Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1681/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən Grand-Agro MMC-yə verilmiş ******* saylı Çıxarış ləğv olunması və ona məxsus mülkiyyətində olan əmlaka dəymiş ziyana görə cavabdeh "xxxx" MMC tərəfindən 10000 manat maddi ziyan və 100 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Grand-Agro MMC-yə Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əyyub oğluna Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin Başçısının 23 iyun 1993-cü il tarixli 3010/15 saylı Sərancamı ilə Vətəndaşalara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması məqsədi ilə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmən torpaq sahəsi qanunvericiliyə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən MN ******* saylı Çıxarışı ilə fərdi yaşayış mülkiyyətinə qeydə alınmışdır. İddiaçıya məxsus xüsusi mülkiyyət olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi ərazisi 1200 kv.m sahənin 591 kv.m hissəsini Daşınmaz Əmlakın AN-0351725 saylı Alqı-Satqı Müqaviləsi ilə X1, qalan hissə iddiaçının mülkiyyətidə saxlanılmışdır. Həmən torpaq və ətraf qonşu sahəsi ümumilikdə 229.66 ha olmaqla Grand-Agro MMC tərəfindən zəbt olunmuşdur. İddiaçı Grand-Agro MMC-yə həmən torpaq sahəsinin ona məxsus olduğunu bildirdikdə MMC nümayəndəsi həmən ərazinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Kənd Təsərrüfatı təyinatlı verildiyini bildirmiş və Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən verilmiş ******* saylı Çıxarış təqdim etmişdir. Beləliklə Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi mülkiyyətə iki çıxarış vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyster Xidməti tərəfindən Qrand-Agro MMC-yə verilmiş ******* saylı Çıxarışın heç bir hüquqi əsası yoxdur və ləğv olunmalıdır. Qrand-Agro MMC ona məxsus torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək də iddiaçıya məxsus daş hasarı sökmüş və orada olan tikinti materialını ona məxsus olmayan istiqamətə apararaq ümumilikdə 2500 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavablər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsinin veriməsi zamanı məhkəmə aidiyyatı üzrə qanunvericliyin tələbləri pozulduğunda iddianın yolverilməzliyi səbəbindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iddia tələbinin predmeti Grand- Agro MMC-yə verilmiş ******* saylı Çıxarış ləğv olunması ilə bağlıdır. Belə ki, qeyd olunan çıxarış iddiaçının mülkiyyət hüquqlarını pozduğunu iddia edən iddiaçı hazırki tələblə ümumi məhkəməyə müraciət etmişdir. Lakin işin hallarından göründüyü kimi mübahisələndirilən Grand-Agro MMC-yə verilmiş ******* saylı Çıxarış Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında verilmişdir. Belə olan halda qeyd olunan çıxarışın ləğvi barədə məhkəmə iddia tələbi üzrə məhkəmə araşdırması çıxarışın verilməsinə səbəb olan müvafiq inzibati aktın mübahisələndirilməsinə yönələcəkdir. Qeyd olunan inzibati akt verilməsinə dair münasibətlər Azərbaycan Respublikasının İnizbati İcraat Haqqında qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı nəzərdə tutduğu niyyətinə çatması üçün müvafiq çıxarışın verilməsinə əsasə olan inzibati akt üzrə tənzimlənən münasibətlər baxılması qanunvericliklə aid edilmiş müvafiq inzibati məhkəmə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim Hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə xitam verilməlidir. Qeyd olunan mübahisə ilə bağlı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edilməsi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə xitam verilsin. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1681/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1681/2022
15.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver