Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1289/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (açar sözlər: qeydiyyatın ləğv edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Pakistan Milli Bankı Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına aparılmış qeydiyyatın və 29.03. 2009-cu il tarixli MH №0186377 nömrəli Çıxarışın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın (Çıxarışın) bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Pakistan Milli Bankın Bakı Filialı ilə Hacıyev Emin Müzəffər oğlu arasında bağlanmış 13 mart 2009-cu il tarixli 39 nömrəli kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında 13 mart 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən İddiaçı2 Məhdi qızının ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzil Bankın xeyrinə yüklü edilmişdir və DƏDRX-nın Bakı İdarəsi tərəfindən 29.03. 2009cu il tarixli MH № ******* nömrəli Çıxarışa əsasən Pakistan Milli Bankın Bakı Filialının xeyrinə qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 5anov rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli 2(005)- 361/2010 nömrəli qətnaməsi ilə Pakistan Milli Bankın Bakı Filialının cavabdeh Hacıyev Emin Müzəffər oğluna və İddiaçı2 qarşı “kredit borcunun qaytarılması tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair “ tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X10 cəmi 46 692 manat məbləğində pulun Pakistan Milli Bankı Bakı Filialının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı2 birgə mülkiyyətində olan, ünvan 4 ünvanda yerləşən mənzil yönəldilməsi barədə qəbul edilmişdir. ünvan 5anov rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli qətnaməsi qanun qüvvəyə minmiş və məhkəmənin 28 oktyabr 2010-cu il tarixli icra vərəqəsinə əsasən ünvan 5anov rayon icra Şöbəsi tərəfindən təşkil edilmiş hərracın nəticələrinə dair alqı satqı protokolu üzrə ünvan 4 ünvanda yerləşən mənzil Pakistan Milli Bankın Bakı Filialının mülkiyyətinə təhvil verilmiş adına DƏDRX nin Bakı şəhər İdarəsi tərəfindən 15.03. 2012-ci il tarxili MA № 03568 nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. ünvan 5anov rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli 2(005)-361/2010 nömrəli qətnaməsi icra edildikdən sonra cavabdeh İddiaçı2 həyat yoldaşı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pakistan Milli Bankı Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız sayılması barərə qətnamə qəbuil edilməsini xahiş etmişdir. iddiaçı Əşrəf İsmayılov öz tələbini belə əsaslandırmışıdır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmiş və ər-arvadın birgə mülkiyyətindədir, lakin ipoteka müqaviləsi bağlanan zaman ondan razılıq ərizəsini verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsi ilə Əşrəf İsmayılovun apellyasiya şikayəti qismən təmin edilərək, Xətai rayon məhkməsinin qətnaməsi ləğv edilmiş, Pakistan Milli Bankın Bakı Filialı ilə İddiaçı2 arasında bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Bankla İddiaçı2 arasında Bakı şəhəri, ünvan 5anov rayon Teymur Əliyev küçəsi ev 38 yanvanda yerləşən 18 saylı mənzil ipotekaya qoyulmasına dair bağlanmış 13 mart 2009-cu il tarixli ipoteka müqaviləsi etibarsız olmala heç bir hüquqi nəticə doğura bilməz. Yəni, etibarsız sayılan həmin ipotekadan doğuran bütün digər hüquqi nəticələr əhəmiyyətsiz hesab edilmişdir. Apellyasiya məhkməsinin qeyd edilən qətnaməsində həmçinin qeyd edilmişdir ki , Bankla İddiaçı2 arasında Bakı şəhəri, Teymur Əliyev küçəsi ev 38 ünvanda yerləşən mənzilin ipotekaya qoyulmasına dair bağlanmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi gələcəkdə iddiaçıya yeni əsasla sözügedən tələbləri yenidən irəli sürmək və yaxud ünvan 5anov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin yeni açılmış hallarla bağlı ləğvini, bundan sonra isə icrada geri dönüşü tələb etmək hüququ verilir. Pakistan Milli Bankın Bakı Filialının həmin qətnamədən verdiyi kassasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respuiblikası Ali Məhkməsinin MK -nın 05 noyabr 2015-ci il tarixli 2(102)-4928/2015-ci il tarixli qərarı ilə apellyasiya qətnaməsi dəyişdirilmədən saxlanmışdır və qanuni qüvvəyə minmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli 2(103)- 4116/2015 saylı qətnaməsi ilə ünvan 5anov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin qəbul edilməsinə əsas olmuş 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi etibarsız sayılmış və tələbin ipoteka predmetinə yönəldirlnmməsi hissəsindən ünvan 5anov rayon Məhkəməsinin qətnaməsi hüquqi qüvvəsi itirmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli 2(103)-4116/2015 saylı qətnaməsinə DƏDKRX-nin Bakı şəhər idarəsi tərəfindən Pakistan Milli Bankın Filialının adına aparılmış qeydiyyatın və 15.03. 2012-ci il tarixli MA № ******* nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi üçün əsas olmuşdur. Əşrəf İsmayılov tələbin ipoteka predmetinə yönəldilməsi ünvan 5anov rayon məhkəməsinin 2(005)-361/2010 saylı, eləcə həmin qətnaməni qüvvədə saxlamış apellyasiya və kassasiya instansiya məhkəməsində tərəf kimim iştirak etməmiş və həmin mülki işdə tərəf olmadığı üçün, AR MPM-nin 434.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkmə aktlarına yeri açılmış hallar üzrə ərizə vermək hüququna malik olmamışdır. Eyni zamanda Ali Məhkməsinin xx.xx.2012-ci il tarixli 2(102)-3401/2012 saylı qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, hazirkı iş üzrə qəbul edilmiş xx.xx.2010-cü il tarixli qətnaməsindən şikayət vermək səlahiyyətinə malik deyil. Lakin, 2(133)-4116/2015 saylı mülki işdə tərəf olmuş X2 xəstələndiyi və vəfat etdiyi üçün bu məsələləni başa çatdırmağa macal tapmamış, birgə mülkiyyətdə olan evin bölüməsini və mülkiyyət payının ayrilmasını başa çatdıra bilməmişdir. Bununla belə Əşraf İsmayılovun vəfat etməsi mirasın açılmasına səbəb olmuşdur və onun birinci növbəli vərəsələri olan iddiaçılar (arvadı və övladları) atasından miras qalmış əmlakı faktiki surətdə qəbul etmişlər, hazırda da həmin evdə yaşayırlar və onu idarə edirlər. Onlar həmin evin faktki və qanuni mülkiyyətçiləridir. Konstitusiya Məhkməsinin göstərilən qərarında məhkəmənin ifadə etdiyi hüquqi mövqeyə görə - mirasın açıldığı gündən 3 ay müddətində vərəsə mirası qəbul etməkdən imtina haqqında notariusa ərizə verməmişdirsə - o mirası qəbul etmiş sayılır. Deməli-iddiaçılar məhrum X4 miras qalmış evi qəbul etmişlər və həmin evin mülkiyyətçisidirlər. Bundan irəli gələrək həmin əmlka barəsində müvafiq subyektiv hüquqa malikdirlər. Lakin, Pakistan Milli Bankın adına olan qeydiyyat ləğv edilmədiyi üçün iddiaçılar vərəsəlik üzrə mülkiyyət hüquqularını rəsmiləşdirib qeydiyyata aldıra bilməmişlər. Ona görə, iddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli 2(103)- 4116/2015 saylı qətnaməsini təqdim etməklə Bankın Filialının adına olan qeydiyyatın (Çıxarışın) ləğv edilməsi və İddiaçı2 qıznın adına olan qeydiyyatın (Çıxarışın) bərpa edilıməsi tələbi ilə DƏDKRX PŞ-ni 1 saylı Bakə şəhər İdarəsinə rəsmi müraciət etmişlər, lakin cavabdeh məktuba cavab verməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Pakistan Milli Bankı Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavavbdeh Pakistan Milli Bankı Bakı Filialının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri ünvan 5anov rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli, 2(005)-361/2010 saylı qətnaməsi ilə Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində filialının Hacıyev Emin Müzəffər oğluna və İddiaçı2 qızma qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, cavabdeh Hacıyev Emin Müzəffər oğlundan kredit üzrə 38927,50 manat, faiz üzrə 7764,86 manat, cəmi 46692.36 manat qətnamə çıxarılan gündən qətnamə icra olunan günədək 38927.50 manat məbləğinə illik 40% olmaqla faiz hesablanaraq, hər gün üçün 42,66 manat cərimə faizi, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat və iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu Pakistan Milli Bankının Bakı filialının xeyrinə tutulması; tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri ünvan 5anov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə və 13 mart 2009-cu il tarixdə cavabdeh Hacıyev Emin Müzəffər oğlu ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış «Dövriyyədə olan malların girovu haqqında müqavilə»si üzrə dəyəri 68000 manat olan avadanlığa yönəldilərək, həmin əmlaklar açıq hərracda satılsın və satışdan əldə olunmuş pul vəsaiti hesabına ödəniş gününə Pakistan Milli Bankının Bakı filialına olan borclar ödənilməsi; iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(103)-2668/2010 saylı qətnaməsi ilə cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri ünvan 5anov rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli, 2(005)-361/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, 28 oktyabr 2010-cu il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri ünvan 5anov rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli, 2(005)-2386/2012 saylı qətnaməsi ilə Pakistan Milli Bankının Bakı filialının iddiası təmin edilərək, cavabdehlər Hacıyev Emin Müzəffər oğlu və İddiaçı2 Pakistan Milli Bankının Bakı filialının mülkiyyətində olan Bakı şəhəri, Teymur Əliyev küçəsi, 38 saylı evin 18 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2012-ci il tarixli, 2(103)-5658/2012 saylı qətnaməsi ilə cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri ünvan 5anov rayon Məhkəməsinin 22 avqust 2012-ci il tarixli, 2(005)-2386/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2977/13 saylı, xx.xx.2013-cü il tarixli Qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 noyabr 2012-ci il tarixli, 2(103)-5658/2012 saylı qətnaməsi ləğv edilərək, yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli, 2(103)-5661/2013 saylı qətnaməsi ilə cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri ünvan 5anov rayon Məhkəməsinin 22 avqust 2012ci il tarixli, 2(005)-2386/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyul 2014-cü il tarixli, 2(102)-2615 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli, 2(103)-5661/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli, 2(011)-1854/2015 saylı qətnaməsi ilə X5 Pakistan Milli Bankının Bakı filialına, Hacıyev Emin Müzəffər oğluna, Əmlak ixtisaslaşmış hərrac mərkəzi MMC-yə və 5 saylı Nonatriat kontoruna qarşı “ipoteka müqaviləsinin, hərrac protokolunun və onun əsasında bağlınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi və kredit borcunun 13 mart 2009-cu il tarixdə Hacıyev Emin Müzəffər oğlu ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış müqavilə üzrə dövriyyədə olan mallara yönəldilməsi tələbinə dair” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli, 2(103)-4116/2015 saylı qətnaməsi ilə X5 nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1854/2015 saylı iş üzrə 29 mart 2015-ci il tarixli qətnaməsi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış; Pakistan Milli Bankının Bakı Filialı və İddiaçı2 arasında ünvan 8 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi; Qətnamənin "hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi" tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, kredit borcunun tutulması, hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin mənzildən çıxarılması tələbləri üzrə qətnamələr qanuni qüvvədədir. Məhkəmənin nəzərinə çatdırır ki, Pakistan Milli Bankının Bakı Filialı ilə İddiaçı2 arasında 13 mart 2009-cu il tarixdə 24 saylı zaminlik müqaviləsi imzalanmışdır və kredit müqaviləsi üzrə İddiaçı2 tam məsuliyyət daşıyır, İpoteka müqaviləsinin etibarsız hesab edilməsi zaminlik müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bundan əlavə, qeyd edilməlidir ki, özünü “iddiaçı” kimi təqdim edən şəxslərin hazırkı işdə qaldırdıqları iddia üzrə subyektiv hüquqları da yoxdur. Belə ki, iş materiallarından da göründüyü kimi, X7 28 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Hazırkı işdə özünü X5 vərəsələri kimi təqdim edən şəxslərin mərhumun vərəsələri olmalarına dair şəhadətnamə təqdim edilməmiş, özlərinin vərəsə olmalarını əmlaka “faktiki sahiblik” etmələri ilə sübut etməyə, yəni, “vərəsə” statuslarını artıq müəyyən olunmuş hüquqi fakt kimi təqdim etməyə cəhd edirlər. İddia tələbindən də göründüyü kimi, hazırkı mübahisə iddiaçıların vərəsəliyinin müəyyən edilməsi ilə deyil, qeydiyyatın ləğv edilməsi ilə bağlıdır. Məlum olduğu kimi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. İddiaçılar iddia tələbinin hüquqi əsası kimi həmin maddədə göstərilən əsaslardan heç birinə istinad edə bilməmişlər, belə ki, Pakistan Milli Bankının Bakı Filialı həmin mənzili qeyd edilən qanunun 8.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol) əldə etmişdir. İddiaçıların istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli, 2(103)4115/2015 saylı qətnaməsi isə Pakistan Milli Bankının Bakı Filialının mülkiyyət hüququna dair qeydin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, yuxanda da qeyd edildiyi kimi, həmin əmlaka dair reyestrdəki qeyd həqiqilik və etibarlılıq prezumpsiyası qüvvədə olan hərracın yekunlanna dair yekun protokol əsasında aparılmışdır. Yuxanda da qeyd edildiyi kimi, ipoteka predmeti olmuş mənzilə tələb yönəldilməsini, onun açıq hərracdan satılaraq, təminat verdiyi kredit üzrə borcun həmin mənzilin satışından əldə edilmiş vəsaiti hesabına ödənilməsini qət etmiş məhkəmə qətnaməsi qüvvədə olduğu halda, həmin qətnamənin ləğv edilməsinə və ya mənzilin hərracdan əldə edilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbin rədd edilməsinə dair qətnamə qüvvədə olduğu halda, yəni daşınmaz əmlakın dövlət reyestrindəki qeydin aparılmasına əsas olmuş hüquqverici sənədlərin mübahisələndirilməsinə dair tələblərin rədd edilməsinə dair qətnamə qüvvədə olduğu halda, “qeydiyyatın ləğv edilməsi tələbinə dair” iddianın heç bir əsasının olmadığı aşkardır. Bundan əlavə, iddiaçıların istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 iyun 2015-ci il tarixli, 2(103)4115/2015 saylı qətnaməsinin qəbul edildiyi tarixdən sonra keçən 6 ildən də çox müddət ərzində X1 həmin qətnaməyə istinad edərək, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2010-cu il tarixli, 2(103)-2668/2010 saylı qətnaməsinə yeni açılmış hallar üzrə baxılması üçün müraciət edilməmişdir. Qeyd etmək lazımdır ki, hərracın nəticələrinə dair yekun protokolunun etibarsızlığı ilə bağlı 1 illik iddia müddəti və məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılması üçün müəyyən edilmiş 2 aylı müraciət müddəti çoxdan ötürülmüşdür. “Vərəsələrin” (iddiaçıların) isə hazırda həmin əsaslarla məhkəməyə müraciət etmək hüquqlarının olmadığını sübut etməyə ehtiyac yoxdur. İş materiallarından da göründüyü kimi, iddiaçıların mübahisələndirməyə cəhd etdiyi xx.xx.2012-ci ildə Pakistan Milli Bankının Bakı Filialının adına olan çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi 12 bundan əvvəl bağlanmış, mərhum X7 tərəfindən də mübahisələndirilmiş və yekun məhkəmə aktı ilə həmin tələb rədd edilmiş, mənzilin boşaldılması tələbi ilə Bank tərəfindən iddia qaldırılmış, iddianın təmin olunmasına dair qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçılar qanunla müəyyən edilmiş 1 illik iddia müddəti hələ 12 il bundan əvvəl ötürülmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər iddiaçıların və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilməklə, cavabdeh Hacıyev Emin Müzəffər oğlundan kredit üzrə 38927,50 manat, faiz üzrə 7764,86 manat, cəmi 46692.36 manat qətnamə çıxarılan gündən qətnamə icra olunan günədək 38927.50 manat məbləğinə illik 40% olmaqla faiz hesablanaraq, hər gün üçün 42,66 manat cərimə faizi, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat və iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun X9 Bakı filialının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri ünvan 5anov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə və 13 mart 2009-cu il tarixdə cavabdeh Hacıyev Emin Müzəffər oğlu ilə Pakistan Milli Bankının Bakı filialı arasında bağlanmış «Dövriyyədə olan malların girovu haqqında müqavilə»si üzrə dəyəri 68000 manat olan avadanlığa yönədilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ödəniş gününə Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3401/2012 saylı 16 oktyabr 2012-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi MKnın 13 iyul 2012-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4116/2015 saylı 25 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1854/2015 saylı iş üzrə 29 mart 2015-ci il tarixli qətnaməsi ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin olunmaması, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manatın X4 dövlət büdcəsinin xeyrinə tutulması hissələrində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmışdır. Pakistan Milli Bankının Bakı Filialı və İddiaçı2 arasında ünvan 8 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 şaylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qətnamə “hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 9 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********80 saylı məktubdan görünür ki, Bakı şəhəri, ünvan 5anov rayonu, T.Əliyev küçəsi, ev 38, 18 saylı mənzil Bakı şəhər 42 saylı DNK-nın 3MA-579 reyestr nömrəli xx.xx.2000-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin ünvan 5anov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)-361/2010 nömrəli icra vərəqinə, xx.xx.2012-ci il tarixli Y-803 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə və Bakı şəhər 13 saylı DNK-nın 7E-1524 reyestr nömrəli 23.02 2012-ci il tarixli şəhadətnaməsinə əsasən Pakistan Milli Bankının Bakı filialının adına özgəninkiləşdirilmişdir. Hazırda Bakı şəhəri, ünvan 5anov rayonu, T.Əliyev küçəsi, ev 38, 18 saylı mənzil Pakistan Milli Bankının Bakı filialının mülkiyyətindədir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.... “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları və tərəflərin nümayəndə-vəkillərinin izahatları ilə müəyyən edilmişdir ki: - Pakistan Milli Bankının Bakı filialı Hacıyev Emin Müzəffər oğluna və İddiaçı2 qarşı «kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə və dövriyyədə olan girov qoyulmuş əmlaklara yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. - Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Hacıyev Emin Müzəffər oğlundan kredit üzrə cəmi 46692.36 manat qətnamə çıxarılan gündən qətnamə icra olunan günədək 38927.50 manat məbləğinə illik 40% olmaqla faiz hesablanaraq, hər gün üçün 42,66 manat cərimə faizi, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat və iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun X9 Bakı filialının xeyrinə tutulması, tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri ünvan 5anov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə yönədilərək, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ödəniş gününə Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. - Bakı Apellyasiya Məhkəməsi MK-nın 23 iyul 2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. - Bundan sonra İddiaçı2 həyat yoldaşı X3 Milli Bankının Bakı Filialına (bank) və Hacıyev Emin Müzəffər oğluna qarşı iddia ərizəsi, sonradan isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini və 5 saylı notariat kontorunu da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək bankla İddiaçı2 arasında ünvan 8 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsinin, həmin mənzilin bankın mülkiyyətinə keçirilməsinə dair hərrac protokolunun və bunun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sözügedən mənzilin bankın mülkiyyətinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv olunması, mülkiyyət hüquqlarının bərpa edilməsi və kredit borcunun Hacıyev Emin Müzəffər oğlu ilə bank arasında 13 mart 2009-cu il tarixdə bağlanmış müqavilə üzrə dövriyyədə olan malların girovuna (avadanlıqlara) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4116/2015 saylı 25 iyun 2015-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-1854/2015 saylı iş üzrə 29 mart 2015-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, Pakistan Milli Bankının Bakı Filialı və İddiaçı2 arasında ünvan 8 ünvanında yerləşən 18 saylı mənzilin ipotekaya qoyulmasına dair bağlanılmış 13 mart 2009-cu il tarixli 9 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, qətnamə “hərrac protokolunun və onun əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bankın adına verilmiş mülkiyyət sənədinin ləğv olunması və mülkiyyət hüquqlarının bərpa edilməsi” tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Mübahisəli mənzil ünvan 5anov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)-361/2010 nömrəli icra vərəqinə, xx.xx.2012-ci il tarixli Y-803 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə və Bakı şəhər 13 saylı DNK-nın 7E-1524 reyestr nömrəli 23.02 2012-ci il tarixli şəhadətnaməsinə əsasən Pakistan Milli Bankının Bakı filialının adına özgəninkiləşdirilmişdir və Bakı şəhəri, ünvan 5anov rayonu, T.Əliyev küçəsi, ev 38, 18 saylı mənzil Pakistan Milli Bankının Bakı filialının mülkiyyətindədir. - Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. - Cavabdeh Pakistan Milli Bankı Bakı Filialı iddia tələbini qəbul etmir. Göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir :
1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi;
2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, mübahisəli Bakı şəhəri ünvan 5anov rayonu, Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzil özgəninkiləşdirilməsindən əvvəl İddiaçı2 adına X7 ilə birgə nikahı zamanı qeydə alındığından, habelə X7 vəfat etsə də, iddiaçılar – mərhumun övladları İddiaçı1, İddiaçı3, habelə yoldaşı İddiaçı2 həmin mənzildə yaşadıqlarından, əmlaka münasibətdə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malikdirlər. Bununla belə məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olsalar da, onların iddia tələbi əsaslı deyildir. Belə ki, Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi ilə kredit müqaviləsi üzrə tutmanın İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti Bakı şəhəri ünvan 5anov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə yönədilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Pakistan Milli Bankının Bakı filialına olan borcların ödənilməsi qət edilmişdir. Qətnamə apellyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış və bundan sonra icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasına yönələn tədbirlərin həyata keçirilməsi məcburidir. Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsi iddianın qismən təmin edilərək tutmanın mənzilə yönəldilməsi və açıq hərracda satılması barədə qətnamə qəbul etmişdir ki, həmin qətnamə də qanuni qüvvəsini aldığından və icra edilməli olduğundan icra tədbirləri nəticəsində mübahisəli mənzil xx.xx.2012-ci il tarixdə keçirilmiş açıq hərraca əsasən iş üzrə cavabdeh Pakistan Milli Bankı Bakı Filialının adına özgəninkiləşdirilmişdir. Buna əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və əmlakın mülkiyyətçisinin Pakistan Milli Bankı Bakı Filialı olmasını təsdiq edən müvafiq reyestrdən çıxarış verilmişdir. Əmlak hazırda da Bankın mülkiyyətindədir. Mənzilin özgəninkiləşdirilməsindən 3 ilə yaxın müddət keçdikdən sonra İddiaçı2 həyat yoldaşı mərhum X5 iddiasına əsasən, əmlakın açıq hərracda satılmasına əsas olmuş ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Hazırda iddiaçılar bu hala əsaslanaraq Pakistan Milli Bankı Bakı Filialının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, nə qədər ki, kredit müqaviləsi üzrə tutmanın cavabdeh İddiaçı2 mülkiyyətində olan ipoteka predmeti olan Bakı şəhəri ünvan 5anov rayonu Teymur Əliyev küçəsi 38 saylı binada yerləşən 18 saylı mənzilə yönədilərək açıq hərracda satılması barədə Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi qüvvədədir, həmin qətnamənin icrası kimi əmlakın Pakistan Milli Bankı Bakı Filialının mülkiyyətinə keçməsi barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da əsaslıdır və ləğv oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 432.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. 433-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. 438.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir. 236-1.5-ci maddəsinə əsasən, işə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların qaldırdığı bütün bu məsələlərə, o cümlədən cavabdehin mənzilə mülkiyyət hüququnun əsaslı olmamasına və onun adına aparılmış qeydiyyatın ləğv edilməsinə Azərbaycan Respublikası MPM-nin 45-ci Fəsli ilə nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraatda qiymət verilə bilər. Məhkəmə iddia tələbinin “evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi” barədə ikinci hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddia tələbinin birinci hissəsi – ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009-cu il tarixli MH № ******* nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi – təmin edilmədiyindən və mübahisəli əmlak qanuni əsaslarla cavabdeh Bankın mülkiyyətində olduğundan, əmlakın iddiaçının mülkiyyətində olmasına dair qeydiyyatın bərpa edilməsi barədə tələb də məhkəmə tərəfindən təmin edilə bilməz. Bununla yanaşı, cavabdeh Pakistan Milli Bankı Bakı Filialının nümayəndəsi və vəkili məhkəmə iclaslar zamanı yazılı ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi mübahisəli mənzilə 02 mart 2010-cu il tarixli məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmişdir. Mənzilə dair 2012-ci il tarixdə açıq hərrac keçirilmiş və əmlak açıq hərrac protokoluna əsasən 2012-ci il tarixdən etibarən Bankın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bununla belə iddiaçılar əmlaka dair qeydiyyatın ləğvi barədə tələb ilə 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərlə yanaşı, mülki qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən, müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən yazılı ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçıların hazırki iddia tələbi təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair cavabdehin adına aparılmış qeydiyyat qanuni qüvvədə olan Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsinin 2(005)-361/2010 saylı 02 mart 2010-cu il tarixli qətnaməsi əsasında verildiyindən, yəni qeydiyyatın aparılmasının qanuni əsası kimi qüvvədə olan məhkəmə qərarı çıxış etdiyindən iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş 29.03. 2009-cu il tarixli MH №0186377 nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Pakistan Milli Bankı Bakı Filialına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair cavabdeh Pakistan Milli Bankın Bakı Flilalı adına verilmiş xx.xx.2009-cu il tarixli MH №0186377 nömrəli Çıxarışın verilməsinə əsas olan dövlət reyestrində qeydiyyatın ləğv edilməsi, həmin evə İddiaçı2 adına olan qeydiyyatın bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri ünvan 5anov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva