Məhkəmə qərarları › İş №2(005)-1311/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1311/2025

13.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1311/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh Gunesh Tagiyeva, Nərimanov RPİ-nin 17-ci polis bölməsi, vəkil Pərvin (Deloitte Azerbaijan), Cəmilənin iki qızısı, Gülya (Şəfiqənin böyük qızısı) və onun ərisi, Mikayıl Cabbarovun arvadı, Fidan Alishanovanın bacısının oğlu Vüsal, Gula xanım (Kirka), Larisa Vodyanova (Nataliya Vodyanovanın anası) kimi qeyd edilən şəxslərə qarşı cinayətkar adamların həbsə alınması, zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gunesh Tagiyeva, Nərimanov RPİ-nin 17-ci polis bölməsi, vəkil Pərvin (Deloitte Azerbaijan), Cəmilənin iki qızı, Gülya (Şəfiqənin böyük qızısı) və onun əri, Mikayıl Cabbarovun arvadı, Fidan Alishanovanın bacısının oğlu Vüsal, Gula xanım (Kirka), Larisa Vodyanova (Nataliya Vodyanovanın anası)kimi qeyd edilən şəxslərə qarşı cinayətkar adamların həbsə alınması, zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, şikayəti Azərbaycan vətəndaşları Gunesh Tagiyevanın (subay qadın, 27-28 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, uşağı yoxdur), Vəkil Pərvinin (subay qadın, 32-39 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, uşağı yoxdur), Cəmilənin böyük qızısının (evli qadın, 29-35 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, 14-dən yaşağı yaşında olan uşağ(lar)ı vardır), Cəmilənin balaca qızısı (boşanmış qadın, 29-35 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, 14-dən yaşağı yaşında olan uşağı vardır, Gulya xanım (evdar qadın, 67-75 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, iki 35-dən yuxarı yaşında olan uşağı vardır), Fidan Alishanova-nın bacısının oğlusu Vüsalın (subay kişi, tələbədir, 19-26 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur), Gülyanın (Şəfiqənin böyük qızısı, evli qadın, 35-43 yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, 16-dan yaşağı yaşında olan uşağ(lar)ı vardır), Gulyanın (Şəfiqənin böyük qızısı-nın) ərisi-nin (evli kişi iştəyir, 35-50 yaşı vardır, güdülmə fəaliyəti ilə məşğuldur, 16dan yaşağı yaşında olan uşağ(lar)ı vardır), Nərimanov RPİ-nin 17-ci polis bölməsinin (Daxili işlər nazirliyinin sisteminə daxil olan qurum) (“Polis Bölməsi”), qoca kişi print eləyəndir 62 yaşından yuxarı) və rus vətəndaşı Larisa Vodianova-nın (Natalya Vodyanovanın anası, evdar qadın, 60 yaşından yuxarı) cavabdehlər hərəkətlərinin qanunsuz (cinayət) hesab edilməsi və ailəmizi zərər çəkən tərəflər qismində tanınması ilə bağlıdır (vurulmuş ziyana görə müəyyən kompensasiyanın ödənilməsi). İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını özünün və ailə üzvlərinin zərərçəkmiş şəxs qismində tanınması, cinayətkar şəxslərin tutulması təşkil edir, hansı ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Qeyd edilənlərdən də göründüyü kimi, cinayət əməlindən zərərçəkmiş şəxs qismində tanınma cinayət mühakimə icraatı qaydasında araşdırılmalı məsələ olduğundan, mülki məhkəmə qaydasında həmin məsələyə baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.3 və 15.4-cü bəndlərinə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Gunesh Tagiyeva, Nərimanov RPİ-nin 17-ci polis bölməsi, vəkil Pərvin (Deloitte Azerbaijan), Cəmilənin iki qızı, Gülya (Şəfiqənin böyük qızısı) və onun ərisi, Mikayıl Cabbarovun arvadı, Fidan Alishanovanın bacısının oğlu Vüsal, Gula xanım (Kirka), Larisa Vodyanova (Nataliya Vodyanovanın anası) kimi qeyd edilən şəxslərə qarşı cinayətkar adamların həbsə alınması zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı zərərçəkmiş şəxs qismində tanınma ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyəti olan orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar