Məhkəmə qərarları › İş №2(005)-103/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-103/2021

16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-103/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı, üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinadarlığı Ağentliyinin 7 saylı Xəzinadarlıq İdarəsi, Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2006-cı il tarixli 2-2012/2006cı il tarixli qətnaməsi ilə (hakim M.Əhmədova) əri X5 40900 (qırx min doqquz yüz) ABŞ dolları məbləğində pul (manatla məzənnədə) tutularaq X15 verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə pul vəsaitinin əri X5 tutulmasını təmin etmək üçün Nərimanov Rayon Məhkəməsinin hakimi M.Əhmədova Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə» 5 iyun 2002-ci il tarixli 89 №-li qərarının tələblərini pozaraq, qeyd olunan siyahının 1-ci bəndində «Borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri,həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə ünü bir ev və ya mənzildən çox olmamaq şərti ilə) qadağa qoyulduğu halda, habelə qeyd edilən qətnamə üzrə o, borclu olmadığı halda AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin FM seriyalı 033817 №-li qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəi, Ş. Mustafayev küçəsində yerləşən 2 otaqlı, 39,7 yaşayış sahəsi, 48,8 kv metr ümumi sahəsi olan fərdi yaşayış evinə yönəltməklə 07 noyabr 2006-cı il tarixli 8-3C67/2006 saylı qəradadı ilə həmin ev onun mülkiyyətindən özgəninləşdrilmişdir. Belə ki, qeyd edilən məhkəmə qətnaməsinə və qəradadına əsasən onun mülkiyyətində olan evi 80000 (səksən min) ABŞ dolları məbləğində qiymətləndirlmiş və Bakı şəhəri, Ş.Mustafayev küçəsində yerləşən 2 otaqlı, 39,7 yaşayış sahəsi, 48,8 kv metr ümumi sahəsi olan fərdi yaşayış evini X14 mülkyyətinə keçirilmişdir. Nərimanov rayon MN və Mİ şöbəsi tərəfindən evinin qiymətləndirilməsini 80000 (səksən min) ABŞ dolları məbləğində rəsmləşdirlməsini nəzərə alaraq, həmin pul məbləğinin fərqi kimi 39100 (otuz doqquz min yüz) ABŞ dolları təşkil olması 20 dekabr 2006-cı il tarixli akt ilə Nərimanov rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı X21, X16, X8, habelə X14 işirakı ilə sənədləşdirilmişdir. Beləliklə həm məhkəmə qərardadına, habelə 20 dekabr 2006-cı il tarixli akta əsasən onun evi AR Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 №-li qərarına zidd mülkiyyəttindan alınaraq, onu ailəsi ilə birlikdə evsiz qoymaqla, həmin vaxtdan hər hansı ev almaq üçün maddi imkanı olmamaqlı mənəvi əzablara düçar olmuşdur. Qohum, qonşu arasında nüfuzdan düşmüş və dəfələrlə xəstələnib bu ahıl yaşında özünə gələ bilmir. Hər hansı borcu olmadığı halda, mülkiyyətində olan evi zorla əlindən alınmışdır. Evsiz, eşiksiz bu yaşında dərin əzablar içindədir. Onun evinin X14 mülkiyyətinə keçirilməsi ilə bağlı fərq kimi 39100 (otuz doqquz min yüz) ABŞ dollar məbləğindən pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya şöbəsinin depozitində olması ilə bağlı 01 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə nazirinin ünvanına ərizə ilə müraciət edib həmin pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Bu ərizə icra edilməsi üçün AR Ədliyyə Nazirliyindən Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsi pul vəsaitinin ona qaytarılması üçün rəsmi qaydada AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsinə müraciət edib depozitdə olan 39100 ABŞ dolları (33849,14 AZN) pul vəsaitinin ona ödənilməsi üçün rəsmi göstəriş verməyi xahiş olunmuşdur. Lakin 1-ci cavabdeh üzün müddət ona pul vəsaitinin ödənişi ilə bağlı hər hansı hərəkətlər etməmiş, hətta onun 1-ci cavabdehin rəhbəri ilə görüşəndə bu məsələnini həll edilməsi barədə vəd versə də, belə öz öhdəliyini icra etməmişdir. 3-cü cavabdeh təkrarən 20 iyun 2019-cu il tarixdə 7580 saylı məktubla 1-ci cavabdehə müraciət edərək ona çatası pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya şöbəsinnin depozit hesabında olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. O, 01 mart 2019-cu il tarixli ərizə verməyinə baxmayaraq 1-ci cavabdeh 7 saylı Xəzinədarlıq İdarəsi uzun müddət pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Buna görə məcbur olub Azərbaycan Respublikası Maliyyə Nazirinə və X10 27 avqust 2019-cu il tarixli ərizələr ilə müraciət edib pulu ilə bağlı məsələnin həll edilməsini xahiş etmişdir. X7 Ağentliyinə 02 sentyabr 2019-cu il tarixdə və AR Maliyyə Nazirliynə 31 avqust 2019-cu il tarixdə çatması ona gələn xəbərnamalərdə öz təsdiqini tapmışdır. Lakin pulunun qaytarılması yenə də evinin qanunsuz əlindən alınması məcrada getməklə təkararən 01 mart 2019-cu il tarixdən bu günə kimi mənəvi əzablara düçar olmuşdur. Ağır maddi durumu, evsiz-eşiksiz, ev əşyaları orada-burada qalmaqla yararsız vəziyyətə düşmüş, xəstə halında, əri vəfat edib bir qızı ilə qalmış və ona çatası pulun alınması ilə bağlı qapıların arxasında qalıb yalvarayalvara pulunu ala bilmir. Pulun harada saxlanılması, yaxud kimə verilməsi barədə ona məlumat verilmir. 01 mart 2019-cu il tarixli ərizəsinin 3-cü cavabdeh tərəfindən icra edilməsi müddətində 30 iyul 2007-ci il tarixli bir sənədin surətini Nərimanov rayon İcra və Probasiya şöbəsindən alanda görmüşdür ki, 02/3 nömrə ilə 30 mart 2007-c il tarixdə Nərimanov rayon MN və Mİ şöbəsi sifariş edilmiş ilkin xərc kimi 33.849,14 AZN və 27,10 AZN, cəmi otuz üç min səkkiz yüz yetmiş altı manat 14 qəpik göstərilməklə bir tərəfdən Nərimanov rayon MN və Mİ şöbəsi İ.Y.Əliyev, M.B.Əlirzayev soyadları timsalında qarşılarında imzaları habelə dairəvi möhürlə təsdiqlənmiş, digər tərəfdən Nərimanov rayon üzrə Maliyyə İdarəsinin rəisi timsalında R.Q.Hacıyev soyadı göstərilməklə qarışısında imzası dairəvi möhür ilə, eyni zamanda «Xəzinədarlıq» ştampı ilə 30.03.2007-ci il tarixdə təsdiqlənilməklə, həmin pul vəsaitinin depozitdə olması sübut olunur. Lakin ona çatası (39100 ABŞ doll) 33.849,14 AZN pul məbləği ilə bağlı ödəniş taşırığının müəyyən edilmədiyi halda, elə həmin qərardad ilə bağlı ödəniş edilmiş 27,10 manat pul vəsaitinə dair 30 mart 2007-ci il tarixli 07/03 saylı ödəniş tapşırığı ilə həmin pul vəsaitinin 7 saylı Xəzinədarlıq idarəsində olması öz təsdiqini tapır. Beləliklə də 1-ci cavabdeh, 2-ci cavabdeh iddiaçının mülkiyyət hüququnu pozaraq, qeyd edilən məbləğdə pul vəsaitini qaytamaqdan boyun qaçırırlar. 01 mart 2019-cu il tarixdən 33.849,14 AZN pul vəsaitinin iddiaçının dövriyyəsindən çıxarmaqla özündə saxlaması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq olaraq 3,5 faizinin, habelə AR MM-nin 445.7 maddə əsasən gecikdirilmiş vaxt üçün illik beş faizinin ödənilməsi borclu olmasının nəzərə alaraq, cavabdeh X11 gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində ödəniş tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsi 3,5 % olmasının nəzərə alaraq cavabdehin qeyd edilən düstur ilə ödəniş etməlidir. 3,5 % +5%= 8,5 % və 33.849,14 (yüz iyirmi min) AZN pul vəsaitinin 8,5 %= 2877,17 (iki min səkkiz yüz yetmiş yeddi AZN 14 qəpik) cavabdehdən 01 mart 2019-cu il tarixdən ərizəsinə əsasən həmin pul vəsaitii qaytarmadığı üçün 2877,17 (iki min səkkiz yüz yetmiş yeddi AZN 14 qəpik) manat pul tutulmaldır. Qeyd edilənləri nəzərə alaraq, 1-ci cavabdeh AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsindən və 2cü cavabdeh- AR Ədliyyə Nazirliyinin Nərimanov Rayon İcra və Probasiya şöbəsindən 33.849,14 (otuz üç min səkkiz yüz qırx doqquz AZN 14 qəpik) pul vəsaitinin, 2877,17 (iki min səkkiz yüz yetmiş yeddi AZN 17 qəpik) gecikdirilmiş faizin, 3000 (üç min) AZN məbləğində mənəvi ziyanın, habelə ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə hüquqi xidmət görə ödəniş edilmiş 110 (yüz on) manat, cəmi 39866,31(otuz doqquz min səkkiz yüz altmış atı AZN 31 qəp.) məbləğində pul vəsaiti tutularaq və alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi, AR MPM-nin 265.4 maddəsinə əsasən «Məhkəmə işə baxarkən, tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla porokurora xəbər verilməsinin də təmin edilməsi, Nərimanov Nayon Məhkəməsinin 07 noyabr 2006-cı il tarixli 8-3067/2006 saylı qərardadının məhkəməninin arxivindən götürülərək hazırki iddia ərizəsinə əlavə olunması da təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Ağentliynin 7 saylı Xəzinədarlıq İdarəsini cavabdehlər sırasından xaric edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin təşəbbüsü ilə “xxxx” ASC mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2- 1012/2006 saylı, 06 iyul 2006-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdeh X5 40000 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı X17 verilməsi qət edilmişdir. İş materiallarında olan 20.12.2006-cı il tarixli aktdan görünür ki, Nərimanov rayon MN və Mİ şöbəsinin məhkəmə icraçısı X21, X4, hal şahidləri Bakı şəhəri, H.B.ünvan 1 ünvanda yaşayan X26 və ünvan 2 ünvanda yaşayan X6 iştirakları ilə aktı tərtib etmişlər ondan ötrü ki, Nərimanov Rayon Məhkeməsinin 06.07.2006-cı il tarixli, 2-1012/06 saylı icra vərəqəsinə əsasən borclu X5 40.900 (qırx min doqquz yüz) ABŞ dolları məbləğində pul manatla məzənnədə alınaraq X4na verilməlidir. Nərimanov Rayon Məhkəməsinin 07.11.2006-cı il tarixli 8-308/2006-cı il saylı qərardadı ilə icra vərqəsində göstərilən məbləğin ödənilməsi borclu X9 yaşadığı Bakı şəhəri Nərimanov rayonu Ş.Mustafayev küçəsi 27,119 saylı evin hesabına təmin edilməsi qərara alınmışdır. İcra məqsədilə həmin ev qiymətləndirilməsi üçün qiymətləndirici ekspertə təqdim olunmuş və 06.12.2006-cı il tarixli, 1042 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Ş.Mustafayev küçəsi 27,119 saylı ev 80.000 (səksən min) ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə Qərarlarının İcrası Haqqında Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak həbsin səbəblərindən və əmlakın növlərindən asılı olmayaraq Azərbaycan Respublikası qanunuvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarıq imtina etdiyi gündən 3 ay müddəində satılmalıdır. Qanunun həmin tələbinə əsasən X18 təklif edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 06.07.2006-cı il tarixli, 2-1012/06 saylı icra vroqəsine əsasən borclu X5 onun xeyrinə alınmalı olan 40.900 (qırx min doqquz yüz) ABŞ dolları ekspert tərəfindən Bakı şəhəri Ş.Mustafayev küçəsi 27.119 saylı evə təyin edilmiş 80.000 (səksən min) ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat arasında olan 39.100 (otuz doqquz min bir yüz) ABŞ dolları fərqi manatla məzənnədə ödəməklə Bakı şəhəri Ş.Mustafayev küçəsi,ev 27,119 saylı evi borc əvəzinə qəbul edə bilər. X22 həmin evi borc əvəzi qəbul etməyə razı olduğunu bildirmiş və Nərimanov Rayon Məhkəməsinin 06.07.2006-cı il tarixli 2-1012/06 saylı icra vərəqəsinə əsasən X5 onun xeyrinə alınmalı olan 40.900 (qıx min doqquz yüz) ABŞ dolları ilə ekspert tərəfindən Bakı şəhəri Ş.Mustafayev küçəsi 27,119 saylı evə təyin edilmiş 80.000 (səksən min) ABŞ dolları və ya 71.000 (yetmiş bir min) manat arasında olan 39.100 (otuz doqquz min bir yüz ) ABŞ dolları manatla məzənnədə 33.876,24 (otuz üç min səkkiz yüz yetmiş altı) manat 24 qəpik fərqi ödəmişdir. Beləliklə Bakı şəhəri Ş.Mustafayev küçəsi 27,119 saylı ev borc əvəzinə X18 verildi. Aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin FM seriyalı, 033817 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Ş.Mustafayev küçəsindəki, 2 otaqlı, 39,7 yaşayış sahəsi, 48,8 ümumi sahəsi torpaq sahəsindən ibarət 27/119 saylı fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh Bakı şəhəri ünvan 3 ünvanlanmış 20.06.2019-cu il tarixli, 7580 №-li məktubundan görünür ki, Nərimanov rayon məhkəməsinin 07 noyabr 2006-cı il tarixli 8-308/2006 saylı icra sənədinə əsasən borclu X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı ev 80000 ABŞ dollarına qiymətləndirilmişdir. X4 evi 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində pul isə 20.12.2006-cı il tarixli qəbzə əsasən şöbənin depozit hesabına keçirilmişdir. Hazırda şöbənin depozitində 39100 ABŞ dolları pulun mövcud olub-olmaması barədə məlumat verilməsi xahiş olunur İş materiallarında olan Bakı şəhəri Nərimnaov rayon İcra və Probasiya şöbəsinin X12 ünvanlanmış 03.10.2019-cu il tarixli 12347-15-2A №-li məktubundan görünür ki, Nərimanov rayon məhkəməsin n 07 noyabr 2006-cı il tarixli 8-308/2006 saylı qətnaməsinə əsasən X5 40900 ABŞ dollar məbləğində pul tutularaq X4na verilməsi qət edilmişdir. Tələbin təmin edilməsi məqsədi ilə X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, 27/119 saylı mənzili 80000 ABŞ dollarına qiymətləndirilmiş və X4 mənzili 40900 ABŞ dollara qəbul etmişdir. Həmin vəsaitin qalıq hissəsi 39100 ABŞ dolları məbləğində vəsaitin şöbənin depozit hesabında olub-olmaması barədə Bakı şəhəri Nərimanov rayonu 7 saylı Xəzinədarlıq İdarəsinə sorğu edilmiş, sorğuya verilmiş cavabda şöbənin kassa sifarişləri əsasında 33876,20 manat vəsait şöbənin depozit hesabından 30 mart 2007-ci il tarixdə şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülməsi qeyd edilmişdir. Eləcə də, həmin dövrü əhatə edən sənədlər məhv edildiyindən təsdiqedici sənədlərin əlavə edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin Cavabdeh rəisinə ünvanlanmış 03.09.2019-cu il tarixli, 04/147 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsində 39100,00 ABŞ dolları məbləğində pul vəsaitinin Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməsi barədə məktuba baxılmışdır. Bildirilmişdir ki, məktuba əlavə edilmiş Nərimanov rayon İcra və Probasiya Şöbəsinin kassa xərclərinin sifarişi əsasında 33 876,20 manat vəsait Şöbəsinin depozit hesabından 30 mart 2007-ci il tarixdə Şöbənin təqdim etdiyi ödəniş tapşırığında göstərilən rekvizitlər üzrə köçürülmüşdür. Göstərilənlərlə bərabər bildirilmişdir ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sirafişləri və ödəniş sənədləri əsasında aparılır və bu xəzinə hesabında aparılan əməliyyatlar aylıq üzləşmə aktı ilə təsdiq olunur. Bununla əlaqədar xəzinə hesabında aparılan daxilolma və xərc əməliyyatlarının Nərimanov rayon İcra və Probasiya Şöbəsinin ilkin sənədləri əsasında aparılması məqsədəmüvafiq hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 7 saylı Xəzinədarlıq İdarəsinin X12 ünvanlanmış 10.10.2019-cu il tarixli DA01/02-03-1063 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabından 33.849,14 manat vəsaitin ödənilməsi barədə ərizəyə baxılmışdır. Bildirilmişdir ki, Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin depozit hesabı üzrə xərc əməliyyatları Şöbənin xərc sifarişləri və ödəniş sənədləri əsasında aparılır və bu ödənişlər Şöbənin mühasibatlığında əks olunmalıdır. Ərizədə qeyd edilən 33.849,14 manat vəsait 06 iyul 2006-cı il tarixli 2-1012/0006 saylı və 07 noyabr 2006-cı il tarixli 8/308-2006 saylı icra vərəqələri üzrə Nərimanov rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin 30 mart 2007-ci il tarixli sifarişinə əsasən həmin tarixdə Şöbənin depozit hesabından ödənilmişdir. Göstərilənlərlə əlaqədar, qeyd olunan ödənişin dəqiqləşdirilməsi məqsədilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinə müraciət edilməsini məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasəsn zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “Nəsibova Azərbaycana qarşı” iş üzrə (iş N-4307/04,18.10.2007) Avropa İnsan Hüquqları Məhkəməsi hesab etmişdir ki, şikayətin bu hissəsi açıq-aydın düzgün əsaslandırılmayıb, əhəmiyyət kəsb edən hər hansı bir dəlil və ya faktlara istinad edilməyib. Müvafiq surətdə iddia tələbinin bu hissəsi də məhkəmə tərəfindən düzgün əsaslandırılmamış hesab olunmalı və konvensiyanın 35-ci maddəsinin 3-4-cü bəndlərinə əsasən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədiyyə Nazirliyinin Cavabdehnə qarşı, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədiyyə Nazirliyinin Cavabdehnə qarşı, mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar