Məhkəmə qərarları › İş №2(102)-2811/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2811/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2811/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı MMC nümayəndəsi Nümayəndə və üçüncü şəxs xxxxx qızının vəkili Vəkil1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2178/2020 saylı qərardadından üçüncü şəxs xxxxx qızının kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3805/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı MMC Cavabdeh qarşı “kompensasiya ödinlməklə mülkiyyət hüququna xitam verilməsi, əmlakın sökülməsi” iddiasına dair mülki iş üzrə tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilərək, mülki işin icraatına xitam verilib. Üçüncü şəxs İradə Nadirli qərardaddan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)2178/2020 saylı qərardadı ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) şikayət təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılıb. Üçüncü şəxs İradə Nadirli qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı MMC məhkəmədə C avabdeh və digərlərinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan 0,07063 ha torpaq sahəsinin və ümumi sahəsi 433,3 kv.metr olan yaşayış evinin real bazar qiyməti müəyyənləşdirilməklə, İddiaçı MMC tərəfindən Cavabdeh real bazar qiymətinə uyğun olaraq kompensasiyası ödənilməsi, sonuncunun mülkiyyət hüququna xitam verilməsi və əmlakın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirlmədən saxlayarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üz rə apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında üçüncü şəxs İradə Nadirlinin vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı MMC nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh və üçüncü şəxs İradə Nadirli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası mə hkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, üçüncü şəxs İradə Nadirlinin vəkili Vəkil1 izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ap elyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən, şikayəti təmin edilmədən saxlayarkən tərəflərin hazırki mübahisəni barışıq sazişi bağlamaqla başa çatdırmalarına, barışıq sazişinin qanuna zidd olmamaqla hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmamasına və iş üzrə icraata xitam verilməsi üçün əsasların olmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 52.3, 52.5-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüqu q normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, tərəflər arasında xx xxxxxx 2019-cu il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı məzmunda olmuşdur:Cavabdeh İddiaçı MMC tərəfındən ona 1.120.000 (bir milyon yüz iyirmi min) manat pul kompensasiyası və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə, A.Sultanova küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC inşa etdiyi yaşayış kompleksinin “E” blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 542,76 kv.m olan 7 (yeddi) mənzili (4 ədəd) hər birinin ümumi sahəsi 93,46 kv.metr olan 3 otaqlı mənzil, 2 ədəd hər birinin ümumi sahəsi 54,73 kv.metr olan 2 otaqlı mənzil, 1 ədəd ümumi sahəsi 59,46 kv.metr olan 2 otaqlı mənzil) onun xüsusi mülkiyyətinə vermək şərti ilə ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan 0.07063 ha torpaq sahəsinin və 433,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin mülkiyyət hüququna xitam verilməsinə, torpaq sahəsinin İddiaçı MMC xüsusi mülkiyyətinə verilməsinə və evin sökülməsinə razılıq verir. Mülkiyyət hüququna xitam verilən əmlak Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfındən verilmiş xx xxxxxx 2019-cu il tarixli Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Cavabdeh xüsusi mülkiyyətində olan əmlakın mülkiyyət hüququna xitam verilməsi müqabilində İddiaçı MMC Cavabdeh 1.120.000 (bir milyon yüz iyirmi min) manat pul kompensasiyası və Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə, A.Sultanova küçələrinin əhatə etdiy i ərazidə inşa etdiyi yaşayış kompleksinin “E” blokunun 8-ci mərtəbəsində ümumi sahəsi 542,76 kv.metr olan 7 (yeddi) mənzili, 4 ədəd hər birinin ümumi sahəsi 93,46 kv.metr olan 3 otaqlı mənzil, 2 ədəd hər birinin ümumi sahəsi 54,73 kv.metr olan 2 otaqlı mənzil, 1 ədəd ümumi sahəsi 59,46 kv.metr olan 2 otaqlı mənzili onun xüsusi mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu saziş məhkəmə tərəfındən təsdiq edildikdən dərhal sonra İddiaçı MMC 1.120.000 (bir milyon yüz iyirmi min) manat pul kompensasiyasını Cavabdeh ödəməyi, mülkiyyətinə verilən mənzilləri xx xxxxxx 2020-ci il tarixədək istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli s ürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsində göstərilir ki, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalay ır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəktələrin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışıb, şikayətin dəlillərini araşdırıb, qeyd olunan prosessual normaların tələblərini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunduğuna, barışıq sazişi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığına görə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq barışıq sazişi təsdiq edilməklə, mülki işin icraatına xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda üçüncü şəxs İradə Nadirlinin şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, şikayət əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə X3 Qarayevə və digərlərinə qarşı “kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, hərracın yekunları haqqında protokolun və çıxarışın ləğv olunması” barədə iddiası rədd edilib. Həmin qətnamədən İradə Nadirli apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx xx 2018-ci il tarixli qətnaməsi ilə İradə Nadirlinin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iddia təmin edilərək, Cavabdehlə İradə Nadirli arasında bağlanmış və Rauf Qarayev tərəfindən imzalanmış xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi, həmin tarixli Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsində 0.0682 hektar torpaq sahəsində yerləşən 44,3 kv.metr yaşayış, 31,3 kv.metr köməkçi sahədən ibarət 72 saylı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair verilmiş xx xxxxxx 2016-cı il tarixli Çıxarışın və hərracın yekunları haqqında 284 saylı protokolun ləğv edilməsi qət edilib. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, X3 Qarayevə və digərlərinə qarşı “kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, hərracın yekunları haqqında protokolun və Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilib. Göründüyü kimi sözügedən barışıq sazişinin predmetini təşkil edən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə keçməsi barədə əqdlər və mülkiyyət hüququnu təsdiq edən X5 tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddia rədd olunub. Eyni zamanda, hazırda İradə Nadirlinin sözügedən daşınmaz əmlak a dair hər hansı əmlak hüquqları mövcud deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İradə Nadirlinin kassasiya şikayətinin dəlillərini əsassız hesab edib belə qənaətə gəlir ki, tərəflər hazırki mülki mübahisəni xx xxxxxx 2019-cu il tarixli barışıq sazişi ilə başa çatdırdıqlarından və onların bəyənib imzaladıqları barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından, eyni zamanda işdə, barışıq sazişinin şərtlərinin təsdiq edilməsini istisna edən heç bir hal olmadığından, əksinə, barışıq sazişinin şərtləri tərəflərin mənafeyinə, marağına tam uyğun olduğundan, şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan prosessual normaların tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya sı məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs xxxxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-2178/2020 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar