Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1466/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı X22 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X22 Səhmdar Cəmiyyətinin cavabdehlər X13, Cavabdeh2 və Cavabdeh3 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X22 Səhmdar Cəmiyyətinin cavabdehlər X13 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MİTSUBİSHİ AİRTREK" markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.470,40 (bir min dörd yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər X6 və Cavabdeh2 tutularaq İddiaçı X23 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X22 Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X15 xx xxxx 2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən manevretmə qaydalarını pozaraq “MİTSUBİSHİ AİRTREK” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, cavabdeh X15 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən cavabdeh X15 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər X6 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh X8 təqsirli olması Lənkəran Rayon Məhkəməsinin inzibati xəta haqqında qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “MİTSUBİSHİ AİRTREK” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.440 (bir min dörd yüz qırx) manat məbləğində ziyan dəymişdir. PAT********** nömrəli sığorta müqaviləsinin 049315 nömrəli sığorta aktına əsasən İddiaçı X22 Səhmdar Cəmiyyəti 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişini həyata keçirmişdir. Bu baxımdan, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı X22 Səhmdar Cəmiyyətinə dəymiş 1.440 (bir min dörd yüz qırx) manat məbləğində zərərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlər X6 və Cavabdeh2 alınaraq İddiaçı X22 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddiaçı X22 Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh X15 xx xxxx 2018-ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən manevretmə qaydalarını pozaraq “MİTSUBİSHİ AİRTREK” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, X15 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən X15 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər X6 və Cavabdeh2 tutulmalıdır. Hazırki iddia tələbi üzrə cavadbeh X8 idarə etdiyi avtomobilin mülkiyətçisi Cavabdeh2 olduğu üçün cavadbeh qismində cəlb edilmişdir. Lakin Cavabdeh2 ƏN-İV seriyalı 378961 nömrəli etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmək üçün X14 etibar etməklə sonuncu sahiblik hüququnu eldə etmişdir. Bu səbəbdən də hesab edir ki, X17 cavabdeh qismində cəlb edilməlidir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alaraq, “MİTSUBİSHİ AİRTREK” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.470,40 (bir min dörd yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsairi cavabdehlər X6, Cavabdeh2 və X10 müştərək qaydada tutularaq İddiaçı X22 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X17 İddiaçı X22 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 vəsatəti əsasında mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı X22 Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X11 iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər X13 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X8 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 51 nömrəli notariat kontoru tərəfindən 7E-881 reyestr nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş ƏN-İV seriyalı 378961 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən onun özünə məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh3 1 (bir) il müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək etibarnamə verilmişdir; Cavabdeh2 tərəfindən Bakı şəhəri 51 nömrəli notariat kontoruna ünvanladığı xx xxxx 2018ci il tarixli ərizəsinin surətindən görünür ki, onun tərəfindən özünə məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair 1 (bir) il müddətinə Cavabdeh3 verilmiş Bakı şəhəri 51 nömrəli notariat kontoru tərəfindən 7E-881 reyestr nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş ƏN-İV seriyalı 378961 nömrəli etibarnamənin ləğv edilməsini xahiş etmişdir; Bakı şəhəri 51 nömrəli notariat kontorunun Cavabdeh2 ünvanladığı xx xxxx 2018-ci il tarixli 274 nömrəli məktubunun surətindən görünür ki, ona məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh3 verilmiş xx xxxxxx 2018-ci il tarixli 7E-881 reyestr nömrəli etibarnamə xx xxxx 2018-ci il tarixdə ərizəsinə əsasən ləğv edilmişdir; Lənkəran Rayon Polis Şöbəsinin xx xxxx 2018-ci il tarixli İXP seriyalı ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokolun surətindən görünür ki, X15 xx xxxx 2018-ci il tarixdə saat 13:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran rayonu, Aşağı Nüvədi kəndində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq manevr etməsi nəticəsində X5 məxsus “MİTSUBİSHİ AİRTİREK” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuş və ona 1.433 (bir min dörd yüz otuz üç) manat məbləğində maddi ziyan dəymişdir. Bununla da, X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir; Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(049)-373/2018 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, inzibati xəta törətmiş X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbsetmənin əvvəli xx xxxx 2018-ci il tarixdən saat 16:30-dan hesablanması qərara alınmışdır; xx xxxxx 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın məzmunundan görünür ki, 2002-ci il buraxılışlı, **-DU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 1.440 (bir min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir; xx xxxxx 2018-ci il tarixli 049315 nömrəli sığorta aktının məzmunundan görünür ki, İddiaçı X22 Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış PAT********** nömrəli xx xxxxxx 2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 2002-ci il buraxılışlı, **-DU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin sığortaçı cəmiyyətdə sığortalanması əsası ilə İddiaçı X22 Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxs X5 xx xxxxx 2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilməsi qərara alınmışdır; xx xxxxx 2018-ci il tarixli 3284 nömrəli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X22 Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxs X4 hesabına 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X21 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş AD seriyalı 144669 nömrəli nəqliyyat vasitsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı il buraxılışlı, “VAZ 21074” markalı, **- EO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X21 Qeydiyyat və İmtahan İdarəsi tərəfindən xx xxxxxx 2014-cü il tarixdə verilmiş AC seriyalı 192719 nömrəli nəqliyyat vasitsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2002-ci il buraxılışlı, “MİTSUBİSHİ AİRTİREK” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur; İddiaçı X22 Səhmdar Cəmiyyətinin Cavabdeh2 və X13 ünvanladığı müvafiq olaraq xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli pretenziya məktublarının məzmunlarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1.440 (bir min dörd yüz qırx) manat məbləğində maddi ziyan sığorta ödənişi şəklində faydalanan şəxsə ödənildiyindən, həmin məbləğin subroqasiya qaydasında ödənişinin 3 (üç) gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə müvafiq məbləğin qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020ci il tarixli 9/1772 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, nəzəri hesablama yolu ilə texniki ekspertiza şöbəsi tərəfindən təqdim edilmiş xx xxxxx 2018-ci il tarixli 083479 nömrəli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı, “MİTSUBİSHİ AİRTİREK” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1.440 (bir min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxx 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı X22 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır; 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir; 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən onun özünə məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh3 1 (bir) il müddətinə, yəni xx xxxxxx 2019-cu il tarixədək Bakı şəhəri 51 nömrəli notariat kontoru tərəfindən 7E-881 reyestr nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş ƏN-İV seriyalı 378961 nömrəli etibarnamə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 xx xxxx 2018-ci il tarixli ərizəsi əsasında onun tərəfindən özünə məxsus “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair 1 (bir) il müddətinə Cavabdeh3 verilmiş Bakı şəhəri 51 nömrəli notariat kontoru tərəfindən 7E-881 reyestr nömrəsi ilə xx xxxxxx 2018-ci il tarixdə təsdiq edilmiş ƏN-İV seriyalı 378961 nömrəli etibarnamə ləğv edilmişdir; Həmçinin müəyyən edilmişdir ki, X15 xx xxxx 2018-ci il tarixdə saat 13:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran rayonu, Aşağı Nüvədi kəndində hərəkətdə olarkən əks hərəkət zolağına çıxaraq manevr etməsi nəticəsində X5 məxsus “MİTSUBİSHİ AİRTİREK” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə toqquşmuş və ona 1.433 (bir min dörd yüz otuz üç) manat məbləğində maddi ziyan dəymişdir. Bununla da, X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 3(049)-373/2018 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla inzibati xəta törətmiş X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilmiş, inzibati qaydada həbsetmənin əvvəli xx xxxx 2018-ci il tarixdən saat 16:30-dan hesablanması qərara alınmışdır. Eləcə də müəyyən edilmişdir ki, 2002-ci il buraxılışlı, **-DU-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı zədələnmiş avtomobilə 1.440 (bir min dörd yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. İddiaçı X22 Səhmdar Cəmiyyəti tərəfindən faydalanan şəxs X4 hesabına 1.440 (bir min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı X15 avtomobili etibarnaməsiz idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı İddiaçı X22 Səhmdar Cəmiyyətinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı X22 Səhmdar Cəmiyyətinə keçdiyindən iddia ərizəsi pul tələbi hissəsində tam təmin edilməli, faydalanan şəxs X4 hesabına ödənilmiş 1.440 (bir min dörd yüz qırx) manat məbləğində pul vəsaiti iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, “MİTSUBİSHİ AİRTİREK” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 məxsus olmasına baxmayaraq, onun mülkiyyətində olan avtomobilin üçüncü şəxslər tərəfindən istismar edilməsinə dair məlumatının olması halına borclu olmadığından, o, X15 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X22 Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30,40 (otuz manat qərx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər X13 və Cavabdeh3 müştərək qaydada aid edilməlidir. Eyni zamanda, ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X6 və Cavabdeh3 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh3 müştərək qaydada 1.440 (bir min dörd yüz qırx) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı X22 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Aparılmış ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X6 və Cavabdeh3 müştərək qaydada dövlət büdcəsinin xeyrinə tutulsun. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1466/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1466/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver