Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1702/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 və Sabuynçu Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi qeyd etməklə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixli, 622 saylı doğum haqqında akt qeydləri kitabında uşağın adı qrafasında Tamerlan qeydinin (adının) düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi adına daşınmaz əmlakla bağlı notariat əməliyyatı aparılması üçün notariat ofisinə yaxınlaşan zaman, notarius sistemdə adının İlqar yox, Tamerlan yazıldığını ona bildirdi və bu hal həqiqətən də onun üçün gözlənilməz oldu. Belə ki, ərizəçi bu günə qədər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında adının Tamerlan kimi qeyd olunmasından xəbərsiz olmuş və adının səhv yazılması, bu gün də onun üçün müəmmalı olaraq qalır. Bundan əlavə, ərizəyə əlavə etdiyi sənədlərin hamısında da adı İlqardır. Hətta Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1989cu il tarixdə verilmiş Doğum haqqında şəhadətnamədə də, onun adı İlqar kimi qeyd olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında adında olan səhvin düzəldilməsi və ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Sabunçu və Nərimanov rayon Qeydiyyat şöbələrinə rəsmi qaydada müraciət etmişdi. Lakin Maraqlı şəxs2ndən imtina məktubu ilə bildirdilər ki, "Qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.1989cu il tarixli, 622 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın adının Tamerlan yazıldığ, VVA arxivində saxlanılan ikinci nüsxədə və sistemdə də adının Tamerlan olduğu müəyyən edilmişdir". Evni imtina məktubunu daimi yaşadığı yer üzrə Maraqlı şəxs1ndən də almışdır. Bir sözlə, hər iki Qeydiyyat şöbəsi adında olan səhvin düzəldilməsindən imtina etdilər və ona xüsusi icraat qaydasında məhkəməyə müraciət etməyimi tövsiyyə eldilər. Bir daha qeyd edir ki, Vətəndaşlıq Vəziyyəti akt kitabında adımın Tamerlan olmasından məlumatı olmamışdır və adının səhv yazılması onun təqsirim deyildir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, Maraqlı şəxs2 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, doğumunuz haqqında təkrar şəhadətnamənin istənilməsi barədə Maraqlı şəxs2nə daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar Maraqlı şəxs2ndə tərtib edilmiş xx.xx.1989-cu il tarixli 622 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, uşağın adının Tamerlan yazıldığı, VVA arxivində saxlanılan ikinci nüsxədə və sistemdə də adının Tamerlan olduğu müəyyən edilmişdir. Şəxsiyyəti təsdjq edilən sənədinizdə adınız İlqar yazıldığından və yuxarıda qeyd edilən uyğunsuzluq səbəbindən doğumunuz haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. İzah edirik ki, doğumunuz haqqında akt qeydinin uşağpın adı qrafasına düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə, bu barədə ərizə ilə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilərsiniz. Bildiririk ki, dpğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra Siz tələb olunan sənədlə təmin ediləcəksiniz. İş materiallarında olan, Maraqlı şəxs1 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, doğum haqqında şəhadətnamədə düzəliş edilməsi barədə müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadığından, Maraqlı şəxs1 tərəfindən verilmiş imtinadan aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. İş materiallarında olan, ASAN 1 tərəfindən verilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan, C03028941nömrəli ümumvətəndaş pasportunun notarial qaydada təsdiq olunmu surətindən görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə ümumvətəndaş pasportu verilmişdir. İş materiallarında olan, 1 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş, AC 069468 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan, AO № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığında xx.xx.2010-cu il il tarixdə uçota götürülmüşdür. İş materiallarında olan, 000157 qeydiyyat nömrəli ali təhsil haqqında diplomum təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi turizm və sosial mədəni servis xidməti peşə istiqamətində üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan, AZ İ № 879122 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X7 arasında xx.xx.2013cü il tarixdə nikah bağlamış, bu xx.xx.2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1374 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan, AZ İİİ № 744331 nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur və bu barədə xx.xx.2016-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 2042 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan, AZ İİİ № 744332 nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur və bu barədə xx.xx.2016-cı il tarixdə doğum haqqında akt qeydləri kitabında 2043 № ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan, XİV- ЖГ № 379708 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə, 622 № ilə qeyd edilmişdir. X1, X2. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Ərizəçi barəsində tərtib edilmiş XİV- ЖГ № 379708 nömrəli doğum haqqında şəhadətnamədə onun xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulması əks olunmuşdur. Adı qrafasında “Ərizəçi” oğlu, ata qrafasında “X9” oğlu, ana qrafasında “X6” yazısı qeyd olunmuşdur. Lakin Maraqlı şəxs2ndə tərtib edilmiş xx.xx.1989-cu il tarixli 622 saylı doğum haqqında akt qeydində ərizəçinin adının Tamerlan yazıldığı, VVA arxivində saxlanılan ikinci nüsxədə və sistemdə də adının Tamerlan olduğu müəyyən edilmişdir. Ərizəçi doğum akt qeydində olan səhvlərin düzəliş edilməsi üçün MPM-in 37-ci fəslinə uyğun olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci maddəsinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, vətəndaş vəziyyəti aktlarının xx.xx.1989-cu il tarixli, 622 nömrəli doğum akt qeydində ərizəçinin adının “Tamerlan” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, doğum haqqında akt qeydində düzəliş edilməli, “adı” qrafasında “İlqar” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vətəndaş vəziyyəti aktlarının 622 saylı, xx.xx.1989-cu il tarixli doğum akt qeydində uşağın adı qrafasındakı “Tamerlan” qeydinin düzgün olmamasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydində düzəliş edilsin, “soyad, adı və atasının adı” qrafasında "Ərizəçi” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1702/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1702/2021
19.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver