Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1236/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 2215 manat, yenidən əməliyyat olunması üçün tələb olunan 4500 manat və keçirdiyi mənəvi sarsıntı və iztirab nəticəsində dəymiş mənəvi zərərə görə 2000 manat, ümumilikdə 8715 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 28 fevral 2020-ci il tarixində nəfəs almada problem, burnunun vizual görünüşündən narazılıq, çəpər əyriliyi və burun qulaqcıqlarının böyüməsi kimi səbəblərdən "xxxx" MMC-də çalışan həkim Cavabdeh Zahid oğluna müraciət etmiş və əməliyyat olunmuşdur. Əməliyyata ümumilikdə 2100 AZN ödəmişdir. Əməliyyatdan öncə xx.xx.2020-ci il tarixində rentgen, qan analizi və kardioqramma yoxlanışından keçmişdir. Əməliyyat zamanı həkim tərəfindən səhvlərə yol verilmiş və nəticədə burnunda yeni problemlərə gətirib çıxartmışdır. Dəfələrlə bir il ərzində yoxlanışlara getmiş və hər dəfəsində düzələcəyini bildirmişdir. Bir il ərzində bütün bu baş verənlər ona maddi zərər yetirməklə yanaşı, ağır psixoloji zərbələr vurub və vurmaqda davam edir. Bu həkim səhvi onun mühitdən, cəmiyyətdən əhəmiyyətli dərəcədə təcrid olunmasına səbəb olub. Burnunda yaranan fəsadlara görə onda hər gün dəfələrlə güzgüyə baxma və burnunun şəklini çəkmə kimi psixoloji problem yaranmış, bu səbəbdən Narınc psixoloji mərkəzində yoxlanışdan keçmiş Repressiv hal aşkarlanmış və bir müddət müalicəyə ehtiyacı olduğu bildirilmişdir. 18 aydan sonra xx.xx.2020-ci ildə yenidən klinikaya getdiyində cavabdeh ona ikinci dəfə əməliyyat olunmağı təklif etdi. xx.xx.2021-ci il tarixində yenidən əməliyyat oldu, bu əməliyyatın da nəticəsi uğursuz oldu. Birinci əməliyyatda yaranan fəsadlar (burun içi şiş, vizual əyrilik, nəfəsalmada problem, burnun sağ qığırdağında şiddətli ağrılar və s.) ikinci əməliyyatda da olduğu kimi qalıb. Onu müayinə etmiş başqa həkimlər yaranmış fəsadların yalnız yenidən əməliyyat ilə aradan qaldırılmasının mümkün olacağını, lakin bunun artıq ikili yox üçüncülü əməliyyat olacağı üçün 2-3 qat baha başa gələcəyini deyiblər. Bunu da qeyd edir ki, onun sağlamlığına narkoz mənfi təsir edir, birinci əməliyyatdan sonra saç tökülmələri yarandığı üçün ikincidə yerli keyitmə ilə əməliyyat olunmaq istəsə də həkim buna razı olmamış və hal hazırda yenidən saçlarında tökülmə yaranmışdır. Hesab edir ki, ona vurulmuş həm maddi, həm mənəvi zərər cavabeh tərəfindən ödənilməlidir. Ona bugünədək vurulmuş maddi və mənəvi zərər aşağıdakılardır: Funda Hospitalda müayinə və əməliyyat üçün ödəmiş olduğu 2100 manat, məhkəmədə işə baxılması üçün ödədiyi dövlət rüsumu 115 manat, gələcəkdə Azərbaycan və ya xarici klinikalardan birində müayinə və müalicə olunması üçün çəkəcəyi xərclər. Belə ki, qismən də olsa səhhətində yaxşılaşmanın baş verməsi üçün yeni bir əməliyyata ehtiyac olunduğu göstərilib. Bu əməliyyatı etdirməsi üçün təxminən ona ən azı 4500 manat lazımdır. Ona dəymiş mənəvi zərər 2000 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçıya təyin olunmuş diaqnoz üzrə cərrahiyyə əməliyyatı cavabdeh tərəfindən taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Bu hal ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Ona görə də iddiaçının hazırkı iddiası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs MMC-nə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onlarını izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə saat 10:00-dan 11:22-dək “Funda” Tibb Mərkəzində həkim otorinilorinqoloq Cavabdeh tərəfindən tam ambulator müayinədən keçmişdir. İş materiallarında olan "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində “Funda” Tibb Mərkəzində otolorinqoloq Cavabdeh tərəfindən “Septorinoplastika ikitərəfli konxo radiofrekansı” əməliyyatı icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 412/KES nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx"a burun tənəffüsünün çətinləşməsi, deformasiyası və burun belində donqarlıqla əlaqədar daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpər əyriliyi; Xarici burunun deformasiyası; İki tərəfli konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoz uyğun olaraq onun üzərində “Septorinoplastika; İki tərəfli konxo radiofrekansı” cərrahiyyə əməliyyatının İddiaçı təyin edilmiş diaqnoz uyğun olaraq onun üzərində “Septorinoplastika; İki tərəfli konxo radiofrekansı” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş və planlaşdırılmış əməliyyat xx.xx.2020-ci il tarixdə icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onun keçirdiyi cərrahiyyə əməliyyatından sonra burunun daxili və xarici nahiyələrində patoloji dəyişikliklər aşkar edilmədi. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 565/KES nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx"a burun tənəffüsünün çətinləşməsi, deformasiyası və burun belində donqarlıqla əlaqədar daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Burun çəpər əyriliyi; Xarici burunun deformasiyası; iki tərəfli konxo hipertrofiyası” diaqnozu düzgün təyin edilmişdir. İddiaçı təyin edilmiş diaqnoza uyğun olaraq, xx.xx.2020-ci il tarixdə “Septorinoplastika; İki tərəfli konxo radiofrekansı” cərrahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuş və cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdə təkrarən "xxxx"a “burun beli sümüyünün döyənəyi” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və həmin tarixdə “sümük döyənəyinin təmizlənməsi” əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində icra edilmiş cərrahiyyə əməliyyatından sonra burun tənəffüsünün sərbəst və xarici burunun kosmetik olaraq qənaətbəxş olduğu müəyyən edilmişdir. Aparılan əməliyyatlardan sonra hər hansı bir patoloji dəyişiklik aşkar edilməmişdir. İddiaçı aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Maraqlı şəxs MMC-də otolarinqoloq vəzifəsində işləyir. Məhkəmə qeyd edir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 2215 manat, yenidən əməliyyat olunması üçün tələb olunan 4500 manat və keçirdiyi mənəvi sarsıntı və iztirab nəticəsində dəymiş mənəvi zərərə görə 2000 manat, ümumilikdə 8715 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun burnunda cərrahiyyə əməliyyatının düzgün aparılmadığını qeyd edir. Buna görə cavabdehdən ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, tələb edilən maddi və mənəvi ziyanın məhz işəgötürəndən tutulması mübahisələndirilə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən iddiaçıdan Cavabdeh əsl cavabdeh Maraqlı şəxs MMC ilə əvəz edilməsi barədə dəfələrlə təklif edilsə də iddiaçı cavabdehin əvəz edilməsinə etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə, İddiaçı iddia ərizəsinə məhz onun verdiyi tələblər üzrə baxmağı əsaslı hesab etmişdir. Belə olduğu təqdirdə isə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasını, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Maraqlı şəxs MMC üçüncü şəxs qismində cəlb edilməklə, “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1236/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1236/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver