Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1211/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin, onun qeydiyyat şəhadətnaməsinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin, onun qeydiyyat şəhadətnaməsinin geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin, həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, 227 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “Opel Vectra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq istəyirdi və bu barədə dayısı X1 bildirmişdir. Mülkiyyətində olan avtomaşının özgəninkiləşdirilməsi üçün dayısı S.Qayıbova etibarnamə vermiş, bir neçə gündən sonra X2 ona bildirdi ki, Cavabdeh adlı şəxs həmin avtomaşını almaq istəyir. Lakin Cavabdeh pulu birdəfəlik ödəmək imkanı olmadığını bildirərək, yalnız müəyyən məbləğdə ilkin ödəniş etdikdən sonra qalan pulu 24 ay müddətinə hər ay 300 manat ödəmək şərti ilə avtomaşını ala bilər. İddiaçı da göstərilən şərtlə razılaşaraq, X1 mülkiyyətində olan avtomobili satmağa dair etibarnamə vermişdir. Cavabdeh “Opel Vectra” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomaşına görə ilkin ödəniş etdikdən sonra qalıq qalan pulu hər ay 300 manat olmaqla 24 ay müddətinə 7.200 manat verməyi öhdəsinə götürmüş və həmin avtomaşının sürülməsinə görə cavabdehə dayısı X2 tərəfindən xx.xx.2019-cu tarixdədək 2 il müddətinə etibarnamə verilmişdir. Avtomaşının pulu cavabdeh tərəfindən tam ödənildikdən sonra cavabdehlə avtomobilə görə alqı-satqı müqaviləsi bağlayacaqdılar. Lakin ay tamam olduqda cavabdeh avtomobilə görə razılaşdıqları aylıq pulu verməmişdir. Dayısı S.Qayıbov cavabdehə pulun ödəməsini bildirmişdir. Cavabdeh avrı-ayrı vaxtlarda avtomaşına görə hər ay ödəməli olduğu puldan ümumilikdə 3.900 manat pul ödəmiş, qalan 3.300 manat pulu isə ödəməmişdir. Lakin cavabdeh hər dəfə qalan pulun qaytarılması barədə vədlər versə də, pulu qaytarmamışdır. Bundan sonra dayısı S.Qayıbov cavabdehə onun mülkiyyətində olan avtomaşını və hər ay 300 manat məbləğində ödəməli olduğu pulun ödənilməsini tələb etsə də, cavabdeh avtomaşını qaytarmayaraq, aylıq ödəməli olduğu pulu da ödəməmişdir. X2 ona cavabdeh tərəfindən avtomaşının pulunun ödənilməməsini bildirmişdir. Bundan başqa cavabdeh “Opel Vectra" markalı ** RZ *** nömrəli nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdiyinə görə xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 80 manat və xx.xx.2023-cü il tarixdə 67 manat məbləğində cərimə olunmuşdur. Cavabdeh həmin cəriməni ödəmədiyinə görə həmin cərimələri, yəni 227 manat pulu iddiaçı ödəmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdehə qarşı iddia ərizəsi ilə nəqliyyat vasitəsinin və həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin iddiaçıya qaytarılması tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir, lakin cavabdeh onu aldadaraq pulu verəcəyini bildirmiş, o da iddianı geri götürmüşdür. Lakin cavabdeh ödənişi etməmişdir, maşını da qaytarmamışdır. Göründüyü kimi “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olsa belə, avtomaşına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək hüquqları məhdudlaşdırılıb, çünki cavabdeh avtomaşını ona qaytarmaqdan imtina edir. Cavabdeh aralarında olan müqavilə üzrə öhdəliyi vaxtında yerinə yetirməmişdir. Hər dəfə müəyyən səbəblər göstərərək pulu verməkdən yayınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlər aralarında razılığa gəliblər və cavabdeh iddianı etiraf edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, bununla bağlı ərizəni məhkəməyə təqdim edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı X1 “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə sərəncam verməsinə dair verdiyi etibarnamə əsasında, Samir Qayıbov həmin nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2019-cu ildə iki il müddətinə Cavabdeh etibarnamə vermişdir. - Cərimələr barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli protokolların surətlərindən görünür ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədiyi üçün İddiaçı müvafiq olaraq 80 manat, 80 manat və 67 manat cərimə edilmişdir. - X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Samir Qayıbov “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh 24 aylıq kreditlə verərək, 11.060 manata satmış, ilkin ödəniş olaraq 3.500 manat almış, qalıq pulu isə Cavabdeh hissə-hissə hər ay 300 manat olmaqla, 24 ay ərzində ödəməyi öz öhdəsinə götürmüçdür. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubundan və ona əlavə edilmiş kompüter çıxarışdan görünür ki, “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsindən istifadə hüququna dair xx.xx.2019-cu ildə və xx.xx.2022-ci ildə Cavabdeh etibarnamələr verilmişdir. Etibarnamələr sonuncu xx.xx.2022-ci ildə olmaqla qüvvədən düşmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə razılaşma olmuşdur. Razılaşmaya görə iddiaçı ilkin 3.500 manat, qalan məbləği hər ay 300 manat 24 aya ödəməklə, ümumilikdə 11.060 manata qeyd edilən nəqliyyat vasitəsini cavabdehə satmışdır. Cavabdeh bütün borcunu ödədikdən sonra avtomobili adına rəsmiləşdirməli idi. Cavabdeh sonradan müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, tərəflər arasında razılığın müddəaları pozulmuşdur. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə ödəməli olduğu 3.300 manat pul vəsaitini ödəməmişdir. Cavabdeh isə iddianı qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh məhkəmə araşdırılması zamanı müqavilə üzrə öhdəliklərini icra etməsinə dair hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh tərəfindən iddia tələbi qəbul edildiyindən və o bu barədə məhkəməyə yazılı ərizə təqdim etdiyindən, məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul etməyi məqsədəmüvafiq hesab edir. Göründüyü kimi, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh bu barədə yazılı ərizə təqdim etməklə iddianı etiraf etmişdir. Məhkəmə işin araşdırılan hallarına və cavabdehin etirafına hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri əsaslı olduğundan və cavabdeh iddianı etiraf etməklə, onun bu etirafı qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddia təmi edilərək, “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və onun şəhadətnaməsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddianın 270 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbləri göstərilən hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, həmin pul vəsaiti qətnamənin iş materiallarında sadalanan protokollara əsasən, iddiaçı tərəfindən avtomobilin texniki baxışdan keçirilməməsinə görə ödənilmişdir. Avtomobilin texniki baxışdan keçirilməməsi barədə protokollar isə avtomobilin cavabdehin sahibliyində və istifadəsində olduğu müddətdə tərtib edilmişdir. Nəticədə iddiaçı cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində dövlət büdcəsinə cərimə ödəməklə zərər çəkmişdir. Odur ki, iddia göstərilən hissədə də təmin edilərək, cavabdehdən 270 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddianın göstərilən hissəsi digər tərəfdən cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Opel Vectra” markalı ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və onun qeydiyyat şəhadətnaməsi Cavabdeh alınsın, İddiaçı verilsin. Cavabdeh 270 manat pul vəsaiti və 130 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1211/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1211/2025
06.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver