Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-147/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 qarşı “fiziki ayrılma yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgünün təsdiq edilməsi yolu ilə onun cavabdehlərlə birlikdə ümumi paylı mülkiyyət hüququna xitam verilməsinə və evin Texniki Pasportunda “B” literi ilə işarələnmiş tikilisinin üzərində “1 ” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.mdən ibarət 3 otaqlı yaşayış sahəsinin/evin cavabdehlərə məxsus digər tikililərindən naturada ayrılmasına dair qətnamə qəbul barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində yerləşən 11 nömrəli evin 46.4kv.m.-dən ibarət olan 3 otağını 27 mart 2007-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. xx.xx.2007-ci il tarixdə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə qeydiyyata aldıraraq MH seriyalı ******* nömrəli Çıxarış almışdır. Çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində istifadədə olan 0,07253 ha torpaq sahəsi üzərində yerləşən 5 ədəd 1 və 2 mərtəbəli, 31 otaqlı, 463.7kv.m. yaşayış, 185.85kv.m. köməkçi sahədən ibarət, paylı mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinin 3/16 hissədən ibarət 46.4.kv.m. ölçülü 3(üç) otaqlı hissəsinin mülkiyyətçisi hesab olunur. Fərdi yaşayış evi adına xx.xx.2007-ci il tarixdə tərtib olunmuş Texniki Pasportdan görünür ki, ona məxsus otaqlar 0,09687(968kv.m.) sahədəki “A", “B", “E”, “J”, “Q”, “V” tikililərdən ibarət evin “B” tikilisində yerləşir. “B” tikilisinin özü isə ümumi paylı mülkiyyətdə olan evin digər tikililərindən ayrıca yerləşir, “B” tikilisinin ümumi istifadədə olan həyətə çıxışı və qonşu olmayan istiqamətə sərbəst olan tərəfi vardır. “B” tikilisində ondan başqa sair mülkiyyətçilər də vardır. Lakin ona məxsus otaqlar “B” tikilsinin digər sahələrindən ayrıdır və təcrid olunmuş sahədədir. 15.3, 11.7 və 15.1 kv.m. 3 (üç) otaq və 3, 0.7 və 0.6kv.m.-dən ibarət köməkçi sahələr 1 mərtəbəli tikilidə (binada) yerləşir, 2007-ci il tarixdə bu ölçüdə otaqları alarkən otaqlar “B” tikilisinin digər otaqlarından və hissələrindən daxili arakəsmə ilə ayrılmışdır. X4 əsasən onun aldığı otaqları digər otaqlarla birləşdirən yeganə qapı hal-hazırda ona məxsus olan 15.5 kv.m. otaqla “B” tikilisinin ona məlum olmayan digər sakininin 15.8 kv.m. otağı arasında olan qapı idi ki, o, otaqları alanda bu qapı sökülmüş, boşluğu isə divarla hörülmüş vəziyyətdə idi. Faktiki olaraq aldığı otaqlarla “B” tikilisinin digər otaqları arasında keçid qapısı mövcud deyildi. Artıq həmin dövrdən indiyə kimi bu vəziyyətdə orada yaşayır, özünün ümumi həyətə sərbəst girişçıxışı, oradan da ictimai yola birbaşa çıxışı vardır. Ona məxsus otaqların “B” tikilisi ilə həmsərhəd olmayan əks tərəfi isə sərbəstdir, burada onun yaz-yay aylarında istifadə etdiyi sərbəst həyəti vardır ki, oradan da ictimai yola çıxışı mövcuddur. “B” tikilisinin digər otaqlarının sakinlərinin də ümumi həyətə çıxışları vardır. Onlarla heç bir ortaq giriş-çıxışı yoxdur. İndiyə kimi birgə mülkiyyət yalnız sənəd üzərində mövcud olmuşdur, gerçəklikdə isə o və digər sakinlər öz paylarından müstəqil və fərdi qaydada istifadə etmişlər. Ona və digər sakinlərə, payçılara məxsus payların ayrıca sanitar qovşağı, fərdi köməkçi sahələri vardır. Öz sanitar qovşağı və köməkçi sahələrindən yalnız özü və ailsi istifadə edir, bunlar ümumi istifadədə deyildir. Digər payçılara və sakinlərə, o cümlədən də “B” tikilisində yerləşən digər payçılara və sakinləriə məxsus otaqların da giriş-çıxış qapısı ayrıcadır və birbaşa həyətə açılır, bunların ona heç bir təsiri və aidiyyəti yoxdur. Hazırda mülkiyyətində olan payına müstəqil surətdə sərəncam verə bilmir və mülkiyyət hüququnu istəyinə uyğun olaraq gerçəkləşdirə bilmir. Bölgü ilə bağlı onun və cavabdehlər arasında fikir ayrılığı yoxdur, lakin, onlarla şəxsi tanışlığı olmadığından onları bölgü sxeminin tərtibi, notariat orqanında təsdiqi ilə bağlı rəsmiləşmə işlərinə cəlb edə bilmir, bəziləri mülk sahibləri olsalar da, həyətdə yaşamırlar, evlərini kirayə vermişlər, onları axtarıb tapmaq, məsələnin mahiyyətini anladaraq bunun razılaşma yolu ilə həllinə gətirib çıxartmaq mümkün deyildir. Bu səbəbdən hüquqlarını məhkəmə qaydasında təsdiq etdirmək məcburiyyətində qalmışdır. Öz payını cavabdehlərin payından ayırmaq, payı üzərində xüsusi mülkiyyət hüququnu fərdi qaydada, təkbaşına olaraq qeydiyyata aldırmaq niyyətindədir. Bunun üçün ilk növbədə mövcud fiziki ayrılmanın texniki sənədlərdə əks etdirilməsi tələb olunur. Fiziki bölgünün texniki sənədlərdə əks olunması üçün isə ya tərəflərin qarşılıqlı razılaşması ilə notarial qaydada təsdiq olunmuş bölğü sxemi tərtib edilməli, yaxud da bununla bağlı məhkəmə qətnaməsi olmalıdır. Məlum olduğu kimi, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Payçısı olduğu fərdi yaşayış evində paylar məlumdur, neçə illərdir ki, faktiki olaraq (mövcud vəziyyətində) və fiziki olaraq(yerləşməsinə,istifadə və sahiblik imkanlarına görə) hissələrə ayrılmışdır, lakin hüquqi ayrılma aparılmamışdır və evin həm hüquqi, həm də texniki sənədləşmə cəhətdən ayrılmasına zərurət vardır. Qanunvericiliklə təsbit və müəyyən olunmuş hüquqlarını əsas tutularaq, digər mülkiyyətçilərlə aralarındakı ümumi paylı mülkiyyət hüququna mövcud faktiki fiziki bölgünün məhkəmə qaydasında təsdiqi yolu ilə xitam verilməli, payımın naturada ayrılması təmin edilməlidir. Tələblərim məhkəmə qaydasında araşdırılmalı və əmlakıma təkbaşına sahib olmaq, ondan istifadə etmək və onun barəsində təkbaşına sərəncam verməklə bağlı hüquqlarım təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Rüfət oğlu iddia ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Malik Məmmədov küçəsində istifadədə olan 0.07253 ha torpaq sahəsində yerləşən 5 ədəd 1 və 1 mərtəbəli, 31 otaqlı, 463.7 kv.m yaşayış, 185.85 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 3/16 hissədən 3 otaq 47.3 kv.m Cavabdeh1 4/16 hissədən 2 otaq 24.5 kv.m Cavabdeh2 Mirzəağa oğlunun 4/16 hissədən 1otaq 17.4 kv.m. Cavabdeh3 4/16 hissədən 2 ot-y/s 39.3kv.m; k/s 38.4kv.m.. Cavabdeh9 1/16 hissədən 1 hissə, Cavabdeh10 1/16 hissədən 1 hissə, Cavabdeh11-1/16 hissədən 1 hissə, Cavabdeh12-1/16 hissədən 1 hissə, X2-1/16 hissədən 1 hissə, Cavabdeh4-4/16 hissə, oğlunun-4/16 hissədən 2y/ot- 32.4kv.m., Cavabdeh7-3/16 hissədən 2ot-26.95kv.m., Cavabdeh8-3/16 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli kitabının 3067 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/208 saylı xx.xx.2022-ci il tarixli mülki iş materiallarında olan rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə ünvan 2 ünvanında İddiaçı məxsus 3/16 hissənin texniki cəhətdən real bölgüsü mümkündür və faktiki olaraq həmin hissə bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin ayrıca giriş-çıxış qapısı, mətbəx sahəsi və sanitar qovşağı mövcuddur.İddiaçının giriş-çıxış qapısı ayrıca olaraq birbaşa yola açıldığından, digər şəxslərə maneçilik törətmir. Fərdi yaşayış evinin mövcud vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində istifadədə olan 0,07253 ha torpaq sahəsi üzərində yerləşən tikililər daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov küçəsində istifadədə olan 0,07253 ha torpaq sahəsi üzərində yerləşən 5 ədəd 1 və 2 mərtəbəli, 31 otaqlı, 463.7kv.m. yaşayış, 185.85kv.m. köməkçi sahədən ibarət, paylı mülkiyyətdə olan 11 nömrəli fərdi yaşayış evinin 3/16 hissədən ibarət 46.4.kv.m. ölçülü 3(üç) otaqlı hissəsinin mülkiyyətçisidir. Qeyd edilən torpaq sahəsində yerləşən digər tikililər cavabdehlərə məxsusdur. Hazırda İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mövcud faktiki fiziki bölgünün təsdiq edilməsi yolu ilə onun cavabdehlərlə birlikdə ümumi paylı mülkiyyət hüququna xitam verilməsini və evin Texniki Pasportunda “B” literi ilə işarələnmiş tikilisinin üzərində “1 ” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.mdən ibarət 3 otaqlı yaşayış sahəsinin/evin cavabdehlərə məxsus digər tikililərindən naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarının təsviri-əsaslandırma hissəsində deyilir ki, “Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. ” Mülki işin hallarının araşdırılması zamanı iddiaçının tələbi əsasında ona məxsus olan tikilinin digər tikililərdən naturada ayrılmasının mümkün olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/208 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olmuşdur ki, ünvan 2 ünvanında İddiaçı məxsus 3/16 hissənin texniki cəhətdən real bölgüsü mümkündür və faktiki olaraq həmin hissə bölünmüş vəziyyətdədir. Fərdi yaşayış evinin ayrıca giriş-çıxış qapısı, mətbəx sahəsi və sanitar qovşağı mövcuddur. İddiaçının giriş-çıxış qapısı ayrıca olaraq birbaşa yola açıldığından, digər şəxslərə maneçilik törətmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ekspert rəyi nəzərə alınmaqla İddiaçı iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı paylı mülkiyyətdən öz payının ayrılmasını tələb etməsi qanunvericiliyin tələblərinə zidd deyil. (AR MM 220.2-ci maddə) Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin rədd edilməsi, İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, ona məxsus olan əmlakdan istifadə, sahiblik və sərəncam hüquqlarının sərbəst surətdə həyata keçirilməsinə maneçilik törədə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı münasibətdə paylı mülkiyyət hüququna xitam verilərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportunda “B” literi ilə işarələnmiş tikilisinin üzərində “1 ” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.1 kv.m olan otağının “2” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 11.7 kv.m olan otağının, “3” rəqəmi ilə işarələnmiş yaşayış sahəsi 15.5 kv.m olan otağının, həmçinin 3, 0.7 və 0.6 kv.m-dən ibarət yardımçı sahələrinin, cəmi 46.4 kv.m-dən ibarət 3 otaqlı yaşayış sahəsi/evi cavabdehlər (digər paylı mülkiyyətçilər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14 məxsus digər tikililərindən naturada ayrılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-147/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-147/2022
02.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver