Məhkəmə qərarları › İş №2(005)-1206/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1206/2021

03.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1206/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi-Nümayəndə Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi-X35 oglunun Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs-X3, onun vəkili X10 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan üç otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 (üç) il üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin və 50.000 (əlli min) manat məbləğində məruz qaldığı mənəvi zərərin əvəzi cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X13 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddia Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X3 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X9 vərəsələri İddiaçı, X20, X14, X15, X21, X19 və X4 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində onun mülkiyyət hüququ tanınmışdır. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X14 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alğısatqı müqaviləsi bağlayaraq, əvəzində X6 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün Cavabdeh aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə Cavabdehnə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, Cavabdeh ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır. Cavabdeh məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin faktiki olaraq X3 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh şirkət həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. Cavabdeh təqsirli hərəkətləri nəticəsində o, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq üç il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 20.000 (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla, 3 (üç) il 2 (iki) ay üçün) manat məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində o, hal-hazırda 50.000 (əlli min) manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. Hesab edir ki, özü və ailə üzvləri nəzərə alınmaqla, hal-hazırda qanunsuz olaraq sökülmüş Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin əvəzinə ona Cavabdeh tərəfindən həmin ərazidə inşa olunan çoxmərtəbəli binadan üç otaqlı mənzil verilməli, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 (üç) il üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində maddi zərər, məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000 (əlli min) manat ödənilməsi qət edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan üç otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 (üç) il üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı olmaqla, cəmi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 15 mart 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək Cavabdehlər “xxxx” MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh “xxxx” MMC tərəfindən sökülərək, yerində mənim icazəm olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığım zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan 3 otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 4 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 26.000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçninin sökülmüş mülkiyyətimin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq mənə (İddiaçı) verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dəqiqləşmə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X13 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsinə dair tələblər ilə bağlı iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilib, X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X3 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilib. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılıb. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X9 vərəsələri İddiaçı, X20, X14, X15, X21, X19 və X4 hər birinin payı 1/7 hissədə müəyyən edilib. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən Çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində onun mülkiyyət hüququ tanınıb. Cavabdeh MMC bina tikintisi ilə məşğul olan şirkətdir. İddiaçı bildirir ki, Cavabdeh MMC şirkəti hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X14 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlayaraq, əvəzində X6 həmin binadan 86 kvm, 210 kvm, 74 kvm və 140 kvm-dən ibarət olan mənzillər verib. Bundan əlavə binanın tikintisi davam etdiyi müddət üçün Cavabdeh MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməyib. İddiaçı dəfələrlə Cavabdeh MMC-ə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan 3 otaqlı mənzil verilməyini tələb etsə də, Cavabdeh MMC ona yalnız 30 kvm-lik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina edib. İddiaçı bildirir ki, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmayıb. Hər nə qədər iddiaçı Cavabdeh MMC iddia etsə də ki, məhz həmin dövrdə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzil faktiki olaraq, Əliyev Mübarizin mülkiyyətində idi, bununla bağlı bildiririk ki, cavabdeh şirkət həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1, aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində o, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olub və əlavə olaraq, 3 il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq, 20.000 (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla, 3 il 2 ay üçün) manat məbləğində maddi zərərə məruz qalıb. Məhkəmə iclasında cavabdeh bildirib ki, onun iddiaçının mülkiyyətində tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN- TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də Cavabdeh MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar. 31 may 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək cavabdehlər “xxxx” MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh “xxxx” MMC tərəfindən sökülərək, yerində mənim icazəm olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığım zərərin əvəzi olaraq, “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh “xxxx” MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Nümayəndə iddianı qismən qəbul etdi və bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda yeni binanın inşası davam edir. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlara 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər birinə ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X29 məhkəmə iclasında İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etmədi və rədd olunmasını xahiş etdi. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X14 izahatında bildirdi ki, İddiaçı onun bacısıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçilərin MMCyə dəvət edərək müqavilə bağlaşmağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmasını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqalrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X11, 1/7 hissədə X3, 1/7 hissədə X5, 1/7 hissədə X16, 1/7 hissədə X7 və 1/7 hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2386 nömrəli reyestr kitabının 222195 nömrəli vərəqində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır; İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər İddiaçı,X17 və X12 X8 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab ediımişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib, X3 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X3 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X9 vərəsələri İddiaçı, X20, X14, X15, X21, X19 və X4 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İşdə olan Əmlak Ekspert Mərkəzinin 12 mart 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanı və yaxın ətraf ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahəsində 1 kv.metr üzrə bazar dəyəri 2.500 manat, fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqı 350 manat, çoxmənzilli yaşayış binalarında təmirsiz məzillərin 1 kv.metrinini bazar dəyəri 1.300 manat təşkil edir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçisinin 15.12.2016-cı il tarixli sərəncamına əsasən ünvan 4 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, , Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X11, 1/7 hissədə X3, 1/7 hissədə X5, 1/7 hissədə X16, 1/7 hissədə X7 və 1/7 hissədə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 2386 nömrəli reyestr kitabının 222195 nömrəli vərəqində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Həmin bina “xxxx” MMC tərəfindən sökülərək yerində yeni çoxmərtəbəli yaşayış binası inşa edilir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzillə bağlı mülkiyyətçilərlə hər hansı bi müqavilə baglanmamışdır. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi verərək cavabdehlər “xxxx” MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh “xxxx” MMC tərəfindən sökülərək, yerində mənim icazəm olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığım zərərin əvəzi olaraq, “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh “xxxx” MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı əmlakı “xxxx” MMC tərəfindən sökülməklə o mülkiyyətindən məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İnsan hüquqlarının və X18 haqqında” Konvensiya (X34 Konvensiyası (1950) Avropa Şurasının üzvü olan ölkələr üçün əsas normativ hüquqi aktlardan biridir. Azərbaycan bu Konvensiyanı 2001-ci ilin dekabrında ratifikasiya edib. 2002- ci ilin aprelin 15-dən Konvensiya Azərbaycan ərazisində qüvvəyə minib (işğal edilmiş ərazilər istisna olmaqla). Bununla Azərbaycan Konvensiyanın və onun protokollarının verdiyi haqları, o cümlədən hər kəsin mülkiyyət hüququnu öz yurisdiksiyası altında olan ərazilərdə təmin edəcəyinə söz verib, X34 Məhkəməsinin yurisdiksiyasını, deməli həm də Konvensiya ilə bağlı Məhkəmənin presedent hüququnun ölkə daxilində tətbiq edilənİiyini qəbul edib. Konvensiyanın 46-cı maddəsinə əsasən yüksək ali razılığa gələn tərəflər (Konvensiyanı ratifikasiya etmiş dövlətlər) Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi yurisdiksiyasını qəbul edir və onun qərarlarının icrasını təmin edirlər. İnsan hüquqlarının və X18 haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokulunun 1-ci maddəsinin tələblərini pozuntusu: Həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri nəzərdə tutulmuş sərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Loizidu Türkiyəyə qarşı işdə, eləcə də Sporronq və Lonnrot İsveçə qarşı (A 52, 1982) işdə Avropa Məhkəməsi bu nəticəyə gəlmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi (de yure), həm də faktiki (de faktö) maneələr Konvensiyanın pozuntusunu təşkil edir. Konkret məsələyə münasibətdə 1 saylı Protokolun 1-ci maddəsinin 2- ci norması, yəni mülkiyyətdən faktiki məhrum edilmə baş verib. Dövlət təkcə dövlət orqanı tərəfindən mülkiyyət hüququnun pozulmasının qarşısını almaq yox mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradan bütün halları aradan qaldırmaq vəzifəsi daşıyır (bax: Akimova Azərbaycan qarşı 27 oktyabr 2007-ci il tarixli qərar). Azərbaycan Respublikası Miilki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin ən əsas prinsiplərindən biridir; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; həmin maddənin 2-ci bəndinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs də mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh “xxxx” MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissələrdə iddia tələbləri rədd edilməlidir. Belə ki, iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh “xxxx” MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır. İddia tələbinin mənəvi zərərin əvəzi olaraq isə 50.000 manat cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehlərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. İddianın “sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsi də məhkəmə araşdırması zamani sübutlar təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, “xxxx” MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh “xxxx” MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar