Məhkəmə qərarları › İş №2(004)-994/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-994/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-994/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, iddiaçının nümayəndəsi X4, üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "X17" MMC-yə, üçüncü şəxslər Maraqlı şəxs və "xxxx" ASC-yə qarşı "qiymətləndirmənin ləğvi və hərracın dayandırılması tələbinə dair" mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "X17" MMC-yə, üçüncü şəxslər Maraqlı şəxs və "xxxx" ASC-yə qarşı "qiymətləndirmənin ləğvi və hərracın dayandırılması tələbinə dair" iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Sərraf-M" MMC-nin 28.10.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin ləğv edilməsi və "X17" MMC tərəfindən keçirilən hərracın dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “X10” MMC-nin təsisçisi və direktoru Maraqlı şəxs sement torbalarının xarici ölkələrdən gətirilməsi ilə məşğul olurdu. Sement kisələrinin gətirilməsi Türkiyə Respublikasında yerləşən müvafiq bank vasitəsilə həyata keçirildi. Sahibkarlıq fəaliyyətini genişləndirmək üçün onun tərəfindən birinci dəfə 80.000 manat kredit götürülmüş və tam şəkildə ödənilmişdir. ikinci dəfə "xxxx"dan 70.000 manat kredit götürülmüşdür. Göstərilən bu fəaliyyət zamanı keçdikdə iflasa uğramışdır. Ona görə də banka indiyə kii kredit borcu ödənilməmişdir. Yuxarıda qeyd olunan kredit müqavilələri Bakı şəhəri, Nizami rayonu C.Naxçıvənski küçəsi ev 65 A, mənzil 33 və 2.Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 4085-ci məhəllə, ev 1, mənzil 30 girov qoyulmaqla rəsmiləşdirilmişdir. Bakıxanov qəsəbəsində yerləşən mənzil "xxxx"ın təkidi ilə qiymətləndirmə aparılarkən bazar qiymətindən olduqca ucuz 51.000 manat qiymətləndirilmişdir. Halbuki, bu cür 3 otaqlı evlər hal-hazırda həmin ərazidə 100.000 manatdan yuxarı qiymətədir. Ona məxsus olan Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi, bina 65 A, mənzil 33 daşınmaz əmlakın qiymətləndirilməsi barədə 24.12.2021-ci il tarixi hesabata uyğun olaraq bazar dəyəri 80.000 manat dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Daşınmaz əmlakla bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361 /2015 saylı 23.07.2015-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamədən kassasiya şikayəti verilməmişdir. Bütün bunlara baxmayaraq Sabunçu və Nizami rayon icra şöbəsinin icra məmurları icra sənədini icraya yönəldən zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı 13.11.2013-cü il tarixli birinci dəfə icra edilmişdir. Yəni bu haqda ikinci dəfə “İcra haqqında” Qanunun tələbinə əsasən 9.1-ci, 9.2-ci, 9.3.4-cü maddələri icra məmurları tərəfindən kobudcasına pozulmuşdur. Mövcud qanunvericiliyə məhəl qoyulmadan, maddi maraqlar əsasında tamah məqsədlərini güdərək, qiymətləndirmə və hərrac keçirilməsinə nail olmuşlar. Belə bir sövdələşmə hadisəsindən bilavasitə Muğan Bank ASC-nin xəbəri və məlumatı olmuşdur. İndiyə kimi hər bir ödənməli olan borc barəsində məlumat gizlədilir. Yazılı olaraq məlumat verilmir. X15 əməkdaşı olan normativ aktların icra şöbəsinin müdiri Əhmədov Elmin qeyri-qanuni olaraq 38.000 manat pul tələb edir. Bu da borcdan olduqca çoxdur. Muğan Bank ASC-nin xeyrinə tutulması, tələbin banka ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilinə və X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 4085-ci məhəllədə yerləşən 1 nömrəli evin, 30 saylı məznilinə yönəldilməsi, mənzillərin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən "xxxx" ASC-yə borcun ödənilməsi müəyyən edilmişdir. Göstərilən dövlət adından çıxarılan qətnaməyə əsasən hər iki mənzil üçün 73.986 manat borcu vardır. X5 məxsus mənzil hərrac vasitəsi ilə satılaraq 51.000 manat ASC-yə ödənilmişdir. Bununla yanaşı borcun ödənilməsinə dair 12% (Hərrac 5%, icra 7%, cəmi 12%) miqdarı nəzərə almaqla 6.400 manat ödənilmişdir. Beləliklə ümumi borc 73.986 manat olmuş, 51000 manat ödənilmiş və 22.986 manat qalıq borc qalmışdır. Hazırda qalıq borc 22.986 manat olduğu halda, onlardan şifahi olaraq 38.000 manat pulun Muğan Bank tərəfindən tələb edilməsi, mövcud qanunvericiliyin pozulması deməkdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/2015 saylı 23.07.2015-ci il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs, X7 və İddiaçı apellyasiya şikayətləri təmin edilmiş, hərrac təşkilatı "xxxx" MMC-nin hərrac nəticələri haqqında 15.02.2013-cü il tarixli Y-15 saylı protokoluna əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 65A mənzil 33-ə dair Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC ilə "xxxx" ASC arasında imzalanmış protokolun və hərrac təşkilatı Daşınar və "xxxx" MMC-nin hərracın nəticələri haqqında 11.02.2013-cü il tarixli 10/02 saylı protokoluna əsasən X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085ci məhəllə, ev 1, 30-cu mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair 11.02.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bununla belə mənzillərə dair "xxxx" ASC-nin adına verilmiş çıxarışlar etibarsız hesab edilmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC-nin arasında 06 dekabr 2017-ci il tarixli protokol tərtib edilərkən həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin, həm də “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Bakı Hərrac Mərkəzi MMC-nin 05.11.2021-ci il tarixli bildirişində bildirir ki, Nizami rayon icra şöbəsinin 64-10 saylı, 01.11.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu İddiaçı məxsus əmlak Bakı Hərrac Mərkəzi MMC tərəfindən hərraca çıxarılmışdır. Hərraca çıxarılan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küç. ev 65 “A” mən.33. Hərracın salış qiyməti 75.000 manat təyin edilmişdir. Sonradan Nizami rayon icra şöbəsinə müraciət etmiş və iştirakı olmadan qiymətləndirmə aparılmış və onun nəticəsi barədə məlumat verilməmişdir. Yazdığı ərizədən sonra icra şöbəsi Cavabdeh1 MMC-nin mənzilin qiymətləndirmə rəyinin sürəti təqdim edilir. Onlardan xahiş etmişdir ki, həmin rəyi rəsmi qaydada təqdim etsinlər. Qiymətləndirmə şirkəti və sifarişçi olan icra şöbəsi tələbləri yerinə yetirmədi. Rəsmi sənədlərdən görünür ki, Nizami rayon icra şöbəsi qeyri-qanuni, icra vərəqəsi olmadan mənzilin qiymətləndirilməsinə sifariş vermiş və hərracın keçirilməsimə şərait yaratmışdır. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361 /2015 saylı 23.07.2015-ci il tarixli qətnaməsi qüvvəyə minmişdir. Bundan sonra Ali Məhkəməyə bildirilməli və yeni icra vərəqəsi almalı idi. İcra şöbəsi buna məhəl qoymadan yeni icra vərəqəsiz özbaşına qeyri-qanuni hərəkət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh "X17" MMC ərizə ilə müraciət edərək, məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdeh "X17" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin və "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/2015 saylı 23.07.2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 03.02.2012-ci il tarixli, 2(011)-575/12 saylı qətnaməsi, ilə iddia təmin edilərək, 252 (G) saylı, 29.06.2011-ci il tarixli kredit müqaviləsi, 29.06.2011ci il tarixində bağlanmış 27.04.2010-cu il tarixli ipoteka 126 (1) (girov) müqaviləsinə və 27.04.2010-cu il tarixli ipoteka 126 (İ) 1 (girov) müqaviləsinə əlavələrin ləğv edilməsi, "X11" MMC-nin direktoru Maraqlı şəxs 70000 manat əsas borc, 8716,68 manat faiz borcu və 20 manat dövlət rüsumu, cəmi 78736,68 manatın "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33 -cü mənzilinə və X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəlllədə yerləşən 1 nömrəli evin, 30 saylı mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-yə borcun pdənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, 13.11.2013-cü il tarixli qərarı ilə Bakı Apeliyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.06.2013-cü il tarixli qətnaməsi kredit müqaviləsi üzrə borcların Maraqlı şəxs tutulmasına dair hissədə ləğv edilməsi, kredit müqaviləsi üzrə borcların ödənilməsi "X12" MMC-nin üzərinə qoyulmaqla cəmi 73.986,67 manatın MMC-dən tutularaq "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Baı şəhəri, Nizami ray, C.Naxçıvanski küçəsi, ev 65 A, 33 saylı mənzilə və X5 məxsus Bakı şəhəri, Bakıxanov qəs, ev 1, 30 saylı mənzilə yönəldilməsi, mənzillərin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına "xxxx" ASC-nə olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra X3 Bakı şəhəri, Bakıxanov qəs, ev 1, 30 saylı mənzildən və İddiaçı Bakı şəhəri, Nizami rayonun, C.Naxçıvanski küçəsi 65A saylı evin 33 saylı mənzilindən ən gec 1 ay ərzində çıxarılmaları hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Bakı şəhəri, Nizami və Sabunçu rayon İcra şöbələrinə göndərilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsinin qəbul edildiyi məhkəmə iclasları onların iştirakı olmadan keçirildiyindən qətnamənin surətini aldıqdan sonra dərhal apellyasiya şikayəti vermişlər. Bakı şəhəri, Nizami rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin icraata qəbul edildiyini göstərib qətnamə ilə bağlı icra sənədi üzrə icra icraatının dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19.03.2013-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatı təmin edilib borclu Maraqlı şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin .02.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayuti verdiyindən icra sənədi üzrə icra icraatının dayandırılması qərara alınmışdır Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 19.03.2013-cü il tarixli qərardadı ilə cavabdeh-borclu Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsindən 27.02.2013-cü il tarixdə verdiyi apellyasiya ykayətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılması üçün 28.03.2013-cü il tarixə təyin edildiyi və məhkəmə iclası haqqında bildirişin surətinin Bakı şəhəri, Nizami rayon icra şöbəsinə təqdim edildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayon İcra şöbəsi 17/71-6326-6İ saylı 11.07.2012-ci il tarixli məktubu ilə əmiakın qiymətləndirilməsi işini həyata keçirən "xxxx" MMC-nə müraciət edib İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 “A” saylı evin 33-cü mənzilinin qiymətləndirilməsini xahiş etmişdir. "xxxx" MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» 28.08.2012-ci il tarixli 12-618 saylı hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilinin ilkin qiyməti 60.000 manat qiymətləndirilmişdir. "xxxx" MMC-nin «Əmlakın qiymətləndirilməsi barədə» 29.08.2012-ci il tarixli, 658 saylı ekspert rəyində İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 ''A” saylı evin 33-cü mənzilinin ilkin qiymətinin 60.000 manat təşkil etdiyi göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin 17/71-6326-6İ saylı 11.07.2012-ci il tarixli sifariş məktubu ilə "xxxx" MMC-nə müraciət olunub Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin real icrasının təmin edilməsi adı altında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 65 “A" saylı evin 33-cü mənzilinin 60.0r" manat məbləğində hərrac vasitəsi ilə satılmasına sifariş verilmişdir. "xxxx" MMC-nin «Hərracın nəticələri barədə» 15.02.2013-cü il tarixli, Y-15 saylı protokcla görə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri, Nizami rayon İcra şöbəsinin 01.10.2012-ci il tarixli №17/71-7161 saylı sifariş məktubunun icrasına uyğun olaraq İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzilinin hərracda satılması nəticəsində «Muğandank” ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin satış qiyməti 60.000 manat, əmlakın hərracda satılmış son qiyməti 38.250 manat olmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15.02.2013-cü il tarixli müqaviləyi əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03.02.2012-ci il tarixli icra vərəqəsinin, "xxxx" MMC-nin Y-15 saylı, 15.02.2013-cü il tarixli lıərracın yekun protokolu əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzil "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-238/2014 saylı 07.04.2014-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs Mehbaiı oğlu, X7 və İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" ASC, üçüııcii şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «əmlakın qiymətləndirilməsi barədə ekspert rəylərinin, daşınmaz əmlaklara dair keçirilmiş hərrac'ann nəticələri haqqında protokolların etibarsız hesab edilməsi və həmin əmlak!.e a dair verilmiş reyestrdən çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İddiaçlar apeliyasiya şikayəti verərək, iş üzrə 1-ci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4361/2015 saylı 23.07.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-238/2014 saylı 07.04.2014-cü il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbləri təmin edilərək, "xxxx" MMC-nin qiymətləndiriçi eksperti R.Əmrahovun İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinin qiymətləndirilməsi barədə 28.08.2012-ci il tarixli, 12-618 saylı ekspert rəyi və "xxxx" MMC-nin qiymətiəndirici eksperti İ.X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinin qiymətləndirilməsi barədə 29.08.2012-ci il tarixli, 658/1 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Hərrac təşkilatı "xxxx" MMC-nin hərracın nəticələri haqqında 15.02.2013-cü il tarixli, Y-15 saylı protokola əsasən İddiaçı Nadır qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərrac təşkilatı "xxxx" İMMC-nin hərracın nəticələri haqqında 11.02.2013-cü il tarixli. 10/02 saylı protokola əsasən X5 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən i saylı evin 30-cu mənzilinə dair "xxxx" MMC ilə "xxxx" ASC arasında imzalanmış protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11.02.2013-cü ii tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33 -cü mənzilinə və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4085-ci məhəllədə yerləşən 1 saylı evin 30-cu mənzilinə dair "xxxx" ASC-nin adına verilmiş çıxarışlar etibarsız hesab edilməsi qət edilmişdir. “Sərraf-M" MMC-nin 28.10.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin surətindən görünür ki, AR Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı,13.11.2013-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 65”A”, 33 saylı mənzilin bazar qiyməti 75000 manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin 01.11.2021-ci il tarixli məktubunun surətindən görünür ki, borclu İddiaçı məxsus dəyəri 75000 manat olan Bakı şəhəri, Nizami rayonu, C Naxçıvanski küçəsi, ev 65 a, 33 mənzilinin hərracda satılması barədə sifariş icra olunması üçün "X17" MMC-yə göndərilmişdir. Qeyd etmək lazımdır ki, Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinlə əsasən məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Həmin Qanunun 8-ci maddəsinə görə isə qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş üzrə müəyyən edilən halları tam, hərtərəfli araşdırıb, əldə olunmuş sübutlara obyektiv qiymət verərək məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3957/2013 saylı, 13.11.2013-cü il tarixli icra sənədi üzrə icra icraatı zamanı İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 «A» saylı evin 33-cü mənzilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin 28.10.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyinin qanunun tələbləri pozulmaqla verildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi "X17" MMC tərəfindən keçirilən hərracın dayandırılması hissəsində təmin olunmamalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.04.2022-ci il tarixli, MTT(004)- 104/2022 saylı məhkəmə qərardadı ilə İddiaçı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəsi təmin edilərək, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, bina 65A, mənzil 33-ün üzərinə həbs qoyulsun və həmin mənzilə dair cavabdeh "xxxx" MMC tərəfindən hərracın keçirilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası MPM-nin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 65 “A” saylı evin 33-cü mənzili ilə bağlı cavabdeh “Sərraf-M" MMC-nin 28.10.2021-ci il tarixli, 185/21 nömrəli ekspert rəyii ləğv edilsin və həmin mənzilin yenidən qiymətləndirilməsi həyata keçirilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar