Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-173/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov-Baş Keşlə mənzilində dəmir yolunun 2.5 metrliyində inşa edilmiş qanunsuz tikili Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan Nərimanov-Baş Keşlə mənzilində Cavabdeh tərəfindən dəmir yolunun mühafizə zonasında torpaq sahəsi zəbt edilərək qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonası 21 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən dəmir yolundan 2.5 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı "xxxx" QSCnin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib olunmuş və tikinti işlərinin təxirəsalınmadan dayandırılması və qanunsuz tikilinin sökülməsi üçün Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun mühafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh öz niyyətindən əl çəkməmiş və tikinti işlərini başa çatdırmışdır. Bu səbəbdən "xxxx" QSC hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər bu aktı ondan ötrü tərtib etmişlər ki, Nərimanov Baş Keşlə mənzilində (Xırdalan vetkası) dəmir yolunun mühafizə zolağında qanunsuz olaraq ev tikintisinə dəfələrlə müdaxilə etsələr də, aidiyyəti qurumlara məktub şəklində müraciət etsələr də heç bir nəticəsi olmamışdır və nəticədə tikinti işləri tamamlanmışdır. İş materiallarında olan AR DİN NBPİ X3 Polis İdarəsinin Biləcəri ST.X6 "xxxx" QSC-nin sədr müavini Hicran Valehova ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2/7-210-1824-1221 nömrəli məktubundan görünür ki, 07 aprel 2021-ci il tarixli, 51971 nömrəli məktuba cavab olaraq bildirilir ki, ünvan 1 ünvanda dəmir younun Nərimanov-Baş Keşlə mənzilində mühafizə zonası ərazisində özünü təqdim etməkdən imtina etmiş şəxs tərəfindən qanunsuz olaraq hasar inşa edildiyi əraziyə baxış kecirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin ərazidə köhnədən mövcud yaşayış evində öz ailəsi ilə birlikdə Tər-Tər rayonu Buruc kəndində anadan olmuş Tət-Tər rayonu E.Səfərov küçəsi ev 12-ünvanda pasport qeydiyyatında olan və göstərilən ünvanda yaşayan xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh oduğu məlum olmuşdur. Aparılmış söhbət zamanı Cavabdeh bildirmişdir ki, uzun illərdir dəmir yolunun kənarında ailəsi ilə birlikdə yaşayır. İkinci Qarabağ döyüşləri başlayanda könüllü olaraq döyüşdə iştirak etdiyini və bununla öyünmədiyini lakin qürur duyduğunu bildirmişdir. Müharibədən qayıtdıdan sonra səhətində yaranmış narahatlıqdan dolayı həyətin ətrafının açıq olması və bir neçə dəfə həyətə naməlum şəxslərin keçərək oradan oğurluq etməsinə şübhə yarandığından mövcud hasarın çəkilməsini aparmasını bildirmiş, lakin sonradan polis əməkdaşları və dəmir yoçular gələrək tikintinin dəmir yolunun mühafizə zonasına düşdüyünü bildirdimişlər. Bu barədə aidiyyəti orqanlara müraciət etdikdən sonra tikinti işlərini apracağına söz vermiş və hasarın tikintisi dayandırılmışdır. Eyri zamanda vətəndaşa Az.Res. şəhər Salma və Tikinti məcələlləsinin və digər qanunverci aktlarının tələbləri bir daha izah olunmuşdur. Yuxarıda qeyd edilənlən ərazidə aparılan qanunsuz tikinti işlərinin təkrar olaraq davam etdirilməsinin qarşısının alınması məqsədi ilə aidiyyəti əməkdaşlarln məlumatlandırılmasını, həmçinin belə hal təkrarlanacağı təqdirdə bu barədə onlara məlumat verməyi xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür: Sual 1: Bakı şəhəri, Nərimanov-Baş Keşlə mənzilində dəmir yolunun yaxınlığında (iddiaçıya görə 2,5 metrliyində) (Aşıq Qərib küçəsi 147) yerləşən tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilsin. Cavab: Göstərilən torpaq sahəsi dəmiryolu relsindən təqribən 1-5 metr məsafədə yerləşməklə, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağıdır. Sual 2: Bakı şəhəri, Nərimanov-Baş Keşlə mənzilində dəmir yolunun yaxınlığında (iddiaçıya görə 2,5 metrliyində) (Aşıq Qərib küçəsi 147) yerləşən tikilinin yerləşdiyi torpaq sahəsində Cavabdeh istifadəsində olan dövlət qeydiyyatına alınmamış tikililər inşa edilmişdirmi, mövcud olduğu halda, həmin tikili həyat və sağlamlığı (təhlükəsizliyi) üçün hər hansı təhlükə törədirmi? Cavab: İddiaçının nümayəndəsi tərəfindən sərhəd (tikili) çölündən göstərilən sözügedən sahə üzərində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütünlüklə dəmiryolu xəttinin mühafizəsi zonasında yerləşir. Sual 3: Bakı şəhəri, Nərimanov-Baş Keşlə mənzilində dəmir yolunun yaxınlığında (iddiaçıya görə 2,5 metrliyində) (Aşıq Qərib küçəsi 147) yerləşən tikilinin yerləşdiyi torpaq sahəsində Cavabdeh istifadəsində olan tikililər üzrə hər bir tikilinin (otaqların) sahələri və onların ölçüləri müəyyənləşdirilsin. Cavab: Ölçü işləri yalnız iddiaçının nünayəndəsinin iştirakı ilə tikili çölündən aparıldığı üçün sualınızın cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/3310 saylı xx.xx.2022-ci il tarixli mülki iş materiallarında olan rəyinin nəticə hissəsindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi İmanov İlkinin mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi dəmiryolu relsindən təqribən 1-5 metr məsafədə yerləşməklə, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağıdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “ 1 saylı Bakı Ərazi idarəsinin Yerquruluşu üzrə mühəndisi İmanov İlkinin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının nümayəndəsi tərəfindən sərhəd (tikili) çölündən göstərilən sözügedən sahə üzərində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütünlüklə dəmir yolu xəttinin mühafizəsi zonasında yerləşir. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “ 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi İmanov İlkinin mütəxəssis rəyində qeyd edilir ki, ölçü işləri yalnız iddiaçının nümayəndəsinin iştirakı ilə tikili çölündən aparıldığı üçün sualınızın cavablandırılması mümkün olmamışdır. Ekspert tərəfindən qeyd olunur ki, verimiş vəsatət qismən təmin edildiyinə görə, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Nərimanov-Baş Keşlə mənzilində cavabdehə məxsus tikili olmaqla dəmir yol xətti boyunca çoxsaylı yaşayış sahələri mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Nərimanov-Baş Keşlə istiqamətində (Aşıq Qərib küçəsi 147) dəmir yolunun mühafizə zolağında, dəmir yolu xəttindən 2,5 metr məsafədə tikinti işləri apararaq özbaşına tikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarrnın 2ci bəndinin 3-cü abzasına əsasən: “təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol nəqliyyatı təyinatlı torpaqlardır’. Həmin Qaydaların 15, 16, 17, 21 və 23-cü bəndlərinə əsasən: “15. Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır.” “16. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.”; “17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.”; “21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmiryol təyinatlı bina və digər tikililərə, həmçinin dəmiryol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmiryol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir.”; “23. "Azərbaycan Dəmir Yolları’ Qapalı Səhmdar Cəmiyyəti və Daxili işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar.” Hazırki işin hallarından göründüyü kimi, mübahisəli tikili dəmiryol xəttinin 1-5 metr məsafəsində inşa edilmişdir. İş materiallarına əlavə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən sərhəd (tikili) çölündən göstərilən sözügedən sahə üzərində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bütünlüklə dəmir yolu xəttinin mühafizəsi zonasında yerləşir. Göstərilən torpaq sahəsi dəmiryolu relsindən təqribən 1-5 metr məsafədə yerləşməklə, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov-Baş Keşlə mənzilində dəmir yolunun yaxınlığında və mühafizə zonalarının üstündə yerləşən qanunsuz tikili Cavabdeh hesabına sökülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-173/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-173/2022
28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver