Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1045/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “VOLVO XC60” markalı **-LK-*** dövlət nömrə qeydiyyat nişanlı avtobusa vurulmuş maddi ziyana görə edilmiş 750 (yeddi yüz əlli) manatı və məhkəmənin hesabına köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Karsan 561 Avtobus” markalı, **-XJ- *** dövlət qeydiyyat nişanlı avtobus “xxxx” ASC-də AD 872696 nömrəli şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtoııəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2016-cı ii tarixdə saat 18:50 radələrindo idarə etdiyi “Karsan 561 Avtobus” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Yusif Səfərov küçəsi ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək X1 məxsus olan “VOLVO XC60” markalı, **-LK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə törədərək hadisə verindən yayınmışdır. Hadisə Xətai RPİ tərəfindən qeydə alınmış İXM-nin 321.6-cı maddəsi ilə KYP 412722 nömrəli xx.xx.2016-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fərdi sahibkar, avtomobil sahəsi üzrə mütəxəssis X5 tərəfindən “VOLVO XC60” markalı, **-LK-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək, avtomobilə vurulmuş ziyan 750 (yeddi yüz əlli) manat məbləğində müəyyən edilib, İddiaçı ASC həmin məbləğdə sığorta ödənişi kimi avtomobilin sahibinə ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Ş.Xudiyev iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “VOLVO X60” markalı **-UT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 750 manat və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ionunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh Əhmıd oğluna qarşı subroqasiya qaydasında pulun tələbi barədə iddia ərizəsi vermişdir. İddia ərizəsində bəzi texniki səflərə yol verilərək cavabdeh tərəfindən idarə olunan avtobusun, cavabdehin ziyan yetirilmiş avtiomobilin dövlət nömrə nişanı düzgün qeyd olunmamışdır. Cavabdehin idarə etdiyi avtobus “Karsan 561 Avtobus markalı **-JK- *** dövlət nömrə nişanlı avtobus olmuş, ziyan yetirilən avtomobilin markası “VOLVO XC60” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobil olmuş, avtomobilin sahibi X6muş, hadisə baş verdiyi zaman avtomobili etibarnamə ilə X3 idarə etmişdir. İddia ərizəsinə əlavə olunmuş siyahıda “VOLVO XC 60” markalı, **-UT-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyanın hesabı” qeydləri kimi göstərilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirmiş və iddia tələbini rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Şəfahət Xudiyev məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb, qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, “Volvo XC60” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 750 manat müəyyən edilmiş, sığorta ödənişi avtomobilin təmirini həyata keçirən X4 ödənilmişdir. İş materiallarında olan fərdi sahibkar X2 əmlaka dair qiymətləndirmə aktından görünür ki, “Volvo XC60” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus 2015-ci il istehsalı olan, ********** markalı, **-KJ-*** döbvlət qeydiyyat nişanlı avtobus xx.xx.2015-ci il tarixində «xxxx» ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığortalanmışdır. İş materiallarına əlavə edilmiş № KYP 412722 nömrəli, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi xx.xx.2016-cı il tarixdə saat 18:50-də Bakı şəhəri, Nizami küçəsi ilə hərəkət edib sağa, Y.Səfərov küçəsinə hərəkət edərkən manevr qaydasını pozmuş və nəticədə öz ilə eyni istiqamətdə hərəkət edən “Volvo” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə yerini tərk etmişdir. Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmədə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Karsan 561 Avtobus markalı **-JK-*** dövlət nömrə nişanlı avtobusla xx.xx.2016-cı il tarixdə saat 18:50-də Bakı şəhəri, Nizami küçəsi ilə hərəkət edib sağa, Y.Səfərov küçəsinə hərəkət edərkən manevr qaydasını pozmuş və nəticədə özü ilə eyni istiqamətdə hərəkət edən “Volvo XC60” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə yerini tərk etmişdir. № KYP 412722 nömrəli, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli tərəf kimi bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. “Volvo XC60” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat məbləğində maddi ziyan dəymiş, həmin məbləğ zərəçəkmiş şəxsə sığorta şirkəti tərəfindən ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh hadisə yerindən yayındığından, bu barədə inzibati xəta haqqında protokol olduğundan və vurulmuş zərərin əvəzi 750 AZN həcmində “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 750 manat xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 750 manat və 30 manat dövlət rüsumu cəmi 780 (dörd yüz əlli) məbləğində pul vəsaiti ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1045/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1045/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver