Məhkəmə qərarları › İş №2(005)-12/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-12/2021

03.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-12/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “dövlət reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki üzrə İddiaçı vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “dövlət reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş 21.01.2017-ci il tarixli № ******* saylı dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3431/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qərardadı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (Hakim C.Qədimov) icraatında olan 2(010)-6737/2018 saylı mülki işi üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “dövlət reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2021 saylı, 10 iyun 2021-ci il tarixli qərardadı ilə, İddiaçı İbad qızının cavabdehlər AR Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi və Cavabdeh2 qarşı “dövlət reyestrindən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnməsi qərara alınmışdır. İddiaçı 02 avqust 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 Cavabdeh2 dair iddia tələbinə dair mülki iş icraatdadır. Hazırkı iş üzrə məhkəmə iclası 03.08.2021-ci il tarix, saat 09:45-ə təyin olunmuşdur. Bildirir ki, onlar cavabdehlə barışıq sazişi imzalayıb. Hazırkı ərizəsinə də barışıq sazişinin bir nüsxəsini əlavə edir. Hesab edir ki, barışıq sazişini nəzərə alaraq iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, bununla bağlı iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək, hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə ərizədən görünür ki, iş üzrə mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir, tərəflər arasında barışıq sazişi bağlanmışıdır, bu səbəbdən də iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Bu səbəbdən də İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “dövlət reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddia ərizəsindən imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “dövlət reyestrdən çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar