Məhkəmə qərarları › İş №2(005)-1725/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1725/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1725/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3260 (üç min iki yüz altmış) manat məbləğində ona vurulmuş maddi zərərin, cavabdehin inzibati xəta törətməsi nəticəsində yaranmış 73 ( yetmiş üç) manat cərimənin və vurulmuş 2000 (iki min) manat məbləğində mənəvi zərərin, müqaviləyə əsasən 2019-cu ilin mart ayından bu günədək ödənlməmiş pulla bağlı yaranmış itirilmiş faydanın 4800 ( dörd min səkkiz yüz) manatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 99-RH- 335 dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobili xx.xx.2018ci il tarixində xüsusi notariat kontorunda verilmiş etibarnamə əsasında hər ay 400 ( dörd yüz) manat olmaqla 34 ( otuz dörd ) ay ərzində hissə-hissə ödəmək şərti ilə cavabdehə satmışdır. ( xx.xx.2018-ci il tarixli ilkin müqavilə əsasında) cavabdehə etibarnamə verilən zaman sadəcə idarə etmək səlahiyyəti verilmişdir. Belə ki, cavabdehlə razılaşmışdır ki, pulu tam ödədikdən sonra avtomobili onun adına keçirəcəkdir. Bu şərtlə avtomobil cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh razılaşmaya sadəcə 3 ay riayət etmiş, lakin sonradan ödəniş etməyi dayandırmışdır. Ödənişin 4-cü ayına keçdikdə cavabdeh ona zəng vurub bildirdi ki, “beynim çöndü, maşını yandırdım”. Ondan bunu niyə etdiyini soruşduqda bildirdi ki, “əsəbləşdim, yandırdım, əgər sığortanız varsa, sığortadan pulu alaq”. Bunu araşdırmaq üçün cavabdehlə görüşdü və bəlli oldu ki, avtomobilin motoru yanmışdır və tam yararsız vəziyyətdədir. Bəlli oldu ki, cavabdeh bunu aylıq pulu ödəməmək üçün edib, guya bununla fikirləşib ki, kasko sığorta ilə işi həll edə bilər. Bundan sonra məcbur olaraq polisə müraciət etdi. Lakin araşdırma zamanı polis aralarında notarial qaydada razılıq olduğunu bildirərək cavabdehin əməlində cinayət tərkibinin olmadığından məhkəməyə müraciət etməli olduğu bildirdi və polis tərəfindən xx.xx.2020-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilmsi barədə qərar" qəbul edildi. Araşdırma zamanı ekspertiza təyin edildi və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının müvafiq rəyinə əsasən, avtomobilimə 3260 ( üç min iki yüz altmış) manat zərər dəydiyi müəyyən edilmişdir. Dəfələrlə cavabdehin evində oldu və cavabdehin anası onu inandırdı ki, başqa yerlərə şikayət etməsin, bir neçə ay ərzində avtomobilə dəyən zərər tam ödəniləcək. Avtomobilinə dəymiş zərərin həcmini müəyyənləşdirmək üçün avtomobili cavabdehdən götürərək usta yanına apardı və avtomobilinə dəymiş zərər hesablanmışdır. Müstəqil ekspert 268 saylı xx.xx.2019-ci il tarixli arayışa əsasən, zəhmət haqqı və ehtiyyat hissələrinin qiyməti də daxil olmaqla 3720 ( üç min eddi yüz iyirmi) manat vəsaitin tələb olduğunu qeyd etmişdir. Avtomobil isə ərazi üzrə polis müvəkkilinin iştirakı ilə avtomobil dayanacağına yerləşdirildi ki, avtomobilin üzərindən başqa detallar çıxarılmasın. Bu gün də avtomobili dayanacaqdadır, iddia ərizənə əlavə etdiyi fotoşəkillərdən də avtomobilin tam yararsız və bərbad vəziyyətdədir. Belə ki, cavabdeh maşını pis saxlamışdır. Eyni zamanda bildirir ki, avtomobil cavabdehin istifadəsinə verilən zaman tam saz vəziyyətdə verilməsinə baxmayaraq cavabdehin məsuliyyətsiz və qanunsuz hərəkətləri nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Bu azmış kimi, müqavilə şərtlərinə uyğun olaraq aylıq ödənilməli pul ona ödənilməmişdir və o, gəlirindən məhrum olmuşdur. Belə ki, avtomobilin saz şəkildə ona təhvil verilsə idi, avtomobilimi qeyri-bir şəxsə satıb gəlir əldə edərdi. Lakin o qərəzli şəkildə ona dəymiş maddi zərəri ödəməkdən artıq bir ildir ki, boyun qaçırır. Məhz bu səbəbdən cavabdeh tərəfindən ona dəymiş maddi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdehin törətdiyi inzibati xəta ilə bağlı tərtib edilmiş protokollar aşağıdakı kimidir: xx.xx.2019-ci il tarixində saat 14:52 radələrində “Yol hərəkət haqqında" Qanunun tələbi pozulmuşdur. xx.xx.2019-ci il tarixində saat 15:38 radələrində “Yol hərəkət haqqında" Qanunun tələbi pozulmuşdur. İXP ******* saylı protokol tərtib edilmişdir, qərara əsasən cavabdeh 64 ( altmış dörd) manat cərimə edilmişdir. xx.xx.2018-ci il tarixində saat 13:34 radələrində “Yol hərəkət haqqında" Qanunun tələbi pozulmuşdur. EQ 428112 saylı protokol tərtib edilmişdir, qərara əsasən cavabdeh 9 ( doqquz ) manat cərimə edilmişdir. Qeyd edilən cərimələr hələ də cavabdeh tərəfindən ödənilməmişdir. O, uzun müddət avtomobilindən istifadə edə bilməmiş, eyni zamanda cavabdehin hərəkətləri onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyil. Buna görə də, onun xeyrinə mənəvi zərər də tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 99-RH- 335 dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobilinə dair İddiaçı ilə müqavilə bağlamışdır. Ona hər ay 400 manat pul ödəməyə öhdəsinə götürmüşdür. Müqavilə üzrə 4 ay ödəniş etmiş, sonra yolda hərəkət edən zaman maşında yanğın başlamışdır. Avtomobili qəsdən yandırmamışdır. Müqavilədə avtomaşının saz vəziyyətdə ona təhvil verildiyi göstərilsə də, nasaz olmuş, bu səbəbdən yanğın baş vermişdir. Chevrolet Nubira minik markalı avtomobilin dəyişdirilməli olan detalları tapılmır. Buna görə də, avtomaşını təmir etmək mümkün deyil. **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobilə zərər dəyməsini qəbul edir, lakin həmin zərər 3260 ( üç min iki yüz altmış) manat məbləğində ola bilməz, avtomaşının yanmasını görə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia tələbində olan 78 manat cəriməni ödəmişdir. İddia tələbinin yalnız avtomaşına dəymiş zərər hissəsində qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə icrasında iddiaçı tərəfindən təmin edilmiş şahid X5 bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Onlar birlikdə Almaniyadan maşın gətirib satır. Cavabdeh ilə notariusda müqavilə bağlananda orda olmuşdur və ona heç bir təzyiq olunmayıb. Öz razılığı ilə müqaviləni imzaladı və hər ay 400 manat pul ödəməklə razılaşmışdı. Cavabdeh bir gün ona zəng edib dedi ki, beyni çöndü maşını yandırdı. Maşının pulunu hər ayın axırı ödəyirdi. Avtomobili ustaya apardılar, ehtiyat hissələrini tanış adamdan nisyə götürdü. Hələ də ehtiyat hissələrinin pulunu ödəməyib. Avtomobili tam təmir edib ya onlara qaytarsın, ya da qalan borcunu ödəsin.cavabdeh həm pulu aylıq pulu ödəməkdən yayınır, həm də maşının təmir xərclərini ödəmək istəmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AD seriyalı, 33067 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2006-cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobil İddiaçı mülkiyyətindədir; İddiaçı tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən xx.xx.2018-ci il tarixdə **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobil 2 il 8 ay müddətinə xx.xx.2021-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. İddiaçı ilə Cavabdeh arasında **-RH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılmasına dair xx.xx.2018-ci il tarixli ilkin razılaşmaya (ilkin müqavilə) görə aşağıdakı şərtlərlə bağlanmışdır. İddiaçı mülkiyyətində olan CHEVROLET NUBİRA mini markalı, 99-RH-33S dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxiışlı avtomabili 13400 manata Cavabdeh ilə alqı-satqısına razılaşmış, Mülkiyyətində olan CHEVROLET NUBİRA mini markalı, 99-R4-335 dövlət qeydiyyat nişanlı, 2006-ci İİ buraxlışlı avtomobili 13400 manata almağa razılaşmışlar. Pulu xx.xx.2021-ci il tarixədək hər ay 400 manat axrıncı ay (xx.xx.2021) 200 manat nəğd ödəyəcək. CHEVROLET NUBİRA mini markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxlışlı avtomobil ilə bağlı Cavabdeh xx.xx.2021-ci il tarixədək hər ay 400.00 (dörd yüz) manat, axırıncı ay (xx.xx.2021) 200 (iki yüz) manat nağd ödəməyi ilə razılaşır. Avtomobildən istifadə edilməsi haqqında Cavabdeh adına etibarnamə verilir. Müqavilə şərtində olan ödəniş tam qurtardıqdan sonra nəqliyyat vasitəsi özgəninkiləşdirilə bilər. Satıcı daşınar əmlakı alıcıya işlək vəziyyətdə təhvil verir. İş materiallarında olan Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuş, qərarın surəti məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və X3 göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 28126 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, təqdim olunmuş qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobilin təmir bərpa xərci təxminən 3260 manat müəyyən edilir, dəyişilməli hissələrin qiyməti – 2510 manat, təmir-bərpa xərci 750 manat. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2006-cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobilin mülkiyyətçisidir, həmin avğomobili xx.xx.2018-ci il tarixli ilkin müqavilə ilə 13400 manata yəni hər ay 400 manat, axırıncı ay 200 manat (xx.xx.2021-ci il tarixədək) pul ödəməyi öhdəsinə götürmüşdür. Avtomaşına dair cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmiş, CHEVROLET NUBİRA mini markalı, 99-RH-33S dövlət qeydiyyat nişanlı, 2006-ci il buraxılışlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən mühərrikdə yanğın baş vermiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, avtomobilə 3260 manat zərər dəymişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir, lakin vurulmuş ziyan məbləğini şişirdilmiş hesab edir. Məhkəmə iddia tələbinin «3260 manat dəymiş maddi zərər»in tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdeh 2006cı il buraxılışlı **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı avtomobili mülkiyyətçidən işlək vəziyyətdə təhvil almış, bu hal ilkin müqavilənin 5-ci bəndində əks olunmuşdur. Buna görə də, həmin avtomobilə dəymiş zərər üzrə cavabdeh məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, cavabdeh təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması hazırki mülki işin mübahisəsiz halıdır. məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə həmin olunmalıdır. Məhkəmə iddia tələbinin «73 (yetmiş üç)manat cərimənin» ödənilməsinə münasibədə qeyd edir ki, iddia tələb bu hissədə rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt həmin pul ödənilməsə də, hazırda cavabdeh tərəfindən ödənilmişdir. «73 (yetmiş üç) manat cərimənin ödənilməsi» hissəsi işin mübahisəsiz haldır. İddia tələbinin bu hissəsi ilə bağlı tərəflər arasında mübahisə olmadığından rədd olunmalıdır. Məhkəmə iddia tələbinin "müqaviləyə əsasən 2019-cu ilin mart ayından bu günədək ödənlməmiş pulla bağlı yaranmış itirilmiş faydanın 4800 ( dörd min səkkiz yüz) manatın ona verilməsi" hissəsinə münasibətdə iddia tələbini əsaslı hesab edir. Belə ki, iddiaçı 2019 ilin mart ayından 2020-ci ilin mart ayına qədər aylıq ödənişləri tələb edir, (12 ay *4000 manat= 4800). Tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtlərinə cavabdeh tərəfindən əməl olunmadığından və müqavilə şərtləri iş üzrə cavabeh Cavabdeh təqsiri ucbatından pozulduğundan müqavilənin digər tərəfinə dəyən zərərin əvəzini ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin “200 manat mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin ya-ran-ma-sı əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qal-ma-sı-nın nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar ke-çir-məsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi ay-dın-laşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab ke-çir-məsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında X7 Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Məhkəmə iddiaçının xeyrinə maddə zərərin tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3260 manat, müqaviləyə əsasən 4800 manat cəmi 8060 (səkkmz min altmış) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh **-RH-*** dövlət qeydiyyat nişanlı Chevrolet Nubira minik markalı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3260 (üç min iki yüz altmış) manat, müqaviləyə əsasən 4800 (dörd min səkkiz yüz) manat, cəmi 8060 (səkkmz min altmış) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar