Məhkəmə qərarları › İş №2(005)-1618/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1618/2021

17.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1618/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X7 xx xxxx 2013-cü il tarixli, AZ-İİİ 070305 №li, X5 xx xxxxxx 2015-ci il tarixli, AZ-İİİ 665491 №li, X6 xx xxxxxxxx 2017-ci il tarixli, AZ-İV 018562 №li doğum haqqında şəhadətnamələrində ata qrafasında, eləcə də, Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, AZ-İ 335312 №li nikahın pozulması haqqında şəhadətnamədə ər qrafasında “X17-xan oğlu” kimi yazılan qeydin düzgün olmaması müəyyən edilərək, "X8" kimi yazılmalı olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun keçmiş həyat yoldaşı X8 ilə xx xxxx 2012-ci il tarixdə Bakı şəhəri Maraqlı şəxsndə bağlanılmış və 438-ci nömrə ilə qeydə alınmış nikahları Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2050/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx xxxxxx 2013-cü il tarixdə doğulmuş X11, xx xxxx 2015-ci ildə doğulmuş X9 və xx xxxxxxxx 2017-ci il tarixdə doğulmuş X10 adlı övladları var. Lakin, hər 3 övladının doğum haqqında şəhadətnaməsində, yəni, X7 xx xxxx 2013-cü il tarixli, AZ-İİİ 070305 №li, X5 xx xxxxxx 2015-ci il tarixli, AZ-İİİ 665491 №li, X6 xx xxxxxxxx 2017-ci il tarixli, AZ-İV 013562 №li doğum haqqında şəhadətnamələrində ata qrafasında, eləcə də, Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, AZ-İ 335312 №li nikahın pozulması haqqında şəhadətnamədə ər qrafasında “X8” yazılmaq əvəzinə, səhvən “X17-xan oğlu” yazılmışdır. Keçmiş həyat yoldaşı Qismət Abbasovun şəxsiyyət vəsiqəsində adı X8 kimi yazılmışdır. Həmçinin, nikahın pozulması üçün məhkəmədə Qismət Abbasov iddia qaldırmış, lazımi sənədləri məhkəməyə o təqdim etmiş, qəbul edilmiş məhkəmə qətnaməsində də iddiaçının adı “X8" kimi yazılmışdır. Sözügedən sənədlərdəki texniki səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə rəsmi qaydada müraciət etsə də, müraciətinə cavab olaraq xx xxxxxxx 2020-ci il tarixli, 172 nömrəli məktubla müraciətində qeyd edilən məsələnin həllindən imtina edilmiş, əlavə olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Övladlarının atası, keçmiş həyat yoldaşı X8 ilə demək olar ki, şəxsi əlaqəsi yoxdur. Odur ki, övladlarının doğum haqqında şəhadətnamələrində və nikahın pozulması haqqında şəhadətnamədə qeyd edilmiş səhvin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinə düzəliş üçün müxtəlif orqanlara müraciət etmişdir. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin düzgün yazılması zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2015-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X8 xx.xx.1985-ci il tarixdə doğulmuşdur; Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 070305 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş X7 atası X17-xan, anası Ərizəçidır; 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 665491 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 atası X17-xan, anası Ərizəçidır; 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 018562 nömrəli, xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 atası X17-xan, anası Ərizəçidır; Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 172 nömrəli məktubunun surətinə əsasən Ərizəçi ərizəsinə cavab olaraq, X3 şöbəyə şəxsən müraciət etməli olduğu, belə olmadığı halda, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Bakı Şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 335312 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X17-xan oğlu ilə Ərizəçi arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 308 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Oruc-zadə soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-3050/2019 saylı qətnaməsinin surətinə əsasən iddiaçı X4 cavabdeh Ərizəçi qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, X8 ilə Ərizəçi arasında xx.xx.2012-ci il tarixdə Maraqlı şəxsndə 438 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 anası Ərizəçi yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X1 hər ay hər uşaq üçün 160 manat, cəmi 480 (dörd yüz səksən) aliment Ərizəçi xeyrinə tutulması qət edilmişdir; xx.xx.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi X8 ilə nikahda olmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 aldı uşaqları var. Ərizəçi bildirir ki, keçmiş ərinin hazırkı şəxsiyyət vəsiqəsində ata adı – «Amən-xan oğlu» olaraq göstərilmişdir, bu baxımdan uşaqların doğum haqqında şəhadətnaməsində də uyğunsuzluq mövcuddur. Doğum haqqında akt qeydləri nəzərdən keçirilərkən uşaqların ata adı - təqdim etdiyi digər sənədlərlə ziddiyyətli olduğu aşkar edilmişdir. Ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə doğum akt qeydində düzəliş edilməsi mümkün olmadığından doğum akt qeydində düzəlişlər edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, doğum haqqında şəhadətnamələrə və nikahın pozulması haqqında şəhadətnaməyə müvafiq düzəlişlər edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 xx xxxx 2013-cü il tarixli, AZ-İİİ 070305 №li, X5 xx xxxxxx 2015-ci il tarixli, AZ-İİİ 665491 №li, X6 xx xxxxxxxx 2017-ci il tarixli, AZ-İV 018562 №li doğum haqqında şəhadətnamələrində ata qrafasında, Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, AZ-İ 335312 №li nikahın pozulması haqqında şəhadətnamədə ər qrafasında “X17-xan oğlu” kimi yazılan qeydin düzgün olmaması müəyyən olunmaqla uyğunsuzluq aradan qaldırılsın. Doğum haqqında akt qeydlərində düzəliş edilərək X7 xx xxxx 2013-cü il tarixli, AZ-İİİ 070305 №li, X5 xx xxxxxx 2015-ci il tarixli, AZ-İİİ 665491 №li, X6 xx xxxxxxxx 2017-ci il tarixli, AZ-İV 018562 №li doğum haqqında şəhadətnamələrində ata qrafasında “X17-xan oğlu”, “X8” kimi qeyd olunsun. Nikahın pozulması haqqında akt qeydində ər qrafasında “X17-xan oğlu” “X8” kimi göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Yeni doğum haqqında şəhadətnamənin və nikahın pozulması haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar