləri həll etmir. Ona məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlərlərin və təhlükəsizlik tədbirlərinin tam təmin edilməməsi səbəbindən, həmin mənzildən lazımınca istifadə edə bilmir. Bu halların müstəqil nəticəsi olaraq, hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr davam edir. Göstərilən səbəbdən, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Xidmətlərin və və təhlükəsizlik tədbirlərinin lazımınca təmin olunmasına dair müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması və öhdəliklərinin icra edlməməsi davam edir. Cavabdeh "Xidmət müqaviləsi”nin "Kooperativin öhdəlikləri”nə aid hissəsinin "kooperativ, vaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin etməli” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması (bənd İ.4.). “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” (bənd İ.7.), bəndlər üzrə müqavilə şərtlərini ciddi pozmuşdur və bu hal davam edir. Cavabdeh. “Xidmət müqaviləsi”nin “Kooperativin öhdəlikləri” hissəsinin 1.1. bəndində mənzillərə isti suyun mərkəzləşdirilmiş qazanxanadan verilməsi barədə öhdəliyi ilə zəmanət verdiyi üçün, mənzildə təmir işləri aparan zaman isti su təminatı üçün “Kombi” qızdırıcı sistemi quraşdırmamışdır. Bu səbəbdən, həmçinin, ərizədə göstərilən digər səbəblərdən, mənzildə yaşayış mümkünsüzdür. Təmir olunmuş mənzildə istilik sisteminin quraşdırılması söküntülər, əlavə tikinti materialları, narahatlıqlar, vaxt və külli miqdarda pul vəsaiti tələb edir. Cavabdeh, “Xidmət müqaviləsi”nin “Kooperativin öhdəlikləri” hissəsinin 1.4. bəndində “mənzillərin girişində sayqaclara elektrik, soyuq və isti suyun verilməsini təmin etməli” məzmunda öhdəliyi lazımışca yerinə yetirməmişdir. Mənzilə aid elektrk sayqacı mənzilin girişində deyil, ona məlum olmayan yerdə quraşdırılmışdır. Su sayqacları da mənzildən kənarda və qapalı yerdə quraşdırılmışdır. Sayqacların müqavilə şərtinə uyğun mənzilin girişində qııraşdırılmaması, iddiaçının (mənzil sahibinin) elektrik və ya su sərfıyyatına nəzarət etmək hüququnu pozur. Cavabdeh, “Xidmət müqaviləsi”nin “Kooperativin öhdəlikləri” hissəsinin 1.7.. bəndində “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” məzmunda müqavilə şərtlərini lazımışca yerinə yetirməmişdir.və bu hal davam edir. Binanın 2-ci girişində pilləkan meydançalarının və pilləkan qəfəsinin divarında və tavanlarında tamamlama işləri natamam və keyfiyyətsizdir. Divarlar əyri, kələ-kötür, tavanlar səliqəsiz və qopuntuludur. Cavabdehin müqavilə öhdəliklərini icra etməməsi, ona məxsus mənzildən istifadə edilməsi üçün tələb olunan kommunal xidmətlər və təhlükəsizlik tədbirləri ilə lazımınca təmin edilməməsi, ona və onun əmlakına zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkətlərinin davam etməsi nəticəsində,, , ona məxsus mənzildən istifadə edə bilmir. Bu səbəbdən,. normal yaşayış şəraitindən məhrum olmuşdur. Göstərilən hallar təsdiq edir ki, mülkü hüquqlarının pozuması davam edir. Aralarında bağlanmış 29.01.2013-cü il tarixli “Xidmət miiqaviləsi”nin Kooperativin öhdəlikləri bəndində “kooperativ yaşayış binasının .... və davanacaqların mühafizəsini təmin etməlidir” məzmunda üzərinə öhdəlik götürmüşdür. AR Mülki Məcəlləsinin 109.4.1.7.. 227.1., 227.2.. 228.3.. 232.. 389.3.. 404.1., 404.5... 419.2. 420.2. və AR Mənzil Məcəlləsinin 35.1.. 37.2.. 38.1. maddələrinə istinadla və məntiqə əsaslanaraq hesab edir ki, bu məzmunda öhdəlik, “ünvan üzrə mənzil sahibi binanın abtomobil dayanacağında abtomobil saxlanılması üyün istifadə hüququna malikdir” məzmun kimi anlanır. Miiqaviləyəqədərki danışıqlarda cavabdeh bu öhdəliyin belə təfsir edilməsini təsdiq etmişdir və o, avtodayanacaqda yer veriləcəyinə əmin olmuşdur. Bunun əksini düşünmək absurddur. Normal düşüncə tərzi ilə anlamaq mümkündür ki, əgər bu məzmunun başqa təfsirini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi,, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlə bağlayardı və yaxud, ümumiyyətlə, bu müqaviləni bağlamazdı. Müqavilə bağlanandan bir qədər sonra, cavabdeh natamam məzmunda tərtib etdiyi müqavilədə bilərəkdən yol verdiyi bu qeyrimüəyyən məzmundan qərəzli istifadə edərək, dediyi sözü və etdiyi vədi təkzib etmişdir. Binada kommunal xərclər üzrə aylıq ödəniş məbləğinə kooperativ yaşayış binasının və dayanacaqların mühafizəsini təmin etməsi üzrə xidmət haqqı daxildir. Bu sənədin cavabdehdən alınması ilə bağlı müraciətləri cavabsız qalmışdır. Cavabdeh ona göndərdiyi 29.11.2019-cu il tarixli məktubda bilərəkdən yanlış və təhrif edilmiş məzmunda göstərir ki, “Sizin qaraj iddianıza müxtəlif məhkəmə instansiyalarında baxılmışdır”, “kooperativin balansında qaraj sahəsi yoxdur”. Bildirir ki, “qaraj iddiası” ilə heç bir məhkəmə instansiyasına müraciət etməmişdir. Cavabdehin bu məzmunda cavabı natamam və təhrif olunmuş məlumat kimi qiymətləndirilməlidir. Müqavilədə qeyd edilən dayanacaq binanın sahəsində yerləşir və sakinlərin abtomobilin saxlanılması üçün 180 abtomobil yeri olan dayanacaqdır. İş üzrə qəbul edilmiş və hüquqi qüvvəyə minmiş məhkəmə qətnamələrində və ekspertiza rəylərində binanın inşasında Cavabdeh1 MTK tərəfindən yol verilmiş mülki hüquq və Tikinti Norma və Qaydalarının çoxsaylı pozuntuları və müqavilə öhdəliklərini yerinə yetirilməməsi subut edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin binanın istismarına dair 27.12.2016-cı il tarixli 0083 saylı “İcazə" sənədində göstərilir ki, Cavabdeh1 MTK tikinti obyektinin keyfiyyət zəmanəti (istismarı ilə bağlı zəmanət) müddəti 2 ildir”. Bu müddət 27.12.2018-ci il tarixdə bitmişdir. Həmin müddətdə sakinlərin çoxsaylı müraciətlərinə və bununla bağlı, məhkəmə qətnamələrində təsbit olunan tələblərə baxmayaraq, cavabdeh, binanın inşasında və xidmətlərdəki qüsurları, natamamlıqları və yaşayış üçün təhlükəli halları qərəzliklə aradan qaldırmamışdır. Cavabdeh Yasamal rayon Məhkəməsinin iş üzrə hüquqi qüvvəyə minmiş 03.06.2016 tarixli qətnaməsinin nəticə hissəsində təsbit olunan 10 bənddən 7 bənd (2, 3, 5, 6, 7, 9, 10 ) üzrə icranı yerinə yetirməmişdir. Həmçinin, Bakı Apelyasiya Məhkəməsinin 16.07.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsində cavabdehlərin üzərinə qoyulmuş 4 bənd üzrə vəzifələrin qərəzli olaraq yerinə yetirilməməsi davam edir. 2013-cü ildən bu zamana qədər (8 il ərzində) cavabdehin çoxsaylı qanunsuz hərəkətlərini subut etmək və aradan qaldırılmasına nail olmaq üçün, ona məxsus mənzildə normal yaşayış və təhlükəsizlik hüquqlarının müdafiəsi ilə bağlı, cavabdehlə davamlı mübahisə vəziyətindədir. 2013-cü ildən hazırkı zamana qədər bu məsələlərin ədalətli həllinə çox vaxt və gərginlik sərf etmişdir. Cavabdehin qərəzli və təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində ona vurulan maddi və mənəvi zərər davamlı xarekter daşıyır və zərərin səbəbləri hazırkı vaxtadək aradan qaldırılmamışdır. Cavabdeh mənzillərə mərkəzləşdirilmiş qazanxanadan isti suyun verilməsi barədə öhdəliyi ilə zəmanət verdiyi müqavilə şərtini tam pozduğuna görə,, mənzildə isti su təminatı üçün “Kombi” qızdırıcı sisteminin quraşdırmasına məcburdur. Bu sistemin quraşdırılması söküntülər, yenidən təmir işlərinin görülməsini, əlavə tikinti materialları, narahatlıqla, vaxt və xüsusi ilə, külli miqdarda pul vəsaiti tələb edir. Binanın sahəsində sakinlərin abtomobil saxlaması üçün dayanacaqnda cavabdehin ona abtomobil saxlanması üçün yer verməkdən əsassız və davamlı imtina etməsi, ciddi narahatlığa maddi və mənəvi zərər vurulmasıma əsaslı zəmin yaradır. Binanın 2-ci girişində liftlərdə, pilləkanlarda və pilləkan qəfəsələrində hərəkət təhlikəsizliyinin lazımınca təmin edilməməsi və yaşayış üçün hazırkı ərizədə şərh olunan çoxsaylı narahatlıqların aradan qaldırılmaması səbəbindən, həmin binada ona məxsus mənzildən normal yaşayış üçün istifadə edə bilmir, özünün və ailə üzvlərinin rahatlığını təmin edə bilməmişdir,. Bu hallar, davamlı narahatçılıq keçirməsinə və bunun müstəqil nəticəsi kimi, mənəvi sarsıntıya məruz qalmasına səbəb olur. Cavabdehlər tərəfindən yerinə yetirilməməsi nəticəsində, mənzilin istilik sistemini elektrik qızdırıcılar vasitəsilə qızdırmalı olur, bunun üçün əlavə xərc çəkib elektrik qızdırıcıları almışdır və bu qızdırıcıların istifadəsi hər ay elektrik sərfiyyatının həddən çox artımına səbəb olur. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasa Mərkəzinin 21.01.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyinin 1-ci sual üzrə rəyindən görünür ki, o, mənzilin isti su və istilik sistemi ilə təmin edilməsi üçün, quraşdırılmasına və avadanlıqların alınmasına ümumilikdə, 3285 manat pul vəsaiti sərf etmişdir. Ekspert rəyinin 2-ci sual üzrə görünür ki, mübahisə predmeti olan ünvan üzrə mənzildə quraşdırılmış “Ariston” markalı su qızdırıcısının 12 ay ərzində sərf etdiyi elektrk enerjisinin sərfıyyatı 1236 manat müəyyən edilmişdir. Binanın (mənzilin) isti su təhcizatı 2017-ci ilin iyul ayından dayandırılmışdır və bu hazırkı vaxta qədər 58 ay olur. Bu hesabla, həmin müddətdə ona 5974 manat maddi zərər vurulmuşdur (1236 manat: 12 ay x 58 ay= 5974 AZN manat). Rəyin 3-cü sual üzrə cavabından görünür ki, mənzilə aid tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, mövcud şəraitdə mənzilin qızdıtrılması yalnız elektrik qızdırıcıdan istifadə ilə mümkündür. Bakı şəhərində mənzillərə mövsümi istilik verilməsi 15 noyabr-15 aprel aylarında olması nəzərə alınmaqla, mənzilin mövsümi (5 ay ərzində) qızdırılması üçün 1 illik elektrik sərfıyyat 2714,6 manat təşkil edir. Ünvan üzrə binanın (mənzilin) mövsümü istilik təhcizatı 2019-cu ilin dekabr ayından dayandırılmışdı. Bu hesabla, 2714, 6 manat x 4 il = 10858,4 (on min səkkiz yüz əlli səkkiz manat) 4 il müddətdə iddiaçıya dəymiş zərərin miqdarı 10858,40 manat təşkil edir. Ekspert rəyinə əsasən, ona, ümumilikdə, 3285+5974+10858,4 = 20117,4 manat məbləğdə maddi zərər vurulmuşdur. Göründüyü kimi, cavabdehin törətdiyi davamlı mülki hüquq pozuntularının müstəqil nəticəsi olaraq, ona davamlı olaraq, maddi və mənəvi zərər dəymişdir. Bu səbəbdən, mənəvi zərərin əvəzi kimi 15000 manat pul vəsaiti cavabdehlərdən tutularaq, ona ödənilməsi ədalətli və ağılabatandır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 oğlu iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh X6 hüquqi şəxsin rəhbəridir. Azərbaycan Respublikası Mülki Məcəllsinin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Qanunun tələbindən göründüyü kimi iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə üzrə yaranmış öhdəliklərə hüquqi şəxs məsuliyyət daşıyır. Digər tərəfdən iş materiallarına əlavə edilmiş şəhadətnamənin surətindən göründüyü kmi, qeyd edilən binanın mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə 2019-cu ildə "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmışdır. Nizamnamənin 2.2.2-ci bəndinə əsasən yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xətlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saqxlanılması cəmiyyətin fəaliyyət növünə aiddir. İş materiallarına əlavə edilmiş müqavilənin surətindən göründüyü kimi, mübahisələndirilən binada istilik sisteminin təmin olunması üçün "xxxx" ASC ilə razılaşma əldə edilmiş və binanın istiliklə təmin olunması "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Lakin "xxxx" MMMC yaradıldıqdan sonra binanın istilik təchizatı "xxxx" ASC tərəfindən dayandırılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, Azərbaycan Respublikası ƏN MEM-nin 21.01.2022-ci il tarixli rəyində göstərilən məbləğdə pul vəsaiti hissəsində də iddia tələbi əsassızdır. Belə ki, ekspert rəyində göstərilir ki, mənzilin istilik sistemi ilə təchiz olunması üçn avadanlıqların alınmasına və quraşdırılmasına 3285 manat pul vəsaiti sərf edilmişdir. Göründüyü kimi bura istilik radiatorlarının, boruların və s. avadanlıqların quraşdırılması daxildir. Bu da mənzil mülkiyyətçisinin öz zövqü və maddi imkanı əsasında həyata keçirilir ki, tərəflər arasında bağlanmış müqavilədə belə bir öhdəlik götürülməmişdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh1 MTK-nın İdarə Heyətinin ümumi yığıncağının 22.01.2011-ci il tarixli protokolundan görünür ki, MTK-nın üzvü 139 saylı mənzilin sahibi X5 müraciətinə əsasən o, kooperativ üzvlüyündən azad edilmiş və 11.08.2008-ci il tarixli ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında Müqavilə”si etibarsız sayılmışdır. İddiaçı kooperativ üzvlüyünə qəbul edilərək, onunla ’’Qranit” MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə”, həmçinin “Xidmət Müqaviləsi” bağlanmış və 2-ci blok, 16-cı yaşayış mərtəbəsindəki 2 otaqlı, 139 saylı mənzili dəyəri 98627 manat ondan kooperativin xəzinəsinə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2491 saylı reyestr kitabının 231888 nömrəli vərəqində 09.02.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X6 ilə İddiaçı arasında bağlanmış 29.01.2018-ci il tarixli “Xidmət Müqaviləsi”nin surətindən görünür ki, kooperativ, yaşayış binasının həyətyanı sahəsinin işıqlandırılmasını, təmirtəmizlik işlərinin aparılmasını, liflərin fasiləsiz və nonnal işləməsini, binanın və dayanacaqlarin mühafizəsini, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə (bənd 1.1.), sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini (bənd 1.2.), mənzillərin girişində elektrik sayqacının quraşdırılmasını (bənd İ.4.) və blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etmək (bənd 1.7.) üzrə öhdəlikləri üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin tikinti obyektinin istismarına dair 27.12.2016-cı il tarixli 0083 saylı “İcazə"dən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1028-ci məhəllə, İzmir küçəsi, 9 C saylı binanın avtodayanacağının sahəsi 5962,80 kv.metrdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X6 tərəfindən İddiaçı ünvanlanmış 29.11.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq binada olan qarajların ayrı-ayrı şəxlərə məxsus olduğu və kooperativin balansında qaraj sahəsinin olmadığı, “Qranit" MTK-dan mənzil alarkən bağlanmış müqavilədə qaraj verilməsi ilə bağlı lıeç bir öhdəliyin olmaması bildiririlmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Mənzil Tikintisi Kooperativinin sədri X6 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 28.12.2021-ci il tarixli məktubdan görünür ki, təxminən 2018-ci ildən sonra avtodayanacaq sahibləri haqqında məlumat MTK-da olmamışdır. Mülkiyyət hüququ əldə etmiş mülk sahibləri, həmin mülkləri sata, bağışlaya, dəyişdirə və qanunla qadağan olunmayan qaydada özgəninkiləşdirə bilər. Bu səbəbdən də hal hazırda MKT-da bu haqqda məlumatların olmağı mümkünsüzdür. İstismara qəbul edilərkən verilən akta əsasən binada 205 avtodayanacaq sahəsi olmuş, onların da satılması zamanı qayda və qanunlara tam əməl edilmişdir. Mənzillərlə bərabər avtodayanacaq sahələri də ayrılıqda satışa çıxarılmış və ayrı-ayrı ödənişlər əsasında müxtəlif şəxslərə satılmışdır. Mənzillərin alqı satqısına dair müqavilə yalnız mənzillərə aid olmaqla, avtodayanacaq sahəsinə heç bir aidiyyatı olmamış və MTK-nın belə bir öhdəliyi də olmamışdır. İş materiallarına əlavə olunmuş ”Yasamal-43” MMMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı 18.01.2022-ci il tarixli məktubdan görünür ki, hazırki mülki işlə əlaqədar 21.12.2021-ci il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin 1120-MM7-0156 saylı 08.01.2020-ci il tarixli qərarı ilə dövlət qeydiyyatından keçmiş, Nizamnaməsi təsdiq olunaraq 01.02.2020-ci ildən etibarən ünvan 3 ünvanında rəsmi fəaliyyət göstərən “Yasamal-43’' MMMC-nin bir çox sahələrə, o cümlədən də binada yerləşən avtodayanacaqlara dair sorğuda tələb olunan sənəd və məlumatlara dair müraciətlərinə baxmayaraq Cavabdeh1 MTK-nın rəhbərliyi cəmiyyətə hər hansı bir sənəd təqdim etməmiş və məlumat verməmişdir. Mövzu ilə bağlı "xxxx" MMMC idarə heyətinin sədri tərəfindən “Qranif’MTK-nın sədri Həbib Zülfüqarova ünvanladığı 10.01.2022-ci il tarixli məktub da bu günə kimi keçən müddət ərzində cavablandırılmamışdır. Bununla yanaşı, bina sakinləri ilə söhbətlər nəticəsində, o cümlədən "Qranit” MTK-nın sədri Həbib Zülfüqarovun şəxsən imzası ilə təsdiq etdiyi 01.02.2020-ci il tarixli təhvil-qəbul aktında binanın 178 ədəd avtodayanacağının Cavabdeh1 MTK tərəfindən ayrı-ayrı şəxslərə müqavilə ilə pulla satıldığı, avtodayanaqların bir qisminin naməlum şəxslər tərəfindən vətəndaşlara icarəyə verildiyi, avtodayanacaqların bina təhvil verilmədən əvvəl Cavabdeh1 MTK-nın sifarişi ilə 2007-ci ildə “Tamay” firması tərəfindən yeraltı qaraj kimi lahiyələndirildiyi, ancaq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 27.12.2016-cı il tarixli 0083 nömrəli tikinti obyektinin istismarına rəsmi icazə sənədində isə ümumi sahəsi 5962.80 kv.m olan avtodayanacaqlar kimi göstərildiyi məlum olmuşdur. ”Yasamal-43” MMMC-nin rəsmi fəaliyyətinə başladığı tarixdən bu günə qədər binanın avtodayanaqlarindan istifadə üçün heç bir mülk və sahə mülkiyyətçisindən icarə haqqı almadığını və müqavilə imzalamadığını, həmçinin həmin avtodayanacaqları bina sakinləri və ayrı-ayrı vətəndaşlara icarəyə verən şəxslərin də "xxxx" MMMC-yə kommunal xidmət haqqı ödəmədiklərini təsdiq edir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 325/2016 saylı, 03.06.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər Cavabdeh1 MTK-ya və Kooperativliyin sədri X4 qarşı “xidmət müqaviləsinə əlavələrin edilməsi və ümumi həyət sahəsinin yaxşılaşdırılması tələbinə” dair iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq” şəhərciyində yerləşən Cavabdeh1 MTK-nın inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının 2-ci girişinin bütün mərtəbələrindəki pilləkən marşlarındakı pillələrinin hündürlük ölçülərinin eyni səviyyəyə çatdırılması və göstərilən pilləkən marşlarının üzlük daşlarla üzlənilməsi, binanın 2-ci girişində 3-cü liftin quraşdırılması, həmin liftin texniki təhlükəsizlik tələblərinə uyğun olması və istismara yararlığının mütəxəssisələr tərəfindən rəsmi sənədlə təsdiq edildikdən sonra istismara verilməsi, binanın 2-ci girişində hər 3 liftin fasiləsiz işləməsi və liftlərdə xilasetmə məntəqəsilə əlaqə sisteminin quraşdırılması və normal işləməsinin təmin edilməsi, girişin pilləkən qəfəsinin bütün mərtəbələri normal səviyyədə işıqlandırılması, girişin bütün mərtəbələrinin pilləkənləri tikinti norma və qaydalarına uyğun olaraq tam bərpa edilməsi, pilləkən qəfəsinin bütün mərtəbələrində, pilləkən maydançalarında tavan və divarlarının tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində ümumi istifadə sahələrin (döşəmələrinin) və divarların tamamlama işləri tikinti norma və qaydalarına müvafiq yerinə yetirilməsi, girişin 16,17 və 18-ci mərtəbələrində mənzil qapılarının qarşısındakı ümumi istifadə dəhlizinin qaranlıq sahələrin ( dəhlizin sağ və sol hissəsi) daimi işıqlandırılması, binanın 2-ci girişində ümumi havalandırma sisteminin quraşdırılması ilə bağlı qüsurların (binanın qeyri-yaşayış obyeklərində çoxsaylı mətbəxlərin havasovuranının 2-ci girişin vintilyasiya sisteminə birləşdirilməsi nəticəsində mənzillərə və mərtəbələrin ümumi istifadə sahələrinə kəskin qoxularının sirayət etməsi) tam aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 608/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və X4 qarşı “müqavilə öhədliklərinin icra edilməməsi, mülki hüquq pozuntusu, qanunsuz pul tələb edilməsi, vəzifəli şəxsin qanunla verilməsi nəzərdə tutulmuş məlumatların və sənədlərin fiziki şəxsə verilməsindən imtina edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddia iddiası qismən təmin edilərək, cavabdehlərin 29.01.2013-cü il tarixli “Xidmət müqaviləsi” üzrə Kooperativin öhdəlikləri yerinə yetirilənədək və Yasamal rayon Məhkəməsinin 03.06.2016 tarixli qətnaməsi ilə cavabdehin üzərinə qoyulmuş vəzifələr icra edilən vaxta qədər, eyni zamanda, AR Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin 13.08.2018-ci il tarixli, 37/36- 05128 saylı yanğın-texniki müayinə məktubunda göstərilən nöqsanlar aradan qaldırılana qədər, iddiaçıdan kommunal xidmət üzrə ödəniş tələb olunması qanunsuz hesab edilmiş və kommunal xidmətlər üzrə Cavabdeh1 MTK-nın üzərlərinə mühasibat sənədlərində iddiaçının adına hazırkı vaxta qədər hesablanmış ödəniş məbləğinin ləğv edilməsi vəzifəsi, iddiaçıya məxsus mənzilə aid aylıq kommunal xidmət üzrə ödəniş məbləğinin necə müəyyənləşdirilməsi, kommunal xidmətə hansı xidmətlərin daxil olması, hər bir xidmət üçün ödənilməli pul məbləğinin həcmi barədə rəsmi arayışın verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulması, Cavabdeh1 MTK-nın təqsirli mülki hüquq pozuntuları nəticəsində iddiaçının mülkiyyət ilə bağlı hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsinə maneələr yaratması, qanunla verilməsi nəzərdə tutulmuş məlumatların (müqavilə öhdəliklərinin icrasının gecikməsinin səbəbləri, kommunal ödənişin necə hesablanması, binada və binanın 2-ci girişində mövcud olan natamamlıqlar və təhlükəli halların aradan qaldırılması barədə) və mühüm sənədlərin iddiaçıya verilməsindən imtina etməsi qanunsuz hesab edilməsi, 'Qranit” MTK-nın X2 qarşı “kommunal xidmətlərə görə ödənişlərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasa Mərkəzinin 05.10.2021-ci il tarixli №10/3788 saylı ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən X1 məxsus 139 №-li mənzilin açıq eyvanında qaz xətti olmadığından “Kombi” İstilik sistemin quraşdırılması üçün qapalı eyvanda yerləşən qaz xəttindən, yaşayış otağının daxilindən dərr boru vasitəsilə, otağın quruluşuna uyğun divarüstü bir neçə bağlantıdan istifadə edilməklə qa xətti çəkilməlidir ki, bu da “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının müvafiq bəndlərinə ziddir. İş materiallarına əlavə olunmuş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasa Mərkəzinin 21.01.2022-ci il tarixli №10/6946 saylı ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə: ünvan 6 ünvanında yerləşən X1 məxsus 139 №-li mənzilin isti su və istiliklə təmin edilməsi üçün, radiatorlar və istilik sisteminə aid digər avadanlıqlar daxil olmaqla, istilik sisteminin quraşdırılması üçün görüləcək işlərin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 3285 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Ariston” markalı su qızdırıcısının sutka ərzində sərf etdiyi elektrik enerjisinin 30 kVts, illik sərfiyyatının isə 10800 kVts (30 kVts x 30 gün x 12 ay), dəyərinin isə (1 kVts elektrik enerjisinin 200 kVts-a qədər 0.08 AZN, 200 kVts-dan 300 kVts-a qədər 0.09 AZN, 300 kVts-dan çox olan hissəsi 0.13 AZN nəzərə alınmaqla) 1236 AZN olduğu müəyyən edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə yaşıllaşdırma və abadlaşdtrma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 54.4-cü maddəsinə görə isə idarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Belə olduğu halda, məhkəmə hesab edir ki, müqvilə öhdəliklərinin icrası və maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MTK-nın üzərinə, İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh1 MTKnın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasını mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin etməli (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin etməli” (bənd 1.7.), üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulmalı, binaın sahəsində yerləşən dayanacaqda İddiaçı məxsus avtomobilin saxlanması və dayanacaqdan istifadə hüququna cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququnun təmin edilməli və tanınmalı, Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 manat İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi həmin hissədə cavabdeh X4 münasibətdə təmin edilməməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi nəzərə alınaraq, “dəymiş mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 250 manat Cavabdeh1 MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MTK-nın üzərinə İddiaçı ilə ünvan 1 ünvanda Cavabdeh1 MTK-nın inşa etdiyi binanın 2-ci girişində 139 saylı mənzilə dair bağlanmış “Xidmət müqaviləsi”ndə təsbit olunan “kooperativ, yaşayış binasının mərkəzləşdirilmiş qazanxanadan isti su ilə təmin edilməsi” (bənd 1.1.), “sərnişin və yükdaşıyan liftlərin fasiləsiz və normal işləməsini təmin edilməsi” (bənd 1.2.), “mənzillərin girişində elektrik sayqacının quraşdırılması” (bənd 1.4.), “blokların təmir və təmizlik işlərinin aparılmasını təmin edilməsi” (bənd 1.7.) üzrə öhdəliklərin icra edilməsi vəzifəsi qoyulsun. İddiaçı məxsus avtomobilin binanın sahəsində yerləşən dayanacaqda saxlanması və dayanacaqdan istifadə hüququna Cavabdeh1 MTK tərəfindən yaradılan maneələr aradan qaldırılsın, iddiaçının avtomobilinin həmin dayanacaqda saxlanılması və dayanacaqdan istifadə hüququ təmin edilsin və tanınsın. Cavabdeh1 MTK-dan dəymiş maddi zərərin əvəzi kimi 20117 (iyirmi min yüz on yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar