Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-150/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili X6, cavabdeh X14 nümayəndəsi X18 iştirakı ilə, İddiaçı cavabdehlər «Oksigen» Klinik Xəstəxanasına və Azərbaycan Tibb X2rşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X8 cavabdehlər «Oksigen» Klinik Xəstəxanasına və Azərbaycan Tibb X2rşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Oksigen” Klinik Xəstəxanası və Azərbaycan Tibb X1 İddiaçı düzgün diaqnoz təyin edilməməsi, əsassız olaraq əməliyyat edilməsi və müayinələrdən keçirilməsi nəticəsində vurulmuş maddi ziyana görə 4 000 (dörd min) manat, mənəvi ziyana görə 10.000 (on min) manat və iddia qaldırmağa görə ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xəstəliyi ilə əlaqədar fasilələrlə xx xxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə kimi 1 və 2 saylı Sumqayıt şəhər xəstəxanalarında, sonda Dəri Zöhrəvi xəstəxanasında stasionar müaləcələr almışdır. xx xxx 2019-cu ildə onu X19 müayinə etmişlər. Oranın həkimlərinin göstərişi ilə onu müayinə üçün Qanköçürmə institutuna, müayinədən sonra isə “Oksigen” Klinik Xəstəxanasına göndərdilər. Klinikanın həkimi Ramin İbrahimov xx xxxx 2019-cu ildə onu müayinə etmiş, müayinə nəticəsində onun qarın boşluğunda 10 ədəddən artıq müxtəlif ölçülərdə-böyüyü 5.6 mm, kiçiyi 3.7 mm ölçüsündə limfa düyünlərinin olması barədə diaqnoz qoymuşdur. Müayinəyə görə 290 manat pul ödəmişdir. Bundan sonra səhhətinin ağır olmasından həyəcanlanaraq Azərbaycan Tibb Universitetinin X15 gedib X28un qəbulunda olmuşdur. “Oksigen” Klinik Xəstəxanasının və Unikal Klinikasının verdiyi diaqnozları və digər tibbi sənədləri ona təqdim etmişdir. Sənədlərə baxandan sonra Yaqub həkim yenidən onu Ultrasəs müayinəsindən keçirmiş, “sağtərəfli körpücüküstü nahiyyədə 2.3x13 mm ölçüdə limfa düyünü" olması barədə diaqnoz qoymuşdur. Həmin nahiyyəni əməliyyat edib düyündən nümunə götürülməsini dedilər. X28 əməliyyatın 10-20 dəqiqəyə kimi davam edəcəyinin deyəndən sonra razılaşmışdır. Lakin əməliyyat 2 saat 30 dəqiqə davam etmiş və X28 çıxaraq demişdir ki, əməliyyat etdiyi nahiyədə limfa düyünü yoxdur. Professordan düyün yoxdursa nə üçün əziyyət verib heç nədən onu əməliyyat etdiyini soruşmuşdur. Halbuki, Yaqub həkim onu UZİ müayinəsindən keçirməklə diaqnoz qoymuş və professor diaqnozla tanış olmuşdu. Bundan sonra X28 Yaqub həkimi çağıraraq ona izah etmişdir ki, əməliyyat etdiyi körpücüküstü nahiyyədə limfa düyünü yoxdur. O, yenidən Qanköçürmə İnstituna İskəndər həkimin yanına gəlmiş, tibbi sənədləri ona göstərib onda limfa düyünün olmamasını və əsassız əməliyyat edildiyini bildirmişdir. Sənədləri nəzərdən keçirəndən sonra İskəndər həkim ATU-nun cərrahiyə şöbəsinin müdiri Qalib həkimə zəng vurmuş, onun məsləhəti ilə həmin şöbənin müalicə həkimi professor Elçin Ağayevin yanına getmişdir. Elçin həkim tibbi sənədlərə baxandan sonra onu yenidən müayinələrdən keçirməklə, analizlər götürmüşdür. Elçin həkim onun qarın nahiyyəsindən 2 yerdən deşib əməliyyat etməklə 2 yerdən limfa düyün nümunələrini götürəcəkdi. Bu əməliyyatı 1500 manata edəcəyini, həmin məbləğin 300 manatını hörmət edəcəyini söyləmişdir. Nəticədə 1200 manata razılaşmış və analizlərə görə 90 manat ödəniş etmişdir. Səhəri gün, yəni xx xxxx 2019-cu il tarixdə həkim onu əməliyyat edərkən əlavə olaraq qara ciyərindən də nümunə götürəcəyini, amma qara ciyərdən götürəcəyi nümunəyə görə haqqı 1200 manata daxil etməyəcəyini söyləmişdir. Guya ona bunu hədiyyə və hörmət edir. Əməliyyat zamanı Elçin həkimin köməkşisi ondan “Oksigen” klinikasının verdiyi diski də götürmüşdür. Əməliyyat 3 saata qurtarmışdır. Elçin həkim qaraciyərdən götürdüyü nümunəni atasına yoxlatdırmaq üçün vermişdir. Demişdir ki, qarın boşluğunda 3 ədəd limfa düyünü müəyyən edib, amma normada olduqlarına görə nümunənin götürülməsinə ehtiyac olmamışdır. Bundan sonra ödədiyi 1200 manatdan 500 manatı ona qaytarmışdır. Əməliyyatdan sonra Elçin həkimə də irad olaraq həqiqətən düyün yox idisə onda nə üçün əməliyyat apardığını bildirmişdir. Cavabında demişdir ki, X16 verdiyi diaqnoza əsasən əməliyyat edib, diaqnozda da düyünlərin olması göstərilib, ona görə də əməliyyat etmişdir. Ona görə də əməliyyat zamanı diski də götürdü ki, mütəxəsisslərə təqdim etsin. Diskə mütəxəsislər baxanda limfa düyünlərinin olmaması müəyyən olunmuşdur. Bundan sonra da əməliyyatı dayandırmışdır. Ona görə də atası X12yıdıb X9 qəbulunda olmuşdur. Ona demişdir ki, verdiyi diaqnoz əsasında oğlunu ATU-nun X13 2 dəfə əməliyyat ediblər, lakin onda limfa düyünləri aşkar olunmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X8 məhkəmə iclasında yazılı vəsatət təqdim edərək, onun əsl iddiaçı (oğlu) İddiaçı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək X8 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Oksigen» Klinik Xəstəxanasının nümayəndəsi X27 iddia tələbini qəbul etməyərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdeh Azərbaycan Tibb Universitetinin X15 məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan X26 tərəfindən verilmiş Epikrizdən görünür ki, xx.xx.2019-cu ildə aparılan intraoperasion geniş təftiş zamanı qaraciyəraltı nahiyyədə böyümüş limfa düyünləri aşkar edilmədi. Bundan sonra intraoperasion təftiş dayandırıldı və KT müayinəsinin plyonka və diski klinikanın radioloq mütəssislərinə göndərildi.Onların rəyinə əsasən 1-ci raporda qeyd olunan böyük ölçüdə patoloji limfa düyünləri aşkar edilmədi və buna görədə limfa düyünlərinin təftişi dayandırıldı. Qaraciyərin sirroza bağlı morfostrukturunu öyrənmək üçün sağpaydan bioptat götürülməklə əməliyyat yekunlaşdırıldı. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçdi və xəstə kafi vəziyyətdə ambulator müalicəyə göndərildi. Aparılan müalicə: Ceftriakson 1.0 g, ringer 400 ml, NaCl 0.9%-400.0, analgin 4,0 metronidazol 100,0 ml. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 560/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1988-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2019-cu il tarixdə ’’Oksigen” Klinik xəstəxanasında X4 Tomoqramma müayinəsindən keçirilmiş və müayinə zamanı onda çoxsaylı patoloji baxımdan böyümüş limfa düyünlərinin olduğu müəyyən edilmişdir. İnstrumental tədqiqat baxımından vizualizə olunan nahiyələrdə müəyyən edilmiş patologiyalar öz təsdiqini tapmışdır. Lakin dəqiq diaqnozun təyin edilməsi üçün biopsiyanm aparılması məsləhət görülmüşdür. 2. İddiaçı müəyyən olunan çoxsaylı patoloji baxımdan böyümüş limfa düyünlərinin morfoloji xüsusiyyətlərinin aydınlaşdırılması üçün bioptanın operativ yolla götürülməsinə tibbi göstəriş vardır. 3. İddiaçı aparılmış instrumental müayinə (KT) görüntüləri mövcud olduğundan onun üzərində operativ müdaxilənin aprılmasma əks göstəriş olmamışdır. 4. İddiaçı aparılmış müayinələr və diaqnozun dəqiqləşdirilməsi üçün üzərində icra edilmiş cərrahiyyə əməliyyatı (biopsiyanm götürülməsi) taktiki cəhətdən düzgün seçim olmuşdur. 5.7 İnstrumental müayinələr zamanı daxili orqanlarda hər hansı patoloji görüntülər müəyyən edildiyi halda diqnostik biopsiyanm aparılması tibbi göstəriş hesab edilir. 6. Qalınlaşmış iltihablı toxuma və ya limfa düyünün təyin edilməsi ultrasəs müayinəsinin informativliyindən asılıdır. Patologiyanın dəqiqləşdirilməsi isə biopsiyanm götürülməsi ilə təyin edilir. Göründüyü kimi, İddiaçı üzərində uzun müddət ayrı-ayrı tibb müəssisələrində tibbi müayinələr aparılmışdır. X17 aparılmış müayinə nəticəsində ona qarın boşluğunda 10 ədəddən artıq müxtəlif ölçülərdə-böyüyü 5.6 mm, kiçiyi 3.7 mm ölçüsündə limfa düyünlərinin olması barədə diaqnoz qoyulmuşdur. Səhhətindəki problemlərin artması səbəbindən iddiaçı Azərbaycan Tibb Universitetinin X13 da müayinəsini davam etdirmişdir. Hazırda İddiaçı X26 və Azərbaycan Tibb Universitetinin X22 tərəfindən aparılmış müalicələrin yanlış olduğunu iddia edərək məhkəməyə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verməzdən əvvəl ilk olaraq onu qeyd etmək istəyir ki, iddia ərizəsi iki hissədən ibarət olmaqla, maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasıdır. Məhkəmə ilk növbədə iddia tələbinin maddi zərərin tutulması hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən iddiaçı tərəfindən cavabdehlərdən 4000 manat maddi zərərin tutulması təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsə dəymiş maddi zərər tələbinin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin törədilməsi, həmin əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi, eləcə də hüquq pozuntusu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqənin mövcud olması faktları müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəməhazırki işdə İddiaçı X17 və Azərbaycan Tibb Universitetinin X13 müalicəsi zamanı xəstəxana (xəstəxanada işləyən tibb personalı) tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiq edilmədiyini, yəni mülki hüquq pozuntusu (deliktin) mövcudluğu iş materialları ilə müəyyən edilmədiyini, əksinə iş materiallarında olan ekspertiza rəyi ilə X17 İddiaçı icra edilmiş müayinə məqsədi daşıyan cərrahi əməliyyatın taktiki cəhətdən düzgün seçim olmasını nəzərə alaraq iddia tələbini maddi zərərin ödənilməsi hissəsində əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə tərəflərin mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X23 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X31 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X23 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X31 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X23 Haqqında Konvensiya”nın müddəaları və X31 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı X17 müayinə edilməsi zamanı onun qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 10000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər «Oksigen» Klinik Xəstəxanasına və Azərbaycan Tibb X2rşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-150/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-150/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver