Məhkəmə qərarları › İş №2(005)-1270/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1270/2021

29.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1270/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi və vəkili –Vəkil1 Cavabdeh2 və Cavabdeh1 Cavabdeh1 vəkili və nümayəndəsi-Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadıqda hərracda satılma” tələbinə dair ilk iddiası və qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadıqda hərracda satılma” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadıqda hərracda satılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 110, mənzil 138 saylı mənzilin 1/3 hissəsi naturada bölünərək mülkiyyət hüququnun tanınmasına, bölgü istisna edildikdə əmlakın 1/3 hissəsinin dəyəri şəkilndə 50000 manat kompensasiyanın digər mülkiyyətçilər tərəfindən verilməsi, razılıq əldə edilmədikdə əmlakın hərracda satılmasına və satışdan əldə edilmiş pul vəsaitinin 1/3 hissəsinin ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası-X3 23 noyabr 2019-cu il tarixdə rəhmətə getdikdən sonra ona məxsus əmlaklar sırasından Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 110, mənzil 138 ünvanı üzrə vərəsəlikə onun 1/3 hissə, bacısı Cavabdeh1 1/3 hissə və bacısı Cavabdeh2 1/3 hissədə payları tanındı. Buna dair 22.12.2020-ci il tarixdə N20107998 qeydiyyat nömrəsi ilə qeyd edilməklə çıxarış verilmişdir. Lakin həmin əmlaka dair mülkiyyət hüququnun tanınmasına baxmayaraq sahiblik və ondan istifadə etmək hüququndan məhrum olunmuşdur. Qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadıqda hərracda satılma” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək edərək Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən üzərində 169,9 kv.metrlik tikili olan 0,20 ha torpaq sahəsi və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.3795 ha torpaq sahəsinin paylara uyğun naturada bölgüsü, bu mümkün olmadıqda hərracla satılaraq paylara uyğun qaydada dəyərinin onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının və onların mərhum anası X2 ölümündən sonra miras olaraq ünvan 2 ünvanda yerləşən mənzillə yanaşı daha 2 daşınmaz və 1 daşınaq əmlak miras olaraq qalmış, bu əmlaklardan 2 daşınmaz əmlak- Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən üzərindəl69,9 kv.metrlik tikili olan 0,20 ha torpaq sahəsi və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,3795 ha torpaq sahəsi miras olaraq iddiaçı ilə birlikdə onların mülkiyyətimizə keçmişdir. Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən üzərində 169,9 kv.metrlik tikili olan 0,20 ha torpaq sahəsi üzərində 5/15 hissədə Cavabdeh1, 5/15 hissədə Cavabdeh2, 3/15 hissədə isə İddiaçı mülkiyyəti qeydiyyatdan keçmişdir. Eləcə də, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,3795 ha torpaq sahəsi üzərində 4/12 hissədə Cavabdeh1, 4/12 hissədə Cavabdeh2, 3/12 hissədə isə İddiaçı mülkiyyətinə qeydiyyatdan keçmişdir. Miras daşınar əmlak olan “NİSSAN X Trail” markalı ** EH *** dövləl qeydiyyat nişanlı avtomaşın ilkin iddia üzrə İddiaçı və əri Qurbanov Hicran Məmməd oğlu tərəfindən vərəsə əmlak kimi vərəsəliyin açıldığı yer üzrə notariusa sənədləri təqdim edilmədiyindən həmin avtomaşın üzrə hüquqları qeydiyyata alınmamışdır. Hazırda, ilkin iddiada qeyd edilən əmlakdan başqa paylı mülkiyyətdə olan digər daşınmaz əmlaklar üzrə də birgə istifadələri mümkünsüz olmuş və hesab edirlır ki, ilkin iddia ilə bağlı olan miras qalan digər əmlak üzrə də naturada bölgü həyata keçirilməsi, bu mümkün olmadıqda hərracda satılma iddia tələbi verməkdə haqlıdırlar.(elektron çıxarışlar təqdim edilir) Məhkəmə baxışının gedişində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək ilkin iddia üzrə mübahisə ilə bağlı tərəflərin barışdığını və bununla bağlı iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsini və ilkin iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi və vəkili Vəkil2 həmçinin ilk iddia ilə bağlı pul ödənildiyindən artıq mübahisə qalmamasını və ilkin iddia üzrə icraata xitam verilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 2(005)-1270/2021 saylı qərardadı ilə ilk İddiaçı ilk iddiadan imtinası qəbul edimiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyət üzərində əmlakın naturada bölgüsü mümkün olmadıqda hərracda satılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 oğlu qarşılıqlı iddia ərizəsini qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Cavabdeh2, Cavabdeh1 və nümayəndəsi vəkili Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın **********98 reyestr nömrəsi ilə qeydə alınmış elektron çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3795 ha torpaq sahəsi Cavabdeh1 adına 4/12 hissədə, İddiaçı adına 3/12 hissədə, Cavabdeh2 adına 4/12 hissədə (1/12 hissədə açıq qalır) daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 265 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 01 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın **********85-10301 reyestr nömrəsi ilə qeydə alınmış elektron çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və 169,9 kv.metr fərdi yaşayış evi Cavabdeh1 adına 5/15 hissədə, İddiaçı adına 3/15 hissədə, Cavabdeh2 adına 5/15 hissədə (2/15 hissədə açıq qalır) daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 01 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın **********98 reyestr nömrəsi ilə qeydə alınmış elektron çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Aşagı Seyfəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3795 ha torpaq sahəsi mülkiyyət hüququ Cavabdeh1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə ********** qeydiyyat nömrəsi ilə 01.10.2020-ci il tarixdə, Cavabdeh2 adına 1/3 hissədə ********** qeydiyyat nömrəsi ilə 10.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində daşınmaz əmlakın **********85-10301 reyestr nömrəsi ilə qeydə alınmış elektron çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və 169,9 kv.metr fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə ********** qeydiyyat nömrəsi ilə 10.03.2021-ci il tarixdə, Cavabdeh2 adına 1/3 hissədə ********** qeydiyyat nömrəsi ilə 01.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 avqust 2021-ci il tarixli 072/21 nömrəli daşınmaz əmlakın orta bazar və likvid qiymətinin müəyyən edilməsinə dair müətəxəssis rəyinin məzmunundan görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hazırki dövrə olan orta bazar dəyəri 40.000 (qırx min) manat, likvid qiyməti 37.000 (otuz yeddi min) manat; Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,3795 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsinin hazırkı dövrə olan bazar dəyəri 3800 (üç min səkkiz yüz) manat, likvid qiyməti 3500 (üç min beş yüz) manat təşkil etmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021ci il tarixli 10/723 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Şəmkir rayonu, Yuxarı seyfəli kəndində yerləşən fərdi yaşayış evinin üç yaşayış otağından ibarət olmasını və həmin otaqların payçıların payına uyğun olmamasını, yardımçı tikililərin (mətbəx, ayaqyolu, hamam) yeganə olması, eyni zamanda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir tərəfdən (giriş qapısı olan hissədə) yol ilə sərhəd olmasını, həyətyanı sahəyə əlavə giriş qapısının quraşdırılmasının mümkün olmamasını nəzərə alaraq həmin fərdi yaşayış evinin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq 1/3 hissədə naturada təcrid şəkildə bölünməsi İnşaat Norma və Qaydalarının müvafiq bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir; Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, ünvan 3 ünvanında qeydiyyatdadırlar. İşdə olan Cavabdeh2, Cavabdeh1 cavabdeh İddiaçı bildiriş göndərərək analarından miras qalan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən üzərində 169,9 kv.metrlik tikili olan 0,20 ha torpaq sahəsi və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0.3795 ha torpaq sahəsinin dəyərinin 26.666 manata almağını, əks halda payının 13.333 manata onlara satmağı xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəmkir rayonu, Aşagı Seyfəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,3795 ha torpaq sahəsi mülkiyyət hüququ Cavabdeh1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə, Cavabdeh2 adına 1/3 hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi və 169,9 kv.metr fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Cavabdeh1 adına 1/3 hissədə, İddiaçı adına 1/3 hissədə, Cavabdeh2 adına 1/3 hissədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Eyni zamanda müəyyən edilmişdir ki, “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 avqust 2021-ci il tarixli 072/21 müətəxəssis rəyi ilə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində 0,20 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hazırki dövrə olan orta bazar dəyəri 40.000 (qırx min) manat, likvid qiyməti 37.000 (otuz yeddi min) manat; Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,3795 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsinin hazırkı dövrə olan bazar dəyəri 3800 (üç min səkkiz yüz) manat, likvid qiyməti 3500 (üç min beş yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021ci il tarixli 10/723 nömrəli ekspert rəyi ilə Şəmkir rayonu, Yuxarı seyfəli kəndində yerləşən fərdi yaşayış evinin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 3 hissədə paylara uyğun şəkildə bölünüb ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, müvafiq mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 3 hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması mümkün deyildir, eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam ilə bağlı razılaşmaları yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi olan 169,90 kv.m sahəyə malik fərdi yaşayış evi və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən 0,3795 ha kənd təsərrüfatı təyinatlı torpq sahəsi açıq hərracda satılmalı, əmlakların satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia tələbi təmin edilsin. Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi olan 169,9 kv.metrlik fərdi yaşayış evi- ilkin satış qiyməti 37.000 manat müəyyən edilməklə və Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən kənd təsərrüfat təyinatlı 0,3795 ha torpaq sahəsi -ilk satış qiyməti 3.500 manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq yəni 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar