Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1635/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sağlamlığa dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun səhhətimə dəymiş zərərə görə 15000 manat, mənəvi zərərə görə 50000 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.03.2018-ci il tarixdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Aişə Studio”-ya üz nahiyəsini lazer vasitəsi ilə fiz liftinqi etdirmək üçün müraciət etmişdir. Həmin salonda Həmidə adlı qadın prosedura 50% endirimlə edəcəyini və üz nahiyəsinin ziyansız proseduruna söz vermişdir. Həmin gün prosedur olunmuş və səhərisi gün üz nahiyəsinin sulandığını, yanıq yaralarının yarandığını, üzünün tanınmaz hala düşdüyünü görmüşdür. Cavabdehə bu barədə dərhal zəng edərək, vəziyyəti bildirmiş, cavabdeh isə buna əhəmiyyət verməmişdir. Bundan sonra məcbur qalıb səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya müraciət etmiş, xəstəxanada müayinədən sonra 2 və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulmuşdur. Yenidən Cavabdeh zəng vuraraq, dəymiş zərərin ödənilməsini xahiş etmiş, cavabdeh ilk başda xırda olaraq ona pul ödənişləri etsə də, sonradan isə ümumiyyətlə ödəniş etməkdən imtina etmişdir. Buna görə də, məcbur qalıb Nərimanov rayon Pİ-ə müraciət etmiş, həmin iş üzrə cinayət işinin başlanması rədd edilsə də, dəymiş zərərin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində üzündə yanıq xəsarətləri əmələ gəlmiş, bu hal məhkəmə tibb ekspertizasından alınmış 16.04.2018-ci il tarixli, 143 saylı rəyə əsasən üz nahiyəsinin çoxsaylı infeksiyalaşmış yanıq yaraları (lazerlə), əsasən İİ, hissəvi İİİ diaqnozu ilə yanıq şöbəsində ambulator müalicədə olmuşdur. Həmin yanığın müayinə və müalicəsi üçün ümumilikdə 10000 manat maddi ziyan dəymişdir. Üz dərisinin bərpası üçün çoxsaylı müayinələr və müalicələr etmişdir. Hazırda üzünün bərpası üçün xeyli xərc lazımdır və bərpası lazım olan xərcin dəyəri tam olaraq bilinmir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində üzündə olan çapıq izləri qalır və onun bərpası üçün xeyli xərc tələb edilir. Cavabdehin qeyd edilən təqsirli hərəkətləri nəticəsində üzü həmin vəziyyətdə görmək onda kəskin stress yaratmış, psixoloji olaraq sarsıntı keçirmiş və nəticədə mənəvi iztirablara məruz qalmış, habelə ictimaiyyət içərisinə çıxa bilməmiş, bunla bağlı üzünün bərpa olunduğu dövrə kimi öz işlərini də icra edə bilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məsləhətçi vəzifəsində işləmiş, qeyd edilən xəsarətin vurulması nəticəsində 2 ay müddətində əmək qabiliyyətini itirmiş və nəticədə işə çıxa bilməmiş, buda əlavə olaraq onun kollektiv arasında nüfuzunun azalmasına səbəb olmuşdur. Ona dəymiş mənəvi zərər də cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, işirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 08.10.2018-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 31.05.2018-ci il tarixli Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, Ağa Neymətulla küçəsi 35 ünvanda yerləşən “Aişə” şözəllik salonunda “Hifu” aparatı üzrə mütəxəssis işləyir. 02.03. 2018-ci il tarixdə işdə olan zaman sonradan adını bildiyi Samirə adlı xanım ona yaxınlaşaraq üz gərmə etdirmək istədiyini ona demişdir. Danışaraq üz gərmənin qiymətinin 150 manat olduğunu ona demiş razılaşmışlar. Sonra isə ayaq və qollarının da lazer etdirmək istədiyini bildirmiş və bunların lazer edilməsinin 80 manat olduğunu bildirmişdir. Qiyməti razılaşdıqdan sonra Samirənin üzünü, qolunu və ayaq hissəsini liftinq etmiş, Samirə ona 230 manat ödəyərək çıxıb getmişdir. Səhəri günü Samirə ona mesaj yazaraq üzünün şişdiyini bildirmişdir. O, isə dermatoloq həkimin yanına gedib göstərməsini ona məsləhət bilmişdir. Həkim pulunu və dərman pulu olaraq Samirəyə 200 manat vermişdir. Lakin birinci həkimdən razı olmadığını deyərək 5 saylı xəstəxanaya getdiyini və orada xərcinin çıxdığını ona bildirmiş, bundan sonra Samirəyə 300 manat vermişdir ki, xərclərini ödəsin. Bundan əlavə müxtəlif vaxtlarda Samirəyə 100, 200, 270 manat vermiş. 200-300 manatlıq alaraq ona vermişdir ki, Samirə əvvəlki vəziyyətinə qayıtsın. Həkim Samirəyə bildirmişdir ki, üzünə maz çəkib günəşə çıxmamalıdır ki, sentyabr ayında 99 faiz ləkələr gedəcəkdir. Lakin Samirə üzünə maz çəkmir və üzünün tez sağalmasını istəyir. Samirəyə bildirmişdir ki, üzün sağalana kimi sənin yanındayam və xərcini çəkəcəm. Lakin Samirə ondan ayda 800 manat təzminat istəmişdir ki, işə çıxa bilmir. Samirənin bu təklifinə görə hirslənib demişdir ki, get şikayət et qanunu yolu nədirsə, o olsun. Samirənin üzünə görə çəkdiyi xərci ödəməyə hazırdır. Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 143/KEŞ nömrəli ekpert rəyinin surətində qeyd edilmişdir ki, İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən 04.03.2018-ci il tarixdə “Üz nahiyəsinin çoxsaylı infeksiyalaşmış yanıq yaraları (lazerlı), əsasən 2-ci, hissəvi 3-cü dərəcə” diaqnozu ilə yanıq şöbəsində ambulator müalicə olmuşdur. İddiaçı yüksək ixtisaslı mütəxəssis müayinəsinə əsasən onun üz və boyun nahiyələrində termik yanıq əlamətlərinin olduğu müəyyən edilmişdir. 04.03.2018-ci il tarixdə icra olunmuş “liftinq” proseduru ilə bağlı hər hansı bir sənəd olmadığından üz və boyun nahiyələrinin termik yanığının dəqiq hansı səbəbdən baş verməsi haqqında fikir söylənməsi mümkün olmamışdır. Lakin texniki cəhətdən “liftinq” proseduru zamanı termik yanığın baş verməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zəzərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 11.10.2021-ci il tarixli, 749/KEŞ nömrəli ekpert rəyinin surətində qeyd edilmişdir ki, 1980-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onun üz və boyun nahiyələrində piqmentasiya ləkələrinin olduğu müəyyən edilmişdir ki, bunların da aparılmış “liftinq” proseduru zamanı baş vermis termiki yanıqdan sonar yaranması istisna edilmir. Qeyd olunan ləkələrin aradan qaldırılması üçün İddiaçı kosmetoloji prosedurlara ehtiyacı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1118.3-cü maddəsinə görə Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 143/KEŞ nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 11.1.2021-ci il tarixli, 368 nömrəli ekpert rəylərindən, həmçinin 31.05.2018-ci il tarixli Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun cinayən işinin başlanılmasının rədd edilməsi haqqında Qərardadından müəyyən olunmuşdur ki, İddiaçı 04.03.2018-ci il tarixdə “Aişə Studio”-ya üz liftinqi etdirmək üçün müraciət etmiş, həmin yerdə işləyən Cavabdeh ilə qiymətdə razılaşaraq iddiaçının üz, boğaz və əl nahiyələrində liftinq proseduru icra edilmişdir. Lakin icra edilmiş liftinq prosedura qüsurlu olmuş və bu səbəbdən iddiaçının üz və boğaz nahiyələrində 2-ci və hissəvi 3-cü dərəcəli yanıq olmuşdur. Bu barədə iddiaçı cavabdehə məlumat vermiş və dəymiş ziyanı ödəməyi tələb etmişdir. Cavabdeh ilk əvvəl müalicə üçün pul ödəmiş, lakin sonra aralarında yaranmış mübahisə səbəbindən ödəniş etməkdən imtina etmişdir. Hal-hazırda İddiaçı ləkələrin aradan qaldırılması üçün kosmetoloji prosedurlara ehtiyacı vardır. Bununla belə məhkəmə araşdırması zamanı iddiaçının kosmetoloji prosedurlara ehtiyac olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həmin prosedurların aparılması üçün 2000 manat alınaraq İddiaçı ödənilməlidir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən liftinq proseduru düzgün icra olunmaması nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Nərimanov RPİ-də izahat verən Cavabdeh izahatdan görünür ki, cavabdeh iddiaçının üz və boyun nahiyələrində yaranmış yanığ ləkələrinin səbəbinin onun apardığı liftinq prosedurunun olmasını etiraf etmiş, bu səbəbdən iddiaçıya sağlamlığına vurduğu zərəri aradan qaldırmaq üçün müalicə pulu vermis və müalicə davam edən zamanda ödənişlər edəcəyini təklif etmişdir. Lakin sonradan aralarında yaranmış mübahisə səbəbindən ödəniçləri etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bu baxımdan işin halları və təqdim edilmiş sübutlar üzrə iddiaya qanunvericliyin qeyd edilən əsaslarının tətbiqinin mümkünlüyü məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, iş materiallarında olan sübutlara əsasən iddiaya hüquqi qiymət verilməsini məhkəmə məqbul hesab etmişdir. Məhkəmə mənəvi zərərin ödənilməsinə münbasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” X7 əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir. O, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edilənlərə əsasən mənəvi ziyana görə kompensasiya ödənilməsinin iddiaçı tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalmasını məhkəmə iclasında müəyyən edilmiş faktiki sağlamlıq vəziyyətini, müvafiq ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək əsaslı hesab edir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçının səhhətinə dəymiş ziyana görə 2000 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı səhhətinə dəymiş ziyana görə 2000 manat, mənəvi zərərə görə 10000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1635/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1635/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver