Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-107/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi katibliyi, İddiaçı hüquqi varisləri X2 və X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı hüquqi varisləri X2, X6 və X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Məmmədəli qızına qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 saylı evin qarşısında yerləşən və iddiaçıya məxsus olan dəmir qaraj Cavabdeh Məmmədəli qızı tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi, iddiaçının həmin qarajdan istifadə etməsinə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsi və cavabdehin iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 saylı evin qarşısında yerləşən dəmir qaraj çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 06.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 saylı evin qarşısında yerləşən və iddiaçıya məxsus olan dəmir qarajın Cavabdeh Məmmədəli qızı tərəfindən boşaldılıb iddiaçıya təhvil verilməsi, iddiaçının həmin qarajdan istifadə etməsinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi və cavabdehin İddiaçı mülkiyyətində olan Bakı şəlıəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 saylı evin qarşısında yerləşən dəmir qaraj çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 10.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iş üzrə Cavabdeh ata adının “Məmmədəli” kimi deyil “Məhəmmədəli” kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 saylı evin qarşısında yerləşən dəmir qaraj onun mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş 115 saylı Mənzil Kommunal istismar Sahəsinin 03.05.2021-ci il tarixli 93 nömrəli Arayışından və ona əlavə edilmiş “qarajın sxemindən” görünür ki, sözügedən qaraj onun mülkiyyətidir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi Memarlıq və Şəhərsalma Müfəttişliyi tərəfindən tərtib edilmiş 22.05.1997-ci il tarixli, 6-1/1 nömrəli protokol ilə də həmin qarajın məhz onun tərəfindən quraşdırıldığı müəyyən olunur. Lakin o bir müddət cəzaçəkmə müəssisəsində olmuşdur. Bu zaman cavabdeh bundan istifadə edərək onun qarajının qapısının kilidini sındıraraq qaraja daxil olmuş, qarajına qanunsuz sahiblik etməyə başlamışdır. O, azadlığa çıxdıqdan sonra bundan xəbər tutmuş və cavabdehə xəbərdarlıq etmişdir. O isə bu qarajı aldığını və sənədlərinin olduğunu deyərək onun qanuni tələbinə məhəl qoymamışdır. Yuxarıda qeyd etdiyi sənədlər ilə həmin qarajın onun mülkiyyətində olduğu müəyyən olunur. Belə olan halda qarajın mülkiyyətçisi kimi yalnız o, qarajı sata bilər və ya bnun üçün kiməsə səlahiyyət verə bilər. Lakin bunların heç birini etməmişdir. Cavabdehin iddia etdiyi alqı-satqı müqaviləsini və sənədləri necə və kimdən əldə etdiyi ona məlum deyildir. Ümumiyyətlə, belə bir əqdə onun heç bir formada razılığı olmamışdır. Cavabdeh onun barəsində polisə yalan şikayət verərək onu qorxudub öz mülkiyyətinə qanuni tələbindən əl çəkdirmək istəsə də, buna nail ola bilməmişdir. Belə ki, onun şikayəti əsassız olduğuna və sözügedən qaraj onun, yəni İddiaçı mülkiyyətində olduğuna görə polis işə xitam vermişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisləri X2 və X7 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında idia ərizəsində göstərilən halların əsassız olduğunu bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan 115 saylı MKİS-in 03.05.2021-ci il tarixli, 93 №-li arayışından görünür ki, Ağa Neymətulla küçəsi, 50saylı evin qarşısında yerləşən dəmir qaraj İddiaçı məxsusdur. (Qonşuların aktına əsasən) Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli, AZ-İİ seriyalı, 194343 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 20.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 2021-ci ilin 09 ayının 08 günündə 1006 № ilə qeyd edilmişdir. Nərimanov Rayon MKRB-nın Qeyri-yaşayış X4 üçün 08.03.2018-ci il tarixli Mədaxil qəbzindən görünür ki, Cavabdeh Ağa Neymətulla küçəsi 50, mənzil 46-nın həyətində olan qarajın istismar haqqı üçün 108 manat ödəniş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 04.01.2017-ci il tarixli, 20/125 nömrəli “İstismar yığımı” müqaviləsindən görünür ki, 20 saylı MKTS Nərimanov rayon MKTB ilə Cavabdeh arasında Ağa Neymətulla küçəsi 50, mənzil 46-nın həyətində “dəmir qaraj” –ın 1 kv.m-ə illik istismar yığımı 0-60 manatla istismara verilməsi razılaşdırılmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrtri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14.09.2018-ci il tarixli, **********24 nömrəli Cavabdeh ünvanlanmış məktubundan görünür ki, ünvan 1ında yerləşən qeyri-yaşayış binasının (qaraja) qeydiyyatdan keçməsi ilə bağlı ********** nömrəli 28.08.2018-ci il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Müraciət ilə əlaqədar olaraq bildirilir ki, qeyd olunan qarajda texniki inventarlaşdırma işlərinin aparılması nəticəsində müəyyən olmuşdur ki, sözügedən əmlak yüngül konstruksiyalı (dəmir) qarajdır və daşınar əmlakdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 1.0.1. maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr aiddir. Bundan başqa elektron baza məlumatlarına əsasən qeyriyaşayış binası (qaraj) yaşayış binalarının həyətində yaşıllıq olan ərazidə yerləşir və yerləşmə cizgisində istinadlar qeyd olunmadığından sənəd üzrə yerləşməsi müəyyən olunmadı. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Mülki iş materiallarını araşdıraraq məhkəmə belə hesab edir ki, İddiaçı hüquqi varisləri X2, X6 və X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia qaldırsalar da belə bir tələblə iddia qaldırmağa subyektiv hüquqlarının olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı və onun hüquqi varisləri tərəfindən Ağa Neymətulla küçəsi, 50saylı evin qarşısında yerləşən dəmir qarajın İddiaçı məxsus olması sübuta yetirilməmiş, buna dair iddiaçı və sonradan onun hüquqi varisləri tərəfindən məhkəmə araşdırması zamanı sübutlar təqdim edilməmişdir. Bunun əksi olaraq, İddiaçı prosessual hüquqi varisi X7 məhkəmə iclaslarında verdiyi izahatlarda uzun müddətdir ki, həmin ünvanda yaşamadığını, qarajdan əvvəllər həmin ərazidə yaşadığı vaxtlarda istifadə etdiyini bildirdi. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı və onun hüquqi varislərinin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının həmin qaraja dair mülkiyyət sənədi mövcud deyil, iddiaçı və onun prosessual varisləri Bakı şəhəri Ağa Neymətulla küçəsi, 50saylı evdə artıq uzun illərdir ki, yaşamırlar, həmin qaraja dair hər hansı hüququ qeydə alınmamışdır. Belə olduğu təqdirdə isə iş üzrə iddiaçılar İddiaçı hüquqi varisləri X2, X6 və X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. İddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı hüquqi varisləri X2, X6 və X1 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin . Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-107/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-107/2022
29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver