Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1725/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı2 qqızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Maraqlı şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Maraqlı şəxs ASC-nə qarşı “icra məmurunun hərracın keçirilməsi barədə sifarişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Maraqlı şəxs ASC-nə qarşı “icra məmurunun hərracın keçirilməsi barədə sifarişinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.metr daş sexinin 360.000 manata xx.xx.2014-cü il tarixdə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 qqızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, izahatında göstərmişdir ki, icra məmurunun hərəkətləri düzgün olmamış, buna görə də onun tərəfindən verilən hərracın keçirilməsi barədə sifariş ləğv edilməlidir. Cavabdeh Maraqlı şəxs ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz etmişdir. Digər tərəflər məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri). Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Baxılan iş üzrə iddiaçıların tələbini icra məmuru tərəfindən icra sənədinin icrası məqsədi ilə ipoteka predmeti olan əmlakıın hərraca çıxarılması üçün verdiyi sifarişin ləğvi təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə mübahisələndirilən Göygöl rayon İcra şöbəsinin icra məmurunun Göygöl rayonu, Quşqara kəndində yerləşən 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.metr daş sexinin 360.000 manata xx.xx.2014-cü il tarixdə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişi özü-özlüyündə hər hansı bir hüquq münasibəti və ya hüquqi nəticə yaratmır. Adı çəkilən sifariş nəticəsində hərracın keçirildiyi halda, hərracın yekunları barədə protokol hüquqi nəticə yarada bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın müstəqil iddia şəklində mübahisələndirilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-ci maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Maraqlı şəxs ASC-nə qarşı - Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.metr daş sexinin 360.000 manata xx.xx.2014-cü il tarixdə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin ləğvi barədə iddia tələbləri üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələblərindən və iddianın əsaslandığı hallardan göründüyü kimi, iddiaçılar icra məmurunun hərəkətlərindən narazıdırlar. Belə olan halda məhkəmə onlara izah edir ki, hazırki tələblə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında icra məmurunun hərəkətlərindən şikayətlə bağlı məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə və Maraqlı şəxs ASC-nə qarşı - Göygöl rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 1,70 ha torpaq sahəsində yerləşən 441 kv.metr daş sexinin 360.000 manata xx.xx.2014-cü il tarixdə hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərdiyi sifarişin ləğvi barədə iddia tələbləri üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1725/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1725/2025
24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver