Məhkəmə qərarları › İş №2(005)-1727/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1727/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1727/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi- X2 Cavabdeh1 oglunun iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ogluna qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ogluna qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1485 (min dörd yüz səksən beş) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxxxxxxxxxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxxx” X7 iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxx” X5 xx xxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış VAZ 21099 markalı, 06BG159 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxx 2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan "Mercedes Benz" markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Səbail DYPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir.Zərərçəkənin avtomobilinini zədələnməsi nəticəsində 1485 manar sığorta ödənişi verilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxx” X4 nümayəndəsi X10 oglu verilmiş iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək onun rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş iddiaçı (sığortaçı) “xxxxxxxxxxxxx” X7 ilə bağlanmış PGU180762192 nömrəli “icbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi sıgortalanmışdır. İş materiallarında olan İXP serialı, ******* nömrəli, xx xxx 2018-ci il tarixli inzibati xəta haqqında protokolun və TP977104 saylı, xx xxx 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxx 2018-ci il tarixdə saat 04:00 radələrində Səbail Bibiheybət yolun ərazisində **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobili idarə edərkən yol nişanlarının və yolların hərəkət hissəsinin tələblərinə riayət etməmiş nəticədə AR İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxx” X7 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli qüsur aktından görünür ki, "Mercedes Benz" markalı ** OT *** avtomobil ilə bağlı zərər 1485 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, qeyd edilən tarixdə "Mercedes Benz" markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən X1 hesabına “Günaybank” X7 tərəfindən 1485 manat məbləğində sığorta ödənişi ödəmişdir. İşdə olan AR DİN-nin Baş Dövlət X9 xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, **-BG- *** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobil xx.xx.2017-ci il tarixdən tarixdən Agsu rayonu Agarx kəndində qeydiyyatda olan Cavabdeh2 adına qeydiyyatdadır. Qeyd olunan avtomobilin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qüvvədə olan etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilməsi barədə mərkəzi informasiya sistemində məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/2072 nömrəli ekspert rəyindən görünür ki, “xxxxxxxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx xxx 2018-ci il tarixli qüsur aktindakı məlumatlara əsasən 1997-ci il buraxılışlı "Mercedes Benz" markalı ** OT *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş veren tarixə 1485 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı “xxxxxxxxxxxxx” ASC məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır; 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir; 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 Cavabdeh2 məxsus **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobili etibarnamə olmadan idarə edərkən xx xxx 2018-ci il tarixdə saat 04:00 radələrində Səbail Bibiheybət yolun ərazisində yol nişanlarının və yolların hərəkət hissəsinin tələblərinə riayət etməmiş nəticədə "Mercedes Benz" markalı ** OT *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Yol nəqliyyat hadisəsində təqsirli bilinən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində "Mercedes Benz" markalı ** OT *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər 1485 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən sığorta ödənişi olaraq zədələnmiş avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü (sığortalı) Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı “xxxxxxxxxxxxx” X4 sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında “xxxxxxxxxxxxx” X6 keçdiyindən iddia ərizəsi pul tələbi hissəsində qismən təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 1485 (bir min dörd yüz səksən beş) manat əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, **-BG-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21099” markalı avtomobilin Cavabdeh2 məxsus olmasına baxmayaraq, onun mülkiyyətində olan avtomobilin üçüncü şəxslər tərəfindən istismar edilməsinə dair məlumatının olması halına borclu olmadığından, o, birbaşa Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1485 (min dörd yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “xxxxxxxxxxxxx” X4 xeyrinə tutulsun. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar