Məhkəmə qərarları › İş №2(005)-1552/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1552/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1552/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1979-cu il doğum tarixli), Cavabdeh2 (xx.xx.2002-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.2003-cü il doğum tarixli) və X7 (xx.xx.2011-ci il doğum tarixli) ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil dair istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil xüsusi mülkiyyət hüququ əsasında mənə məxsusdur. Cavabdeh X4 ilə İddiaçı oğlu X2 arasında bağlanmış nikah 06 iyun 2022-ci il tarixdə ləğv edilmişdir. X1 Sədəf Məmmədpaşa qızının oğlu ilə nikaha girərkən, ilk vaxtlar təxminən 2 il İddiaçı məxsus evdə yaşamış sonradan başqa evə köçmüşlər. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan da görünür ki, Cavabdeh1 (xx.xx.1979- cu il doğum tarixli), Cavabdeh2 (xx.xx.2002-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.2003-cü il doğum tarixli) və cavabdehin az yaşlı uşağı X14 (xx.xx.2011-ci il doğum tarixli) İddiaçı məxsus ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzildə qeydiyyatdadırlar. Lakin ona məxsus evdən pasport qeydiyyatından çıxmırlar bu isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehlərin həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Belə ki, Cavabdeh1 ilə oğlu X2 arasında 27 oktyabr 2022-ci il tarixdə “daşınmaz əmlakın bağışlanması bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli Yaşayış sahəsi, Xudu Məmmədov küşəsi, ev 18, korpus 3, Giriş A, mənzil 39 ünvanında yerləşən ümumi sahəsi 93.2 kv/m olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə Cavabdeh1 verilmişdir. Cavabdeh sözügedən əmlak üzərində mülkiyyət hüququ əldə etdiyindən, yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin İddiaçı məxsus mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (xx.xx.1979-cu il doğum tarixli), ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil dair istifadə hüququnun itirilməsi, Cavabdeh2 (xx.xx.2002-ci il doğum tarixli), Cavabdeh3 (xx.xx.2003-cü il doğum tarixli), X7 ( xx.xx.2011-ci il doğum tarixli) ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə dair istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasda iştirak etmirlər. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2023cü il tarixdə qeydə alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon VVADQŞ tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və X5 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə 667 nömrəli qeyd aparılmışdır. Ərə Yaqubov, arvada Yaqubova soyadları verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1948ci il təvəllüdlü İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X14, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1975-ci il təvəllüdlü X2 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil ünvanı üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, AZ-İ 427021 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X3 və Cavabdeh1 arasında olan nikahın pozulması barədə xx.xx.2022-ci il tarixdə 201 nömrəli qeyd aparılmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, ev 18, korpus 3, giriş A, 39 saylı mənzili tam mülkiyyət hüququ üzrə hədiyyə alan Cavabdeh1 bağışlamışdır. ünvan 3 ünvanında qeydiyyatda olan X16, ünvan 4 ünvanında qeydiyyatda olan X15 və Bakı Şəhəri Nərimanov rayonu 21 ünvanında qeydiyyatda olan X13 ayrı-ayrılıqda tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli ərizələrdə qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 15 ildən ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil ünvanında yaşamırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar olunmamışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemində Cavabdeh1 əmlak məlumatlarından edilmiş çıxarışdan görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, ev 18, korpus 3, giriş A, 39 saylı mənzili vardır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzil İddiaçı tam payda xüsusi mülkiyyəti olmuşdur. Onun oğlu X2 və X5 xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X14 doğulmuşdur. Cavabdeh1 və X2 arasında olan nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda sözügedən mənzilin mülkiyyətçisi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilməsini, onun uşaqlarının isə mənzilə istifadə hüquqlarının olmaması barədə qətnamə qəbul olunmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, Cavabdeh1 və iddiaçının övladı xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olduqlarından hazırki mübahisə üzrə münasibətlərə xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Məhkəmə Cavabdeh1 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, Cavabdeh1 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə istifadə hüququ X2 ilə rəsmi nikaha daxil olub həmin mənzilə köçməsi ilə yaranmış olsa da, mənzili könüllü tərk etməsi, hazırda bu mənzildə uzun müddət yaşamaması və mülkiyyətində ümumi sahəsi 93,2 kv.m olan ayrıca mənzilinin olması nəzərə alınmaqla onun ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X8 münasibətdə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X14 iddiaçının ailə üzvü deyil və onların bu yaşayış sahəsinə istifadə hüququ heç vaxt yaranmamışdır. xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 yetkinlik yaşına çatmışlar, xx.xx.2011-ci il təvəllüdlü X14 isə anası Cavabdeh1 himayəsinə verilmişdir. Belə ki, xx.xx.2011-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələblər onlara qarşı irəli sürülə bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri, yəni anası Cavabdeh1 qoruyur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh xx.xx.1979cu il təvəllüdlü Cavabdeh1 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzilə dair istifadə hüququna xitam verilməli, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzildən istifadə hüququnun olmaması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh1 məxsus ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilsin. xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 və xx.xx.2011-ci il təvəllüdlü X7 ünvan 1anov rayonu, Hidayətzadə küçəsi, ev 30, 22 nömrəli mənzildən istifadə hüquqlarının olmaması müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar