Məhkəmə qərarları › İş №2(005)-174/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-174/2022

24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-174/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq hər ay 600 (altı yüz) manat “12 "avqust 2020-ci ildən əmək qabiliyyətini bərpa edənədək cavabdeh "X3" MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehin təqsiri üzündən iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin miqdarının 10000 (on min) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 50 000 (əlli min) manat pul tutularaq iddiaçının xeyrinə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia artırılması barədə ərizə təqdim edərək, “TUVA Tibb mərkəzinə ödənilən 1300 manat xidmət haqqının real zərər kimi cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 iyul 2020-ci ildən 12 avqust 2020-ci il tarixinə kimi "X3" MMC-də xidmət müqaviləsinə əsasən fəhlə olaraq işləmişdir. "X3" MMC-nin Sumqayıt 12 avqust 2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən binanın 4-cü mərtəbəsindən yıxılaraq istehsalat xəsarəti almışdır. Onun xəsarəti L 1 vertebra cisminin çox qəlpəli yerini dəyişən sınığı diaqnozudur. Hal-hazırda evli olan və bir azyaşlı uşaq atası iddiaçı əmək qabiliyyətini itirmişdir. Xəsarətdən dərhal sonra iddiaçı Sumqayıt Hospitala aparılmış, lakin daha sonra onunla maraqlanan olmamışdır. İddiaçı dəfələrlə əlaqə saxlayıb vəziyyəti izah edib yardım istəsə də heçbir nəticə hasil olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək zərurəti meydana gəlmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən aprel 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinə müraciət olunmuşdur. Müraciətlə bağlı dövlət orqanın məktubunda da qeyd olunduğu kimi iddiaçı "X3" MMC-də 27 iyul 2020-ci il tarixindən xidmət müqaviləsi əsasında çalışmışdır. Baş vermiş bədbəxt hadisədən sonra iddiaçı “12” iyul 2021-ci ildən işləmir. Baş vermiş bədbəxt hadisədən əvvəl iddiaçının xidmət müqaviləsi üzrə haqqı miqdarı 600 manat təşkil etmişdir. Bundan başqa bədbəxt hadisə nəticəsində iddiaçının müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına və s. 10 000 (on min) manat miqdarında əlavə xərci çıxmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 verdiyi izahatında bildirmişdir ki, iddia tələbi əsassızıdır. Bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə 25.08.2021-ci il tarixli məhkəmə iclasında təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçının sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq hər ay 600.00 (altı yüz manat ,00 qəpik) manat məbləğində "12" avqust 2020-ci il tarixdən əmək qabiliyyətini bərpa edənədək Cavabdehdən tutulmasını; iddiaçı tərəfindən sağlamlığı ilə əlaqədar xərclənmiş 10 000.00 (on min manat,00 qəpik), mənəvi zərərin əvəzi olaraq 50 000,00 (əlli min manat,00 qəpik) manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi tam əsassızdır və rədd olunmalıdır. Etirazın əsaslandırıldığı hallar aşağıdakılardır. Belə ki, iddiaçı və cavabdeh arasında AGCX35/0720 saylı "27" iyul 2020-ci il tarixli Xidmət müqaviləsi bağlanmışdır. İddiaçı Müqavilə əsasında "Abşeron rayon ərazisində 4050 məcburi köçkün ailəsi zəruri sosial-texniki infrastrukturu olan bina 51 və 52 nömrəli yaşayış məhəlləsinin tikintisi işləri" layihəsində yardımçı fəhlə kimi xidmət göstərməyi və ərazidə olan yararsız mal-materialların boşaldılması işlərini həyata keçirməyi öhdəsinə götürmüşdü. Göstərdiyi xidmətin müqabilində ona hər ay 595,00 (beş yüz doxsan beş manat,00 qəpik) manat məbləğində xidmət haqqın ödənilməsi razılaşdırılmışdır. Qeyd etmək istəyir ki, cavabdeh tərəfindən iddiaçıya "Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə təlimat" almasına baxmayaraq, iddiaçı "12" avqust 2020-ci il tarixdə Xidməti müqavilə əsasında işi yerinə yetirərkən özünün səhlənkarlığı üzündən xəsarət almışdır. Bildirmişdir ki, sözügedən müqavilənin 6-cı bəndinə əsasən, "İcraçı (İddiaçı) təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinə ciddi riayət etməlidir. Bununla əlaqədar risklər və məsuliyyət yalnız İcraçıya aiddir." Müqaviləni 6.3-cü bəndinə əsasən, "İşlərin icrası zamanı baş verə biləcək bütün hər hansı bədbəxt hadisələrə görə tam məsuliyyətli İcraçı daşıyır. Həmçinin Qeyd edilir ki, iddiaçının maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq cavabdeh humanistlik göstərmiş və iddiaçının bütün müalicə xərclərini öz üzərinə götürmüşdür. Eyni zamanda Məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh iddiaçının maddi vəziyyətinin ağır olmasını nəzərə alaraq xəsarət aldıqdan sonra İddiaçıya 2020-ci ilin dekabr ayı daxil olmaqla xidmət haqqı ödənmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 05.05.2021-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, onun ‘‘X4" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cəmiyyətin rəhbərliyi tərəfindən təqdim edilən məktubda onun 2019-cu ilin sentyabr ayından dekabr ayınadək Cavabdeh MMC-də çalışmadığı bildirilmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ‘‘Əmək müqaviləsi bildirişi" altsisteminə baxış keçirilərkən qeyd etdiyi tarixlərdə onunla "X3" MMC arasında əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin qeydiyyatının mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin İddiaçı izahatında 2019-cu ilin sentyabr ayından dekabr ayınadək Cəmiyyətdə çalışdığını təsdiq edən hər hansı sübutunun olmadığını bildirmişdir. Eyni zamanda Cəmiyyətin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən 27.07.2020-ci il tarixindən Cəmiyyətdə xidmət müqaviləsi əsasında çalışdığı məlum olmuşdur. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsin ”d" bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Cəmiyyət ilə aralarında yaranmış mübahisəli halla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur. "xxxx" MMC-nin 13.08.2020-ci il tarixli, 276 №li arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü, 12.08.2020-ci il tarixində "xxxx" MMC Klinikasında “L1 Fəqərəsinin sınığı” diaqnozu ilə “X10” əməliyyatı olunmuşdur. Pasiyent hal-hazırda stasionar müalicə alır. “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı arasında bağlanmış 27.07.2020-ci il tarixli, AGCX 35/0720 №-li xidmət müqaviləsindən görünür ki, müqaviləyə əsasən İcraçı Sifarişçinin Abşeron rayon ərazisində 4050məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan bina 51 və 52 №-li yeni yaşayış məhəlləsinin tikintisi işləri” layihəsində əraziyə gələn malmaterialların boşaldılması, ərazidə bütün yardımçı işlərin yerinə yetirilməsi və bununla əlaqədar digər işlərin icrasını həyata keçirir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Azərbaycan Respublikas Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 29.12.2021-ci il tarixli, T 351/2021 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı anamnestik məlumatlarına əsasən və təqdim olunmuş tibbi sənədlərdə sidik kisəsi daşı ilə bağlı əvvəllər hər-hansı bir qeydiyyat aparılmadığından “TUVA” tibb mərkəzi tərəfindən ona təqdim olunan “sidik kisəsi daşı” diaqnozunun “L1 vertebra cisminin çoxqəlpəli yerinidəyişən sınığı” diaqnozu ilə birbaşa səbəbli əlaqələndirmək mümkün deyildir. “L1 fəqərə cisminin sınması nəticəsində iddiaçının uzun müddət (üç aya yaxın) həddindən artıq hərəkətsiz vəziyyətdə yataq rejimində qalması, həmçinin çanaq orqanları funksiyasının ləngimə tipli pozulması “sidik kisəsi daşı” əməliyyatının aparılmasına dolayı yolla tibbi zərurət yarada bilər. Cavabdeh tərəfindən təqdim olunmuş 20 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, fəhlə İddiaçı müalicəsi üçün müxtəlif vaxtlarda xərclənmiş xərclərin cəmi məbləği 6580 manat təşkil edir. Göründüyü kimi iddiaçı, 27 iyul 2020-ci ildən 12 avqust 2020-ci il tarixinə kimi "X3" MMC-də xidmət müqaviləsinə əsasən fəhlə olaraq işləmişdir. 12 avqust 2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən binanın 4-cü mərtəbəsindən yıxılaraq istehsalat xəsarəti almış və ona “L 1 vertebra cisminin çox qəlpəli yerini dəyişən sınığı” diaqnozu qoyulmuşdur. Hazırda İddiaçı aldığı xəsarət nəticəsində iş qabiliyyətini itirmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “12 "avqust 2020-ci ildən əmək qabiliyyətini bərpa edənədək hər ay 600 (altı yüz) manat pul vəsaiti, 1300 manat əməliyyat xərci, 10000 manat sağlamlığına vurulmuş zərərlə bağlı çəkilmiş əlavə xərclər və 50000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf iddiaçıya dəymiş zərərin məbləğini, (yəni 10000 manat sağlamlığına vurulmuş zərərlə bağlı çəkilmiş əlavə xərclərin məbləğini) məhkəmə iclasında mübahisələndirməmiş, iddiaçı tərəf isə sağlamlığına dəymiş zərərin müxtəlif vaxtlarda «X3" MMC tərəfindən ona 6580 manat həddində ödənilməsini inkar etməmişdi. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının «10000 manat sağlamlığına vurulmuş zərərlə bağlı çəkilmiş əlavə xərclərin» tutulması hissəsində tələbi qismən təmin olunmalıdır.(10000-6580=3420 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1117-ci maddəsinə görə, Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuº qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118-ci maddəsinə görə, Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Müalicə xərclərinin ödənlməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1118.1-ci maddəsi təşkil edir.Həmin normada zərər dedikdə fiziki şəxsə xəsarət yetirilərkən və yaonun sağlamlığı başq a şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki,amalik ola biləcəyi və itirdiyi qazan cın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlıəlavə çəkdiyi xərclərin, o cümlədən müaliəyə, əlavə qidalanmaya, davadərmanalınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyaK urort müalicəsinə,xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyixə rclərinəvəzi başa düşülür. Göründüyü kimi bu normada zərərin tərkibi: 1. fiziki şəxsə xəsarət yetirilərkən vəya onun sağl amlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu qazancyaxudyəqin ki, malik ola biləcəy i və itirdiyi qazanc (gəlir); 3. sağlamlığının pozulması ilə bağlıəlavə çəkdiyi xərclər; 4.müalicəyə, əla və qidalanmaya, dava-dərman alınmasına,protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqliyyatvasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərdən ibarətdir. iş materiallarına əlavə edilmişmüayinə və müalicə sənədlərindən görünür ki, iddiaçı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o,ailəsininə maddi yardim göstərə bil mir və müalicə ehtiyatlarını qarşılaya bilmir. Mülki Məcəllənin 1118.1ci maddəsinə görəmüalicəyə və davadərmanalınmasına çəkdiyi xərcl ər yalnız bu şərtlə ödənilir ki, zərərçəkənin həmin yardım və qulluqnövlərinə möhtac olduğu və bunl arı pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddiaçının hazırkı müalicə xərclərinin tikintidə baş verən hadisə ilə əlaqədar olması, cavabdehin təqsirinin mövcudluğu (tikintidə təhkükəsizlik qaydalarına kifayət qədər əməl etməməsi), müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, həmçinin yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq “12 "avqust 2020-ci ildən əmək qabiliyyətini bərpa edənədək hər ay 600 (altı yüz) manat cavabdeh "X3" MMC-dən onun xeyrinə tutulması hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibət əmək münasibətlərindən irəli gəlməmiş, İddiaçı cavabdeh "X3" MMC arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləni 6.3-cü bəndinə əsasən, "İşlərin icrası zamanı baş verə biləcək bütün hər hansı bədbəxt hadisələrə görə tam məsuliyyətli İcraçı daşıyır. “TUVA Tibb mərkəzinə ödənilən 1300 manat xidmət haqqının tutulması hissəsində məhkəmə iddianı əsassız hesab edir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikas Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 29.12.2021-ci il tarixli, T 351/2021 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı anamnestik məlumatlarına əsasən və təqdim olunmuş tibbi sənədlərdə sidik kisəsi daşı ilə bağlı əvvəllər hər-hansı bir qeydiyyat aparılmadığından “TUVA” tibb mərkəzi tərəfindən ona təqdim olunan “sidik kisəsi daşı” diaqnozunun “L1 vertebra cisminin çoxqəlpəli yerinidəyişən sınığı” diaqnozu ilə birbaşa səbəbli əlaqələndirmək mümkün deyildir. “L1 fəqərə cisminin sınması nəticəsində iddiaçının uzun müddət (üç aya yaxın) həddindən artıq hərəkətsiz vəziyyətdə yataq rejimində qalması, həmçinin çanaq orqanları funksiyasının ləngimə tipli pozulması “sidik kisəsi daşı” əməliyyatının aparılmasına dolayı yolla tibbi zərurət yarada bilər. Məhkəmə ekspert rəyini nəzərə alaraq iddia ərizəsinin bu hissədə təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində əlavə xərc olaraq 3420 manat cavabdeh "X3" MMC-dən onun xeyrinə tutulsun . İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar