Məhkəmə qərarları › İş №2(005)-1100/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1100/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1100/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, "xxxx" MMC, X4 və X5 cəlb edilməklə) avtomobilə dair qeydiyyatın ləğv edilməsi, mülkiyət hüququnun və qeydiyyatın bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, "xxxx" MMC, X4 və X5 cəlb edilməklə) avtomobilə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində cavabdeh “Mətanət A” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və onun **- GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı mülkiyyət hüququna dair qeydiyyatının bərpa edilməsi və qeyd olunan avtomobilinin də geriyə özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “Mətanət A” şirkətinin ona qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq “Mətanət A” şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı ildə qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. xx.xx.2018-ci il tarixində Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ 2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, 2707.2018-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra icraatı zamanı xx.xx.2018-ci il tarixli “X1” müqaviləyə əsasən Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona məxsus olan Bakı şəhəri, Nefcilər metrosu yaxınlığında yerləşən 11 saylı cərimə meydaçasında saxlanılan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin qiymətləndirilməsi işi üçüncü şəxs "xxxx" MMC tərəfindən aparılmış, "xxxx"MMC tərəfindən əsassız olaraq ona məxsus olan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Avtomobilə müəyyən edilmiş qiymət avtomobilin həqiqi dəyərinə uyğun deyil, cavabdehin qiymətləndimə ilə bağlı rəyi tamamilə əsassızdr. Ekspert rəyinə görə 2000-ci il buraxılışı olan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin xx.xx.2018-ci il tarixində bazar dəyəri guya 1800 manat məbləğində təşkil edir. Halbuki, 2000-ci il buraxılışlı “VAZ 2107” markalı avtomobilin qiyməti avtomobilin vəziyətinə görə bazar qiyməti 4500 manatdan 6300 manat arasında dəyişir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə aşağı qiymət müəyyən edilmişdir. Əsassız rəyindən sonra avtomobil 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Bundan sonra həmin avtomobil üzərində mülkiyyət hüququna dair qeydiyyatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində ləğv edilmiş, avtomobil üzərində cavabdeh “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, borclu İddiaçı İcra sənədini könüllü icra etdilmədiyinə görə icra məmuru İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edərək Suraxanı Rayon Məhkəməsinə göndərsə də, məhkəmə xx.xx.2018-ci il tarixdə icraata xitam vermişdir. Bundan sonra İddiaçı mülkiyyətində olan VAZ 21074 markalı, **-GT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat verilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.1018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İddiaçı qərardaddan şikayət vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi 8(103)-889/2018 saylı, xx.xx.2018-ci il tarixli qarərdadı ilə qüvvəsində saxlamışdır. İcra məmuru həmin avtomaşının borcludan götürərək duracağa yerləşdirmiş, qiymətləndirmə dəvət etmişdir. "xxxx" MMC avtomaşının bütün parametrlərinə yerində vizual baxış keçirdərək mütəxəsis rəyi ilə avtomaşını 1800 manat dəyərində qiymətləndirmiş, həmin qiymətlədə icra məmuru borc əvəzinə tələbkara təklif etmiş və tələbkarda təklifi qəbul etmişdir. İddiaçı tərəfindən qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə rəyinin ləğv edilməsi barədə iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə yenidən avtomaşının qiymətləndirilməsini təşkil edərək iddianı təmin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi avtomaşına hec bir vizual baxış keçirmədən yalnız “Az Turbo” saytında internet məlumatlarına əsaslanaraq nəzəri olaraq 4500 manat qiymət müəyyən etmişdir. Lakin apellyasiya şikayəti verilmiş, "xxxx" MMC tərəfindən avtomaşına yenidən vizual baxış keçirilərək 1900 manat dəyərində qiymətləndirilməsi barədə mütəxəsis rəyi məhkəməyə təqdim edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-421/2022 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin qərardadı ləğv edilərək iddia rədd edilməklə icraata xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsindən də göründüyü kimi, iddiaçı əsasən məhkəmə qərarının icrası çərçivəsində ona məxsus avtomobilin üzərinə həbs qoulması barədə Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadını, avtomobilin tələbkar “Mətanət A” şirkətinə təklif edilməsini, tələbkarın avtomobili borcun əvəzinə qəbul etməyə razılaşmasından sonra adıçəkilən avtomobilin şirkətin mülkiyyətinə verilməsini və onun adına rəsmiləşdirilməsini, bunun əsasında qoyulan həbsin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(010)-294/2019 saylı qərardadı ilə götürülməsini mübahisələndirir. Bu əsassız iddiaya görə isə Nərimanov Rayon Məhkəməsi əsassız olaraq 16(005)-42/2023-001 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı **-VR-*** dövlət nömrə nişanlı, “VAZ 21074” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini qadağan etmişdir. Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qərardadlarından İddiaçı tərəfindən şikayətlər verilmiş, onun şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. Bu da o deməkdir ki, həmin qərardadlar və onlarla müəyyən edilmiş hallar heç bir halda Nərimanov Rayon Məhkəməsində mübahisələndirilə bilməz, yuxarı instansiya məhkəməsinin qərardadına birinci instansiya məhkəməsi olan Nərimanov Rayon Məhkəməsi yenidən baxa bilməz. Avtomobilin tələbkara borcun əvəzinə təklif edilməsi və onun tərəfindən təklifin qəbul edilməsindən sonra “Mətanət A” şirkətinin adına rəsmiləşdirilməsi prosesi də öz növbəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-421/2022 saylı qərardadına geniş araşdırılmış, icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı həmin hərəkətlərinin qanuni olduğu bir daha qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və ya onların nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2000-ci il tarixdə İddiaçı mülkiyyətində olmuşdur; Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı 1400,36 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir; Suraxanı rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə icraatın başlanılması qərara alınmışdır; Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı məxsus “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması qərara alınmışdır; "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin surətindən görünür ki, İddiaçı məxsus “Vaz 21074” markalı, **-GT- *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat təşkil edir; Suraxanı rayon İcra və Probasiya şöbəsinin Cavabdehnə ünvanladığı xx.xx.2018-ci il tarixli Təklif məktubunun surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş, tələbin yönəldilməli olan “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul edib etməməyə dair münasibət bildirilməsi xahiş edilmişdir; Suraxanı Rayon Məhkəməsinin 8(010)-294/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və həmin qərardada əsasən İddiaçı məxsus “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı adından qeydiyyatdan çıxarılmış və borc əvəzi olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə X2, xx.xx.2022-ci il tarixdə isə X3 adında rəsmiləşdirilmişdir; Suraxanı Rayon Məhkəməsinin 8(010)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin “İcraata xitam verilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin yenidən icra olunamsı üçün Suraxanı rayon İcra və Probasiya şöbəsi göndərilməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-421/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 88/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə) qarşı əmlak qiymətləndirmənin nəticəsinin - ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi, İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır; "xxxx" MMC-nin nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Vaz 21074” markalı, ilkin qeydiyyat nişanı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixə bazar dəyəri 1900 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “Mətanət A” şirkətinin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq “Mətanət A” şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəlmiş, xx.xx.2018-ci il tarixində Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ 2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, 2707.2018-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx"MMC tərəfindən **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Rəydən sonra avtomobil 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Avtomobil üzərində cavabdeh “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmış, daha sonra avtomobil digər şəxlərə satılmış və hazırda üçüncü şəxsin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.5 və 6.1.6-cı maddələrinə görə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi sayılır. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir. 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə icra məmuru qanunvericiliyin və prosessual normaların tələblərə uyğun olaraq iddiaçıya məxsus olmuş avtomobilin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat təmin edildikdən sonra avtomobilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, avtomobilin dəyəri 1800 manat təşkil etmiş və üzərinə həbs qoyulmuş avtomobil tələbkara təklif olunmuşdur. Tələbkar Cavabdeh borcun əvəzi olaraq avtomobili qəbul etmiş və icra işinə xitam verilmişdir. Göründüyü kimi icra məmurun hərəkətləri qanunamüvafiq olmuş, həmçinin tələbkar olmuş Cavabdeh əmlakı qanuni yolla əldə etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, avtomobilin “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğvi üçün heç bir əsas yoxdur. Belə ki, iddia tələbinin əsasını "xxxx" MMC tərəfindən avtomobilin qiymətləndirilməsinin düzgün aparılmaması təşkil edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddiası Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-421/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş və İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin izahına uyğun hərəkət edilməmiş, yəni icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən şikayət verilməmişdir. Hazırda isə iddiaçı avtomobilə qoyulmuş qiymətin aşağı olmasını əsas gətirərək, “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, hazırki halda qeyd edilən səbəb “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğv üçün əsas ola bilməz və buna görə də, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli avtomobil Cavabdeh adına qeydiyyata alındıqdan sonra xx.xx.2020-ci il tarixdə X2, daha sonra xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Hazırda onların vicdanlı alıcı olmamalarına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə onları vicdanlı alıcı kimi qəbul edir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı iddianın təmin edilməsi üçün hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin “**-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsində cavabdeh “Mətanət A” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” hissəsində təmin edilməməsi qənaətinə gəldiyindən, iddia tələbi qalan hissələrdə də, təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, "xxxx" MMC, X4 və X5 cəlb edilməklə) avtomobilə dair qeydiyyatın ləğv edilməsi, mülkiyət hüququnun və qeydiyyatın bərpa edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi, "xxxx" MMC, X4 və X5 cəlb edilməklə) avtomobilə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar