Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1122/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 2020 manat məbləğində maddi ziyan, sağlamlığıma vurulmuş ziyanın əvəzi olaraq 7000 manat, lazımsız və uğursuz cərrahi əməliyyat nəticəsində keçirdiyi sarsıntılara görə vurulmuş 50000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya vurulmuş 2020 manat (Ege Hospitalda çəkilən xərclər) və 19096.59 manat (Türkiyə Respublikasında çəkilmiş xərclər) cəmi 21116.59 manat məbləğində maddi zərərin və uğursuz tibbi müayinələr, nüvə prosedurları və cərrahi əməliyyat, həmçinin əlavə olaraq təkrarən keçirdiyi bu prosedurlar nəticəsində sağlamlığına dəymiş mənəvi ziyanın əvəzi olaraq 70000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin aprel ayında nəfəs darlığı və halsızlıq şikayətləri ilə Cavabdeh1 MMC-nin həkim endokrinoloqu Cavabdeh2 müraciət etmişdir. Həkim Cavabdeh2 tərəfindən təyin edilmiş analizləri verdikdən sonra tiroid vəzinin US müayinəsini özü şəxsən həyata keçirdi. xx.xx.2023-cü il tarixli müayinənin nəticələrinə dair akta əsasən həkim Cavabdeh2 iddiaçıya “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehinə dəyətləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozunu təyin etmişdir. Buna baxmayaraq, iddiaçıya paratiroid vəzinin sintiqrafiya olunması barədə göstəriş verdi və X10 yönləndirdi. xx.xx.2023-cü il tarixli müayinə raportunda da qeyd edilmişdir ki, klinik və laborator hıperparatiroidizm (PTH=213.7 pg/ml) aşkarlanmış xəstədə boyun USM müayinəsində qalxanabənzər vəzi sağ pay qonşuluğunda düyün aşkarlandığından paratiroid vəzinin funksional vəziyyətinin dəyərləndirilməsi məqsədilə sintiqrafiya müayinəsi istənilmişdir. Raportun nəticələrinə əsasən qalxanabənzər vəzidə paratiroid adenomasına uyğun xarakteristik yüksək 99mTc-MİBl toplanması müşahidə olunmamışdır. Bunlara baxmayaraq, həkim Cavabdeh2 iddiaçını paratiroid adenoması əməliyyatına yazmışdır. Tibbi protokollara və mövcud tibb praktikasına əsasən paratiroid vəzinin cərrahiyəsi zamanı xəstənin adenomalı paratiroid vəzisi və ümumi vəzin ¾ hissəsi götürülməli və elə əməliyyat zamanı (xəstəni ayıltmadan) xəstənin qanda PTH (paratiroid hormonu) səviyyəsi yenidən ölçülməli, PTH səviyyəsində müsbət dəyişiklik izlənildikdən sonra əməliyyat başa çatdırılmalıdır. Lakin, Cavabdeh2 göstərişinə uyğun olaraq cərrah Cavabdeh3 tərəfindən yalnız ümumi vəzin 1/4-ü, yəni adenomalı hesab edilən bir vəz götürülmüş və əməliyyat zamanı qanda PTH səviyyəsi ölçülmüş, lakin qanda olan PTH səviyyəsində müsbət dəyişiklik izlənilməmiş, buna baxmayaraq əməliyyat bitmişdir. Ayıldıqdan sonra cərrah Cavabdeh3 iddiaçıya əməliyyatın gedişi və nəticələri barədə məlumat versə də, PTH səviyyəsində müsbət dəyişikliyin izlənilməməsi barədə heç bir məlumat verməmiş, çıxarılan vəzin xəstə vəz olub-olmamasının müəyyən edilməsi məqsədilə Bakı Patologiya Mərkəzinə müayinə göndərildiyini bildirmişdir. Əməliyyatdan sonra növbəti gün iddiaçı evə buraxılmışdır. xx.xx.2023-cü il tarixli Bakı Patologiya Mərkəzin analiz nəticələrinə əsasən, çıxarılan vəzdə patologiya aşkar edilməmişdir. İddiaçı çıxan nəticəni həm cərrah Cavabdeh3, həm də Cavabdeh2 göndərmişdir. Cərrah Cavabdeh3 çıxarılan vəzin sağlam vəz olduğunu, lakin bu cərrahi göstərişin Cavabdeh2 tərəfindən verildiyini bildirirək, onunla əlaqə saxlamalı olduğunu bildirdi. Cavabdeh2lə əlaqə saxladıqda isə o, yenidən müayinəyə çağırdı və xx.xx.2023-cü il tarixli müayinənin nəticələrinə dair akta əsasən iddiaçıya yenidən xx.xx.2023-cü il tarixdə qoyduğu diaqnozu, yəni “Tiroid gl-ın diffuz exostruktur dəyişikliyi-hiperplaziyası (autoimmun tiroidit lehimə dəyətləndirilmişdir) sağ pay aşağı qütbündə paratireoid adenoması” diaqnozunu təkrarən təyin etdi və bildirdi ki, xəstə vəzin təyin edilməsində səhvə yol verdiyindən, digər vəzlərdən də biopsiya götürməlidir. Ona görə də yenidən boğaz nahiyədən cərrahi vasitələrlə daxil olaraq paratiroid vəzindən biopsiya götürmüşdür. İddiaçı şikayətlərinin keçmədiyini gördükdən sonra ağciyər həkiminə və digər endokrinoloji həkimlərə müraciət etmiş və əslində ağciyərində problem olduğundan nəfəs darlığı və halsızlıq şikayətlərinin olduğunu bilmişdir. Ağciyərdən müalicə aldıqdan sonra şikayətləri keçmişdir. Digər endokrinoloji həkimlər də həkim Cavabdeh2 tərəfindən aparılan cərrahi əməliyyatın səhv icra edildiyini bildirdilər. Cavabdeh “Ege Hospital’’ tərəfindən verilən ******* nömrəli xəstəlik tarixindən çıxarışa görə iddiaçı “paratiroidektomiya” əməliyyatı olunmuşdur. Halbuki, ərizəyə əlavə etdiyi əməliyyat göndərişlərindən də görünür ki, Cavabdeh3 tərəfindən paratiroid adenoması əməliyyatı icra olunmuşdur. İddia ərizəsinə qarşı etirazın dəlilləri:
4. Cavabdehlər məhkəməyə iddia tələbi ilə bağlı yazılı qaydada etiraz təqdim etməmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:
5. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
7. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:
9. İddiaçı adına Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Paratiroid vəzi sintiqrafıya müayinə raporunda: Paratrioid adenomasına uyğun xarakteristik yüksək 99mTc-MİBİ toplanması müşahidə olunmamışdır.
10. İddiaçı adma “Ege”Hospital”da tərtib edilmiş müayinə vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixdə hormonların analizi aparılmışdır. PTH (parathormon) 154.3 pg/ml (H-15-65); İnsulin rezistenlivi 2.581 (11-0-2.5); Qlükoza (acılıq)-143.8 mg/dl (H-70-106).
11. İddiaçı adına “Egc Hospital”dan verilmiş xx.xx.2023-cü il tarixli EKQ-də: “Neqativ stress test”. Rəngli Doppler ExoKQ-da: “Sol mədəciyin ölçüləri, regional divar hərəkəti və qlobal sistolik funksiyası normal. Konsentrik hipertrofıyası və relaksativ tipdə diastolik disfunksiyası aşkar edilir. Sağ mədəciyin ölçüləri və sistolik funksiyası normal. Qulaqcıqlar dəyişiksiz. İAS intakt. Pulmonar arterial təzyiq normal. Aorta kökü və qapaq zəif kalsifık və sklerotikdir. Rəngli Doppler: Min MÇ, Min AÇ aşkar edilir.
12. İddiaçı adma “Ege HospitaP’dan verilmiş xx.xx.2023-cü il tarixli EKQ-də: “Sinus bradikardiyası. Hiss dəstəsinin sol ayaqcığının ön şaxəsinin blokdası. Sol mədəciyin hipertrofıyası əlaməti. İll-də T dişinin qeyri spesfık dəyişikliyi”. Döş qəfəsi üzvlərinin Rentgenoqrafıyasında: “Yumşaq toxumalar adi sərtlikdə və yerləşmədədir. Əməliyyata bağlı metal tikişlər var. Qabırğalar və qabırğaarası sahələr simmetrikdir. Müayinə sahəsinə daxil olan sümüklərin konturu hamar və dəqiq, strukturu adidir. Traxeya yerini dəyişməyib. Ağciyər sahələri şəffafdır, ağciyər şəkli adidir, ağciyər kökləri normaldır. Plevra cibləri sərbəstdir. Ürək və aorta yaşa uyğundur. Diafraqma günbəzvaridir, adi yerləşib. Divararalığı kölgəliyi adidir, subdiafraqmal sahədə patoloji dəyişiklik tapılmadı.
13. İddiaçı adma Bakı Patologiya Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli mikroskopik təsvirdə: Nümunələrdə limfa düyünündə reaktiv limfoid hiperplaziya fonunda çox sayda qalın divarlı damarlar və bəzi sahələrdə eozinofil toplantıları görünür. Mikroscopik rəy: Paratiroidkütlə, eksizyon: Limfa düyünündə angiolimfoid hiperplaziya. Qeyd: Mövcud nümunələrdə neoplastik prosesə rast gəlinmir. Nəticənin klinik və radioloji məlumatlar ilə birlikdə dəyərləndirilməsi tövsiyyə olunur.
14. İddiaçı adına Cavabdeh1da tərtib edilmiş ******* saylı ‘'Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, xx.xx.2023-cii il tarixdə saat 092'- də boyunda olan şişkinlik şikayəti ilə klinikaya daxil olmuşdur. Anamnez: deməsinə görə, özünü uzun müddətdir ki, xəstə hesab edir. Normal doğulub. Özündə və ailəsində dəri zöhrəvi, vərəm, Botkin və digər irsi xəstəlikləri inkar edir. Mənzil şəraiti kafidir. Obyektiv müayinədə bədən quruluşu normastenik tiplidir. Ümumi vəziyyəti kafidir. Xəstənin huşu aydın və görünən selikli qişalar normal rəngdədir. Dərialtı piy qatı normal inkişaf edib. Dayaq-hərəkət sistemində patoloji dəyişiklik qeyd edilmir. Ürək tonları aydın. AT-120/80mm.c.st. Nəbzi ritmik, orta dolğunluqdadır. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Dili nəm və ərpsizdir. Palpasiyada qarın yumuşaqdır. Qaraciyər, öd kisəsi əllənmir. Dalaq böyüməyib və əllənmir. Defekasiya requlyardır. Diurez sərəstdir. Pasternatski simptomu hər iki tərəfdə mənfidir. Yerli müayinədə sağ ekstratireoidal sahədə 8,4*8,3mm ölçüdə paratiroid adenom şübhəsi olan düyün izlənir. İlkin diaqnoz: “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi”. Müayinə planı: 1. Dioqnastik müayinə; 2. Qanın ümumi analizi; 3. İnfeksiyalar- Hcpatitlər, Covid-19, HİV; 4. EKQ, DQ Rentgenoqrafıyası. Əməliyyatönü epikriz: xəstə İddiaçı klinikaya hiperparatiroidizm şikayətlərilə daxil olmuşdur. Deməsinə görə, uzun müddətdir ki, xəstədir. Səbəbini əlaqələndirə bilmir. Son vaxtlar şikayətləri artdığı üçün klinikaya müraciət etmişdir. Aparılan kliniki, instrumental, laborator müayinələrə əsasən xəstəyə “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi” diaqnozu qoyuldu. Xəstəyi “Paratireoidektomiya” cərrahi əməliyyatının icra edilməsi göstərişdir. Mütləq əks göstəriş yoxdur. Əməliyyat ümumi intubasion narkoz altında planlaşdırılır. Xəstə əməliyyat zamanı və əməliyyatdan sonrası ola biləcək ağırlaşmalar haqqında məlumatlandırıldı, əməliyyata razıdır. xx.xx.2023-cü il tarixdə “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı: xəstəyə İntubasiyon ümumi anesteziya altında uyğun pozisiya verildi və steril örtüldü. Boyunda Koxer kəsiyi atıldı. Dəri, dərialtı fleb qaldırıldı. Strep əzələləri ayırıldı, sağ paratraxcal yerləşmiş 8mm-lik törəmə tapılaraq xaric edildi, rekuren larengial siniri qorumaqla, hemostaz bərpa edildi. Drenaj qoyuldu. Toxumalar qatlarla tikildi. Aseptik sarğı qoyuldu. Əməliyyat fəsadsız keçdi. xx.xx.2023-cü il tarixdə xəstənin huşu aydın, halı kafidir. Hemodinamik göstəricilər norma daxilindədir. Obyektiv müayinədə əməliyyat ilə əlaqəli patoloji dəyişikliklər izlənilmədi. xx.xx.2023-cü il tarixdə saat 11:00-da xəstə yaxşılaşma ilə evə yazıldı. Klinik diaqnoz: “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi”.
15. İddiaçı adına “Ege”Hospital”da tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə hormon müayinəsində olmuşdur. Parathormon (PTH)-132.1 pg/ml (H 15-65).
16. İddiaçı adına “Bakı Sağlamlıq Mərkəzi”ndə tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə hormon müayinəsində olmuşdur. Parathormon (PTH)-169.9 pg/ml (H 15-65).
17. İddiaçı adına Türkiyyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş müayinə vərəqindən görünür ki, xx.xx.2024-ci il tarixdə paraliroid spect sintiqrafiya rəyi verilmişdir. Nəticə: Sol tiroid lobunun aşağı qütbü aşağı posterolaterində paratiroid adenomu ilə uyğun MİBİ tutan bir diqqət görüldü.
18. İddiaçı adma Türkiyyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş epikrizdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə əsas hiper paratiroidi şikayətləri ilə xəstəxanaya daxil olmuşdur. Anamnezində: Əsas hiper paratiroidi səbəbi ilə daha əvvəl əməliyyat keçirən lakin pelsistan olaraq davam edən adenom tapılmayan, edilən imtahanlarında üst mediasyona doğru uzadılma göstərən paratiroid adenomu aşkar edilmiş xəstə əməliyyat olunmaq üçün yatırıldı. Fiziki müayinədə: Köhnə kəsik yarası. xx.xx.2024-cü il tarixdə xəstə yatağında dəyərləndirildi. Daha əvvəl deyildiyi üzərə əməliyyat ilə bağlı bütün məlumatlar və ola biləcək risklər yenidən deyildi və razılıq alındı. Əməliyyat öncəsi diaqnoz: “Paratiroid adenomu”. xx.xx.2024-cü il tarixdə ümumi anesteziya altında “Paratiroidektomiya, adenom üçün” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyat öncəsi və əməliyyat sonrası fəsad yoxdur. Endokriııoloji müayinədə: Paratrioid hormon, intakt, sürətli: 38.0 pg/ml (15-68.30 pg/ml). xx.xx.2024-cü il tarixdə xəstəyə baxış zamanı drenajdan 20 cc gəldi dren çəkildi. Sarğı təzələndi. xx.xx.2024-cü il tarixdə xəstə müayinəyə gəlmək üzərə evə yazıldı. Diaqnoz: “Primer hiperparatiroidizm”.
19. Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli qəbzlərin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ümumillikdə 1955 manat məbləğində pul vəsaiti ödənilmişdir.
20. "xxxx" MMC-nin adına ödənilmiş xx.xx.2024-cü il tarixli, 08/01 nömrəli hesab fakturanın surətindən görünür ki, İddiaçı bilet+otel+transfer xidməti üçün 4772 manat məbləğində pul vəsaiti ödənilmişdir.
21. “EMAR Sağlık Hizmetleri” A.Ş tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, EMA**********214 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 2 növdə mal/xidmətlər üçün 15.879.31 Türk Lirəsi məbləğində pul vəsaiti ödəmişdir.
22. “Florence Nightingale” Xəstəxanası tərəfindən İddiaçı adına kardioloji xidmətlərin göstərilməsinə görə verilmiş xx.xx.2024-cü il tarixli, FNH742476 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 41.310.17 Türk Lirəsi məbləğində pul vəsaiti ödəmişdir.
23. “Florence Nightingale” Xəstəxanası tərəfindən İddiaçı adına endokrinoloji xidmətlərin göstərilməsinə görə verilmiş xx.xx.2024-cü il tarixli, FNH740859 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 59.374.39 Türk Lirəsi məbləğində pul vəsaiti ödəmişdir.
24. “Florence Nightingale” Xəstəxanası tərəfindən İddiaçı adına bronkopnomoloji xidmətlərin göstərilməsinə görə verilmiş xx.xx.2024-cü il tarixli, FNH742445 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 13.557.62 Türk Lirəsi məbləğində pul vəsaiti ödəmişdir.
25. “Florence Nightingale” Xəstəxanası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 059801 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 30.535.70 Türk Lirəsi (1000 ABŞ dolları) məbləğində pul vəsaiti depozitə qoyulmaqla ödəmişdir.
26. “Florence Nightingale” Xəstəxanası tərəfindən İddiaçı adına verilmiş xx.xx.2024cü il tarixli, 059801 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı 183.603 Türk Lirəsi (6000 ABŞ dolları) məbləğində pul vəsaiti depozitə qoyulmaqla ödəmişdir.
27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-16/2024 nömrəli, xx.xx.2024cü il tarixli Qərarı ilə Bakı şəhəri Nərimanov rayon prokuronun böyük köməkçisi X8 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, İddiaçı şikayətdə göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması və qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır.
28. Bakı şəhəri Nərimanov rayon prokuronun böyük köməkçisi X3 05 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, İddiaçı Cavabdeh1 MMC-nin həkimləri tərəfindən düzgün müayinə və müalicə olunmaması barədə toplanmış 700-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” X12 tərəfindən İddiaçı ünvanlanmış 09 fevral 2024-cü il tarixli məktuba əsasən, Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma və məhkəmə tibbi ekspertizasının nəticələri, “X5” X12 tərəfindən aparılan araşdırmanın nəticələri, həmçinin həkimlərin əməllərinə hüquqi qiymət verilməsinin və dəymiş maddi zərərin ödənilməsi məsələsi Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, bütün təsdiqedici sənədlərlə birlikdə məhkəməyə müraciət etmək hüququnun olduğu diqqətə çatdırılmışdır.
Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
30. Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 MMC-də və Türkiyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında olmaqla, 2 dəfə cərrahi əməliyyat olunmuşdur. İddiaçının xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-də paratiroid vəzinə dair həyata keçirilən əməliyyatı həkim Cavabdeh3 tərəfindən icra olunmuşdur.
31. Hazırda İddiaçı ekspert rəyləri ilə razı olmadığını, cavabdeh klinikada sağlam vəzinin çıxarılması ilə nəticələnən ilkin əməliyyatdan sonra səhhətində kəskin problemlərin davam etdiyini, məhz Türkiyədə 2-ci dəfə əməliyyat keçirdikdən sonra sağlamlığında müsbət irəliləyiş baş verdiyini, həmçinin, həkim Cavabdeh3 də ilkin əməliyyatdan sonra göstəricilərinin müsbətə doğru dəyişməməsini təsdiq etdiyini iddia edərək, cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya vurulmuş 2020 manat (Ege Hospitalda çəkilən xərclər) və 19096.59 manat (Türkiyə Respublikasında çəkilmiş xərclər) cəmi 21116.59 manat məbləğində maddi zərərin və uğursuz tibbi müayinələr, nüvə prosedurları və cərrahi əməliyyat, həmçinin əlavə olaraq təkrarən keçirdiyi bu prosedurlar nəticəsində sağlamlığına dəymiş mənəvi ziyanın əvəzi olaraq 70000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsini xahiş edir.
32. Ötən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə 2023-cü ilin dekabr ayında iddiaçının prokurorluğa müraciət etdiyini və orada verilən ekspertiza rəyinə uyğun olaraq, iş üzrə icraata xitam verildiyini, həmçinin xx.xx.2024-cü il tarixli Qərara əsasən, iddiaçının ərizəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edildiyini, həkim Cavabdeh2 isə sadəcə analiz nəticəsində rəy verdiyini bildirir.
33. Məhkəmə baxışı zamanı təyin olunmuş müvafiq ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 28 iyun 2024-cü il tarixli, 438/KEŞ №-li ekspert rəyinə əsasən, Cavabdeh1da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Xəstədə cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinəsi zamanı (20% yanlışlığa yol verilə bilər) sol aşağı paratireoid adenomu görüntüsü olduğu müəyyən edilmiş, eyni zamanda qan nümünələrində də PTH və kalsiumun yüksək olması “Birincili hiperparatiroidizm” diaqnozu lehinə təsdiqlənmişdir. İddiaçı qeyd edilən paratireoid adenomunun dəqiq lokalizasiyasını müəyyən etmək üçün MOM-nə Nüvə Təbabəti şöbəsinə göndərilmiş, həmin şöbənin sintiqrafıya müayinəsində boyunda və divararalığmda paratireoid adenomuna uyğun xarakteristik 99Tc-MİBİ toplanması müşahidə olunmamışdır. Bəzən kiçik ölçülü paratireoid adenomu sintiqrafıyada görünməyə bilir. Xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsinə görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq İddiaçı üzərində “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı ultrasəs müayinəsində göstərilmiş nahiyədəki lezyon çıxarılmış və əməliyyatdaxili tiroid stimullaşdırıcı testi aparılmışdır. Uyğun protokola əsasən, tiroid stimullaşdırıcı hormon enmirsə, əməliyyatdaxili ultrasəs müayinəsi aparılmış, həmin əməliyyat öncəsi görünən lezyonun xaric edilməsi müəyyən edilmiş və qalxanvari ətraf vəzilərin tipik yerləşdiyi nahiyədə başqa bir böyümüş adenoma qeyd olunmadığından əməliyyat yekunlaşmışdır. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra "Persistan və təkrarlanan hiperparatireoidiznv'in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hipeıplaziya 22%, cüt adenom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır. Ə.X1 “Florence Nightingale” Xəstəxanasında aparılmış sintiqrafıya müayinəsində isə ektopik paratireoid adenomunun İokalizasiyası dəqiq göstərilmiş və həmin ektopik yerləşən (yuxu arteriyası və vidaci vena arasında) paratireoid adenomu xaric edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar.
34. Məhkəmə baxışı zamanı təyin olunmuş təkrar ekspertizaya dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 18 sentyabr 2024-cü il tarixli, 829/KEŞ №-li ekspert rəyinə əsasən, Cavabdeh1da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 21,06.2023-cü il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Xəstədə cərrahiyyə əməliyyatından əvvəl aparılmış ultrasəs müayinəsi zamanı (20% yanlışlığa yol verilə bilər) sol aşağı paratireoid adenomu görüntüsü olduğu müəyyən edilmiş, eyni zamanda qan nümünələrində də PTH və kalsiumun yüksək olması “Birincili hiperparatiroidizm” diaqnozu lehinə təsdiqlənmişdir. İddiaçı qeyd edilən paratireoid adenomunun dəqiq lokalizasiyasını müəyyən etmək üçün MOM-nə Nüvə Təbabəti şöbəsinə göndərilmiş, həmin şöbənin sintiqrafıya müayinəsində boyunda və divararalığında paratireoid adenomuna uyğun xarakteristik 99mTc-MİBİ toplanması müşahidə olunmamışdır. Bəzən kiçik ölçülü paratireoid adenomu sintiqrafıyada görünməyə bilir. Xəstədə olan şikayətlər, həm ultrasəs müayinəsi görüntüləri, həm də hormonal analizlərin nəticəsinə görə təyin edilmiş diaqnoza uyğun olaraq cərrahiyyə əməliyyatı icra edilmişdir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, təyin edilmiş diaqnoza uyğun olaraq İddiaçı üzərində “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı ultrasəs müayinəsində göstərilmiş nahiyədəki lezyon çıxarılmış və əməliyyatdaxili tiroid stimullaşdırıcı testi aparılmışdır. Uyğun protokola əsasən, tiroid stimullaşdırıcı hormon enmirsə, əməliyyatdaxili ultrasəs müayinəsi aparılmış, həmin əməliyyat öncəsi görünən lezyonun xaric edilməsi müəyyən edilmiş və qalxanvari ətraf vəzilərin tipik yerləşdiyi nahiyədə başqa bir böyümüş adenoma qeyd olunmadığından əməliyyat yekunlaşmışdır.Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra “Persistan və təkrarlanan hiperparatireoidizm”in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hiperplaziya 22%, cüt adenom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır. Ə.X2 “Florence Nightingale” Xəstəxanasında aparılmış sintiqrafıya müayinəsində isə ektopik paratireoid adenomunun lokalizasiyası dəqiq göstərilmiş və həmin ektopik yerləşən (yuxu arteriyası və vidaci vena arasında) paratireoid adenomu xaric edilmişdir. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar.
35. Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
37. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Maddə 58. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 19 avqust 2020-ci il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məhkəmətibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə: Bənd 3.9. Nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.
39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MülkiMəcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
40. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.
41. Məhkəmə qeyd edir ki, hazırda iddia ərizəsindən göründüyü kimi, iddia tələbi “maddi zərərin əvəzinin ödənilməsi” və “mənəvi zərərin əvəzinin ödənilməsi” olmaqla iki hissədən ibarətdir. Belə olan halda, məhkəmə ilk növbədə iddia tələbinin “maddi zərərin əvəzinin ödənilməsi” barədə hissəsinə qiymət verməyi zəruri hesab edir.
42. İddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsində mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetirilmədiyindən, qismən təmin edilməlidir.
43. Məhkəmə hazırki mübahisənin araşdırılması zamanı belə nəticəyə gəlmişdir ki, iddiaçı özünün Konstitusiya ilə təsbit edilən və qorunan hüquqlarından istifadə edərək, Cavabdeh1 MMC tərəfindən göstərilən tibbi xidmətlərdən faydalanmış, ondan tibbi yardım almış, lakin sonuncunun yanlış müalicə metodlarından istifadəsi ilə həyata keçirilən cərrahi əməliyyat nəticəsində sağlamlığında hər hansı müsbət dəyişiklik müşahidə edilməmiş və bu səbəbdən iddiaçı yenidən cərrahi əməliyyat olunmaqla əlavə xərclər çəkmək məcburiyyətində qalmışdır.
44. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, təqdim edilmiş sübutları habelə iddiaçının Cavabdeh1 MMC-də və Türkiyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında həyata keçirilən cərrahi əməliyyatlardan sonrakı sağlamlıq vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçının sağlamlığına zərər vurulmasında tibbi yardım və xidmətlər həyata keçirən Cavabdeh1 MMC-nin bilavasitə təqsiri vardır.
45. Belə ki, məhkəmə mülki iş üzrə mübahisələrin həll edilməsi zamanı müvafiq ekspertizalar məhz bu sahədə ekspertlərin xüsusi biliyə zərurət yaranmasını nəzərə alaraq, mülki iş üzrə ekspertiza təyin edilməsini təmin etsə də, iş üzrə verilmiş hazırki ekspert rəyini mötəbər sübut hesab etmir.
46. Еkspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vахt yüksək olаr ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yаlnız bu hаldа ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
47. Məhkəmə qеyd еdir ki, еkspеrt rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
48. Belə ki, mülki iş üzrə təyin olunmuş ekspert rəyində tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmadığı qeyd olunsa da, təqdim olunmuş tibbi sənədlər, habelə əməliyyatdan sonra iddiaçının PTH göstəricilərində hər hansı normallaşmanın müşahidə edilməməsi halları ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 18 sentyabr 2024-cü il tarixli, 829/KEŞ №-li ekspert rəyinin təsviri hissəsində qeyd olunanlara əsasən, ....xx.xx.2023-cü il tarixdə “Paratireoidektomiya” cərrahiyyə əməliyyatı: ....Boyunda Koxer kəsiyi atıldı. .... sağ paratraxeal yerləşmiş 8 mm-lik törəmə tapılaraq xaric edildi, rekuren larengial siniri qorumaqla, hemostaz bərpa edildi. ....Əməliyyat fəsadsız keçdi. xx.xx.2023cü il tarixdə xəstənin huşu aydın, halı kafidir. Hemodinamik göstəricilər norma daxilindədir. Obyektiv müayinədə əməliyyat ilə əlaqəli patoloji dəyişikliklər izlənilmədi. ...xx.xx.2023-cü il tarixdə saat 11:00-da xəstə yaxşılaşma ilə evə yazıldı. Klinik diaqnoz: “Qalxanabənzər ətraf vəzinin xoşxassəli törəməsi”. İddiaçı adına “Ege”Hospital”da tərtib edilmiş müayinə vərəqindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə hormon müayinəsində olmuşdur. Parathormon (PTH)-132.1 pg/ml (H 15-65). ... İddiaçı adına Türkiyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş müayinə vərəqindən görünür ki, xx.xx.2024- cü il tarixdə paratiroid spect sintiqrafıya rəyi verilmişdir. Nəticə: Sol tiroid lobunun aşağı qütbü aşağı posterolaterində paratiroid adenomu ilə uyğun MİBİ tutan bir diqqət görüldü.... İddiaçı adına Türkiyyə Cümhuriyyəti “Florence Nightingale” Xəstəxanasında tərtib edilmiş epikrizdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə əsas hiper paratiroidi şikayətləri ilə xəstəxanaya daxil olmuşdur. Anamnezində: Əsas hiper paratiroidi səbəbi ilə daha əvvəl əməliyyat keçirən lakin pelsistan olaraq davam edən adenom tapılmayan, edilən imtahanlarında üst mediasyona doğru uzadılma göstərən paratiroid adenomu aşkar edilmiş xəstə əməliyyat olunmaq üçün yatırıldı. Fiziki müayinədə: Köhnə kəsik yarası. xx.xx.2024-cü il tarixdə xəstə yatağında dəyərləndirildi. Daha əvvəl deyildiyi üzərə əməliyyat ilə bağlı bütün məlumatlar və ola biləcək risklər yenidən deyildi və razılıq alındı. Əməliyyat öncəsi diaqnoz: “Paratiroid adenomu”. xx.xx.2024-cü il tarixdə ümumi anesteziya altında “Paratiroidektomiya, adenom üçün” cərrahiyyə əməliyyatı icra edildi. Əməliyyat öncəsi və əməliyyat sonrası fəsad yoxdur. Endokrinoloji müayinədə: Paratrioid hormon, intakt, sürətli: 38.0 pg/ml (15-68.30 pg/ml). xx.xx.2024-cü il tarixdə xəstəyə baxış zamanı drenajdan 20 cc gəldi dren çəkildi. Sarğı təzələndi. xx.xx.2024-cü il tarixdə xəstə müayinəyə gəlmək üzərə evə yazıldı. Diaqnoz: “Primer hiperparatiroidizm”.
49. Mülki işin araşdırılan faktiki halları ilə iddiaçının “adenomalı hesab edilən bir vəz götürülmüş və əməliyyat zamanı qanda PTH səviyyəsi ölçülmüş, lakin qanda olan PTH səviyyəsində müsbət dəyişiklik izlənilməmiş” dəlili öz təsdiqini tapmışdır. Bu baxımdan yuxarıda qeyd olunan rəyin tədqiqat hissəsindən də göründüyü iddiaçının PTH göstəricilərində əməliyyatdan sonra müsbət dəyişiklik olmadığı açıq aşakar müəyyən olunur (xx.xx.2023-cü il tarixdə Parathormon (PTH)-132.1 pg/ml (H 15-65); xx.xx.2024-cü il tarixdə Paratrioid hormon, intakt, sürətli: 38.0 pg/ml (15-68.30 pg/ml). Bununla yanaşı, ekspert rəyində də məhz iddiaçının qan nümünələrində aşkarlanan PTH və kalsiumun yüksək olmasının iddiaçıya qoyulmuş diaqnozun lehinə hal kimi qiymətləndirilməsinə baxmayaraq, sonradan əməliyyat (təkrar əməliyyat) nəticəsində bu göstəricilərin aşağı düşməsi ilə müşayiət olunan müsbət dəyişikliyin baş verdiyinə ümumiyyətlə istinad edilməmişdir. Ekspertlər bu halı məhkəmə tibbi ekspertizası keçirilmiş tədqiqatın 5-ci bəndinin 1-ci cümləsində “İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra “Persistan və təkrarlanan hiperparatireoidizm”in rast gəlmə tezliyi 31-37% arasındadır. Bunun səbəbi hiperplaziya 22%, cüt adenom 15% multipl vəz xəstəliyi, həmçinin adenomun ektopiyasıdır.” kimi izah etməyə çalışsalar da, gəldikləri bu nəticənin elmi əsaslılığı barədə hər hansı təlimata, elmi əsərə və s.yə istinad edilməmişdir, digər tərəfdən bu kateqoriya rəylərdə qanunvericilikdəki normaların tələbinə əsasən tibbi ekspertlər xüsusi tibb terminlərindən mümkün qədər istifadə etməməli olduğu halda, məhkəmə tərəfindən ekspertin qarşısında qoyulmuş demək olar ki, bütün suallara tibb terminləri əsasında cavab verilmişdir. Bundan əlavə, qoyulmuş suallara cavab verərkən tədqiqatın sonunda bildirilmişdir ki, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Qeyd olunan hallar paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan hallardandır. Təkrar əməliyyatlar isə daha yüksək kateqoriyalı xəstəxanalara göndərilməklə, təkrar müayinə və müalicə olunurlar. Halbuki, ekspertin rəyində gəlinmiş nəticənin səhiyyə sistemində qüvvədə olan hansı təlimat qaydalarına uyğun olduğu, bundan əlavə paratireoid cərrahiyyəsində çox rast gəlinən və təkrarlanma riski yüksək olan halların nədən ibarət olması və s.-nin elmi əsası ilə yanaşı məhkəmənin qoyduğu suallara verilən cavabların uyğunluğu müəyyən edilməmişdir.
50. Göstərilən hallar, eləcə də ekspert rəyində məhkəmə tərəfindən iddiaçının müalicəsindən sonra onun səhhətində mənfi dəyişikliyin olub-olmaması barədə suala qiymət verilərkən, göstərilən formal yanaşma (tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, icra edilmiş cərrahiyyə əməliyyatından sonra İddiaçı mənfi dəyişiklik olmamışdır) məhkəmənin mülki işin faktiki halları ilə həmin rəyi yanaşı araşdırarkən, ekspert rəyini mötəbər sübut kimi qəbul etməməsinə dair mövqeyini bir daha əsaslı və qanunamüvafiq edir. Belə ki, məhkəmə tərəfindən qoyulmuş sualda (məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının 4-cü sualı) iddiaçının səhhətində müalicələrdən sonrakı vəziyyət soruşulduğu halda tibbi ekspetlər tərəfindən bu suala dolğun (ekspertlər yalnız “tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən” ifadəsindən istifadə edilməklə kifayətlənmişlər ) cavab verilməmişdir.
51. Bundan əlavə, mülki iş üzrə təyin olunmuş ekspert rəyində də paratireoid adenomu görüntüsü olduğu müəyyən etmək üçün cərrahiyyə əməliyyatından əvvəl həyata keçirilən ultrasəs müayinəsi zamanı 20% yanlışlığa yol verilə bilməsi, eləcə də bəzən kiçik ölçülü paratireoid adenomunun sintiqrafıyada görünməyə bilməməsi ehtimalının olduğu qeyd olunmuşdur. Lakin, məhkəmə tərəfindən mülki iş materialları nəzərdən keçirilərkən, sözügedən ehtimallar barəsində iddiaçının cavabdeh klinikada cərrahi əməliyyat keçirilməzdən əvvəl xəbərdar edilməsini təsdiqləyən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmiş, bununla yanaşı işin faktiki hallarında da aşkar edilməmişdir. Belə ki, bir neçə məhkəmə iclası keçirilməsinə baxmayaraq Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, (yalnız bir dəfə iştirak etmişdir), iddia tələbinin əsassızlığına dəlalət edən yazılı etiraz təqdim etməmiş, habelə mübahisələndirilən məsələ ilə bağlı mövqe ortaya qoymamış və iddiaçının səhhətinə cəmiyyət tərəfindən ziyanın vurulmasında təqsirli olub-olmamaları və s. kimi halların izahını verməmişdir.
52. Məhkəmə qeyd edir ki, iddia tələbinə qarşı dəlillərini irəli sürmək üçün MPM-nin 14-cü maddəsində nəzərdə tutulan prosessual imkanları cavabdehə təqdim etsə də, lakin cavabdeh bu imkanlardan istifadə etməmişdir. MPM-nin 47.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-nin 47.1 və 77-ci maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.
54. Yuxarıda ekspert rəyi ilə bağlı məhkəmə tərəfindən gəlinən nəticə, yəni hazırki mübahisə üzrə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi, bu baxımdan cavabdeh klinikanın təqsirinin istisna olunmadığı - iddiaçının yenidən cərrahi əməliyyat keçirməsi zərurəti, iddiaçının hər şeydən əvvəl təkrar əməliyyata məruz qalması, nəticə etibarilə maddi (müalicələr üçün çəkilən xərclər) və mənəvi zərərə düçar olması kimi hərəkətləri özündə ehtiva etməsi barədə gəldiyi qənaəti bir daha əsaslı edir.
55. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh1 MMC-də əməliyyət zamanı və sonradan qüsurlu müalicə səbəbi ilə ödəmək məcburiyyətində olduğu müayinə və əməliyyat, həmçinin Türkiyə Respublikasına gediş-gəliş və otel xərcləri Cavabdeh1 MMC tərəfindən kompensasiya edilməlidir.
56. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh1 MMC-də çəkilən xərclərlə bağlı 2020 manat məbləğində pul vəsaiti tələb olunsa da, məhkəməyə təqdim olunan qəbzlər üzrə çəkilən xərclərin ümumillikdə 1955 manat hissəsi öz təsdiqini tapır, bu səbəbdən göstərilən xərclərlə bağlı Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 1955 manat məbləğində pul vəsaiti tutulmalıdır.
57. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 MMC-nin ilkin cərrahi əməliyyatın nöqsanlı, qüsurlu icra edilməsi səbəbindən əlavə olaraq Türkiyə Respublikasında müalicə və müayinə olunmaqdan ötrü çəkdiyi xərclərin ümumi məbləğinin 19096.59 manat olduğu göstərilmişdir.
58. Lakin, iddia tələbi həmin hissədə yalnız iddiaçının Türkiyəyə gediş-gəliş üçün 4772 manat məbləğində pul vəsaiti xərcləməsinə, habelə Türkiyə Respublikasında “Florence Nightingale” Xəstəxanası tərəfindən iddiaçının adına verilmiş 183.603 Türk Lirəsi (6000 ABŞ dolları) və 30.535.70 Türk Lirəsi (1000 ABŞ dolları) məbləğində pul vəsaitlərinə və MRT müayinəsi üçün “EMAR Sağlık Hizmetleri” A.Ş tərəfindən verilmiş iddiaçı adına verilmiş 15.879.31 Türk Lirəsi məbləğində pul vəsaitinə dair qəbzlərlə təsdiqləndiyindən, tutulan gündə Azərbaycan Respublikasındakı məzənnə nəzərə alınmaqla, cəmi 233.018,01 Türk lirəsi və 4772 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.
59. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.
63. Məhkəmə onu da bildirir ki, hazırki iddia tələbi üzrə iddiaçının sağlamlığına dəymiş maddi zərərin əvəzinin xarici valyuta ilə təmin edilməsi iddia tələblərindən kənara çıxma hesab edilə bilməz, bu zaman dəymiş zərərin əvəzi kimi tutulacaq pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla ödənilməlidir.
64. Məhkəmə mülki iş materiallarında olan “Florence Nightingale” Xəstəxanasında kardioloji, endokrinoloji və bronkopnomoloji xidmətlərin göstərilməsinə görə çəkilmiş xərclərə münasibətdə hesab edir ki, həmin xərclərə dair ödəniş qəbzləri təqdim olunmadığından, iddia tələbi həmin xərclərə dair hissədə təmin edilməməlidir.
65. Bundan başqa, iddiaçı deliktlərin nəticəsi olaraq keçirdiyi mənəvi zərərə görə 70.000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
66. Məhkəmə, iddia tələbinin sözügedən “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, həmin hissə də iddia qismən təmin edilməlidir.
67. Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərərivurulmadığı hallarda kompensasiya edilir.
68. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
69. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarınndakı mövqeyinə görə, mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
70. Məhkəmə qeyd edir ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və yalnız onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır.
71. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, həyata keçirilən uğursuz cərrahi əməliyyat nəticəsində iddiaçıya dəyən zərər məhz Cavabdeh1 MMC-nin təqsiri ilə əlaqədar vurulduğundan iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
72. Belə ki, Cavabdeh1 MMC-də həyata keçirilən ilkin uğursuz cərrahi əməliyyatdan sonra tibbi sənədlərə əsasən, iddiaçının göstəricilərində hər hansı dəyişikliyin, eləcə də sağlamlığında müsbət irəliləyişin olmaması onda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Keyfiyyətsiz tibbi yardım göstərilməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi sarsıntının ağırlığı hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala və həmin kompensasiya bu sarsıntıların aradan qaldırılmasına, yaxud onların kəskinliyinin azaldılmasına xidmət edə bilər. Belə hisslərin, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.
73. Odur ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını və pozulmuş şəxsi qeyri-əmlak hüququ kimi sağlamlığa dəyən zərərin həyati əhəmiyyətini nəzərə alaraq, Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir.
74. Bundan əlavə məhkəmə Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçıya dəyən maddi və mənəvi zərərin əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 deyil, Cavabdeh1 MMC-dən tutulmalıdır. Belə ki, qeyd olunan maddənin məzmunundan göründüyü kimi, işəgötürən Cavabdeh1 MMC-nin sonradan reqres qaydada həmin zərərin əvəzini işçilərdən tələb edə bilməsinə dair hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur.
75. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, sadalan hallar Cavabdeh1 MMC tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını birmənalı təsdiq edir, iddiaçıda bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsini vəzifəsini yaradır. Nəticə:
76. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 1955 manat maddi ziyan (Cavabdeh1 MMC-də müayinə və əməliyyat üçün çəkilən xərclər), Türkiyəyə gediş-gəliş və otel xərcləri üçün ödənilmiş 4772 manat məbləğində pul vəsaiti, “EMAR Sağlık Hizmetleri” MRT müayinəsi, “Florence Nightingale” Xəstəxanasında müayinə və əməliyyat üçün çəkilmiş xərclərin əvəzi olaraq 233.018,01 Türk lirəsi məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 5000 manat mənəvi zərər İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:
77. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.
78. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələri)
79. Əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. (Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanunun 9.1.3 və 8.1.3-cü maddələri)
80. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən sağlamlığa dəymiş zərərin əvəzi kimi tələb edilən 91116,59 manat pul vəsaitinə görə 363,35 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Göründüyü kimi, iddia tələbinin yalnız 231121,58 manat həcmində təmin edilmişdir. Belə olanda məhkəmə hesab edir ki, sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edildiyindən, 363,35 manat məbləğində ödənilməli olan dövlət rüsumunun 92 manat hissəsi cavabdeh cəmiyyətdən Dövlət büdcəsinin xeyrinə tutulmalı, qalan 271 manat hissəsi dövlət büdcəsinə aid edilməlidir.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 1955 manat maddi ziyan (Cavabdeh1 MMC-də müayinə və əməliyyat üçün çəkilən xərclər), Türkiyəyə gediş-gəliş və otel xərcləri üçün ödənilmiş 4772 manat məbləğində pul vəsaiti, “EMAR Sağlık Hizmetleri” MRT müayinəsi, “Florence Nightingale” Xəstəxanasında müayinə və əməliyyat üçün çəkilmiş xərclərin əvəzi olaraq 233.018,01 Türk lirəsi məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 5000 manat mənəvi zərər İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Mülki iş üzrə ödənilməli olan 363,35 manat məbləğində dövlət rüsumunun 92 manat hissəsi Cavabdeh1 MMC-dən Dövlət büdcəsinin xeyrinə tutulsun, qalan 271 manat hissəsi dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Solmaz Ədilova