Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1144/2023 23.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı1, Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərə görə İddiaçı1 2500 manat, İddiaçı2 isə 2000 manat və 500 manat mənəvi zərərin, iddia qaldırılarkən ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov rayonu, G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbədə olan 123 nömrəli mənzil mən İddiaçı1. Nərimanov rayonu, G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 4-cü mərtəbədə olan 129 nömrəli mənzil mən X3 məxsusdur. Nərimanov rayonu. G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 5-ci mərtəbədə olan 132 nömrəli mənzil Cavabdeh1, Nərimanov rayonu. G. Qədirbəyova 63 A ünvanında yerləşən binanın 8-ci girişində, 6-cı mərtəbədə olan 135 nömrəli mənzil isə Cavabdeh2 məxsusdur. Cavabdehlər hazırkı hadisəyə qədər də dəfələrlə öz mənzillərinin su və kanalizasiya xətlərindən onların mənzilinə su və kanalizasiya suları axıtmaqla xeyli maddi və mənəvi ziyan vurmuşdur. Biz qonşuluq və insanlıq qaydasına riayət edərək həmin zərərləri hər dəfə özləri ödəmiş və mənzillərini təmir ediblər. Lakin hər dəfə cavabdehlərə bu barədə məlumat vermiş və su xətlərinin düzəldilməsini tələb etsələr də cavabdehlər nə insanlıq, nə qonşuluq qaydalarına riayət etmiş, nə mənzillərinin su xətlərinin düzəldilməsini təmin etmiş, nə də hər dəfə çəkdikləri xərcləri ödəmişlər. Hal-hazırda bizim artıq maddi durumları mənzillərə və mebellərə, məişət əşyalarına vurulmuş zərəri ödəməyə imkan vermir. Onlar artıq nəmişlikdə müxtəlif xəstəliklər tapmış və hər an qısaqapanma ilə mənzilin yanması və kafellərin üzərimizə aşması təhlükəsi ilə qorxu içində yaşayırlar. Cavabdehlərin vurduğu zərər nəticəsində onlara xeyli maddi və mənəvi zərər dəymişdir. Belə ki, onların əməlləri nəticəsində onların mənzillərinin, mətbəxlərinin, qonaq otaqlarının, dəhlizlərinin, vanna otaqlarının təmiri, elektrik xətləri və mənzilimizdə olan əşyalar-mətbəx mebeli, kreslolar, servant və digər əşyalar tamamilə yararsız vəziyyətə düşmüşdür. Onlar həmin zərəri aradan qaldırmaq üçün 36 saylı MKİS-nə müraciət etdikdə onlar akt tərtib etməkdən imtina edərək, zərərin əvəzinin ödənməsinin cavabdehlərə aid olduğunu, könüllü ödəmədikləri təqdirdə məhkəməyə müraciət etməli olduğumuzu bildirdilər. Mənzillərinin təmiri üçün usta çağırsalar da ustanın zəhmət haqqına, alınmalı tikinti materiallarına hər birimizə 2000- 2500 manat lazım olduğundan onların buna maddi durumu imkan vermədi. Cavabdehlərin əməlləri nəticəsində onlar rütubətdən mənzillərində rahat yaşaya bilmir və səhhətlərində onun nəticələrini ağır şəkildə yaşayırlar. Belə ki, çəkdikləri stressdən və revmatizmadan müalicə almalı olmuşdurlar. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşlardır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı1 2500 manat məbləğində, İddiaçı2 isə 2000 manat vurmuş olduqları maddi zərərin, 500 manat mənəvi zərərin və məhkəmədə iddia qaldırarkən ödədikləri 70 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 60 manatının əvəzi onlara ödəməlidir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçılar İddiaçı1 Qəsəm oğlu və İddiaçı2 Əlibaba oğlu cavabdehlər Cavabdeh1 Firdosi qızına, Cavabdeh2 qızma qarşı "vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi sizin icraatınızdadır. İddiaçıların iddialarının əsası kimi Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanında yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbəsində olan 123 saylı mənzilin İddiaçı1, Bakı şəhəri, Nərimanov rayonu, G. Qədirbəyova 63A ünvanında yerləşən binanın 8-cı girişində, 4-cü mərtəbəsində olan 129 saylı mənzilin isə İddiaçı2 Əlibaba oğlunun mülkiyyətində olduğunu, eyni ünvanda, eyni girişdə, 5-ci mərtəbədə yerləşən 132 saylı mənzilin Cavabdeh1 Firdosi qızının, eyni ünvan və eyni girişin 6-cı mərtəbəsində yerləşən 135 saylı mənzilin Cavabdeh2 mülkiyyətində olmasına və həmin mənzillərin su və kanalizasiya borularından texniki və çirkab suların axıdılması nəticəsində iddiaçılara maddi zərər vurulduğunu iddia edirlər. İddiaçıların qeyd etdiyi suyun həmin binanın 5-ci mərtəbəsində yerləşən mənzilindən axıdılaraq onlara maddi zərər vurması həqiqəti əks etdirmir və qanuni əsası yoxdur. Belə ki iddiaçıların qeyd etdiyi kimi onlardan birinin mənzili sözügedən binanın 4-cü digəri isə 2-ci mərtəbəsində yerləşir. Cavabdehlərdən birinin mənzili həmin binanın 5-ci digəri isə 6-cı mərtəbədə yerləşir. Sözügedən mənzillərə suyun axması həmin binanın 8-ci mərtəbəsindən başlayaraq aşağı istiqamətdə axıb keçərək aşağıda yerləşən bütün mənzillərə zərər vurmuşdur və ən cox zərər çəkən yuxarı mərtəbədəki mənzillərdən birisi də cavabdehin özünün mənzili olmuşdur. Qanunun tələbindən də görünür ki iddiaçılar yanlışlıqla onu əsl tərəf kimi görürlər ki bu da gələcəkdə iddialarının təmin edilməsini mümkünsüz edir. Məhkəmə 2(005) - 1144/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsinə dair Qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1877 saylı 14 iyul 2023-cti il tarixli X9 Nəticə hissəsində 1-ci sualı cavablandırmasında, iddiaçılar İddiaçı1 məxsus Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanda yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbəsində olan 123 saylı mənzildə və X4 məxsus Nərimanov rayonu, G. Gədirbəyova 63 A ünvanda yerləşən binanın 8-ci girişində, 4-cü mərtəbədə olan 129 saylı mənzilində aşkar olunmuş zədələrin və zərərin cavabdehlər Cavabdeh1 məxsus Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanında yerləşən binanın 8-ci girişində 5-ci mərtəbədə yerləşən 132 saylı mənzildə, Cavabdeh2 məxsus Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanında yerləşən binanın 8-ci girişində 6-cı mərtəbəsində yerləşən 135 saylı mənzildən su axması ilə səbəbli əlaqəsi olduğunun müəyyən edilməsi, bununla yanaşı cavabdehlərə məxsus 132 və 135 saylı mənzillərin yuxarı mərtəbədə yerləşən mənzildən su sızaraq mənzillərin tikililərinin divar və tavan hissələrinin su sızma ləkələrinin olduğunu müəyyən etdiyi öz əksini tapmışdır. 10/1877 saylı 14 iyul 2023-cü il tarixli Ekspert Rəyindən də görünür ki iddiaçıların mənzillərinə vurulmuş maddi zərər Cavabdeh1 törətmiş əməlinin nəticəsi olmadığı kimi də onun iradəsindən asılı olmamışdır. Bununla da Cavabdeh1 Firdosi qızının əməlində mülki hüquq pozuntusu yoxdur, iddiaçıların hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməl deyildir. Bütün bunların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1144/2023 qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanıllmışdır. Buna görə hazırki qətnamə ilə iddia tələbinə İddiaçı2 aid hissədə qiymət verilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli tarixli çıxarışın surətindən görünür ki, ünvan 6; yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 17, M2, m3 mənzilin mülkiyyətçisi İddiaçı1dur. - "xxxx" ASC-nin Mərkəzi Laboratoriyasının “analiz nəticələrinin hesabtı”ndan görünür ki, ünvan 6 ünvanından nümunə götürülmü və 5.6 mq/l Ammonium fiziki-kimyəvi göstəricilər aşkar edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1877 nömrəli, 14 iyul 2023-cü il tarixli rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, iddiaçıların mənzillərinə su sızmasının texniki səbəbini müəyyən etmək məqsədilə, həmin mənzilin yanında yerləşən, cavabdehin 132 və 135 saylı mənzillərə baxışın keçirilməsi təşkil olunmuşdur. Baxış zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzillərin mətbəxində və saniariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malatalı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçıların mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 123 və 129 saylı mənzillərə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehlərə məxsus olan 132 və 135 saylı mənzillərə baxış keçirilən zaman yuxarı mərtəbədə yerləşən mənzildən su sızılaraq mənzillərin tikililərinin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Rəyin nəticə hissəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8-ci girişində 2-ci mərtəbəsində olan 123 nömrəli mənzildə və 4-cü mərtəbədə olan 129 nömrəli mənzildə aşkar olunmuş zədələrin və ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan həmin binanın 8-ci girişində 5-ci mərtəbəsindəki 132 nömrəli mənzildən və həmin binanın 8-ci girişində, 6-cı mərtəbədə olan 135 nömrəli mənzildən su axıdılması ilə səbəbli əlaqənin olduğu müəyyən edilir. Eyni zamanda qeyd edilir ki, cavabdehlərə məxsus 132 və 135 saylı mənzillə yuxarı mərtəbədə yerləşən mənzildən su sızılaraq mənzillərin tikililərin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Su sızma nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8-ci girişində, 2-ci mərtəbəsində yerləşən 123 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 494 manat məbləğində müəyyən edilmişdir. Su sızma nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən 8-ci girişində, 4-cü mərtəbəsində yerləşən 129 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 494 manat məbləğində müəyyən edilmişdir . Məhkəmə iddia tələbinə münasibətində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusunun yaranması üçün üç ümumi şərt mövcud olmalıdır: 1) Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; 2) Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi; 3) Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir Mülki Məcəllənin (bundan sonra - MM) 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. MM-in 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı və cavabdehlər Bakı şəhəri Nərimanov rayonu, G.Qədirbəyova 63A ünvanında (yeni qaydalarla: AZ1008, ünvan 87) olan binanın 8-ci girişində yerləşən mənzillərin mülkiyyətçiləridir. Belə ki, 2-ci mərtəbə, 123 saylı mənzil İddiaçı1, 4-cü mərtəbə, 129 saylı mənzil İddiaçı2 (onun iddia tələbi məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır); 5ci mərtəbə, 132 saylı mənzil Cavabdeh1, 6-cı mərtəbə, 135 saylı mənzil isə Cavabdeh2 məxsusdur. Hazırda İddiaçı1 məhkəməyə müraciət edərək, cavabdehlərin mənzillərindən olan susızma nəticəsində onun mənzilinə 2500 manat məbləğində ziyan dəydiyini bildirir. Cavabdehlərdən həmin məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Mülki işin materiallarında olan ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, iddiaçıların mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 123 və 129 saylı mənzillərə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Eyni zamanda cavabdehlərə məxsus olan 132 və 135 saylı mənzillərə baxış keçirilən zamanyuxarı mərtəbədə yerləşən mənzildən u sızılaraq mənzillərin tikililərinin tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-340/2023 saylı qətnaməsi ilə İddiaçı1 cavabdeh X5 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh X8 tərəfindən İddiaçı1 məxsus ünvan 9 ünvanında yerləşən mənzilə (yeni qaydalarla: AZ 1008, ünvan 87, M2, m3) dəymiş maddi zərərin əvəzi olaraq 1818 manat məbləğində pul və 40 manat dövlət rüsumu cavabdeh X1 alınaraq İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin mülki iş üzrə çıxarılmış qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6374/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərtnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işin materiallarında olan 36 saylı MKİS-in 20 sentyabr 2022-ci il tarixli akından görünür ki, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a ünvanında yerləşən binanın 8 saylı girişi 126 saylı mənzildən su borusu partlaması nəticəsində İddiaçı1 məxsus 123 saylı mənzilin divarlarına, tavanına, döşəməsinə, mətbəx mebelinə və hamam kafellərinə ziyan dəymişdir. Eyni mülki işin materiallarında olan AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/7483 nömrəli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, ev 63a, 123 saylı mənzilin divarlarında və döşəmələrində olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu və həmin 36 saylı MKİS-in əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 123 saylı mənzilə 126 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amillər nəzərə alınaraq, 123 saylı mənzilə su sızması 126 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması səbəbindən baş verə bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının mənzilinə ziyan dəyməsinə cavabdehlərin təqsirli əməllərinin (hərəkət və ya hərəkətsizliyinin) səbəb olması mülki işin materialları ilə təsdiq edilmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, hazırki mülki iş üzrə iddiaçı olan İddiaçı1 məhkəmədə artıq bir dəfə analoji iddia qaldırmış, həmin iddia tələbi qismın təmin edilmişdir. Belə olan təqdirdə 2-ci mərtəbədə yerləşən (iddiaçıya məxsus mənzilə) 3-cü mərtəbədə yerləşən mənzildən (birinci mülki iş üzrə cavabdehə məxsus mənzildən) su sızması faktı öz təsdiqini tapmışdır. 5-ci və 6-cı mərtəbədə yerləşən mənzil mülkiyyətçilərinin də iddiaçının mənzilinə baş vermiş su sızma nəticəsində mülki məsuliyyət daşıması ağlabatan deyil və mülki hüququn vicdanlılıq prinsipinə də ziddir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X6 cavabdeh X7 qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı1 Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnəmədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1144/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1144/2023
23.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver