Məhkəmə qərarları › İş №2(005)-105/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-105/2023

02.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-105/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əli oğlunun, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü, bu mümkün olmazsa hərracda satılaraq, vəsaitin paylara müvafiq ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçı ilə Cavabdeh mülkiyyətinə verilmiş mənzilin 7/10 hissəsinin naturada bölünərək iddiaçıya ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən iddiaçı ilə Cavabdeh mülkiyyətinə verilmiş mənzilin 7/10 hissəsinin naturada bölünməsi, əgər bölünməsi mümükün olmazsa hərracda satılaraq əldə olunmuş vəsaitin paylara müvafiq olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Eyni zamanda müvafiq prosessual hərəkətlərin nəticələrinin ona aydın olduğunu bildirdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Əli oğlu barışıq sazişinin şərtlərinə etiraz etmədiyini, müvafiq prosessual hərəkətlərin nəticələrinin iddiaçıya məlum olduğunu bildirərək, məhkəmədən həmin sazişin təsdiqlənməsini xahiş etdi. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanun qüvvəsini almış 08 oktyabr 2018ci il tarixli qətnaməsilə Cavabdehnn iki azyaşlı övladları ilə birlikdə Bakı ş., Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzilin bütöv sahəsindən istifadə hüquları tanınmış, mənzilin 7/10 hissəsi X1 mülkiyyətində saxlanılmışdır. Məhkəmənin qərarına müvafiq olaraq, mənzil paylı mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Biz aşağıda imza edənlər X2 və Cavabdeh Nizamı qızı hal-hazırda məhkəmənin icraatında mənzilin real bölgüsü mübahisəsi ilə əlaqədər aşağıdakı qaydada razılığa gəlirik: 1.Razılığa gəlirik ki, ünvan 3 ünvanında yerləşən mənzil hərraca çıxarılmadan satılsın və əldə olunan satış pulu paylara müvafiq olaraq bölünsün.

2. Mənzilin satışından əldə olunan vəsait bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından, Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsilə əlaqədar kompensasiya olaraq 20 min manat Cavabdeh, mənzildən əldən olunan payından başqa əlavə ödənilsin.

3. Mənzilin qiyməti tərəflər arasında, bazar qiymətinə uyğun razılaşdıraraq, müştərək qaydada satışa çıxarılır. Müştərilərin evə baxışına Cavabdeh tərəfindən maneəsiz şərait yaradılır,

4. Evin satışı ilə əlaqədar xərcləri İsmayılova Zülqiyyə öz üzərinə götürür. Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:

Barışıq sazişi:

Hazırkı barışıq sazişi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-105/2023 saylı mülki iş üzrə İddiaçı digər tərəfdən Cavabdeh aşağıdakılar barədə razılığa gəldilər:

1.Razılığa gəlirik ki, ünvan 3 ünvanında yerləşən mənzil hərraca çıxarılmadan satılsın və əldə olunan satış pulu paylara müvafiq olaraq bölünsün.

2. Mənzilin satışından əldə olunan vəsait bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından, Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsilə əlaqədar kompensasiya olaraq 20000 (iyirmi min) manat Cavabdeh, mənzildən əldən olunan payından başqa əlavə ödənilsin.

3. Mənzilin qiyməti tərəflər arasında, bazar qiymətinə uyğun razılaşdıraraq, müştərək qaydada satışa çıxarılır. Müştərilərin evə baxışına Cavabdeh tərəfindən maneəsiz şərait yaradılır,

4. Evin satışı ilə əlaqədar xərcləri İsmayılova Zülqiyyə öz üzərinə götürür.

İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü, bu mümkün olmazsa hərracda satılaraq, vəsaitin paylara müvafiq ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar