Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1044/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 (o cümlədən üçüncü şəxs Qanuni nümayəndə) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı(mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qanuni nümayəndə cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı Cavabdeh1 və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi natariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2323-ci ildə vəfat etmiş atası X3 vərəsəsidir. Atasının vəfatından sonra miras aktivlərindən biri olan ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə atasının adına verilmiş **********96-05301-093148 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.18 kvm. yaşayış sahəsi 88.8 kv/m, yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı olan mənzildən ibarətdir. X9 vəfatından sonra atası Cavabdeh1 Əlikişi qızı ilə xx.xx.2006-ci ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçı və cavabdeh mərhum X3 miras əmlakının bölünməsinin bağlı 7 saylı Bakı Cavabdeh2otariat ofisinə müraciət etmişik. Cavabdeh eyni zamanda ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüquqi haqqında şəhadətnamənin alınması üçün yuxarıda adı qeyd edilən notariusa müraciət etmişdir. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə atasının adına verilmiş **********96-05301-093148 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130,18 kv/m, yaşayış sahəsi 88.8 kv.m yardımçı sahəsi 41.38 kv m 3 otaqlı olan mənzilin birgə nikahda əldə edilməsi əsası ilə bölünmaəsiııi xahiş etmişdir 20 sentyabr 2023-cü il tarixdə verilmiş 2 V-326 nömrəli mülkiyyət hüququ haqqında şəadətnamə əsasında yuxarıda qeyd edilən ünvandakı mənzilə Cavabdeh1 Əlikişi kişi qızı adına ½ hissəsi mülkiyyət hüququ kimi tanınmışdır. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 130.1X kv m. yaşayış sahəsi 88.X kv.m yardımçı sahəsi 38 kv.m 3 otaqlı olan mənzilə ƏMDK-nın yanında DƏDRX-nin tərəfindən xx.xx.2012-ci il tarixdə dövlət reyesterden çıxarış verilsə də, faktiki olaraq adı çəkilən mənzil mərhum atası tərəfindən 2003-cü ildə müqavilə əsasında tam ödəniş edilərək maliyyə ödənişi alınmışdır. Sonra həmin evin təmir işləri aparılmışdır. X14 həmin evə köçmədən vəfat etmişdir. Sonradan atasının işlərinin çoxluğu və digər səbəblərdən əmlakla bağlı çıxarış vaxtında alınmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 (o cümlədən üçüncü şəxs Qanuni nümayəndə) nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini, Cavabdeh1 İddiaçı atasının ikinci həyat yoldaşı olduğunu, iddiaçının atasının 2006-cı ildə ailə həyatı qurduğunu, birgə nigah dövründə əldə olunmuş əmlaklarla bağlı vərəsəlik şəhadətnamələrinin verildiyini, tərəflərin payı nəzərə alınaraq açıq saxlanıldığını, Zəkiyeva Vadimin 10/3 hissəsinin açıq saxlanıldığını, lakin tərəfin qəbul etmədiyini, Cavabdeh1 10/6 hissə, Sevda xanımın qızı Qanuni nümayəndə isə 10/1 hissə verildiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum Zəkiyev Vadim onun qonşusunun qohumu və eyni zamanda həkimi olmuşdur. O döşəmə və parket ustasıdır və qeyd edilən mənzildə 2004 və 2005-ci illərdə usta kimi işləmişdir. O mənzilin hansı nömrəli mənzil olduğunu xatırlamır, lakin 8-ci mərtəbədə yerləşdiyindən əmindir. Həmin mənzildə təxminən 2004-cü ilin aprel aylarında işləmişdir. Həmin mənzildə işlədiyinə görə xidmət haqqı Zəkiyev Vadim tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum Zəkiyev Vadim onun qohumudur. Zəkiyev Vadim həkim olmuş və onu əməliyyat etmişdir. Bundan sonra onlar daha yaxın olmuşdurlar. Zəkiyev Vadim 2004-cü ilin əvvəllərində ev axtarırdı və qeyd edilən ünvanın səkkizinci mərtbəsində ev almışdır. Onun həyat yoldaşı o zaman xəstə idi. Bu səbəbdən də bir müddət təmir işlərini dayandırmış və həyat yoldaşı vəfat etdikdən sonra təmir işlərinə davam etdmişdirlər. Mənzilin təmiri 2005-2006-cı illərdə bitmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - AZ-İ 110491 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zəkiyeva Validə 18 oktyabr 2004-cü il tarixində süd vəzinin xərçəngi xəstəliyindən vəfat etmişdir. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nöməli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. - xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında "xxxx" MTK-nın inşa etdiyi binadan ona məxsus olan 160 saylı mənzilin dəyəri 13.888 yeni Azərbaycan manatı təşkil edir və mənzil haqqı tam ödənilmişdir. - AZ-İİ 344034 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir. - 7 saylı Bakı Cavabdeh2otariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən 20 sentyabr 2023-cü il tarixli ər –arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, AR Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə vəfat etmiş X1 qalmış əri (arvadı) olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X6 verilmiş **********96-05301-093148 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsaəsn ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.18 kv.m yaşayış sahəsi 88.8 kv.m , yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı mənzildən ibarətdir. O cümlədən ölmüş ərin(arvadın) ümumi payı ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. - 7 saylı Bakı Cavabdeh2otariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən 22 sentyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh1, qızı-Qanuni nümayəndə və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X6 verilmiş **********96-05301-093148 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.18 kv.m yaşayış sahəsi 88.8 kv.m, yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı mənzildən ibarətdir. Qeyd: Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı 3/5 hissədə payı açıq saxlanılmışdır. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nöməli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 6/10 hissə ilə Cavabdeh1, 1/10 hissə ilə Qanuni nümayəndə məxsusdur. Mənzilin 3/10 hissəsi açıq saxlanılmışdır. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh1 hissəsi ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. - ”Azprice Group” MMC-nin hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında inşa edilmiş yeni tikili çoxmənzilli binanın 8-ci mərtəbəsində yerləşən 142 kv.m sahədən ibarət təmirsiz mənzilin 2003-cü ilə bazar dəyəri 25700 ABŞ dolları, 2011-ci ilə bazar dəyəri 93300 manat təşkil edir. - Yeni Dövr qiymətləndirmə mərkəzinin 06 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında inşa edilmiş yeni tikili çoxmənzilli binanın 8-ci mərtəbəsində yerləşən 142 kv.m sahədən ibarət təmirsiz mənzilin 2003-cü ilə bazar dəyəri 24400 ABŞ dolları, 2011-ci ilə bazar dəyəri 85900 manat təşkil edir. - "xxxx" ASC-nin 27 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanının su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2006-cı il tarixində vətəndaş Vadim Zəkiyev ilə 12581397 nömrəli müqavilə bağlanaraq adına "xxxx" ASC-nin elektron abonent bazasında **********600 saylı abonent kodu açılmışdır. Həmin kod aktivdir, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəyə görə ödənişlər mütamadi olaraq aparılır. - "xxxx" ASC-nin 25 oktyabr 2023-cü il tarixli məkubundan görünür ki, səhmdar cəmiyyətinin elektron bazasında məktubda göstərilən ünvanın **********850160 nömrəli abunə kodu ilə 09 noyabr 2005-ci il tarixdə Vadim Zəkiyevin adına qeydiyyata alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Qeyd olunan abunə kodu üzrə əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilməmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Zəkiyeva Validə 18 oktyabr 2004-cü il tarixində süd vəzinin xərçəngi xəstəliyindən vəfat etmişdir. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nöməli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil X3 xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. X8 24 fevral 2023-cü il tarixində dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən Qusar rayonunda vəfat etmişdir. 7 saylı Bakı Cavabdeh2otariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən 20 sentyabr 2023-cü il tarixli ər–arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, AR Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə vəfat etmiş X1 qalmış əri (arvadı) olan Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh1 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X6 verilmiş **********96-05301- 093148 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsaəsn ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.18 kv.m yaşayış sahəsi 88.8 kv.m , yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı mənzildən ibarətdir. O cümlədən ölmüş ərin(arvadın) ümumi payı ünvan 4 ünvanında yerləşən mənzilin ½ hissəsindən ibarətdir. 7 saylı Bakı Cavabdeh2otariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilən 22 sentyabr 2023cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsələri arvadı Cavabdeh1, qızı-Qanuni nümayəndə və onların hər biri miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X6 verilmiş **********96-05301-093148 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 130.18 kv.m yaşayış sahəsi 88.8 kv.m, yardımçı sahəsi 41.38 kv.m 3 otaqlı mənzildən ibarətdir. Qeyd: Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı 3/5 hissədə payı açıq saxlanılmışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriya nöməli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 6/10 hissə ilə Cavabdeh1, 1/10 hissə ilə Qanuni nümayəndə məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdeh1 hissəsi ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Mənzilin 3/10 hissəsi açıq saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.6-cı maddəsinə əsasə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”: 116-cı bəndinə əsasən, ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur. Məlumat poçtla göndərilir, notariusa şəxsən müraciət edən vərəsələrə isə notarius tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir. 117-ci bəndinə əsasən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. 118-ci bəndinə əsasən, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, həmçinin nikah müqaviləsinin olması yoxlanılaraq mövcud olduğu halda tələb olunur. Məhkəmə qeyd edilən normalara istinad etməklə, iddia tələbinin dəlillərinə qiymət verərək hesab edir ki,iddia tələbi əsasızdır. Belə ki, iddiaçı miras əmlakın atası Zəkiyev Vadim ilə X9 nikahda olduqları dövrdə əldə edildiyini, lakin atası tərəfindən daha sonra çıxarış alındığını, həmin əmlakın mərhum atası ilə Cavabdeh1 birgə vəsaiti hesabına əldə edilmədiyini bildirmişdir. İddiaçı qeyd etdiyi halları şahid ifadələri, mənzilə dair maliyyə arayışında göstərilən məbləğin (13.888 manat) aşağı olması, və kommunal xidmətlərə dair müqavilələrin daha əvvəlki tarixə bağlanması ilə əsaslandırmışdır. Lakin iş materiallarından olan xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 185 ünvanında "xxxx" MTK-nın inşa etdiyi binadan 160 saylı mənzilin dəyəri Zəkiyev Vadim tərəfindən tam şəkildə ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, Zəkiyeva Validə 2004-cü il tarixində vəfat etdiyindən, 12 dekabr 2006-cıildə isə A.Vadim cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olduğundan, qeyd edilən əmlak Zəkiyev Vadim ilə Zəkiyeva Validənin birgə nikah dövründə birgə vəsait hesabına əldə edilməmişdir. Mənzilin qiymət ilə bağlı iddiaçının dəlilinə münasibət bildirərək məhkəmə qeyd edir ki, mülki hüququn təməl prinsiplərindən biri də müqavilə azadlığı prinsipidir. Mənzilin, iddiaçının iddia etdiyi kimi, ucuz qiymətə əldə edilməsi, həmin mənzilin 2012-ci ildə deyil,daha əvvəlki tarixlərdə əldə edildiyini təsdiq edən hal kimi nəzərdən keçirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mərhum V.Zəkiyevin yaşadığı dövrdə həmin mənzilin onun anası ilə birgə nikah dövründə əldə edilməsi, mənzilə çıxarışın hansı səbəbə görə sonradan alınması hallarını mübahisələndirməmişdir. Mənzilə dair çıxarış hazırda da qüvvədədir, ləğv edilməmiş, çıxarışın əldə edilməsinə əsas olan müqavilə mübahisələndirilməmiş, etibarsız hesab edilməmişdir. Halbuki iddiaçı kifayət qədər uzun müddət ərzində həmin mənzilin mərhum atasının xüsusi mülkiyyətində, iddiaçı ilə cavabdehin istifadəsində olduğunu bilmişdir. Məhkəmə şahidin ifadəsinə də qiymət verərək hesab edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, şahid ifadələri ilə daşınmaz əmlakın mənsubiyyəti müəyyənləşdirilə bilməz. Belə ki, mülki işin materiallarında olan yazılı sənədlərdən - 13 dekabr 2011-ci il tarixli "xxxx" MTK-nın üzvlüyünə qəbulu və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə protokoldan çıxarışdan, Z.Vadim tərəfindən mübahisəli mənzilə görə haqqı tam ödədiyinə dair 21 oktyabr 2010-cu il tarixli maliyyə arayışına və bu sənədlərin əsasında mərhuma verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən məhz 2012-ci ildə, yəni cavabdehlə birgə nikahda olduğu vaxt mülkiyyətinə keçməsi tam təsdiq olunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, nə şahid ifadələri, nə də kommunal xidmətlərlə əlaqədar bağlanmış müqavilələr daşınmaz əmlakın mənsubiyyətini müəyyən edən sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə bütün bu halları nəzərə alaraq hesab edir ki, 7 saylı Bakı şəhəri “Asan xidmət" mərkəzinin notariat ofisinin xüsusi natariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-326 reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərin uyğundur və onun etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir. Məhkəmə iddiaçının iddia tələbinin “Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırda mülki iş üzrə bu hallar mövcud olmadığından tələb bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və 7 Saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə qarşı (mübahisə predmeti barədə müstəqil tləb irəli sürməyən üçüncü şəxs qismində Qanuni nümayəndə cəlb edilməklə) şəhadətnamənin etibarsız hesba edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1044/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1044/2024
10.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver