Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-113/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı X3, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X3 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Xəlil-zadə Rövşən Sabir oğlu) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı klinikasının həkimi Rövşən Xəlilzadənin təqsiri üzündən sağlamlığını itirən anası Xatirə Qasımovanın ölümü nəticəsində vurulmuş maddi zərərin əvəzinin 12.460 manat və mənəvi zərərin əvəzinin 100.000 manat olaraq cavabdeh Bakı klinikasından tutularaq onun xeyrinə ödənilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsəslandırmışdır ki, anası X6 16.07.2008 tarixində Milli Onkologiya Mərkəzində "Soltərəfli RM" cərrahi əməliyyatı olunmuş və 6 kurs kimyaterapiya müalicəsi almışdır. 2015-ci ildə sağ ağ ciyərdə solitar metastaz aşkar olunmuşdur və 12.08.2015 tarixində "sağ ağ ciyərin yuxarı payının pazvari rezeksiyası" əməliyyatı aparıldıqdan sonra, 29.09.2015 tarixindən-15.03.2016 tarixinədək 6 kurs TC sxemi ilə PKT aparılmışdır. 2018-ci ilin may ayında anam kürək və bel nahiyələrində və ayaqlarında ağrılar olduğunu demiş və bir gün yenidən anasının şiddətli ağrıları başlamışdır. Atası ilə birlikdə anasını Gənclik metrostansiyası yaxınlığında yerləşən Bakı klinikasına, neyrocərrah Rövşən Xəlilzadənin müayinəsinə aparmış, R.Xəlilzadənin göstərişi ilə anası qan analizi və MRT müayinəsinə göndərilmişlər. R.Xəlilzadə anasının ağrılarının səbəbinin bel fəqərəsində olan osteoporoz ilə bağlı olduğunu və aparacağı əməliyyat (metal fiksatorlar) vasitəsi ilə normal həyata qayıdacağını söyləmiş, hansı ki, MRT müayinəsində ananın L5 fəqərəsində ağ ciyərdən sıçrayan metastatik şiş olduğu aşkarlandığı haqqında onlara heç bir məlumat verməmiş və həmin gün evə qayıtdıqdan sonra, həkim ona zəng edərək, əməliyyata nə vaxt gələcəklərini soruşmuşdur. 12.06.2018-ci il tarixində R.Xəlilzadənin göstərişi ilə Bakı klinikasınin kassasına 3.600 manat ödədikdən sonra, anası əməliyyata alınmış və əməliyyatdan 2 gün sonra 14.06.2018 tarixində evə yazılmış, daha sonra yenidən ağrıları şiddətlənməyə başlamışdır. İddiaçı bu barədə Xəlilzadəyə məlumat vermiş, hər dəfəsində həkim onları MRT, Tomoqrafi müayinəsinə göndərərək, cavablara baxarkən, heç bir problem olmadığını deyərək, Tramadol tərkibli psixotropik dərman və iynələr resepti ilə onları evə yola salmış, bundan əlavə olaraq Золендровая кислота adlı preparatı hər ay 1 dəfə 5 ay müddətində, vurulmasını məsləhət görmüşdür. Daha sonar iddiaçı yazılan dərmandan şübhələnməyə başlamışdır. Anasının sümüklərində osteoporozun yaranmasına səbəb, aldığı kimyaterapiya kursları idi, sümükləri incəlmişdi, üstünə də özünü "neyrocərrah həkim" adlandıran X10 özünün dediyinə görə sementləyib qoyduğu dəmir metallar onun onurğasına ağırlıq edirdi və bundan başqa, xəbərsiz olduqları L5 fəqərəsində metastaz verən, şiş anasının sinirlənirini sıxaraq dəhşətli ağrılara məruz qoyurdu. İddiaçı anasının ağrılarına görə hər növ ağrıkəsicidən istifadə etsə də, heç biri təsir etməmişdir. Əməliyyatdan sonrakı müddətin bir ilə yaxınlaşmasına bir ay qalmişdı, aprel ayı idi, atası Bakı klinikasına Rövşən Xəlilzadənin otağına daxil olub ağrıların səbəbini soruşmuş, X5 tələb etdiyi zaman, Rövşən Xəlilzadənin rəngi sap-sarı saraldı, halı çox pisləşmişdir. Həkimdən Epikrizi və müayinəyə aid digər sənədləri alaraq başqa bir neyrocərraha göstərmiş, o, əməliyyatdan öncə MRT müayinəsindən keçdiyi filmlərə baxıb, anasının onurğasında şiş olduğunu və əməliyyatın səhv aparıldığını demişdir. Həkimin əməliyyatdan əvvəl xəstənin xərçəng olduğunu nəzərə alaraq, şişdən nümunə götürdükdən sonra, analizə göndərməli olduğunu bildirmişdir. İddiaçı daha sonra anasını Onkologiya Mərkəzinə müayinəyə aparmış, 17.04.2019-cu il tarixində PET/KT raportundan görüldüyü kimi xərçəngin anasının bütün bədəninə yayıldığı qeyd edilmişdir. Rövşən Xəlilzadənin səhv diaqnozları nəticəsində xərçəng bütün bədənə yayılmış, həkimin bunların hamısını pul qazanmaq məqsədi ilə anasına dözülməz, əzabverici ağrılara məruz qoyduğunu qeyd etmişdir. İddiaçı əməliyyat üçün ödədiyi pulu geri istəyəndə baş həkim L.Abdullayeva onları təhqir edərək, hədələmişdir. Pet K/T müayinəsindən sonra Milli Onkologiyanın rəhbəri Cəmil Əliyev tərəfindən evlərinə anası üçün xüsusi həkim onkoloq göndərilmiş, həkim anasının onurğasında olan şişin Milli Onkologiya Mərkəzində müalicə ilə aradan qaldırmağın mümkün olduğunu bildirmişdir. Rövşən Xəlilzadə onurğaya əməliyyat bıçağı vurduğuna görə, X10 özünün EPİKRİZDƏ qeyd etdiyinə görə L5 fəqərəsindəki şiş 1 il ərzində bütün sümüklərə eləcə də, digər orqanlara yayılmışdır. Həkim onkoloq anası üçün 600 manat dəyərində müalicə kursu təyin etmiş, lakin bu müalicə metastazı dayandıra bilməmişdir. Metastaz ağrıları gün keçdikcə daha da dözülməz həddinə çatmışdı. Milli Onkologiyanın rəhbəri Cəmil Əliyev tərəfindən göndərilmiş həkimin məsləhəti ilə alqoloqa müraciət etmiş, 07.06.2019-cu il tarixində X22 həkim nerv ağrılarının dərman vasitələri ilə tədricən aradan qaldıracağını demiş və əlavə olaraq, sümük sınması və xərçəng əleyhinə olan Zometa preparatını sistem şəklində anasına, hər ay vaxtı-vaxtında köçürülməsini, incələn sümüklərin, onurğaya yüklənən metal implantların və yayılan xərçəngin sümük sınmasından və iflic olma təhlükəsindən qorunması üçün mütləq olduğunu bildirmişdir. İddiaçı 07.09.2019-cu il tarixində X16-blok-X13 əməliyyatı üçün X21 kassasına müxtəlif tarixlərdə ödənişlər etmiş, çünki, anasının onurğa sütunu, ayaqları, qolları xərçəng olduğundan çox dəhşətli ağrıyırdı. Bütün bunlar ilə yanaşı 2019-cu ilin iyul ayından - 2020-ci ilin iyul ayına kimi sümüklərin sınmasının qarşısını alınması üçün dəyəri 220 manat olan Zometa preparatını sistem şəklində anasına köçürülməsi ilə yanaşı, nerv ağrılarına qarşı yuxu verici təsiri olan ALYSE preparatı alqoloq həkim tərəfindən təyin edilmişdir. Alyse preparatı sayəsində anası az da olsa yuxuya gedə bilirdi və Zometa preparatı da sümüklərin sinmasının qarşısının alırdı. 2020-ci ilin mart ayından başlayaraq vəziyyəti daha da ağırlaşdı, yataq xəstəsinə çevrildi, bütün bədəni düyün-düyün idi, ayaqları şişib, qanayırdi, qarnında da böyük şiş əmələ gəlmişdir, ağrılara dözə bilmirdi, imkansızlıqdan baxıcı tuta bilmədikləri üçün işdən ayrılmaqla yanaşı, nüfuzlu şirkətdən aldığı iş təklifini rədd etmişdir. 22.09.2020-ci il tarixində gecə saatlarında anası 2 il 4 ay çəkdiyi dəhşətli ağrılardan sonra dünyasını dəyişmişdir. Bakı klinikasının kassasına ölüm ilə nəticələn, fəsadverici əməliyyat üçün məbləğ 3.600 manat təşkil edir. Bakı klinikasının təyin etdiyi dəyəri 170 AZN, 5 ay - ayda 1 dəfə köçürülən Золендровая кислота preparatı - ümümilikdə 850 manat təşkil edir. Bakı klinikasının vurduğu ziyan nəticəsində Milli Onkologiya Mərkəzinin Nüvə Təbabət şöbəsində Pet müayinəsinə ödədiyi 1500 manat təşkil edir. Milli Onkolgiya həkimi tərəfindən təyin edilmiş preparatlar 600 manat təşkil edir. X23 klinikasında aparılan alqoloji əməliyyatlar -300 manat, 500 manat, 600 manat, 800 manat, ümumilikdə - 2.200 manat təşkil edir. X22 alqoloq həkim tərəfindən təyin edilmiş ALYSE preparatı 2019-cu iyun ayından - 2020-ci ilin sentyabr ayına kimi, hər ay 150 mq dəyəri 42 manat, ümumilikdə - 630 manat təşkil edir. Alqoloq həkim tərəfindən təyin edilmiş 1 ədədi 220 manat 2019-cu ilin iyun ayından 2020-ci ilin sentyabr ayına kimisistem şəklində köçürülən Zometa preparatı - ümumilikdə 3.080 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında Cavabdeh MMC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 12.10.2021-ci il tarixli, 3241 nömrəli rəyinə əsasən 1952-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, X6 12.06.2018-ci il tarixdə “Baku Clinic” tibb müəssisəsinə müraciət etmişdir. Aparılmış kliniki, laborator və instrumental müayinələrdən sonra ona “L5 fəqərəsinin törəməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xəstə üzərində “L5 fəqərəsinin dekompressiv laminektomiyası, Nevral elementlərin dekompressiyası. L3-L4 və S, fəqərələrinin posterior transpedunkulyar fiksasiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş və xəstə 14.06.2018-ci il tarixdə sahə nevroloqun və onkoloqun nəzarətinə evə yazılmışdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən, X6 onkoloji xəstəliklərdən əziyyət çəkmiş, müxtəlif vaxtlarda müayinə və müalicələrdə olmuşdur. Onkoloji xəstəliklərin orqanizmdə yayılmasını (MTS) nəzərə alaraq bu patologiyanın 12.06.2018-ci il tarixdə aparılmış cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 28.01.2022-ci il tarixli, 299 nömrəli rəyinə əsasən 1952-ci il təvəllüdlü X2 adma tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: X6 “Baku Clinic” Hospitalına daxil olarkən onun şikayətləri belində, aşağı ətraflarında olan ağrılardan və yerişinin çətinləşməsindən olmuşdur. Müayinə nəticəsində L5 fəqərəsində fəqərə sütununda patoloji proses (şiş və ya digər xarakterli) aşkar olunmuşdur. Patoloji prosesin təsiri nəticəsində fəqərənin cismi dağılaraq fəqərə kanalından keçən sinirləri zədələyə bilər. Bu halda xəstənin aşağı ətraflarında tam hərəkətsizlik, yəni paraplegiya inkişaf edir. Buna görə də, digər orqanlarda hansı patologiya olsa belə, (onkoloji və ya digər) bu fəsadlaşmanın qarşısını almaq üçün (L5 fəqərəsində törəmə) əməliyyatın icra olunması məqsədə müvafiq hesab edilir. X2 şikayətləri yalnız belində və aşağı ətraflarında ağrılardan, həmçinin yerişinin çətinləşməsindən olmuşdur. Əməliyyat icra edilmədən öncə aparılmış müayinələr nəticəsində digər orqanlarda (ağciyərlər, qarın boşluğu orqanları və s.) patologiya aşkar edilməmişdir. Əməliyyatın məqsədi fəqərə kanalından keçən sinirlərin dekompressiyası, fəqərə cisminə “bioloji sement” yeridilərək möhkəmləndirilməsi və fəqərə sütununun stabilizasiyasından ibarət olmuşdur. Bu halda fəqərəarası diski şişdən və ya digər anatomik törəmədən ayırmaq üçün cərrahi müdaxilə zamanı qarşıya qoyulmur. Əməliyyat nəticəsində L5 fəqərəsi səviyyəsində fəqərə kanalından keçən sinirlər dekompressiya olunmuşdur. Bu sinirlər aşağı ətraflarda insanın ayaq üstə durmasını və yeriməsini təmin edir. Sinirlər dekompressiya olunduqdan sonra L5 fəqərə cisminə onu möhkəmləndirmək üçün “bioloji sement” yeridilmiş, yuxarı və aşağıdakı fəqərələr fəqərə sütununun sərtliyini təmin etmək üçün fıksasiya olunmuşdur. Patoloji proses L5 fəqərə cismində, yəni əməliyyat sahəsinin önündə yerləşdiyi üçün buradan biopsiya götürülməsi bir çox hallarda ciddi fəsadlara səbəb ola bilər (şişin venoz qan damarları ilə qonşu fəqərələrə və orqanlara yayılması) və texniki cəhətdən məqsədəuyğun hesab edilmir. Cərrahi müdaxilə zamanı L5 fəqərə cisminə yalnız “bioloji sement” yeridilmişdir. Fəqərə cismində destruktiv heç bir müdaxilə edilmədiyinə görə bunun nəticəsində digər orqanlara metastazın yayılması mümkün hal hesab edilmir. Onkoloji proses nəticəsində bədənin ayrı-ayrı yerlərində subyektiv olaraq, ağrı ola bilər. Lakin xəstə hospitala daxil olarkən onun şikayətləri yalnız belindəki və ayaqlarında olan ağrılardan olmuşdur. Əməliyyatdan öncə aparılmış müayinələr nəticəsində xəstənin digər orqanlarında əməliyyata əks göstəriş ola biləcək patologiyalar aşkar edilməmişdir. Xəstənin şikayələri isə yalnız L5 fəqərəsindəki patoloji proseslə bağlı olmuşdur. X8 üzərində icra edilmiş cərrahi əməliyyatdan sonra baş vermiş fəsadlar cərrahi müdxilənin texnika və xüsusiyyətləri ilə bağlı deyildir, bu yalnız mövcud olan xəstəliyinin inkşnfıdan asılı elan bir prosesdir; İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı xərçəng xəstəsi olan anasının 2018-ci may ayında ayaq, bel və kürək nahiyələrində yaranan ağrılarla bağlı “Baku Clinic” tibb müəssisəsinə müraciət etmiş, həkim Rövşən Xəlilzadəyə yönləndirilmiş, daha sonra anasını osteoporoz diaqnozu qoyulduğu üçün əməliyyat eletdirmişdir. İddiaçı anasını vəziyyətinin pisləşməsi səbəbilə dəfələrlə “Baku Clinic” tibb müəssisəsinə müayinə üçün aparmış, həkimin düzgün olmayan diaqnozu qoyduğunu və həmin əməliyyatın fəsadı kimi anasının vəfat etdiyini bildirmişdir. İddiaçı iddia edir ki, ayaq, bel və kürək nahiyələrində yaranan problemlə bağlı müayinədən keçmək “Baku Clinic” tibb müəssisəsinə müraciət etmiş, onu həkim Rövşən Xəlilzadə müalicə və əməliyyat etmiş, aparılmış müalicə və müayinədə həkim səhvi olmuş, bunun nəticəsində anası vəfat etmişdir. Bu səbəbdən, iddiaçı cavabdehlərin hərəkətlərində təqsir olduğunu qeyd edir və 12.460 manat və mənəvi zərərin əvəzinin 100.000 manat olaraq cavabdeh Bakı klinikasından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ekspert rəyini əsas götürərək Cavabdeh MMC-də və həkim Xəlil-zadə Rövşən Sabir oğlu tərəfindən iddiaçının anasının göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı, Cavabdeh MMC və onun həkimi, onun anasına yanlış diaqnoz qoyması və ya atasının müalicəsi ilə bağlı hərəkətsizliyə yol verməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 12.10.2021-ci il tarixli, 3241 və 28.01.2022-ci il tarixli 299 nömrəli rəyləri ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan «mənəvi zərərin əvəzi kimi 100.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-113/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-113/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver