Məhkəmə qərarları › İş №2(005)-160/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-160/2025

01.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-160/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı nənə və babanın uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin YYÇİHMK-nın sədri İradə Muradovanın imzaladığı xx.xx.2023-cü il tarixli 5-14/2-A-153-135/2023 saylı qərarın xx.xx.2016-cı il təvəllüdlü X3 aid hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il təvəllüdlü X1 aid hissədə dəyişdirilməklə ünsiyyətin hər həftənin şənbə günü saat 19:00-dan saat 20:00-dək məqsədəuyğun hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində cəlb edilməsini, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin YYÇİHMK-nın sədri İradə Muradovanın imzaladığı xx.xx.2023cü il tarixli 5-14/2-A-153-135/2023 saylı qərarın xx.xx.2016-cı il təvəllüdlü X3 dair hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il təvəllüdlü X1 dair hissədə dəyişdirilməklə ünsiyyətin hər həftənin şənbə günü saat 19:00-dan saat 20:00-dək məqsədəuyğun hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək mülki işlərin bir icraatda birləşdirilməsni xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin icraatında olan e- 2(005)-110/2025 saylı mülki iş xx.xx.2024-cü il tarixində icraata daxil olub. Hazırki iş isə xx.xx.2024-cü il tarixində daxil olub. Hər iki mülki işdə nənə və babanın uşaqla ünsiyyətindən söhbət gedir. Belə olan halda onlara birlikdə baxılması məqsədəuyğundur. Odur ki, hazırki işin e-2(005)-110/2025 saylı mülki işlə birləşdirilməsi haqqında qərardad qəbul edilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməmələrini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında 2(005)-110/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh Yolçuyeva (Adıgözəlova) Türkan Əzim qızına qarşı iddia qaldıraraq, nəvələri xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X2 ilə cavabdeh tərəfindən onların uşaqla görüşünə yaradılan maneələr aradan qaldırılaraq, hər həftənin bazar günü saat 10:00-dan axşam saat 19:00-dək, həmçinin nəvələrinin ad günü, yeni il bayramının, novruz bayramının, Ramazan bayramının, Qurban bayramının, hər birində 2 gün olmaqla bayramların ilk 2 günü, həmin günlər şənbə və bazar günlərinə təsadüf edərsə, əlavə olaraq sonrakı iş günləri, Respublika ərazisində rəsmi dövlət orqanı tərəfindən müəyyən edilən, qeyri-iş günü sayılan digər bayramlarda ünsiyyətdə olmaları, ünsiyyətin şəxsi görüş formasında həyat keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hər iki mülki iş üzrə tərəflər eynidir və hər iki işdə nənə babanın uşaqla ünsiyyət məsələsi mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı nənə və babanın uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair 2(005)-160/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh Yolçuyeva (Adıgözəlova) Türkan Əzim qızına qarşı nənə və babanın uşaqla ünsiyyətinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və uşaqla görüşün təmin edilməsi tələbinə dair 2(005)-110/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı nənə və babanın uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair 2(005)-160/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdeh Yolçuyeva (Adıgözəlova) Türkan Əzim qızına qarşı nənə və babanın uşaqla ünsiyyətinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair 2(005)-110/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar