Məhkəmə qərarları › İş №2(005)-1722/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1722/2020

08.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1722/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Çəltikov Sövhəddin Əsəd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Çəltikov Sövhəddin Əsəd oğlunun Cavabdeh «paylı mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılaraq, əldə olunmuş məbləğin paylara uyğun bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Çəltikov Sövhəddin Əsəd oğlu Cavabdeh qarşı ünvan 1 saylı fərdi yaşayış evinin "B'' tikilisinin və Xaçmaz rayonu, Lacət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölüşdürməklə, ½ hissəsinin paylı mülkiyyətdə olan əmlakların mülkiyyətçisi kimi ona ödənilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov ıayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-2391/2019 saylı qətnaməsinə əsasən ünvan 1 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə Cavabdeh payı ½ hissədə, İddiaçı Əsod oğlunun payı ½ hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququ tanınması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yananla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə dövlət reyestrindən çıxarış verilmiş və ünvan 1 saylı fərdi yaşayış evinin "B" tikilisinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Lakin cavabdeh onanə xüsusi mülkiyyətində olan evdən istifadə etməyinə və orada yaşamağına imkan vermir. Özü 1-ci qrup gözdən əlilildir. Səhhətində problemlər vardır. Onkoloji xəstəlikdən əziyyət çəkir. Cavabdeh isə onun mülkiyyətində olan evdən istifadə etməyinə imkan vermir. O, isə məcburiyyət qarşısında qalaraq, Xaçmaz rayonu, Ləcət kəndində yaşamaq məcburiyyətində qalmışdır. Onun xəstəliyi ilə əlaqədar miitəmadi olaraq, Bakı şəhərinə həkimə gəlib gedir. Xaçmaz rayonu, Ləcət kəndindən Bakı şəhərində gəlib getmək ona maddi ziyan vurmaqla yanaşı, müəyyən çətinliklər yaradır. Cavabdehə paylı mülkiyyətçi kimi əmlakı satın almaqda üstünlük hüququ olduğundan, ona məxsus payı alması barədə bildiriş göndərmiş, lakin cavabdeh ona məxsus payı almaqdan imtina etmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 saylı fərdi yaşayış evinin "B" tikilisinin və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölüşdürməklə, 1/2 hissəsinin paylı mülkiyyətdə olan əmlakların mülkiyyətçisi kimi ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı Çəltikov Sövhəddin Əsəd oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya etiraz edərək, məhkəmяdən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X6, X2, X8, X3, X7, X15, Cavabdeh, X9, X4, X10, X5. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 91 saylı evin «B» tikilisinə Cavabdeh və İddiaçı hər birinin ½ payları xx.xx.2019 və xx.xx.2019cu il tarixdə qeydiyyata alınmışdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2391 /2019 nömrəli, xx.xx.2019 tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi" tələbinə dair mülki işinə baxılaraq iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, 91 saylı fərdi yaşayış evinin "B" tikilisinə və Xaçmaz rayonu, Ləcət kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə Cavabdeh ½ hissədə payı, İddiaçı 1/2 hissədə payı müəyyən edilmiş və onların həmin paya mülkiyyət hüququ tanınmışdır. İşin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı mübahisəli ev və torpaq sahəsinin müstəqil mülkiyyətçisidir, yəni, onun payı məlumdur, lakin, onun payı naturada ayrılmamışdır. Tərəflərin mübahisəli ev və torpaq sahəsinə ½ hissədə payları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində isə, paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Göstərilən Məcəllənin 220.5-cü maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Yenə həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçıların ilk tələbi ilə mübahisəli mənzilin açıq hərracdan satılaraq, əldə olunan vəsaitin paylara mütənasib bölünməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçı öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməmiş, habelə iddiaçı öz paylının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçilərinə ödənilməsini tələb etmək hüququna malik olduğu halda, öz payının alınmasını təklif etmişdir. Bundan əlavə, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır. Həmçinin, Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Digər tərəfdən, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Çəltikov Sövhəddin Əsəd oğlunun Cavabdeh «paylı mülkiyyətdə olan əmlakların açıq hərrac vasitəsilə satılaraq, əldə olunmuş məbləğin paylara uyğun bölünməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar