Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1669/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Renault Tondar” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşınla 4-cü mikrorayon dairəsində “Yol verin” yol nişanının tələbinə riayət etməyərək yol ayrıcı keçmə qaydasını pozmuş, nəticədə X6 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh mülkiyyətində olan “Renault Tondar” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Nəsimi Rayon Məhkəməsinin 3(006)-728/2016 saylı İnzibati Xəta haqqında iş üzrə Qərarında əksini tapmışdır. Toqquşma nəticəsində avtomaşına dəymiş ziyanla bağlı “xxxxxxx” Firmasının təqdim etdiyi xx.xx.2016-cı il tarixli akta uyğun olaraq, həmin avtomaşına 2674.30 ( iki min altı yüz yetmiş dörd manat 30 qəpik) manat ziyan dəymişdir. Eyni zamanda xxxxxxx” Firmasının təqdim etdiyi xx.xx.2016-cı il tarixli akta edilmiş xx.xx.2017-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Əlavəyə uyğun olaraq, “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşına 1080 (bir min səksən manat 0 qəpik) manat ziyan əlavə olaraq müəyyən edilmişdir.**********708 saylı sığorta müqaviləsinin 032465 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti azadolma məbləği 600 (altı yüz manat 0 qəpik) manat çıxmaqla 2074.30 ( iki min yetmiş dörd manat 30 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq, X6 məxsus “İddiaçı" Sığorta Şirkətində sığortalanmış “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulan ziyanın əvəzində 3154.30 (üç min yüz əlli dörd manat 30 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 (otuz manat 40 qəpik) manat, cəmi 3184.70 (üç min yüz səksən dörd manat 70 qəpik) manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 iddia tələbinin məzmunu ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən tərtib edilmiş 032465 nömrəli sığorta aktından və 5952 saylı, xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, 2074,30 manat məbləğində sığorta ödənişi X2 vasitəsilə ödənilmişdir. İş materiallarında olan “xxxxxxx” Firmasının xx.xx.2016-cı il tarixli qüsur aktından görünür ki, “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 2674,30 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən tərtib edilmiş 035852 nömrəli sığorta aktından görünür ki, 1080,00 manat məbləğində sığorta ödənişi X2 vasitəsilə ödənilmişdir. İş materiallarında olan **********708 nömrəli, xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, X6 məxsus “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il saat 00:00-dan xx.xx.2017-ci il 23:59 tarixinədək İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, KYP 517883 saylı inzibati xəta haqqında Protokolun məzmunundan görünür ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332,4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 3(005)-728/2016 saylı inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, P5010/19 saylı məktubdan görünür ki, Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ona “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən ödənilmiş 3154,30 manat məbləğində vəsaiti 3 iş günü ərzində “İddiaçı Sığorta” Şirkəti ASC-nə ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Renault Tondar” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyatdan keçmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə idarə etdiyi “Renault Tondar” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşınla 4-cü mikrorayon dairəsində “Yol verin” yol nişanının tələbinə riayət etməyərək yol ayrıcı keçmə qaydasını pozmuş, nəticədə X6 məxsus İddiaçı Sığorta Şirkətində sığortalanmış “Kia” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Qeyd edilən zərər X6 “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən ödənilmidir. Hazırda iddiaçı ödənilmiş sığorta pulunun subroqasiya qaydasında Cavabdeh tutulmasını tələb edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək. məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh “İddiaçı Sığorta” Şirkəti ASC-nin xeyrinə vurulmuş ziyana görə 3154,30 (üç min yüz əlli dörd manat, otuz qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh “İddiaçı Sığorta” Şirkəti ASC-nin xeyrinə vurulmuş ziyana görə 3154,30 (üç min yüz əlli dörd manat, otuz qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1669/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1669/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver