Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1632/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə X9 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzilin digər şəxsin adına dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m, ümumi sahəsi olan 111 saylı mənzili İddiaçı adına sənədləşdirilməsini «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyasına həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi olan 111 saylı mənzil X12 adına qeydiyyatdan keçsə də, bu mənzilin ilk sahibi X14 olmuşdur. X14 həmin mənzilə dair vəsaiti tam “Beynəlxalq Banka" ödəmiş və bu barədə mənzilə dair maliyyə arayışı almışdır. 25 noyabr 2019-cu ildə X14 və onun əmisi oğlu İddiaçı razılığı ilə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi olan 111 saylı mənzil əvəzsiz olaraq X12 adına keçirilmişdir. X18 27 ay müddətində dəfələrlə DƏDRX-nə müraciət etmiş, lakin mənzilə dair qeydiyyat vəsiqəsi ala bilməmişdir. X18 və onun həyat yoldaşı X7 21 saylı Notariat Ofisində təsdiq olunmuş ərizələrindən də aydın görünür ki, onlar həmin mənzilin İddiaçı adına keçirilməsinə etiraz etmirlər. Bu barədə X18 tərəfindən İddiaçı etibarnamə də verilmişdir. X14 da İddiaçı etibarnamə vermişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi olan 111 saylı mənzili öz adına keçirtsin. Buna görə də iddiaçı Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzili İddiaçı adına sənədləşdirilməsini Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasına həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X23 iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi olan 111 saylı mənzilin sənədləşdirilməsi bağlı AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyası hər hansı qanunsuz hərəkətə yol verməmişdir. Hazırkı iddia tələbi əsassızdır. AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyasına lazımi sənədlər təqdim olunduqda həmin mənzilin başqa şəxsin adına dəyişdirilməsi təmin olunur. Bu baxımdan iddianı qəbul etmir və rədd olunmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə X14 bildirmişdir ki, iddia tələbi ilə razıdır. Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi olan 111 saylı mənzildən həyat yoldaşı və öz övladını çıxarmaq üçün Vidadiyə etibarnamə vermiş, Vidadi isə həmin etibarnamədən istifadə etmiş, mənzili öz adına keçirmişdir. Dəfələrlə ona müraicət etsə də, ondan mənzili qaytarmaq üçün müxtəlif məbləğlərdə pul istəmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə X18 məhkəməyə yaşılı ərizə göndərmiş və bildirmişdir ki, onlar arasıeda müxtəlif məhkəmə mübahisələri olmuş, həmin qətnamələri məhkəməyə göndərilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X18 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətində “Mən, X18 "xxxx" ASC ilə mənim aramda bağlanılmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilimdən və pay hüququmdan imtina edirəm və həmin mənzilin İddiaçı satılmasına, adına sənədləşdirilməsinə etiraz etmirəm. Gələcəkdə həmin mənzilə dair "xxxx" ASCyə qarşı heç bir iddiam olmayacaq və maddi tələb irəli sürməyəcəyəm” qeyd olunmuşdur; X13 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətində “Mən, X13, bildirirəm ki, ərim-X18 ilə "xxxx" ASC ilə arasında bağlanılmış müqaviləyə əsasən Abşeron rayonu. Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzildən imtina edirəm və həmin mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirəm. Gələcəkdə həmin mənzilə dair "xxxx" ASC-yə qarşı heç bir iddianı olmayacaq və maddi tələb irəli sürməyəcəyəm” göstərilmişdir; AR-İ № 935103, xx.xx.2019-cu il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində verilmiş etibarnamənin surətindən görünür ki, X3 İsmayıl İslam oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hüquqlar üzrə səlahiyyət vermişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2022-ci ilədək qüvvədədir. AR-İ № 935104, xx.xx.2019-cu il tarixli Bakı şəhəri 21 saylı notariat ofisində verilmiş etibarnamənin surətindən görünür ki, X2 İsmayıl İslam oğluna həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hüquqlar üzrə səlahiyyət vermişdir. Etibarnamə 3 il müddətinə verilmiş və xx.xx.2022-ci ilədək qüvvədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1119/2021 saylı qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 10 İyun 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 və Ələsgərova Sevil Qara qızının iddiaçı X12 mülkiyyətində olan “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m ümumi sahəsi olan 111 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, cavabdehlər X4 və Ələsgərova Sevil Qara qızından müştərək qaydada dövlət rüsumu kimi 10 (on) manat məbləğində pul vəsaitinin tutularaq dövlət gəlirlərinə alınması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2335/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2020-ci il tarixli 2(012)-1355/2020 saylı qətnaməsi cavabdeh X8 münasibətdə dəyişdirilmədən saxlanılmış, daha sonra Ələsgərova Sevil Qara qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2335/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən onun əmlakının mənimsənilməsi, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m, ümumi sahəsi olan mənzil 111 saylı ünvanının hazırda ona məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İş materialları və işə əlavə olunmuş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil xx.xx.2019-cu il tarixli razılаşma əsasında X14 tərəfindən X1. Həmin mənzil xx.xx.2019-cu il tarixdən iddiaçı X15 məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü yaşayış sahəsinin ona məxsus olmasını. həmin ünvana dair hər hansı hüququnun pozulmasını sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi ziyan dəyməsini, bunun ziyanın isə cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi ilə əlaqəli olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddiaçı iddia tələbində cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə мянзиля даир yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçının irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin (Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m, ümumi sahəsi olan 111 saylı mənzili İddiaçı adına sənədləşdirilməsi) cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar mənzilə dair müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Belə ki, müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Bu baxımdan, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.m, ümumi sahəsi olan 111 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinin «AKKORD» Sənaye Tikinti İnvestisiya Korporasiyasına həvalə edilməsi üçün əsas yoxdur. Buna görə d iddia tələbi rədd olunmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzilin digər şəxsin adına dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (X14 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “mənzilin digər şəxsin adına dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1632/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1632/2022
24.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver