Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1622/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabeh AR "xxxx" ASC-yə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh AR "xxxx" ASC-yə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş bağçının üzvülük kitabçasında, protokolda, protokoldan çıxarışda və siyahıda mərhum atamın ad , soyad və ata adının yazlışmda yol verilmiş yanlışlığın aradan qaldırılması üçün həmin sənədlədə düzəliş edilərək mərhum atamın ad , soyad və ata adının X3 qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 03 sentyabr 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. X2 anası X10r. Anası 2002-ci ildə vəfat etmişdir. X1 25 noyabr 1988-ci il tarixdə “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsi ayrılmışdır. X2 vəfat etmişdir. Lakin atasına məxsus “Bağçının üzvülük kitabçasında” atasının adı Nəcəf əvəzinə texniki xəta nəticəsində “Nadir” kimi yazılmışdır. Bundan başqa Bakı Şin zavodu müdriyyətinin Zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyyəti ilə birlikdə keçirdiyi iclasın 02 saylı protokolundan çıxarışı surətdir və həmin protokolun üzərində düzəliş edilmiş, lakin həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Atama məxsus ölüm haqqında şəhadətnamədə hətda atama məxsus digər sənədlərdə atamın soyadı ata adı Nəcəf kimi göstərilmişdir. Hazırda həmin bağ sahəsindən istifadə edir və sahibliklərindədir. Lakin hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. O istifadəsində olan torpaq sahəsinin ƏMDKY-da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə rəsmi şəkildə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmişdir. ƏMDKY-da DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 12 oktyabr 2023-cü il tarixdə tarixdə ona rəsmi şəkildə cavab verərək göstərilmişdir ki, “Şinçi bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 saylı torpaq sahəsi ayrılmış hüququ sahibinin ata adında uyğunzuluq vardır. Həmçinin 25 noyabr 1988-ci il tarixli 02 saylı protokol surətdir və üzərində düzəliş edilmiş həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili ərizə ilə eyni məzmunlu ifadə verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh AR "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Onun atasının əsl adı X13 olub. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsi onun qohumu X11 məxsus olmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onun əsl adı X13 olub. İlk vaxtlardan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsi X1 məxsus olmuşdur. Bağ sahəsinə mülkiyyət hüquqları ilə bağlı heç bir mübahisə yoxdur. İş materiallarında olan; - AR "xxxx" ASC-nin məktubu və məktuba əlavə edilmiş Bakı Şin zavodu üzrə xx.xx.1999-cu il tarixldə təsdiq edilmiş siyahıdan görünür ki, Bakı Şin zavodunun “Şinçi” bağçılıq, yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında 30 saylı bağ torpaq sahəsi X6 adına kimi qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, idarənin arxivində saxlanılan “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 30 sayl torpaq sahəsi ayrılmış hüquq sahibin soyad və ata adı ilə xx.xx.2022-ci il tarixli, 2398 saylı Bakı şəhəri, 9 saylı Notariat ofisinin məktubunda qeyd olunan miras qoyanın soyad və adında uyğunsuzluq vardır. Bundan əlavə, təqdim edilmiş xx.xx.1988-ci il tarixli, 02 saylı protokol surətdir və üzərində edilmiş, həmin düzəliş səlahiyyətli şəxs tərəfindən təsdiqlənməmişdir.Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin bir hissəsi “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatına ayrılmış ayrıc aktından kənarda yerləşir, bir hissəsi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilən sahə ilə üst-üstə düşür. - AR Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2398 saylı məktubunda qeyd edilir ki, xx.xx.2017-ci ildə ölmüş ünvan 2 ünvanında qeydiyyatda olmuş, 1938-ci il təvəllüdlü X7 vərəsəlik işinin aparılması ilə əlaqədar olaraq, Bakı şəhəri, Zirə qəsəbəsi, bağlar massivi “Şinçi” b/y bağçılıq cəmiyyəti bağçılıq sahəsi 1000.0 kv.m olan 30 saylı bağ sahəsi və torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı ilə göndərilməsini xahiş edilir. - xx.xx.1988-ci il tarixli çıxarışda qeyd edilir ki, X7 ailəsinə torpaq sahəsi 1000.0 kv.m olan 30 nömrəli bağ yeri təyin edilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2017-ci ildə vəfat etmişdir. - AR "xxxx" ASC “Şinçi” bağçılıq-yoldaşlıq təsərrüfatının bağçının üzvlük kitabçasından görünür ki, X15 1965-ci ildən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər idarənin arxiv qovluğunda aşkar edilməmişdir. - “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X9” AQİS-dən çıxarışdan görünür ki, X4 yaşayış yeri ünvan 3 ünvandır. - 013495 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, nikah aktına əsasən X13 və X8 nikahı xx.xx.1967-ci il tarixdə qeydə alınmışdır. - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubunda qeyd edilir ki, hüquqi şəxsin qovluğuna əsasən "xxxx" ASC “Azərkimya” dövlət şirkətinin tabeliyində olan Bakı Şin zavodunun çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestriinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmə sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, “Şinçi” bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında 30 nömrəli bağ sahəsi X6 (siyahıda olduğu kimi) adına göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X7 ata adı Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasında, protokolda, protokoldan çıxarışda yanlışlıqla Nəcəf əvəzinə “Nadir” kimi qeyd edilmişdir. Belə ki, iş materiallarından AR Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 2398 saylı məktubunda qeyd edilir ki, xx.xx.2017-ci ildə ölmüş ünvan 2 ünvanında qeydiyyatda olmuş, 1938-ci il təvəllüdlü X7 vərəsəlik işinin aparılması ilə əlaqədar olaraq, Bakı şəhəri, Zirə qəsəbəsi, bağlar massivi “Şinçi” b/y bağçılıq cəmiyyəti bağçılıq sahəsi 1000.0 kv.m olan 30 saylı bağ sahəsi və torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı ilə göndərilməsini xahiş edilmişdir. xx.xx.1988-ci il tarixli çıxarışda qeyd edilir ki, X7 ailəsinə torpaq sahəsi 1000.0 kv.m olan 30 nömrəli bağ yeri təyin edilmişdir. Buradan görünür ki, həmin çıxarışda Sadıqov Şəmistanın ata adı qrafasında Nəcəf adı qeyd edilmişdir. Bu öz növbəsində X7 ata adının Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasında, protokolda, protokoldan çıxarışda yanlışlıqla Nəcəf əvəzinə “Nadir” kimi qeyd edildiyini və həmin sənədlərin X11 məxsus olmasını müəyyən etməyə imkan verir. Mülki işin materialları ilə həmçinin təsdiq edilir ki, mülki iş üzrə cavabdeh “Azərşin “ ASC Bakı Şin Zavodunun çevrilməsi nəticəsində yaradılmış və onun hüquqi varisidir. İddiaçı müvafiq sənədlərdə düzəlişin aparılması üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin sonuncu imtina etmişdir. Belə olan təqdirdə iddiaçı öz hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasında, protokolda, protokoldan çıxarışda və siyahıda iddiaçının atasının adının X3 qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Açıq Səhmdar Cəmiyyəti “Şinçi” bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasında, protokolda, protokoldan çıxarışda və siyahıda iddiaçının atasının adının X3 qeyd edilməsi öhdəliyi cavabdeh “Azərşin “ ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1622/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1622/2023
06.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver