Məhkəmə qərarları › İş №2(005)-1266/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1266/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1266/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh E.E. Abdullayev tərəfindən ona yetirilmiş 1160 manat maddi və bir min manat kimi qiymətləndirdiyi mənəvi ziyana görə, cəmi 2160 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 30 mart 2022-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi, Tayota Cip markalı, ** KM *** dövlət nömrə nişanlı şəxsi minik avtomobili ilə Bakı şəhəri R. Behbudov küçəsi ilə hərəkət edərkən, arxasınca gələn Tayota Prius markalı, ** PV *** dövlət nömrə nişanlı taksi maşını dönmə və ötmə qaydalarını pozaraq onun idarə etdiyi maşını vuraraq, ona xeyli ziyan yetirmişdir. O maşını saxlayaraq yol polisinin və sığorta şirkətinin gəlməsini gözləmək təklifi etdi. Lakin, bu şəxs avtomobilini sürərək hadisə yerindən çıxıb getdi. Sonradan, onun müraciəti əsasında, onun maşınını vuran maşının sürücüsü, polis əməkdaşları tərəfindən aşkar edildi və bi şəxsin cavabdeh, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh olduğu müəyyən edildi. Bakı şəhər X12 İdarəsinin polis mayoru X4 tərəfindən tərtib olunmuş, İXP ******* saylı X6 protokoldan, hadisə yerində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol və X6 olan işin digər materialları əsasında, Bakı şəhər DYPİ-nin rəisi polis Polkovniki R.Ə. Piriyev tərəfindən qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron Qərardan göründüyü kimi, ünvan 1 ünvanda yaşa/an, vətəndaş Cavabdeh onun maşınını vurmaqla törətdiyi avtoqəza hadisəsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və və 327.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyinə görə 100 manat cərimə olunmaqla inzibatı tənbeh edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrində qeydiyyatdan keçmiş, ekspert X5 tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli müstəqil ekspert rəyindən göründüyü kimi, ona məxsus X10 markalı, ** KM *** dövlət nömrə nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş maddi ziyanın ümumi dəyəri 1160 (bir min yüz altmış) manat olaraq qiymətləndirilmişdir. Lakin, onun ardıcıl tələblərinə baxmayaraq, cavabdeh E.E. Abdullayev mənə yetirdiyi maddi ziyanın əvəzini ödəməkdən boyun qaçırmışdır. O, həm hadisə yerindən qaçmaq, həm uzun müddət axtarışdan yayınmaq, həm də onu xeyli müddət nəqliyyat vasitəsiz qoymaqla əsəb gərginliyi və sarsıntılar keçirməyə vadar etməklə, ona, həm də mənəvi zərər yetirmişdir. Cavabdeh yol hərəkətini nizama salan qaydaları pozmaq və rəsmi dövlət orqanlarının hadisə yerinə gəlməsini gözləmədən hadisə yerindən yayınmaq, daha sonra isə, nəticədə ona yetirdiyi ziyanın əvəzini ödəməkdən bu günə qədər boyun qaçırmaqla ona həm maddi, həm də, mənəvi ziyan vurmuşdur. Nəticədə onun maşını müddət sıradan çıxmış, sıradan çıxmış, maşının təmirinə min beş yüz manatdan artıq xərci çıxmışdır. Eyni zamanda o, onun maşınını vuraraq hadisə yerindən yayınmış və uzun müddət məsuliyyətdən yayınaraq gizlənmiş, xeyli müddət nəqliyyat vasitəsiz qalmaqla, ona, bir min manat məbləğində qiymətləndirdiyi, mənəvi ziyan vurulmuşdur. Nəticədə E.E. Abdullayev tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini cavabdehdən kimi tələb etmək üçün məhkəməyə müraciət etmək zərurətində qalır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli X6 protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2022-ci il tarixli elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1 ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 100 manat cərimə tətbiq edilmişdir. - “İdeal Kredit” BOKT tərəfindən verilən xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh “Toyota Prius” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobilə dair lizinq müqaviləsinə əsasən qeydiyyat şəhadətnaməsi verilmişdir. - AR DİN Bakı Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixdə saat 19.00 radələrində R.Behbudov küçəsində hərəkətdə olarkən «X11» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerindən yayınmış **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün tapılaraq İddiaçı dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsi barədə Dakı şəhəri BPİ DYPİ-rıin rəhbərliyinə rəhbərliyinə ünvanladığınız müraciətinizə baxılmışdır. Müraciətinizdə göstərilən, hadisə yerindən yayınmış **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qısa müddətdə tapılması istiqamətində Bakı şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmış, eyni zamanda saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, Bakı şəhərinin küçələrində quraşdırılmış nəzarət kameralarında BPİ DYPİ-nin X7 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izlənilir. Qeyd olunanlarla əlaqədar, X1 hadisə yerindən yayınma ilə bağlı **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və saxlanılması barədə DYP-nin digər qurumlarında xidmət edən əməkdaşların təlimatlandırılması üçün göstəriş verilməsi barədə Azərbaycan Respublikası Baş DYPl-nə müvafiq məktub göndərilmişdir. Hal-hazırda təqsirkar sürücünün qısa müddətdə tapılaraq inzibati məsuliyyətə cəiu olunması istiqamətində axtarış tədbirləri və müşahidə kameralarına nəzarət gücləndirilərək davam etdirilir. Sürücü barədə X6 iş üzrə icraata onun şəxsiyyəti və yeri müəyyən olunduqdan sonra baxılacaq və o inzibati məsuliyyətə cəlb olunacaqdır. - İddiaçı tərəfindən Bakı şəhər BPİ DYP-nin rəsisi cənab Rəşid Piriyüvə ünvanlanan ərizədən görünür ki, İddiaçı cavabdeh tərəfindən onun avtomobilinə dəymiş zərərin ödənilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Cavabdeh izahatında 30 mart 2022-ci il tarixdə R.Behbudov küçəsində etibarnamə ilə idarə etdiyi Toyota markalı 99PV602 dövlət qeydiyyat nişanlı avtomobillə qarşıda eyni istiqamətdə olan Toyota cip markalı 90KM590 dövlət qeydiyyat nişanlı avtomobili arxaından sola manevr edib ötüb keçmək istəyərkən sağ hissələrlə həmin avtomobilin arxa sol hissələrinə vuraraq əzdiyini və hadisə yerindən polisə və sığortaya xəbər vermədən tərk etdiyini bildirir. - Müstəqil ekspert X5 tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1160 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil orderi qəbzindən görünür ki, Zəki Qafarov tərəfindən avtomobilin qiymətləndirilməsi üçün 50 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 9/2677 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Müstəqi ekspert X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010 buraxılışlı, “X11” markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1160 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə ilk növbədə iddia tələbinin “əmlaka dəymiş ziyanı ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh “Toyota Prius” markalı, **-PV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı məxsus avtomobilə ziyan vurmuşdur. İddiaçı avtomobilə dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli, 9/2677 nömrəli ekspert rəyində zərərin həcmi 1160 manat müəyyən edildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə göstərilən nəticəyə gələrkən ekspert rəyinin sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olmasını nəzərə alır. Digər tərəfdən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Beləliklə də məhkəmə araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından hesab edir ki, ekspertizaların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını və məhkəməyə təqdim edildiyini, digər sübutlar, o cümlədən dindirilmiş ekspertlərin, şahidlərin ifadələri təsdiq edildiyini nəzərə alaraq onu mötəbər sübut növü kimi qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus «X11» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 1160 manat pul Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. Zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər . Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərər çəkməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 1160 (bir min yüz altmış manat) manat pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar