Məhkəmə qərarları › İş №2(005)-1265/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1265/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1265/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İsbi qızına cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilə öhdəliyinin icra edilmiş hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İsbi qızına cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilə öhdəliyinin icra edilmiş hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi və mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanılmış 19 avqust 2015-ci il tarixli “Öhdəlik Müqaviləsi” üzrə öhdəliklərinin tam icra edilmiş hesab olunması, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv metrdən ibarət 2 otaqlı 35 saylı mənzillə bağlı Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməsi və həmin mənzil üzərində onun mülkiyyət hüququnun müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv metrdən ibarət 2 otaqlı 35 saylı mənzillə bağlı Cavabdeh ilə aralarında həmin mənzilin 89.000 (səksən doqquz min) manata alqı-satqısına dair 19 avqust 2015-ci il tarixdə Öhdəlik Müqaviləsi bağlanılmışdır. Sözügedən Müqavilənin şərtlərinə əsasən o, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv metrdən ibarət 2 otaqlı 35 saylı mənzili 89.000 (səksən doqquz min) manata Cavabdeh satın almaq üçün qabaqcadan ona 70.000 (yetmiş min) manat pulu nəğd şəkildə vermişdir. Mənzil Müqavilə bağlanılan zaman “xxxx” ASC-nin Sumqayıt filialında ipoteka kreditində olduğundan razılaşdırılmış məbləğin qalan hissəsinin ödənilməsi kredit borcunun və faizlərini banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyə əsasən banka olan kredit borcunun və faizlərin ödənilməsi onun tərəfindən birbaşa banka ödənilmişdir. Müqavilənin 2.1-ci bəndinin 3-cü hissəsinə görə banka olan kredit və faiz ödənişi bittikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921ci məhəllədə 66,4 kv metrdən ibarət 2 otaqlı 35 saylı mənzili ona satmağı və ya sənədlərin adına rəsmiləşdirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilədən göründüyü kimi o, öz üzərinə götürülmüş öhdəliyə əsasən müqavilə bağlanan vaxt 70.000 (yetmiş min) manat pulu nəğd şəkildə Cavabdeh vermiş və mənzillə bağlı banka olan bütün kredit borcunun və faizlərin ödənilməsini təmin etmişdir. Həmin müddətdən o, ailə üzvləri ilə birlikdə sözügedən mənzilə pasport qeydiyyatına düşməklə, həmin mənzildə yaşamaqla, əmlak faktiki sahiblik və istifadəsindədir. Uzun müddətdir (19.08.2015-ci ildən hal-hazıradək) ki, həmin mənzildən istifadə edir, orada əsaslı təmir işlərini görmüşdür. Bir sözlə Cavabdeh ilə aralarında bağlanılmış 19 avqust 2015-ci il tarixli Öhdəlik Müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 70.000 (yetmiş min) manat pulu nəğd şəkildə qəbul edib 19.08.2015-ci ildən mənzili ona təhvil versə də, onun və ailə üzvlərinin sözügedən mənzilə pasport qeydiyyatına düşməyini təmin etsə də, Müqavilənin 2.1-ci bəndinin 3-cü hissəsinə görə banka olan kredit və faiz ödənişi bittikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv metrdən ibarət 2 otaqlı 35 saylı mənzilin adına rəsmiləşdirilməsi öhdəliyini yerinə yetirməmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh İsbi qızı ilə onun arasında bağlanmış 19 avqust 2015-ci il tarixli öhdəlik müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilmiş olması və Bakı şəhəri, Nərimnaov rayonu, Yanvar Nəsirov küçəsi, 19-21-ci məhəllə, 66,4 kv.m ibarət 2 otaqlı 35 saylı mənzillə bağlı Cavabdeh İsbi qızının mülkiyyət hüquqlarına xitam verilməsi və bu qətnamənin həmin mənzilə dair onun adına çıxarış verilməsinə əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İzahatında göstərdi ki, öhdəlik müqaviləsinin bütün şərtləri tərəfindən yerinə yetirilmişdir. Mübahisəli mənzil ilkin muqavilə bağlandığı andan onatəhvil verilmiş və hazırki vaxta qədər həmin mənzildə ailəsi ilə yaşayır və qeydiyyatdadırlar. Cavabdeh İsbi qızının vəfat etməsi ona hazırki iddianı məhkəməyə verdikdən sonra məlum olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1265/2021 saylı, 24 may 2021-ci il tarixli qərardadına əsasən AR MPM-nin 261.0.7-ci maddəsinə əsasən iddia tələbi üzrə Cavabdeh aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Nərimanov rayonu, Nəsirov Yanvar küçəsində istifadədə olan 0.1612 ha torpaq sahəsində yerləşən 1921 məhəllədə 9 mərtəbəli binada 66.4 kv.m ümumi sahədən ibarət 2 otaqlı 35 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 239 nömrəli reyestr kitabının 23737 nömrəli vərəqində qeydiyyata alınmışdır; 1-ci tərəf -Cavabdeh İsbi qızı və 2-ci tərəf-İddiaçı arasında bağlanmış 19.08.2015-ci il tarixli öhdəlik müqaviləsinin məzmunundan görünür ki, «2-ci tərəf» İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə yerləşən ümumi sahəsi 66.4 kv.metr 2 (iki) otaqdan ibarət olan 35 nömrəli mənzili «1-ci tərəf» Cavabdeh 89 000 (səksən doqquz min) manata almaq məqsədilə qabaqcadan ona 70 000 (yetmiş min) manat məbləğində pulu nağd şəkildə verdi. Mənzilin «xxxx» ASC-nin Sumqayıt Sumqayıt (“xxxx» ASC Sumqayıt filialı) qrafik üzrə ödənilməli olan 16 000 (on altı min) manat məbləğində əsas kredit borcunu və faizlərini isə. bundan sonra 78 (yetmiş səkkiz) ay ərzində hər ayda 253.16 (iki yüz əlli üç manat on altı qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürür.Tərəflər arasında əsas müqavilə bağlananadək Cavabdeh banka olan 16 000 (on altı min) manat məbləğində kredit borcu və faizləri vət. İddiaçı tərəfindən birbaşa banka ödəniləcəkdir. Cavabdeh həmin göstərilən 89 000 (səksən doqquz min) manat məbləğində pulu qəbul edir və ona məxsus yuxarıda qeyd olunan əmlakı razılaşdıqları müddət ərzində İddiaçı satmağı və ya sənədləri onun adına rəsmiləşdirməyi öhdəsinə götürür. Cavabdeh 89 000 (səksən doqquz min) manat məbləği aldıqdan sonra həmin mənzili 2 (iki) gün ərzində boşaltmağı və İddiaçı təhvil verməyi öhdəsinə götürür; Azərbaycan Respublikasının İpoteka və kredit zəmanət fondunun Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 28 avqust 2020-ci il tarixli, İx/2022467 nömrəli məktubun məzmunundan görünür ki, “xxxx” ASC ilə X2 arasında bağlanmış 25 dekabr 2006-cı il tarixli 06/76 nömrəli kredit müqaviləsinin təminatı məqsədilə 25 dekabr 2006-cı il tarixli 06/30 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 35 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan öhdəlik üzrə tələb hüquqları 28 dekabr 2006-cı il tarixli TB-İP№ 000064 nömrəli İpoteka kağızı (Qeydiyyat № 08/3-193, 29 dekabr 2006-cı il) ilə Azərbaycan İpoteka Fonduna (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) götürülmüşdür. Hazırda kredit müqaviləsi üzrə xidmət “xxxx" ASC tərəfindən həyata keçirilir. Qeyd olunan kredit müqaviləsi üzrə əsas və faiz borcları tam şəkildə yerinə yetirilmiş və bununla əlaqədar müvafiq İpoteka kağızına xitam verilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, yuxanda adı çəkilən mənzilin ipotekası üzrə dövlət qeydiyyatının ləğv edilməsinə və yüklülükdən azad edilməsinə etiraz etmir; “xxxx” ASC-nin Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 02.09.2020-ci il tarixli 1965№-li məktubundan görünür ki, “xxxx” ASC ilə X2 arasında 25.12.2006-cı il tarixində bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış mənzili ipotekaya qoyularaq yüklü edilmişdir. Hazırda kredit müqaviləsi üzrə xidmət “xxxx” ASC tərəfindən həyata keçirilir. Qeyd edilən kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış mənzilini girovdan azad edilməsi xahiş olunur. İşdə olan elektron məhkəmə imformasiya sisteminin çıxarışdan görünür ki, Cavabdeh İsbi qızı 13 iyul 2018-ci il tarixdə ölmüşdür. Ədliyyə Nazirliyi Notariar İdarəsinin 26 aprel 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh İsbi qızı ilə bağlı vərəsəlik hüququ rəsmiləşdirilməmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, Cavabdeh İsbi qızı və İddiaçı arasında 19.08.2015-ci il tarixli öhdəlik müqaviləsi bağlanmış və həmin müqavilənin məzmununa əsasən Cavabdeh İsbi qızı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə yerləşən ümumi sahəsi 66.4 kv.metr 2 (iki) otaqdan ibarət olan 35 nömrəli mənzilinin 89.000 manat məbləğə alqı-satqısı barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə əsasən İddiaçı 70.000 (yetmiş min) manat məbləğində pulu nağd şəkildə mülkiyyətçiyə vermiş və mənzilin «xxxx» ASC-nin Sumqayıt Sumqayıt (“xxxx» ASC Sumqayıt filialı) qrafik üzrə ödənilməli olan 16 000 (on altı min) manat məbləğində əsas kredit borcunu və faizlərini isə. bundan sonra 78 (yetmiş səkkiz) ay ərzində hər ayda 253.16 (iki yüz əlli üç manat on altı qəpik) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər; 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, ilkin müqavilə tərəflər arasında gələcəkdə bağlanacaq müqavilə ilə əlaqədar münasibətlərin, bununla bağlı tərəflərin niyyətlərinin həyata keçirilməsi imkanlarını nəzərdə tutur. İlkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulan şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Yəni ilkin müqavilə üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi tərəflər arasında münasibətlərdən irəli gələn əsas müqavilənin bağlanılması şərtləndirilir. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, yəni mənzilin alqı-satqısı üçün 70.000 manat pulu nağd şəkildə Cavabdeh İsbi qızına ödəmiş, həmçinin mənzilin «xxxx» ASC-nin Sumqayıt Sumqayıt (“xxxx» ASC Sumqayıt filialı) qrafik üzrə ödənilməli olan 16 000 (on altı min) manat məbləğində əsas kredit borcunu və faizlərini isə bundan sonra 78 (yetmiş səkkiz) ay ərzində hər ayda 253.16 (iki yüz əlli üç manat on altı qəpik) manat olmaqla ödəmişdir. Belə ki, Mülki Məcəllənin 425.1-ci maddəisnə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İşin hallarından və iş materiallarından göründüyü kimi İddiaçı 19 avqust 2015-ci il tarixli öhdəlik müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi şərtləşdirilmiş vaxtdan əvvəl və lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə yerinə yetirmişdir. Lakin Cavabdeh İsbi qızı 13.07.2018-ci il tarixdə vəfat etdiyindən əsas müqavilənin bağlanılması bağlanılması mümkün olmamışdır. Məhkəmə işin hallarına və toplanmış sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış ilkin müqavilənin bütün şərtləri iddiaçı tərəfindən lazımi qaydada və vaxtından əvvəl yerinə yetirilmişdir. Buna görə də iddiaçının 19 avqust 2015-ci il tarixli öhdəlik müqaviləsi üzrə onun tərəfindən öhdəliyin yerinə yetirilmiş hesab edilməsi barədə tələbi tam əsaslıdır. Göstərilən müqavilənin şərtləndirildiyi əsas müqavilənin, yəni mübahisəli əmlakın alqısatqısına dair müqavilənin bağlanılması isə müqavilə tərəflərdən birinin, yəni satıcının vəfat etməsi səbəbindən mümkün olmamışdır. Həmçinin müəyyən olunur ki, Cavabdeh İsbi qızı ilə bağlı vərəsəlik hüququ rəsmiləşdirilməmiş, yəni yaranan hüquq münasibətləri varisliyə yol verilməmişdir. Mərhum Cavabdeh İsbi qızı ilkin müqavilə bağlamaqla mülkiyyətində olan əmlakını İddiaçı sahibliyinə vermiş və həmin müqavilədə göstərilən əmlakı ilkin müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetirildiyi halda satmaq barədə iradəsini ifadə etmişdir. Lakin tərəflərin iradəsindən asılı olmayan bir hal, yəni satıcının ölümü əsas müqavilənin bağlanması qeyri-mümkün olmuşdur. Belə ki, Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış 19 avqust 2015-ci il tarixli öhdəlik müqaviləsi üzrə İddiaçı tərəfindən öhdəliyin icra edilməsini həmin müqavilənin predmetini təşkil edən mənzilə dair mərhum Cavabdeh İsbi qızı mülkiyyət hüquqlarının xitam verilməsinə və həmin əmlaka dair öhdəliyi icra etməklə hüquq əldə etmiş İddiaçı adına isə çıxarış verilməsinə əsas olan hal kimi qiymətləndirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbləri tam əsaslıdır. Buna görə təmin edilməli, İddiaçı ilə Cavabdeh ilə aralarında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanılmış 19 avqust 2015-ci il tarixli “Öhdəlik Müqaviləsi” üzrə öhdəlikləri İddiaçı tərəfindən tam icra edilmiş hesab olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzillə bağlı Cavabdeh mülkiyyət hüquqlarına xitam verilməli, eyni zamanda hazırki qətnamənin qeyd edilən mənzilə dair İddiaçı adına çıxarış verilməsinə əsas olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə arasında Bakı şəhəri 3 saylı notariat kontorunda bağlanılmış 19 avqust 2015-ci il tarixli “Öhdəlik Müqaviləsi” üzrə öhdəlikləri İddiaçı tərəfindən tam icra edilmiş hesab olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzillə bağlı Cavabdeh mülkiyyət hüquqlarına xitam verilsin. Bu qətnamə Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, 1921-ci məhəllədə 66,4 kv.metrdən ibarət 2 otaqlı 35 saylı mənzilə dair İddiaçı adına çıxarış verilməsi üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar