Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1619/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı2 nümayəndəsi və İddiaçı3 qanuni nümayəndəsi iddiaçı İsayeva (İbrahimova) Elnarə Rəfail qızının vəkili X1 iştirakı ilə, İddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, İddiaçı2, İddiaçı3 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) cavabdehlər Cavabdeh1 Daxil oğluna və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızı, İddiaçı2, İddiaçı3 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) cavabdehlər Cavabdeh1 Daxil oğluna və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli ünvandakı ümumi sahəsi 66,35 kv.metr, yaşayış sahəsi 50,55 kv.metrdən ibarət paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıların və cavabdehlərə aid payının natura şəkilində bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızı, İddiaçı2, İddiaçı3 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 nömrəli ünvandakı ümumi sahəsi 66,35 kv.metr, yaşayış sahəsi 50,55 kv.metr olan fərdi yaşayış evi əvvəllər iddiaçının keçmiş həyat yoldaşı mərhum X6 adına hüquqi qeydiyyatı aparılmış və həmin fərdi yaşayış evi onların birgə nikah dövründə əldə edilmiş və ər-arvadın ümumi birgə mülkiyyəti olmuşdur. Sonradan onların nikahı məhkəmə qaydasında pozulmuş, onun ölümündən sonra 2009-cu ildə həmin miras əmlakın 3/5 hissəsi (1/2 birgə nikah dövründə əldə olunmuş əmlak kimi) birgə nikahdan olmuş İddiaçı2 və İddiaçı3 birinci növbəli vərəsələr kimi hərəsinə 1/10 hissəsi ayrılmış və bu barədə xx xxxxx 2013-cü ildə paylı mülkiyyət kimi çıxarış verilmişdir. Həmin vaxt miras payın 2/10 hissəsi açıq qalmışdır. Bir müddətdən sonra miras qoyanın valideynləri hazırkı iş üzrə cavabdehlər atası Cavabdeh1 Daxil oğlu və anası Cavabdeh2 mirasın açıq qalmış 2/10 hissəsi ilə əlaqədar “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış və həmin hissəni öz adlarına hüquqi qeydiyyatını rəsmiləşdirib xx xxxxxx 2019-cu il tarixdə müvafiq çıxarış almışlar. Bildirmişdir ki, o iki qızı ilə ünvan 1 nömrəli ünvanda qeydiyyatdadırlar. Bununla əlaqədar onlar “ümumi paylı mülkiyyətdə olan payın əvəzinin pulla ödənilməsi və cavabdehlərin mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İmtinanın səbəbi kimi məhkəmə öz qətnaməsində göstərmişdir ki, ilk öncə paylı mülkiyyətdə olan əşyanın natura şəkilində bölünməsi məsələsi həll olunmalıdır. Həmin növbəlilik qaydasına riayət edilmədiyi üçün iddia tələbi təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızı, İddiaçı2, İddiaçı3 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) iddia tələbinin həcminin artırılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli evin açıq hərraca çıxarılaraq satılmasına və satışdan əldə olunmuş pulun paylara mütənasib formada bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və İddiaçı3 qanuni nümayəndəsi iddiaçı İsayeva (İbrahimova) Elnarə Rəfail qızının vəkili X7 iddia tələbini müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Daxil oğlu və Cavabdeh2 xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə cavabdehlər Cavabdeh1 Daxil oğlunun və Cavabdeh2 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 564659 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2000-ci il tarixdə 888 nömrə ilə qeyd edilmişdir. X2, anası X5r; Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 564657 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı3 xx xxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2007-ci il tarixdə 1144 nömrə ilə qeyd edilmişdir. X2, anası X5r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ümumi sahəsi 66,35 kv.metr, yaşayış sahəsi 50,55 kv.metr, yardımçı sahəsi 15,8 kv.metr olan üç otaqlı ev 1/10 hissədə İddiaçı2, 1/10 hissədə İddiaçı3, 3/5 hissədə X3 və 2/10 hissədə X6 adına açıq qalmaqla, xx xxxxxx 2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 və X6, xx xxxxx 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı2 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 130 nömrəli reyestr kitabının 11822 nömrəli vərəqində qeydiyyata alınmışdır; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-5088/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Daxil oğluna qarşı “ümumi paylı mülkiyyətdə olan payın əvəzinin pulla ödənilməsi və paylı mülkiyyət hüquqularına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/1286 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhamn küçəsi, 69 nömrəli ünvanda yerləşən evin tərəflər arasında 1/10, 2/10 və 3/5 paylarına uyğun olaraq dörd təcrid hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının müvafiq bəndlərinin və Məhkəmə Tikinti-texniki Ekspertizasının metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir; ASAN 1 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1977-ci il tarixdə Masallı şəhərində anadan olmuş İddiaçı1 ünvan 3 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli 35954 nömrəli qəbzdən görünür ki, İddiaçı1 müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı2 və xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı3 iddiaçı X4 övladlarıdır. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ümumi sahəsi 66,35 kv.metr, yaşayış sahəsi 50,55 kv.metr, yardımçı sahəsi 15,8 kv.metr olan üç otaqlı ev 1/10 hissədə İddiaçı2, 1/10 hissədə İddiaçı3, 3/5 hissədə X3 və 2/10 hissədə X6 adına açıq qalmaqla müvafiq çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-5088/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Daxil oğluna qarşı “ümumi paylı mülkiyyətdə olan payın əvəzinin pulla ödənilməsi və paylı mülkiyyət hüquqularına xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/1286 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ünvanda yerləşən evin tərəflər arasında 1/10, 2/10 və 3/5 paylarına uyğun olaraq dörd təcrid hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının müvafiq bəndlərinin və Məhkəmə Tikinti-texniki Ekspertizasının metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı müvafiq evin qeyd edilən paylara uyğun naturada təcrid şəkildə dörd hissəyə paylara uyğun şəkildə bölünüb ayrılması mümkün deyildir, eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam ilə bağlı razılaşmaları yoxdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, İddiaçı2, İddiaçı3 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) hazırkı iddiaları əsaslıdır, iddiaçı şəxslər iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılmalı, həmin evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun şəkildə bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılmalı, evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 hissəsi İddiaçı2, 1/10 hissəsi İddiaçı3 və 3/5 hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfail qızına verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılsın. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi İddiaçı2, 1/10 (onda bir) hissəsi İddiaçı3 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1619/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1619/2020
12.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver