Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1783/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8500 (səkkiz min beş yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 8530.40 (səkkiz min beş yüz otuz manat, qırx qəpik) cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq “İddiaçı" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X6” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Əmircan qəsəbəsində, M.Mustafayev küçəsində yol hərəkəti nişanının tələbini pozaraq yol ayırıcına daxil olmuş, “xxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus və “İddiaçı" Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X7 Haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2019-cu il tarixli "Euro Style" LTD-nin təqdim etdiyi Qüsur Aktına əsasən “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.500 (on üç min beş yüz) manat zərər təyin olunmuşdur. **********4 saylı sığorta müqaviləsinin 067787 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ümumilikdə sığortalıya 13500 (on üç min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin İcbari sığorta Şirkəti İddiaçı Sığorta Şirkəti ASC-də olduğundan dəymiş zərərin 5000 (beş min) manat tərəfimizdən tənzimlənmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" sığorta şirkətinə qalan 8500 (səkkiz min beş yüz) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobilə onun təqsiri üzündən maddi ziyan dəymişdir. Lakin iddiaçının mülkiyyətində olan avtomobilə iddia üzrə tələb edilən məbləğdə ziyan vurulmamışdır. İddiaçı ondan şişirdilmiş məbləğdə ziyan tələb edir. Ekspert rəyində göstərilmiş məbləğlə razı deyil. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən “xxxxxxxxxxxxxxxxx” ASCnin nümayəndəsi iddia tələbinin “xxxxxxxxxxxxxxxxx” ASC-yə münasibətdə rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC ilə sığortalı “xxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanan **********4 saylı sığorta müqaviləsi əsasında “Volksvvagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 20.343 manat məbləği həddində sığortalanmış, “Euro Style LTD”-nin qüsur aktına əsasən “Mercedes Benz” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 13.500 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 13.500 manat təşkil edir; Suraxanı Rayon DYPŞ-nin TP serialı, ******* nömrəli xx.xx.2019-cu il tarixli X7 haqqında qərarın surətinə əsasən sürücü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq M.Mustafeyev küçəsində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması ilə inzibati xəta törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir; AD seriyalı, 250917 nömrəli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətinə əsasən “Volksvvagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətindədir; AD seriyalı, 334077 nömrəli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətinə əsasən “X6” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətindədir; “xxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasınd bağlanmış əmək müqaviləsindən görünür ki, işçi Cavabdeh1 sürücü kimi xx.xx.2018-ci il tarixindən müddətsiz, vaxtamuzd əmək müqaviləsi bağlamışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin idarə olunması barədə etibarnaməyə əsasən Cavabdeh1 “X6” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxxxxxxxxxxx” ASC-nin verdiyi etibarnamə əsasında iradə edib. Etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qüvvədə olub. “Euro Style LTD”-nin “Volksvvagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı verdiyi “Qüsur aktı”na əsasən dəymiş ziyanın həcmi 13.500 manat təşkil edir; “xxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən Gülməmmədov Rəşad Rövşən oğluna İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 067787 saylı akta əsasən 13.500 manat məbləğində pul ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3526 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə, “Euro Style” LTD tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı ‘'Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 13322 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Sığorta Şirkəti ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəlmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “X6” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus və “İddiaçı" Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması DYPİ-nin TP ******* saylı X7 Haqqında Qərarı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli "Euro Style" LTD-nin təqdim etdiyi Qüsur Aktına əsasən “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13.500 (on üç min beş yüz) manat zərər təyin olunmuşdur. **********4 saylı sığorta müqaviləsinin 067787 saylı sığorta akına əsasən İddiaçı Sığorta Şirkəti ümumilikdə sığortalıya 13500 (on üç min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh1 ilə digər cavabdeh «xxxxxxxxxxxxxxxxx” ASC arasıeda əmək münasibətləri olmuş, Cavabdeh1 X6” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili işəgötürənin verdiyi etibarnamə əsasında idarə etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3526 saylı ekspert rəyinə əsasən təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 13322 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı. Cavabdeh1 maddi ziyanın onun təqsiri üzündən dəydiyini etiraf edirlər, lakin vurulmuş ziyan məbləğini şişirdilmiş hesab edirlər. Digər cavabeh «xxxxxxxxxxxxxxxxx” ASC vurulmuş ziyanın ona münasibətdə rədd olunmasını xahiş edir. İşin mübahisəsiz halıdır ki, cavabdehlər arasında əmək münasibətləri yaranmış, onların arasındakı münasibətlər Mülki Məcəllənin “Mülki hüquq pozuntuları” fəslində nəzərdə tutulan qaydalara tətbiqən işçi-işəgötürən münasibətləri kimi qiymətləndirilən münasibətlər olmuş, yol-nəqliyyat hadisəsi də Cavabdeh1 əmək funksiyasını icra etdiyi vaxtda baş vermişdir. Bu baxımdan Cavabdeh1 Mülki Məcəllənin 1108-ci maddəsinə əsaslanmaqla yol-nəqliyyat hadisəsi nəticəsində məhz sürücüsünün mülki məsuliyyət daşımalı olması arqumenti əsaslı hesab edilə bilməz və ümumiyyətlə həmin maddi hüquq normasının hazırkı mübahisəyə tətbiqi istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçı tərəf **********4 saylı sığorta müqaviləsinə əsasən sığortalıya 13500 manat sığorta ödənişi həyata keçirməsini tam sübuta yetirilir. Hadisə törədilən zaman Cavabdeh1 «xxxxxxxxxxxxxxxxx” ASC-yə əmək müqaviləsi üzrə işçisi olmuş, öz əmək vəzifələrini icra etmiş və ASC-nin verdiyi etibarnamə üzrə və tapşırığı əsasında, habelə işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərmişdir. Məhkəmə iddia üzrə cavabdehləri ayrı-ayrılıqda nəzərdən keçirib, X6” markalı, **- JR-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxxxxxxxxxxxxxxx” ASC-yə məxsus olmasını, hadisə törədən ASC-nin sürücüsü, yəni bu cəmiyyətin işçisi olmasını və qeyd edilən nəqliyyat vasitəsini “xxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilən və hadisə törədilən zaman Cavabdeh1 etibarlı olan etibarnamə əsasında idarə etməsini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbləri baxımından öz işçisinin törətdiyi bu mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və bu səbəbdən Cavabdeh1 İddiaçı Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8322 manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13322 manat dəymiş zərərin məbləği müəyyən edilərkən, həmçinin, sığorta orqanı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat bu məbləğdən çıxılmalı (13322–5000=8322), 8322 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, “xxxxxxxxxxxxxxxxx” ASC onun işçisi olmuş Cavabdeh1 qarşı ödənilmiş əvəz məbləği miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxx” ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də sığrtalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxx” ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30, 40 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxxxxxxx” ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1783/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1783/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver