Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1215/2020 01.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Akif qızının cavabdeh X10 qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Akif qızı cavabdeh X10 qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş madi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində əsas borc, 45.000 (qırx beş min) manat məbləğində əldən çıxmış fayda, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 (on min) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 155.000 (bir yüz əlli beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Akif qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə uzun müddət yaxşı münasibətləri olmuşdur. Cavabdeh şəxs ona pula ehtiyacı olduğunu bildirərək ondan pul istəmişdir. Cavabdehlə onun arasında olan razılaşmaya əsasən iddiaçı şəxs Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vermişdir. Lakin razılaşdıqları müddət keçməsinə baxmayaraq, cavabdeh hər dəfə problemləri olduğunu bildirərək, borcu ödəməkdən yayınmışdır. Hətta xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavbdeh borcu 6 (altı) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Sonradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh ona olan borcunu ödəməmiş, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Belə ki, dəfələrlə əlaqə saxlamaq istəsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh şəxs ona olan 100.000 (bir yüz min) manat məbləğində borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qanunvericilikdə göstərildiyi kimi, öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdeh şəxsin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquq məsuliyyətinə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş və ödənilməli 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması ilə bərabər öhdəliyin icra edilməməsi ilə bağlı cavabdeh şəxsin ona vurduğu digər zərəri ödəmək vəzifəsini də əmələ gətirmişdir. Son iki ildən artıqdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi 15% təşkil etmişdir. Hesab edir ki, cavabdeh şəxs ona qaytarmalı olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini əsassız olaraq özündə saxlamaqla daha çox zərər vurmuşdur. Belə ki, 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitini Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya bilərdi. Belə olan halda artıq 3 (üç) ildən artıq müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən 45.000 (qırx beş min) manat məbləğində gəlir əldə edə bilərdi. Cavabdeh şəxs belə qanunsuz hərəkətləri ilə ona olan borcunu ödəmədiyindən və onun pulunu qanunsuz olaraq özündə saxladığından əldə edə biləcəyi gəlirdən onu məhrum etmişdir. Cavabdeh şəxsin öhdəliklərini pozması onun mənəvi iztirablar keçirməyinə səbəb olmuş və nəticədə güclü mənəvi sarsıntı keçirmişdir. Belə ki, cavabdeh şəxs ondan aldığı pul vəsaitini qaytaracağına dəfələrlə söz versə də, hər dəfəsində onu aldatmış və müxtəlif bəhanələrlə borcunu tam şəkildə ödəməkdən boyun qaçırmışdır. O, cavabdehə borc verməklə onun ehtiyacını ödəmək, ona kömək olmaq, xeyirxah bir iş görmək istəyirdi. Lakin borc verdikdən sonra cavabdeh şəxsin ona qarşı etdiyi hərəkətlər, onu müntəzəm olaraq müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı hörmətsizlik onu alçaltmış özünə etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər ona vurulmuş maddi ziyanla yanaşı həm də mənəvi ziyan vurmuşdur. Cavabdeh şəxs tərəfindən ona vurulmuş mənəvi ziyan 10.000 (on min) manat məbləğində qiymətləndirilməlidir. Hesab edir ki, qeyd edilən mənəvi ziyanın əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq ona ödənilməlidir. Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin qarşılığında ödənilməmiş 350.000 (üç yüz əlli min) manat məbləğində əsas borcun, 70.000 (yetmiş min) manat məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyan müqabilində 10.000 (on min) manat məbləğində vəsaitin, cəmi 430.000 (dörd yüz otuz min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun İddiaçı ilə aralarında dostluq münasibəti olmuş və onlar bərabər bir neçə uğurlu biznes layihələri həyata keçirmişlər. Təxminən 2015-ci ildə ona borc pul lazım olduğundan İddiaçı müraciət etmişdir, sonuncu isə pulunun olmadığını bildirmişdir. Lakin Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında 24 kv.metr torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulunu götürə biləcəyini bildirmişdir. O, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə həmin torpaq sahəsinin alıcısını tapdıqdan sonra İddiaçı sözügedən torpaq sahəsini alıcıya satmışdır. Həmin alqı-satqı nəticəsində o cəmi 40.000 (qırx min) manat məbləğində İddiaçı borca pul almışdır. Lakin İddiaçı bildirmişdir ki, ona 100.000 (bir yüz min) manat məbləğində borc qaytaracaqdır. Borcun qaytarılması vaxtı isə müəyyən edilməmişdir. O, İddiaçı borc məbləğini imkan olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin 2016-cı il tarixdə İddiaçı borcun rəsmi qaydada sənədləşdirilməsini istəmişdir. O da öz növbəsində buna etiraz etməyərək, xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışdır. Buna baxmayaraq, cavabdeh İddiaçı ona qarşı yenidən inamsızlıq yaranmış və 2018-ci il tarixdə borcun müqabilində girov tələb etmişdir. Belə olan halda o, İddiaçı özünün şəxsi mülkiyyətində (xx xxxxxxx 2005-ci il tarixli ilkin müqaviləyə əsasən) olan və halhazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini girov verə biləcəyini bildirmişdir. Tərəflər arasında razılaşma belə olmuşdur ki, əgər o, 100.000 (bir yüz min) manat məbləğində borcu qaytara bilməsə, o zaman mənzil 450.000,00 (dörd yüz əlli min) manat qiymətə satılacaqdır, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunu götürdükdən sonra yerdə qalan 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini isə ona qaytaracaqdır. Tərəflər arasında razılaşma əldə edildikdən sonra o xx xxxxx 2018-ci il tarixdə nikah tərəfi olan X12 ilə Bakı şəhəri 9 nömrəli notariat kontorunda ünvan 1 ünvanında yerləşən mənzildəki paydan imtina ərizələri təsdiq olunmuşdur. Həmin imtina ərizələri “Yurdum” Mənzil Tikinti Kooperativinə təqdim edildikdən sonra sözügedən mənzil İddiaçı adına müqavilə əsasında qeydiyyata alınmışdır. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığı üçün borc müqabilində girov bu formada rəsmiləşdirilmişdir. Göründüyü kimi, o İddiaçı götürdüyü daşınmaz əmlak qarşılığında (Bakı şəhəri, “Xətai” metro stansiyasının yaxınlığında olan 24 kv.metr torpaq sahəsi) digər daşınmaz əmlak verərək ünvan 1 ünvanında yerləşən mənzil) borcunu qaytarmışdır. Ancaq İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona qaytarmamışdır. Bu azmış kimi, İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırmış və həmin iddia təmin edilmişdir. Hal-hazırda həmin mübahisədən onun tərəfindən kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcu da hal-hazırda həm iddia formasında, həm də həmin borcun müqabilində verilmiş mənzili də tələb edir. Bu hal isə qanunvericilikdə əsassız varlanma kimi qiymətləndirilir. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya o borcu gecikdirməklə ona zərər vurmuşdur. Əsl həqiqətdə isə İddiaçı ona zərər vurmuşdur. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Orucəliyev küçəsi 1934, ev 09/11, 14 nömrəli mənzilin qarşılığında 350.000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitini ona vaxtında qaytarsaydı, o iki il ərzində bankda depozit hesabı acaraq həmin məbləğə illik 5% olmaqla, cəmi 10% qazanc əldə edə bilərdi. Bu da 70.000 (yetmiş min) manat məbləğində təşkil edir. Həmçinin, İddiaçı dəfələrlə ona hədə-qorxu gələrək bildirmişdir ki, məzili onun əlindən alacaq və özünü də çölə atacaqdır. Bununla da o mənəvi əzab və stres keçirmişdir. Bununla da, Cavabdeh hesab edir ki, ona mənəvi ziyan dəymişdir və dəymiş mənəvi ziyanın məbləği 10.000 (on min) manat təşkil edir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 ilkin iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ilk iddianı qismən qəbul edib ilk iddiaçıya 100.000 manat borcunun olmasını etiraf etmişdir. Borcla bağlı yaşadığı evi ilk iddiaçının adına keçirmiş, evi satışa çıxarmışdır. Ev bu vaxta kimi satılmamışdır. Həmin evdən onun və ailə üzvlərinin çıxarılmasına dair məhkəmə qətnaməsi vardır. İddiaçının həm onun evini əlindən alması və hazırda da borcu tələb etməsi ədalətli deyildir. Qarşılıqlı iddiasını müdafiə edir, ilk iddianın qismən, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X13 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, ilkin iddia ərizəsini qismən qəbul edərək, qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 52 nömrəli notariat kontorunun xüsusi notariusu X7 tərəfindən 3M-466 nömrəli reyestrlə təsdiq edilmiş xx xxxxxxxx 2016-cı il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin surətindən və məzmunundan görünür ki, borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 100.000 (bir yüz min) manat məbləğində borcunun olduğunu bəyan və tam etiraf edir. Həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür (1.1-ci bənd). Borclu bu müqavilə ilə etiraf etdiyi borcu 6 (altı) ay müddətinədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür (2.1-ci bənd). Borc manat ilə qaytarılacaq. Borcun digər qaydada qaytarılmasına yalnız borc verənin razılığı ilə yol verilə bilər (2.4-cü bənd). Borclu bu müqavilə ilə öhdəliklərini vaxtında icra etmədiyi və ya lazımınca icra etmədiyi halda bunun nəticəsində borc verənə vurduğu maddi və mənəvi zərər görə məsuliyyət daşıyır (2.7-ci bənd). Borclu tam zəmanət verir ki, bu müqavilənin 1-ci bəndində göstərilmiş borc məbləğinə görə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ilə tam məsuliyyət daşıyır. Müqavilənin bu müddəası tərəflər arasında girov və (və ya) ipoteka kimi başa düşülmür (2.8-ci bənd); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 1965-ci il tarixdə Biləsuvar rayonundan anadan olmuş Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2018-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə müvafiq ilkin iddia tələbini qaldırması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəmədə müvafiq qarşılıqlı iddia tələbini qaldırması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə hər iki iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçılaı borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vermiş və bu borcun verilməsi faktını xx xxxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri 52 nömrəli notariat kontorunda bağlanmış borcun etirafına dair mücərrəd müqavilə ilə rəsmiləşdirmişdilər. Müqaviləyə əsasən cavabdeh qeyd olunan borcu 6 (altı) ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin ilkin iddia üzrə cavabdeh öhdəliyi pozmuş, borcunu qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, 100.000 (bir yüz min) manat məbləgində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin qeyd edilən hissəsi əsaslıdır, iddiaçı iddiasının müvafiq hissəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə ilkin iddia ərizəsinin müvafiq hissəsi ilə bağlı göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı X1 10.000 (on min) ABŞ dolları məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X16 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X16 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdehin hər hansı hərəkəti nəticəsində ilkin iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də ilkin iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə iddianın “borc məbləğinin ödənilməməsinə görə əldən çıxmış fayda olaraq 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin” tutulması hissəsinə münasibədə qeyd edir ki, həmin hissədə iddia təmin oluna bilməz. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsində hər hansı əldən çıxmış fayda ilə bağlı ödənişlər nəzərdə tutulmamış, həmçinin iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərlə baglı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təqdim etdiyi, o cümlədən məhkəmə tərəfindən əldə edilən sübutlardan qarşılıqlı iddia tələblərinin təmin edilməli olduğu qənaətinə gəlmək mümkün deyildir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, 100.000 (bir yüz min) manat məbləgində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı dair iddia ərizəsi ərizəsi isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində borc vəsaiti İddiaçı xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1215/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1215/2020
01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver