Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1623/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “çıxarışın ləğv edilməsi və qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “çıxarışın ləğv edilməsi və qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh3 adına verilmiş “Daşınmaz Əmlakın Mülkiyyət Hüququna dair” Çıxarışın ona məxsus olan 35 kv.m qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilməsi və ona məxsus olan 35 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" MTK-nın sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış, xx.xx.2005-ci il tarixli müqavilə əsasında inşa edilmiş, 3 saylı 12 mərtəbəli yaşayış binasının icraçıya məxsus qeyri-yaşayış sahəsindən xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə ilə "xxxx" MMC-dən 1m2 1500 manatdan olmaqla 52500 manat ödəyərək 35 m² qeyri-yaşayış sahəsi almış və həmin dövrdə sənədlərin surətlərini "xxxx" MTK-nin sədri Cavabdeh2 təqdim etmişdir. 2021-ci ilin əvvəlində həmin sahənin özəlləşdirilməsi üçün "xxxx" MTK-nın sədri Cavabdeh2 özəlləşdirməyə təqdim ediləcək sənədləri tələb etdikdə, həmin sahənin Cavabdeh3 adlı şəxsə "xxxx" MMC tərəfindən satıldığını bildirilmişdir. "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC xx.xx.2022-ci tarixli, 02/05-361 saylı və xx.xx.2022-ci il tarixli, 02/05-347 saylı məktublarla "xxxx" MMC-nin mülkiyyətində olan həmin binanin layihə üzrə qeyri-yaşayış sahəsinin 545 m² təşkil etdiyini və həmin sahənin 512 m²-ni xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında Cavabdeh3, binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış qalan 35 m²-lik qeyri-yaşayış sahəsini isə xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında İddiaçı satıldığı və sxemlərin ayrıayrılıqda müqavilələrə əlavə edilərək alıcılara təqdim edildiyi bildirilmişdir. Bundan sonra Cavabdeh3 nümayəndəsi ilə 2021-ci ilin iyun ayının əvvəlində görüşərkən onlara özündə olan sənədləri göstərərək, onlarda olan sənədləri göstərmələrini tələb etmişdir. Cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin möhürü ilə verilmiş ilkin sənədlər binanın sədri Cavabdeh2 təqdim edilmiş, onun tərəfindən özəlləşdirməyə təqdim olunacaq sənədlər hazırlanaraq "xxxx" MTK-nın möhürü ilə onlara verilmiş və həmin sənədlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ya təqdim edilərək 512 m² qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 şirkətin onlara verdiyi sxemi onlardan almış, Cavabdeh3 satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində, heç bir qanuni sənəd olmadan, pul ödəmədən özününkiləşdirərək saxta çıxarış almış və ona məxsus 35 m² qeyri-yaşayış sahəsini Cavabdeh3 verilmiş sxemə daxil edərək, onun da saxta çıxarış almasına şərait yaratmışdır. Bütün bu məsələlər Cavabdeh3 nümayəndəsinə izah edilməsinə baxmayaraq, Cavabdeh3 guya yeri zəbt etməyi ilə bağlı onu məhkəməyə vermişdir. Bu prosses Yasamal Rayon Məhkəməsinin icraatında olmuş, lazımi sənədlər, təkzib olunmaz sübutlar təqdim edilməsinə, araşdırılma aparılmasının tələb edilməsinə, həmin sahələrə "xxxx" MTK-nın sədri Cavabdeh2 cinayətkar əməlləri sayəsində saxta sənədlərlə Cavabdeh3 və Cavabdeh2 adına alınmış çıxarışların ləğv edilməsinin tələb olunmasına baxmayaraq, saxta yolla alınmış çıxarışları əsas gətirərək qanunsuz qətnamə çıxarılmışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsi sənədləri yenidən araşdıraraq Mülki Prosessual Məcəllənin 382, 384.01, 392, 393 ve 405-ci maddələrini rəhbər tutaraq, 2(103)-2928/2022 saylı, 10.06 2022-ci il tarixli qətnamə ilə şikayətini təmin etmiş, qarşı tərəfin iddiasını isə rədd etmişdir. Cavabdeh3 adına 512 m2 qeyri-yaşayış sahəsi üçün və Cavabdeh2 adına 35 m2 qeyri yaşayış sahəsi üçün verilmiş çıxarışların ibtidai sənədlərinin "xxxx" MTK-nın sədri Cavabdeh2 Həsanağa qızı tərəfindən saxtalaşdırıldığı nəzərə alınaraq, həmin çıxarışların ləğv edilməsi və ona məxsus olan 35 m2 qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin Cavabdeh3 512 m2 qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi sənədlərin nə dərəcədə qanuni və əsaslı olması onda şübhələr yaradır. Cavabdeh3 512 m² qeyri-yaşayış sahəsini xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında əldə etməsinə baxmayaraq, sənədləşmə onun qanuni sənədlər əsasında mülkiyyət hüququ əldə etdiyi 35 m2 qeyri-yaşayış sahəsini tələb etdikdən sonra ortaya çıxmışdır. Cavabdeh3 iddia ərizəsi əsasında Yasamal Rayon Məhkəməsində işə baxılarkən, onun nümayəndəsindən hansı qanuni sənədlər əsasında müraciət etdiyini soruşanda, heç bir cavab verməmişdir. Eyni zamanda tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasına baxmayaraq, apellyasiya məhkəməsi ancaq subyektiv hüququ olmamasına əsaslanaraq şikayətini təmin etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək sonda, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m olan qeyriyaşayış sahəsi barədə Cavabdeh3 adına verilmiş “Daşınmaz Əmlakın Mülkiyyət Hüququna dair” Çıxarışın, eyni zamanda Cavabdeh2 adına verilmiş çıxarışın saxta olduğunu üçün ləğv edilməsi və ona məxsus olan 35 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi; 35 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona təhvil verilməsi; ona məxsus olan qeyriyaşayış sahəsinin onun adına keçirilməsinə nail olmadığı halda həmin sahə üçün ödədiyi 52500 manat məbləğində pulun "xxxx" MMC tərəfindən ona qaytarılması; "xxxx" MTK-nın sədri Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 33555 manat məbləğində maddi ziyan, 10000 məbləğində mənəvi zərər "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona ödənilməsi; eyni zamanda "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən sənədlərin saxtalaşdırılması halı mövcud olduğundan, Cavabdeh2 və hazırkı mübahisə ilə bağlı olan şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MTK-nın sifarişi ilə icraçı "xxxx" MMC arasında Yasamal rayonu, D.Bünyadzadə küçəsində inşa edilmiş 3 saylı 72 mənzilli kooperativ yaşayış binasının tikintisi üçün xx.xx.2005-ci il tarixdə bağlanmış “Müqavilə”nin 4.2-ci maddəsinnin B bəndinə görə kooperativ üzvlərinə (payçılara) çatacaq mənzillər müqavilənin şərtinə uyğun olaraq güzəştli qiymətə (1m2-179, 194, 209 ABŞ dollarına) tikilib onlara verildikdən sonra binada qalan digər yaşayış, qeyri-yaşayış və zirzəmi sahələri “İkinci tərəf”in (İcraçı) mülkiyyətinə verildiyindən həmin sahələrin satışı da “İkinci tərəf” (İcraçı), yəni "xxxx" MMC tərəfindən həyata keçirilməsi razılaşdırılmışdır. “Sifarişçi” ilə “İcraçı” arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilə ABŞ dollar ilə yazıldığından və MTK-nın bankda hesabı manatla açıldığından xx.xx.2006-cı il tarixdə əlavə müqavilə tərtib edilərək qarşılıqlı razılıq əsasında şərtlər manatla yazılaraq müqavilənin 3.1-ci bəndində göstərilmişdir. (1m² 174,179,194,209 manat şərtlərlə). Binanın tikintisi 2007-ci ilin aprel ayında başladığından, həmin dövrdə bazarda tikinti materiallarının qiymət artımı nəzərə alınaraq, “Sifarişçi” ilə “İcraçı arasında xx.xx.2007-ci il tarixdə müqavilə yenilənmiş, qarşılıqlı razılıq əsasında qiymət qismən artırılmışdır ki, bu da müqavilənin 3.1. bəndində göstərilmiş cədvəldə öz əksini tapmışdır. (1m² 224,230,290 manat şərtlərlə). Bu müqavilələrə əlavələr edilərkən xx.xx.2005-ci il tarixli müqavilənin 4.2 bəndinin qüvvədən düşməsi barədə heç bir qeydiyyat aparılmamış, yəni xx.xx.2005-ci il tarixli müqavilə öz qüvvəsində qalmışdır. “Sifarişçi” ilə “İcraçı” arasında xx.xx.2005-ci il, xx.xx.2006-cı il və xx.xx.2007-ci il tarixlərdə bağlanmış müqavilələrin razılaşdırılmış şərtlərinə uyğun olaraq binanın 37 mənzili “Sifarişçi” tərəfindən güzəştli qiymətə (1m²-i 230 manatdan) "xxxx" MTK tərəfindən MTK üzvlərinə satılmış qalan 35 mənzil, zirzəmi və qeyri-yaşayış sahələri “İcraçı” tərəfindən yeni alıcılara satılmışdır. Bütün tikinti işləri satış başa çatdıqdan bir neçə il sonra, yəni işlərin 2012-ci ildə başa çatmasına, sakinlərin yaşamasına icazə verildikdən sonra, 2014-ci ildə “Sifarişçi” Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005ci və xx.xx.2006-cı ildə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)- 328/2014 saylı qətnaməsi ilə iddia rədd edilmiş, xx.xx.2005-ci il tarixli müqavilənin 7.3-cü maddəsinə (Maddə 7.3. Tərəflərdən heç biri bu müqaviləni birtərəfli qaydada ləğv edə və müqavilə üzrə öhdəliklərin icrasından birtərəfli qaydada imtina edə bilməz) istinad edərək hər üç müqaviləni qüvvədə saxlamışdır. “Sifarişçi” ilə “İcraçı” arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin 4.2-ci maddəsinnin B bəndinə görə icraçı "xxxx" MMCnin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahələrindən təqdim olunmuş sxemdə qeyd olunan 35 kv.m olan hissəsi xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və onun istifadəsinə verilmiş, bunu İddiaçı öz ərizəsində və ifadələrində də təsdiq etmişdir. Sxemdən göründüyü kimi binanın qeyri-yaşayış sahəsi ümumi 545 m² təşkil edir ki, həmin sahənin satışı müqavilənin şərtlərinə uyğun olaraq MMC tərəfindən həyata keçirilərək binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış 35 m²-lik qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında alıcı İddiaçı, qalan 512 m² qeyri yaşayış sahəsi isə xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında alıcı Cavabdeh3 satılmış və sxemlər ayrı-ayrılıqda müqavilələrə əlavə edilərək, alıcılara təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 Cavabdeh3 satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində vəzifəsindən sui-istifadə edərək heç bir qanuni sənəd (müqavilə və maliyyə arayışı) olmadan, pul ödəmədən özününkiləşdirərək saxta çıxarış almış, İddiaçı MMC tərəfindən satılmış və bütün sənədləri qanuni yerində olan 35 m² qeyri-yaşayış sahəsini Cavabdeh3 aldadaraq ona verilmiş sxemə daxil edərək, Cavabdeh3 da saxta çıxarış almasına şərait yaratmışdır. Cavabdeh2 iddia edir ki, İddiaçı MMC tərəfindən satılmış 35 m²-lik qeyriyaşayış sahəsini özü almışdır. Həmin iddiaya cavab olaraq bildirir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında sözügedən mübahisəli 35 m²-lik qeyri yaşayış sahəsinin alqı-satqısı ilə bağlı heç bir razılaşma və alqı-satqı münasibətləri olmamış, Cavabdeh2 bunu sübut edəcək heçbir müqavilə və ya ödəniş qəbzi belə təqdim etməmişdir. Cavabdeh2 "xxxx" MTK-nın sədri olduğundan və İddiaçı ilə şəxsi münasibətlərinin gərgin olmasından suiistifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə düzgün olmayan məlumatlar təqdim etmiş və nəticədə İddiaçı daşınmaz əmlakına dair mülkiyyət hüquqlarını əsassız olaraq əlindən almışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 "xxxx" MMC-yə məxsus olan heç bir qeyri-yaşayış sahəsi satılmamış və sxem verilməmişdir. Cavabdeh2 İddiaçı ilə münasibətlərinin gərgin olması Yasamal Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli, 2(004)- 328/2014 saylı qətnaməsi ilə öz təsdiqini tapır. Cavabdeh2 sözügedən əmlakla bağlı məhkəmələrdə mübahisə getməsinə baxmayaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bilərəkdən alqı-satqı həyata keçirmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2005-ci il tarixdə bağlanmış “Müqavilə”nin 4.2-ci maddəsinnin B bəndinə əsasən onun mülkiyyətində olan ümumi ölşüsü 35 kv.m qeyri-yaşayış sahəsini İddiaçı ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında iddiaçının istifadəsinə və sahibliyinə vermiş, müqavilə üzrə öhdəliyini icra etmişdir. İddia tələbi "xxxx" MMC-dən pulun tutulması hissəsində təmin edilməməli, Cavabdeh2 hissəsində təmin edilməli, Cavabdeh2 barəsində ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhrif olunmuş saxta sənədlər təqdim etməsi ilə bağlı xüsusi qərardad çıxarılmalı və bununla bağlı aidiyyatı üzrə prokurorluğa məlumat verilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh2, "xxxx" MMC və digərlərinə qarşı “çıxarışın hissəvi ləğv edilməsi və qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsinə dair” tələbi ilə qaldırdığı iddia tələbinə verilmiş xx.xx.2023-cü il tarixli dəqiqləşmə ərizəsinin "xxxx" MMC-dən pulun tutulması hissəsində təmin edilməməsi, Cavabdeh2 hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin direktoru Azad İbrahimov MMC-nin vəkilinin təqdim etidiyi etiraz ilə qismən eyni məzmunlu mülahizəsini məhkəməyə göndərərək qeyd etmişdir ki, "xxxx" MMC-in təsisçisi və rəhbəri olaraq bütün səlahiyyətlər onda olmuşdur. Onun üzürlü səbəblərdən işdə olmadığı vaxtlarda səlahiyyətlərini müavinləri həyata keçirmişlər. xx.xx.2014-il tarixdə sifarişçi İddiaçı ilə bağlanmış müqavilə həmin dövrdə köməkçisi işləyən oğlu X14 tərəfindən imzalanmışdır ki, bu da onun tərəfindən oğluna verilmiş səlahiyyətdir. Sxemdən göründüyü kimi binanın qeyri-yaşayış sahəsi 545 m² təşkil edir, həmin sahənin satışı müqavilənin şərtlərinə uyğun olaraq MMC tərəfindən həyata keçirilərək binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış 35 m² qeyriyaşayış sahəsi xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında vicdanlı alıcı İddiaçı, qalan 512 m² qeyri-yaşayış sahəsi isə xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında vicdanlı alıcı Cavabdeh3 satılmış və sxemlər ayrı-ayrılıqda müqavilələrə əlavə edilərək alıcılara təqdim edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 MMC tərəfindən onlara verilən sənədləri Cavabdeh3 almış, ona satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində vəzifəsindən sui-istifadə edərək, heç bir qanuni sənəd (müqavilə və maliyyə arayışı) olmadan, pul ödəmədən özününkiləşdirərək, saxta çıxarış almış, İddiaçı MMC tərəfindən satılmış və bütün sənədləri qanuni yerində olan 35 m² qeyri-yaşayış sahəsini Cavabdeh3 aldadaraq və ona verilmiş sxemə daxil edərək, Cavabdeh3 da saxta çıxarış almasına şərait yaratmışdır. Müqavilənin şərtlərinə görə sədr Cavabdeh2 "xxxx" MMC-yə məxsus olan heç bir qeyri-yaşayış sahəsi satılmamış və sxem verilməmişdir. Cavabdeh2 bu əməli ilə MMCni yerin qanuni sahibi İddiaçı ilə üz-üzə qoymuşdur. Nərimanov Rayon Məhkəməsinin sorğusundan sonra Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavabında məlum olmusdur ki, əmlaka təqdim edilmiş saxta sənədlər əsasında xx.xx.2020-ci il tarixdə ərazi Cavabdeh3 adına özəlləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə həmin 512 m² ərazi X4 adına keçirilmişdir. Eyni zamanda "xxxx" MTK-nın sədri Cavabdeh2 vəzifəsindən sui-istifadə edərək özü-özünə heç bir qanuni sənəd olmadan (müqavilə və maliyyə arayışı) xx.xx.2020-ci il tarixli nömrəsiz saxta maliyyə arayışı, xx.xx.2019-cu il tarixli nömrəsiz protokolunda binanın zirzəmi mərtəbəsində 35 m² qeyriyaşayış sahəsinin ona məxsus olmasını əsas gətirərək binanın zirzəmi mərtəbəsində yox, kürsülü mərtəbəsində 35 m² qeyri-yaşayış sahəsini Əmlakın Özəlləşdirmə İdarəsinin dəstəyi ilə saxta yolla saxta çıxarış almışdır. xx.xx.2021-ci ildən məhkəmələrdə mübahisə getməsinə baxmayaraq, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin ərazinin mübahisəli olduğunu bilərək alqı-satqı həyata keçirmişdir. "xxxx" MTK-nın sədri Cavabdeh2 saxtakarlığı Cavabdeh3 və X5 vicdansız alıcı vəziyyətinə salmışdır. İddiaçı və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədləri düzgün araşdırmaqla Cavabdeh2 alıcılara MMC tərəfindən verilmiş sənədləri saxtalaşdıraraq əldə etdiyi çıxarışın tamamilə ləğv edilməsi, Cavabdeh3 verilmiş çıxarışın İddiaçı aid olan qeyriyaşayış sahəsinə düşən hissəsinin ləğv edilməsi və İddiaçı MMC tərəfindən satılmış 35 m² qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair tələb olunan sənədlərin "xxxx" MTK-nin sabiq sədri Cavabdeh2 tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, tikinti işlərinin 2004-cü ildə başlanmış, "xxxx" MTK-nın sifarişi ilə icraçı "xxxx" MMC arasında binanın tikintisi ilə bağlı müqavilələr bağlanmış, həmin müqavilələrə görə mənzillərin və qeyri-yaşayış sahələrin satışını MMC həyata keçirmiş, lakin sənədləşdirmə MTK tərəfindən aparılmışdır. Sənədlərin saxtalaşdırılması ilə bağlı iddiaçının iddia tələbinin tamamilə əsassız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbi "xxxx" MMC-yə aid hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, Cavabdeh3 mübahisəli əmlakın dəyərini "xxxx" MMC-yə tam ödəmiş, daha sonra "xxxx" MTK tərəfindən zəruri olan bütün sənədlər təsdiq edilərək, Cavabdeh3 təqdim edilmişdir. Həmin sənədlər müvafiq dövlət orqanına təqdim edilmiş və əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına almışdır. Qeyd olunanları nəzərə alaraq, iddianın onlara aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil4 müvəkkilinin gedən proseslərdən xəbərsiz olduğunu, əmlakı notarial qaydada bağlanmış müqavilə əsasında aldığını, müdafiə etdiyi tərəfin vicdanlı alıcı olmasının nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş aşağıdakı sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür: İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC inşa etdiyi Yeni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 m2 sahəsi olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə İddiaçı satmağı öz üzərinə götürmüşdür; Cavabdeh1 MMC tərəfindən verilmiş 02/6-50 saylı, xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı D.Bünyadzadə küçəsi 3 saylı binanın kürsülük mərtəbəsində yerləşən ümumi sahəsi 35 m2 sahəsi olan qeyri-yaşayış sahəsininin dəyərini tam ödəmişdir; Cavabdeh1 MMC-nin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən İddiaçı tərəfindən 52500 manat məbləğində ödəniş edilmişdir; Tərəflər arasında ("xxxx" MTK və “ANT İnşaat Təmir-Tikinti MMC) bağlanmış “Birgə fəaliyyət” haqqında xx.xx.2005-ci il tarixli müqavilənin 4.2-ci maddəsinin “b” bəndinə görə kooperativ üzvlərinin ümumi yığıncağının qərarında göstərilən mənzillər kooperativ üzvlərinə verilməkdən ötrü həmin mənzillərin dəyəri tam ödənildikdən sonra “Birinci tərəf”ə ("xxxx" MTK) təqdim olunur. Kooperativin üzvlərinə (payçılara) çatacaq mənzillər onlara verildikdən sonra binada qalan yaşayış və qeyri-yaşayış sahələri “İkinci tərəf”-in (“ANT İnşaat Təmir-Tikinti MMC) mülkiyyətinə verilir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Cavabdeh3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 512 kv.m olan əmlakın tam paylı mülkiyyətçisidir; Cavabdeh1 MMC tərəfindən verilmiş 39/08 saylı, xx.xx.2008-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh3 tərəfindən ödənilmişdir; Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyriyaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə Cavabdeh3 satmağı öz üzərinə götürmüşdür; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubun görünür: Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən: - ünvan 3 ünvanında yerləşən 35 kv.m qeyri-yaşayış sahəsi "xxxx" (əvvəlki "xxxx") Mənzil-Tikinti Kooperativinin xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyata alınmış, - xx.xx.2022-ci il tarixli, 4Ə-392 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmış, - xx.xx.2022-ci il tarixli, 4Ə-1252 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin digər 1/2 hissəsi xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Hazırda ünvan 3 ünvanında yerləşən 35 kv.m qeyri-yaşayış sahəsi X4 mülkiyyətindədir. ünvan 3 ünvanında yerləşən 543,5 m qeyri-yaşayış sahəsi "xxxx" (əvvəlki "xxxx") MTK-nın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli, 40-1167 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır; ünvan 3 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsi "xxxx" (əvvəlki "xxxx") MTK-nın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa va xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli, 4Ə-1166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X10 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 512 kv.m olan əmlakın tam paylı mülkiyyətçisidir; xx.xx.2021-ci il tarixli, 4Ə-1166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsi qeyri-yaşayış sahəsi Cavabdeh3 tərəfindən X2; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X10 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan əmlakın tam paylı mülkiyyətçisidir; xx.xx.2022-ci il tarixli, 4Ə-1252 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 35 kv.m qeyri-yaşayış sahəsi qeyri-yaşayış sahəsinin ½ hissəsi Cavabdeh2 tərəfindən X2; xx.xx.2022-ci il tarixli, 4Ə-392 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 35 kv.m qeyri-yaşayış sahəsi qeyri-yaşayış sahəsinin ½ hissəsi Cavabdeh2 tərəfindən X2; Sabunçu Rayon Məhkəməsinin 2(008)-5894/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 "xxxx" MTK-ya qarşı protokolun etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1490/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5894/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, "xxxx" MTK-nın sədri X13, "xxxx" MTK-nın keçmiş sədri İddiaçı qarşı “pul vəsaitlərinin ödənilməsi və sənədlərin qaytarılması” tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" MTK-ya aid olan bütün təsis sənədləri, bank sənədləri, cari fəaliyyətlə əlaqədar bütün sənədlərin əsilləri alınaraq "xxxx" MTK-ya təhvil verilməsi, ilkin iddia tələbinin "xxxx" MTK-nın sədri X8 münasibətdə, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrə xitam verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 Yusif oğluna məxsus ünvan 4 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2928/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisələndirilən hallar ondan ibarətdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus 35 kv.m qeyri-yaşayış sahəsinin sxeminin Cavabdeh2 tərəfindən qanunsuz dəyişdirilərək, onun sahəsinin Cavabdeh3 sahəsinə qatdığını, qalan digər 35 kv.m qeyri-yaşayış sahəsinə isə qanunsuz mülkiyyət hüququ əldə etdiyini iddia edir. Bu səbəbdən mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş çıxarışın ləğv edilməsini və onun mülkiyyət hüquqlarının bərpa edilməsini tələb edir. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsi X1, həmçinin üçüncü şəxslə alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqavilələrinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan üçüncü şəxsin əmlakı Cavabdeh2 əldə edən zaman onda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxsin iddiaçının mümkün iddialarından xəbəri olmadığından, İlham Həsənov vicdanlı alıcı qismində qəbul olunur. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh3 adına verilmiş “Daşınmaz Əmlakın Mülkiyyət Hüququna” dair çıxarışın, eyni zamanda Cavabdeh2 adına verilmiş çıxarışın saxta olduğunu nəzərə alaraq ləğv edilməsi və iddiaçıya məxsus olan 35 kv.m qeyriyaşayış sahəsinin bərpa edilməsi, ona məxsus olan 35 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona təhvil verilməsi” hissəsində təmin edilməməlidir. Bununla yanaşı iddiaçı xx.xx.2014-cü il tarixli müqavilə ilə aldığı mübahisələndirilən qeyri-yaşayış sahəsi üçün ödədiyi 52500 manatın "xxxx" MMC-dən, 30555 manat maddi ziyanın və 10 000 manat mənəvi zərərin ödənilməsini isə Cavabdeh2 tələb edir. Məhkəmə iddia tələbini dəymiş ziyanın ödənilməsi hissəsində qismən əsaslı hesab edir və Cavabdeh1 MMC-nin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən İddiaçı tərəfindən ödənilmiş 52500 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən İddiaçı tərəfindən 52500 manat məbləğində ödəniş edildiyindən və yekunda əmlakından məhrum olduğu üçün iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə ödənilmiş pulu Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbini “Cavabdeh2 111 aylıq hesablanmış ortalama bank faizi ilə faiz məbləği hesablanmaqla iddiaçıya dəymiş 30555 manat ziyanının tutulması” hissədə aşağıdakı hüquq normalarına əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin satılması zamanı pul Cavabdeh2 yox, Cavabdeh1 MMC-yə ödənilmişdir. Bu hal həm Cavabdeh1 MMC-nin nümayəndəsinin etirafında və mədaxil orderində öz əksini tapmışdır. Belə olan təqdirdə isə 52500 manat pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ondan faydalanmağı iddia etmək əsassızdır. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əldən çıxmış faydanı təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xüsusi qərardad qəbul edilməsinə dair ərizəsində qeyd olunmuş və mübahisə predmeti olan müqavilə bağlanan zaman mövcud olduğu iddia edilən qanun pozuntuları faktı iş materialları öz təsdiqini tapmamışdır. Daşınmaz əmlaka verilən çıxarışın verilməsi prosesində iştirak edən şəxslərin əməllərində cinayət əməli və digər hüquq pozuntusu faktının aşkar edilməməsinə görə öz təsdiqini tapmamışdır. Buna görə də iddiaçı tərəfindən xüsusi qərardad qəbul edilməsi tələbi ilə bağlı verilmiş ərizə bununla bağlı əsaslar aşkar edilmədiyinə görə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 52500 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi aşağıdakı formada olmalıdır. Belə ki, iddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. (Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 480347 saylı vəsiqə). “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği “120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi” düsturu ilə hesablanır. İddia tələbi qismən təmin edildiyindən, yəni Cavabdeh1 MMC-dən 52500 manat alınaraq İddiaçı edilmiş ödənilməli olduğu qənaətinə gəlindiyi üçün iddia tələbinə münasibətdə, iddia tələbi təmin edilən hissədə 247,5 manat dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 52500 (əlli iki min beş yüz) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 MMC-dən 247,5 (iki yüz qırx yeddi manat, əlli qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1623/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1623/2023
13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver