Məhkəmə qərarları › İş №2(005)-1017/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1017/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1017/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyinağa qızına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyinağa qızına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair məhkəməyə müraciət edərək cavabdehdən subroqaysaiya qaydasında 500 manat və ödənilmiş 20,40 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddianın təmin tədbiri barədə ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4639/2020 saylı qərardadı ilə Cavabdeh2 Hüseyinağa qızının mülkiyyətində olan 90GV394 dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı (buraxlış ili 2009-cu il) avtomobilin istifadəsi cavabdehlərə qadağan edilmişdir. İş üzrə iddiaçı “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını, Cavabdeh2 Hüseyinağa qızına məxsus olan “Hyundai Accent” markalı 90GV394 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbsin qoyulması və özgəninkiləşdirlməsinin qadağan edilməsi barədə iddianın təmin tədbirinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflər xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu halda məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının ərizəsini, nəzərdən keçirərək hesab edir ki, zərurət aradan qalxdığından ərizə təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin həmin mülki işlə bağlı iddianın təmin tədbiri ləğv olunmalı, Cavabdeh2 Hüseyinağa qızının mülkiyyətində olan **-GV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı (buraxlış ili 2009-cu il) avtomobilin istifadəsinə dair iddianın təmin tədbirinə dair qərardadı ləğv olunmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi məsələsi də həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 162-163 və 263-268,269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hüseyinağa qızına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 4639/2020 saylı qərardadı ilə Cavabdeh2 Hüseyinağa qızının mülkiyyətində olan **-GV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı (buraxlış ili 2009-cu il) avtomobilin istifadəsinin cavabdehlərə qadağan edilməsinə dair iddianın təmin tədbiri ləğv edilsin. Nəqliyyat vasitəsinə dair hissədə qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən.İmza Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar